[b]Ronaldonun yeddi avtomobili var[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Kriştiano Ronaldo avtomobil "xəstə"sidir. "APA-SPORT"un məlumatına görə, portuqaliyalı futbolçu bu yaxınlarda "Bentley Continental GT Speed" markalı avtomobil alıb. Ötən ay 440 min avroya "Rolls Royce Phantom"a sahib çıxan 23 yaşlı futbolçu bu avtomobilin nömrəsinə əlavə olaraq 180 min avro ödəyib. Son "bazarlıq"dan sonra Ronaldonun avtomobillərinin sayı yeddiyə çatıb. Hazırda onun qarajında iki "Porsche Cayennes", "BMW M6", "Porsche 911", "Ferrari F430" ve "Bentley Continental GT Speed" və "Rolls Royce Phantom" var.
Azərbaycan Xəbərləri
Printable View

09-16-2008, 12:40 PMAPARonaldonun yeddi avtomobili var

09-16-2008, 12:50 PMAPAMDB müşahidəçiləri sabahdan Azərbaycanın regionlarında seçkiqabağı vəziyyəti öyrənməyə başlayacaqlar
[b]MDB müşahidəçiləri sabahdan Azərbaycanın regionlarında seçkiqabağı vəziyyəti öyrənməyə başlayacaqlar[b]
[Bakı. Laçın Sultanova - APA. Prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasının dünən Bakıda açılmış qərargahının üzvləri sabahdan Azərbaycanın regionlarına səfərə çıxacaqlar. Qərargah rəhbərinin müavini Oleq Kuleba APA-ya bildirib ki, müşahidəçilər sabah Qaradağ, Lənkəran, Salyan, Masallı, Astara, Cəlilabad və Biləsuvar rayonlarında olacaq, orada seçkilərə hazırlıq və təbliğat işinin necə aparılması, namizədlər üçün eyni şəraitin yaradılıb-yaradılmaması ilə maraqlanacaqlar. O. Kuleba bildirib ki, oktyabrın əvvəlində qərargahın regionlarda, o cümlədən Lənkəranda nümayəndəlikləri açılacaq. Qərargah üzvləri artıq MSK sədri Məzahir Pənahov və baş nazirin müavini Əli Həsənovla görüşüblər, seçkilərdə iştirak edən namizədlər, seçkilərə hazırlıq barədə ətraflı məlumat alıblar. Bir neçə müxalifət partiyasının seçkiləri boykot etməsinə münasibət bildirən O. Kuleba bunu onların öz işi adlandırıb. O, həmin partiyaların rəhbərləri ilə görüşəcəklərini də istisna etməyib. Qeyd edək ki, MDB Müşahidəçi Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edir. O, Bakıya seçki günü, qərargahın rəhbəri Yevgeni Sloboda isə oktyabrın 2-də gələcək. Hazırda qərargahda 3 müşahidəçi çalışır, seçkilərə kimi onların sayı 30-a çatdırılacaq. Seçkilər günü isə səsverməni 250 MDB müşahidəçisinin izləyəcəyi gözlənilir. -
09-16-2008, 01:00 PMAPALevon Ter-Petrosyan: "Serj Sarkisyan ölkəni oğru qanunları ilə idarə edir"
[b]Levon Ter-Petrosyan: "Serj Sarkisyan ölkəni oğru qanunları ilə idarə edir"[b]
[İrəvan - APA. Sentyabrın 15-də Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi İrəvanın mərkəzində mitinq keçirib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, mitinqdə çıxış edən sabiq prezident Ermənistandakı mövcud hakimiyyətin mahiyyətinin dəyişmədiyini, rejimin dövlətin qanunlarını deyil, oğru qanunlarını rəhbər tutduğunu bildirib: "Özbaşınalıq, talançılıq o səviyyəyə çatıb ki, nə siyasətdə, nə iqtisadiyyatda heç bir irəliləyiş yoxdur, dövlət reketi hakimiyyətin fəaliyyətinin əsas məzmununu təşkil edir. Hakimiyyətin cinayətkar iqtisadi siyasəti bizə ağır qış vəd edir, yazda isə dərin böhran gözlənilir". L. Ter-Petrosyan deyib ki, Robert Köçəryanın dövründə hakimiyyət monolit olsa da, indi çat verir. Buna misal kimi o, Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisyanın dəvəti əsasında Ermənistana səfəri zamanı hökumətdə təmsil olunan daşnakların etiraz aksiyası keçirməsini göstərib. Müxalifət liderinin fikrincə, Ermənistan heç vaxt indiki qədər xarici təzyiqə məruz qalmayıb: "Adətən qeyri-legitim, korrupsioner və çirkab içində olan hakimiyyətlər bu cür təzyiqə qalır". Keçmiş dövlət başçısının sözlərinə görə, Serj Sarkisyan ölkənin maraqlarını qurban vermək bahasına özünü legitimləşdirir və "erməni soyqırımı", erməni-türk münasibətləri kimi məsələlərdə güzəştlərə hazır olduğunu nümayiş etdirir. O, Dağlıq Qarabağ probleminin həllinin də təhlükə altında olduğunu söyləyib: "Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm. Üstəlik, Qərb Rusiyanın acığına Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmaq istəyir, Serj Sarkisyan isə sanki hipnoz altında bu basqılara boyun əyir". Ter-Petrosyan Ermənistan-Türkiyə-Azərbaycan formatında keçiriləcək üçtərəfli görüşü çox təhlükəli adlandırıb: "Bu reveranslarla Serj Sarkisyan Dağlıq Qarabağ probleminin həllini kifayət qədər ağırlaşdıra bilər. Öz eqoist yanaşmaları ilə o, Dağlıq Qarabağ problemini hərraca çıxarıb". L. Ter-Petrosyan öz hakimiyyəti dövründə dəfələrlə üçtərəfli formatda görüşlərə qarşı çıxdığını xatırladıb. Qeyd edək ki, Ermənistan müxalifətinin növbəti mitinqi sentyabrın 26-da keçiriləcək. -
09-16-2008, 01:10 PMAPAEkspertlər ABŞ dollarının yüksəlməsinin səbəblərini axtarır
[b]Ekspertlər ABŞ dollarının yüksəlməsinin səbəblərini axtarır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya bazarlarında dolların məzənnəsinin yüksəlişi ilə bağlı müşahidə olunanlar iqtisadi məntiqdən çox uzaqdır. Bununla yanaşı, ABŞ birjalarında indekslər də yüksəlir. Bəzi ekspertlər dolların avronun ucuzlaşması fonunda bahalaşdığını söyləyir. Lakin bunun Avropanın makroiqtisadi və ya maliyyə amilləri ilə bağlı olmadığı bəllidir. Bütün analitiklər bu prosesin maliyyə amilləri ilə bağlı olmadığını etiraf edirlər. Əslində, ABŞ indekslərinin yüksəlməsinin əsas səbəbi bu ölkənin Maliyyə Nazirliyinin bu il sentyabrın 7-də yaydığı məlumatla bağlıdır. Həmin məlumat ABŞ-ın ipoteka bazarında əsas pay sahibi olan «Fannie Mae» və «Freddie Mac» şirkətlərinin dövlət idarəetməsinə keçirilməsi ilə bağlı idi. Bu şirkətlər 5 trln. dollar həcmində ipoteka öhdəliklərinə malikdir. Məhz bu məlumat sonda dünyada investorlar üçün müsbət təkan rolu oynayıb və nəticədə, fond bazarında yüksəlişə səbəb olub. Ekspertlərin fikrincə, ipoteka şirkətlərinin dövlət idarəetməsinə keçməsi ABŞ-da inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Bu isə ABŞ-ın iqtisadiyyatının bərpasının yalnız başlanğıcıdır. Belə halda, yəni iqtisadiyyatın zəif olduğu və faktiki qeyri-sabit şəraitdə dolların yüksəlməsinin səbəbləri naməlum qalır.Qeyd edək ki, proses Rusiya bazarlarına da təsirsiz ötüşməyib. Əsas indekslərin düşməsi və rublun ucuzlaşması tendensiyası müşahidə olunur. -
09-16-2008, 01:20 PMAPAUkraynada "narıncı koalisiya"nın dağıldığı rəsmən elan edilib
[b]Ukraynada "narıncı koalisiya"nın dağıldığı rəsmən elan edilib[b]
Kiyev - APA. Ukrayna Ali Radasının sədri Arseni Yasenyuk 2007-ci il noyabrın 29-da "Yuliya Timoşenko" və "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokları tərəfindən yaradılmış demokratik koalisiyanın dağıldığını rəsmən elan edib.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, A. Yasenyuk "Kimsə bir dəqiqəlik sükut istəyirmi? Heç lazım da deyil", deyə deputatlarla zarafatlaşıb. O, parlamentin sədri vəzifəsinə yeni namizəd irəli sürməyi də təklif edib. Spiker bu gün Ukraynanın siyasi tarixində səhifələrdən birinin qapandığını və yeni səhifə açıldığını söyləyib: "Mən bunu siyasi apokalipsis adlandırmazdım. Bəli, bu, demokratiya üçün daha bir sınaqdır. Amma mən ümid edirəm ki, bu sınaqdan birlikdə uğurla keçəcəyik". Söz alan Regionlar Partiyasının lideri Viktor Yanukoviç isə növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə olduqlarını bildirib: "Bu gün biz qeyri-adi tarixi hadisənin şahidi olduq. Belə demək mümkünsə, demokratik koalisiyanı gətirən araba son mənzilə çatıb - düşün aşağı". Kommunist Partiyasının lideri Pyotr Simonenko isə prezident Viktor Yuşşenkonun impiçmenti proseduruna başlamağı vacib sayıb: "Yuşşenko cinayətkardır! Bizim belə deməyə əsasımız var. Onun hakimiyyətdən kənarlaşdırılması proseduruna başlamaq və Ukraynanı bu millətçi güruhdan azad etmək lazımdır". P. Simonenko prezident postunu ləğv etməyə də çağırıb. -
09-16-2008, 01:30 PMAPANaxçıvanda hərbi parad keçiriləcək
[b]Naxçıvanda hərbi parad keçiriləcək[b]
Naxçıvan - APA. Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasının (MR) paytaxtı Naxçıvan şəhərində hərbi parad keçiriləcək. APA-nın məlumatına görə, Naxçıvan Qarnizonunun yaranmasının 16-cı ildönümü münasibətilə keçiriləcək hərbi keçidin təşkili üçün artıq ilkin hazırlıqlara başlanılıb.
[Bununla bağlı Naxçıvan-Şahbuz magistralında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, hərbi texnikalar yola düzülüb. Hərbi paradda onlarla hərbi və zirehli texnikanın, o cümlədən MR-dəki müxtəlif qoşun növlərinin əsgər və zabit heyətinin nizami keçidi olacaq. -
09-16-2008, 01:40 PMAPAAzərbaycanda avro ilə aparılan əməliyyatların həcmi 2,2 dəfə artıb
[b]Azərbaycanda avro ilə aparılan əməliyyatların həcmi 2,2 dəfə artıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın daxili valyuta bazarında Avropanın vahid valyutası ilə aparılan alqı-satqı əməliyyatlarının həcmi 2 898 682,3 min avro təşkil edib. Bu da 2007-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycan Milli Bankdan (AMB) «APA-ECONOMICS»ə verilən məlumata əsasən, dövriyyənin əsas hissəsi bankdaxili mübadilə əməliyyatların payına düşür. Burada əməliyyatların ümumi həcmi 1 797 196,6 min avro təşkil edib ki, bunun da 885 661,1 mini alış, 911 535,5 mini satışın payına düşür. Daxili valyuta bazarının digər seqmentlərində isə aşağıdakı göstəricilər qeydə alınıb: birja elektron sistemində ticarət - 7 567 min avro, açıq banklararası valyuta bazarı - 1 093 918,7 min avro.Avro üzrə aparılan valyuta əməliyyatlarının məqsədləri isə aşağıdakı kimi olub: 1 405 187,3 min avro - müştərilərin tapşırığı, 112 592,1 min avro - valyuta mövqeyinin tənzimlənməsi, 42 812 min avro - mübadilə məntəqələri, 3 514,8 min avro - kreditlərin ödənilməsi, 984,8 min avro - digər banklara depozitlərin qaytarılması, 1 387 255,3 min avro isə s. məqsədlərlə aparılıb. Azərbaycanın ümumi daxili valyuta bazarında isə avronun payı 18,5%-ə düşüb, halbuki ötən ilin analoji dövründə bu göstərici 18,9%-ə bərabər olub. Bu göstəricilər avronun Azərbaycan iqtisadiyyatında müəyyən rola malik olduğunu əks etdirir. Qeyd edək ki, daxili valyuta bazarında avro üzrə əməliyyatlar əsasən avrozona ilə aparılan idxalla bağlıdır. -
09-16-2008, 01:50 PMAPAViktor Yuşşenko Yuliya Timoşenkonu yenidən Rusiya ilə gizli əlaqədə ittiham edib
[b]Viktor Yuşşenko Yuliya Timoşenkonu yenidən Rusiya ilə gizli əlaqədə ittiham edib[b]
[Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radada demokratik çoxluğun bərpasına və onun milli maraqların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəyinə ümid edir. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu prezident katibliyi rəhbərinin müavini Andrey Kislinski deyib. O bildirib ki, belə bir çoxluq son günlər danışıldığı kimi, "Yuliya Timoşenko", "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokları və Litvinin bloku tərəfindən yaradıla bilər: "Ancaq bu cür ittifaq yalnız səmimi münasibətlər zəminində yaradılmalıdır və Ukrayna xaricindən idarə olunan ssenarilərə pərdə rolunu oynamamalıdır". A. Kislinski "Yuliya Timoşenko" bloku və Regionlar Partiyası arasında koalisiya formalaşdırılması və Ukraynada parlament respublikasının yaradılması cəhdlərinin, həmçinin baş nazirin rus kuratorlarla əlaqəsinin davam etdiyini söyləyib: "Rusiya siyasi dairələrinin nümayəndələri bu cür koalisiyanın yaradılmasını açıq-aşkar alqışlamaqla yanaşı, onun Avropada qəbul olunmasına zəmin də yaratmaq istədilər. Ancaq bu cəhdlər Avropada anlayışla qarşılanmadı. Üstəlik, "Yuliya Timoşenko" blokunun vətənpərvər üzvləri Timoşenkonun şəxsi ambisiyalarının reallaşması naminə Kremlyönümlü koalisiyanın formalaşdırılmasına qarşı çıxdılar". -
09-16-2008, 02:00 PMAPAMoskvada Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib
[b]Moskvada Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib[b]
[Moskva-APA. Moskvada daha bir Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. APA-nın məlumatına görə, dünən axşam radələrində Zelenoqrad xəstəxanalarından birinə qarın və döş nahiyəsindən çoxsaylı kəsici-deşici yaralar almış 47 yaşlı Azərbaycan vətəndaşı gətirilib. İlkin müayinədən sonra həkimlər soydaşımıza həmçinin qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu qoyublar. Vəziyyəti ağır qiymətləndirilən soydaşımız xəstəxanaya gətirildikdən bir neçə saat sonra vəfat edib. İlkin məlumata görə, Azərbaycan vətəndaşını qətlə yetirən iki nəfərdir. Onların axtarışı davam edir. -
09-16-2008, 02:10 PMAPABir ildir axtarışda olan oğru tutulub
[b]Bir ildir axtarışda olan oğru tutulub[b]
[Bakı. Hafiz Heydərov-APA. Qaradağda axtarışda olan oğrun həbs edilib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1964-cü il təvəllüdlü Məzahir Muxtar oğlu Məmmədov Bakı şəhərində ev qarət etməkdə təqsirli bilinir. Bir il əvvəl törətdiyi oğurluq əməlinə görə, onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarış elan olunub. M. Məmmədov Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda saxlanılıb.