[b]Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ə. Elçibəyin Azərbaycan tarixindəki rolu və yeri barədə danışıb. Milli Demokratiya İnstitutunun Şərqi Avropa departamentinin direktoru İrena Lasota Ə. Elçibəylə bağlı xatirələrini danışıb və onun Azərbaycanda demokratiyanın inkişafına verdiyi töhfələri qeyd edib. O, Əbülfəz Elçibəyi anadangəlmə demokrat adlandırıb: "Əbülfəz Elçibəy onu tənqid edən mətbuat vasitələri və şəxslər barədə bir dəfə də olsun pis fikir söyləməyib. O, cəmiyyətdə sərbəstliyin və azad fikirliliyin tərəfdarı olduğunu nümayiş etdirib. Hətta bəzi müxalifət qəzetləri və partiyaları da Elçibəyə qarşı kampaniya aparırdılar. Amma o bunu özünə problem etmirdi". Tədbirdə çıxış edən Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, şair Abbas Abdulla, Milli Məclisin deputatı Cəmil Həsənli və digərləri də Əbülfəs Elçibəyin milli-mənəvi dəyərlərə sadiqliyi, ictimai-siyasi fəaliyyəti haqda danışıblar.
Azərbaycan Xəbərləri
Printable View

06-23-2008, 05:11 PMAPAMüsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib

06-23-2008, 05:21 PMAPAAŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: "Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb"
[b]AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: "Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Gürcüstanda yanvar ayında keçirilmiş prezident seçkiləri ilə müqayisədə may ayında keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi Matias Yorş bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, hər bir seçki onun keçirildiyi siyasi və sosial mühitlə birlikdə qiymətləndirilməlidir: "Parlament seçkilərində vəziyyətin aşkar şəkildə yaxşılaşması müşahidə edilib. Bu, həm namizədlərin qeydə alınması, həm də seçici siyahılarının tərtibində özünü göstərib. Əlbəttə, boşluqlar da var. Məsələn, seçkilərin gedişində ortaya çıxan mübahisələrin nəzərdən keçirilməsi prosesində çatışmazlıqlar mövcuddur. Məncə, seçkidən dərhal sonra bu mübahisələri həll etmək və gələcəkdə daha yaxşı seçki təşkil etmək məqsədilə seçki qanunvericiliyinə dəyişiklik edilməlidir". -
06-23-2008, 05:31 PMAPAElçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib
[b]Elçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli- APA. Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev bu gün nümayəndə heyətini qəbul edib. DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, E. Quliyev görüşdə Azərbaycanda və regionda geosiyasi vəziyyət, Ermənistanın təcavüzkar siyasətinin Azərbaycanın sərhəd təhlükəsizliyinə mənfi təsiri, işğal nəticəsində 132 km Azərbaycan -İran, 733 km Azərbaycan-Ermənistan sərhədinin nəzarətsiz qalmasını qeyd edib. DSX-nin Avropa İttifaqı ilə əməkdaşlığının uğurla davam etdirildiyi müsbət qiymətləndirilib. Nümayəndə heyətinin həmçinin, Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirliklərində qəbulu nəzərdə tutulub. -
06-23-2008, 05:41 PMAPA"Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib
[b]"Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli Əbülfəz Elçibəyin Azərbaycanda milli dəyərlər sisteminin və siyasi elitanın formalaşmasında böyük rolu olduğunu deyib: "Əbülfəz Elçibəy siyasətə təmənnasız fəaliyyət və əxlaq aşılayıb". Milli Məclisin deputatı, professor Cəmil Həsənli isə deyib ki, Ə. Elçibəy 1970-ci illərdə sovetlər dövrünün dissidentlərindən olub: "Əbülfəz Elçibəy sovet quruluşuna olan nifrətini tələbələrinə təlqin edib və haqlı olduğunu təsdiqləyib. Mən onun yaratdığı tələbə dərnəklərindən birinin üzvü olmuşam. Əbülfəz Elçibəy Cənubi Azərbaycan türklərinin müdafiəçilərindən və bu bölgədə gedən proseslərin ideoloqlarından olub". Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli Ə. Elçibəyi insanpərvər şəxs kimi xarakterizə edib: "Onun milli missiyası var idi. Bununla yanaşı Elçibəy insan amilinə qiymət verirdi. O heç kiminlə xarici görünüşünə görə təmas qurmazdı". Z. Məmmədli müxalifət düşərgəsində təmsil olunan partiyaları bir platforma ətrafında birləşməyə də çağırıb: "Özünü Elçibəyin təfəkkürünün davamçısı sayan partiya liderləri birləşməlidir. İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət Elçibəy platforması ətrafında birləşməlidirlər. Bu, Azərbaycanın inkişaf modelidir". -
06-23-2008, 05:51 PMAPAAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq
[b]Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Sabah Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, öncə Tiflisdə Heydər Əliyevin abidəsi yad ediləcək, sonra yubiley ilə bağlı ziyafət veriləcək. Tədbirə Tiflisdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan icmasının təmsilçiləri dəvət olunub. -
06-23-2008, 06:01 PMAPAViktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb
[b]Viktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb[b]
[Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfəri və GUAM-ın üçüncü sammitində iştirak etmək üçün Gürcüstana səfərinin hazırlanması haqqında fərman imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu səfərlərin lazımi səviyyədə hazırlanması üçün Nazirlər Komitəsinə plan tərtib etməyi tapşırıb. Qeyd edək ki, V. Yuşşenko iyunun 30-da Bakıya gələcək. O, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasiminə qatılacaq. Səfər zamanı prezidentlər ikitərəfli əlaqələri, xüsusən enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Səfər çərçivəsində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin rəsmi açılışı da olacaq. Mədəniyyət Günlərinin özü isə payızda keçiriləcək. V. Yuşşenko GUAM-ın 3-cü sammitinə qatılmaq üçün Bakıdan Batuma yola düşəcək. -
06-23-2008, 06:11 PMAPAAndres Herkel: "Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil"
[b]Andres Herkel: "Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Azərbaycan indiki mərhələdə seçkiöncəsi əlverişli şəraitin yaradılması barədə düşünməlidir". Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib.
[O, sabah Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirəyə çıxarılacaq hesabatda həm siyasi məhbuslar, həm də ölkədə söz azadlığının vəziyyətinin öz əksini tapacağını deyib: "Azərbaycanda bir neçə jurnalist hələ də həbsdədir. Məruzəmizdə həmçinin Seçki Məcəlləsi və digər qanunlara da toxunacaq. Hesab edirəm ki, Venesiya Komissiyasının bir neçə tövsiyələri təəssüflər olsun ki, nəzərə alınmayıb. Bu məsələyə daha dolğun qiyməti mən sabah keçiriləcək müzakirələrdən sonra verə biləcəyəm". Andres Herkel Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunmasını real saymadığını bildirib: "Bu, çox mürəkkəb məsələdir, çünki bu ölkələrdə vəziyyət eyni dərəcədə deyil. Bu, mənim fikrimdir və hesab edirəm ki, biz ilk növbədə hansı ölkələrdə siyasi məhbusların olduğunu müəyyən etməliyik. Ümumi məruzəçinin təyin olunması yeni ideyadır və bu, bu gün qarşımızda duran bütün problemlərin həllinə yardım etməyəcək. Bəlkə də başqa çıxış yolları axtarmaq mümkündür və bu məsələdə son qərarı təbii ki, AŞ PA Siyasi bürosu verəcək". -
06-23-2008, 06:21 PMAPAAzərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub
[b]Azərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamı, biznesmen Bahəddin Əliyevin evinə basqın edərək 1 nəfəri öldürməkdə, 3 nəfəri isə ağır yaralamaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, dəstə üzvləri Rəcəb Vəliyev və Elçin İsgəndərov ömürlük, Ramil Cəfərov 14 il, Araz Osmanov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, dəstə üzvləri ötən il noyabrın 10-da iş adamı B. Əliyevin mənzilinə silahlı basqın edərək onun 74 yaşlı atası Alı Əliyevi qətlə yetiriblər. Onlar bir sıra ağır cinayətlərdə, o cümlədən qətldə, qaçaqmalçılıqda, banditizmdə ittiham olunurlar. -
06-23-2008, 06:31 PMAPAAzərbaycanın Zaqatala rayonunda baptistlərin lideri həbs edilib
[b]Azərbaycanın Zaqatala rayonunda baptistlərin lideri həbs edilib[b]
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda Xristian-Baptist dini icmasının lideri Həmid Şabanov həbs edilib. Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, H. Şabanov qanunsuz odlu silah saxlamaqda təqsirli bilinir.
[Rəis müavininin sözlərinə görə, polis əməkdaşları ötən gün Zaqatalanın Əliabad kənd sakini, Xristian-Baptist dini icmasının rayondakı lideri hesab olunan, 1956-cı il təvəllüdlü Həmid Təmraz oğlu Şabanovun evində axtarış aparıblar. Axtarış zamanı H. Şabanovun yaşadığı mənzildən 1 ədəd "Naqan" tipli tapança və xristian dininə aid qadağan olunmuş 37 ədəd ədəbiyyat aşkar edilərək götürülüb. H. Şabanovun artıq həbs edildiyini vurğulayan rəis müavini onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə və saxlama) maddəsi ilə cinayət işinin başlanıldığını bildirib. -
06-23-2008, 06:41 PMAPANikola Sarkozi: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək"
[b]Nikola Sarkozi: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək"[b]
[Tel-Əviv - APA. İsrailin mövcudluğuna hər hansı təhlükə yaranarsa, Fransa bu ölkəni müdafiə edəcək. APA-nın məlumatına görə, bunu İsrailə rəsmi səfər edən Fransa prezidenti Nikola Sarkozi Knessetdəki çıxışında deyib. O, İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bildirib: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək. İsrail yalnız olmadığını bilməlidir". İsrail-Fələstin probleminə toxunan Fransa prezidenti Tel-Əvivin siyasətini tənqid etməkdən çəkinməyib. N. Sarkozi hesab edir ki, fələstinlilərin də dövlət qurmaq hüququ var və İsrailin təhlükəsizliyi müstəqil Fələstin dövlətinin qurulması ilə təmin oluna bilər. Onun fikrincə, fələstinli qaçqınların problemi həllini tapmadan və İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşdırma siyasətinə son qoyulmadan sülhə nail olmaq mümkün deyil: "Yerusəlimi iki dövlətin paytaxtı kimi tanımaq sülhün əsas şərtidir". Qeyd edək ki, N. Sarkozi Fransua Mitterandan bəri (1982-ci il) İsrail parlamentində çıxış edən ilk Fransa prezidentidir.