[b]Ukrayna prezidentinin qardaşı Rusiyada "arzuolunmaz şəxs" elan edilib[b]
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun qardaşı Pyotr Yuşşenkonun adı rəsmi Moskva tərəfindən Rusiyaya gəlişi arzuolunmaz olan şəxslərin siyahısına salınıb.
[APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokunun deputatı olan P. Yuşşenko ilə yanaşı, eyni adlı fraksiyanın lideri Vyaçeslav Kirilenko, Ali Radanın komitə sədri Oleq Bilorus, Mədəniyyət komitəsinin üzvü Vladimir Yavorivski və digərlərinin də Rusiyaya gəlişi qadağan olunub. Rusiyanın rəsmi strukturları bu məlumatı nə təsdiq, nə inkar ediblər.
Azərbaycan Xəbərləri
Printable View

09-15-2008, 03:50 PMAPAUkrayna prezidentinin qardaşı Rusiyada "arzuolunmaz şəxs" elan edilib

09-15-2008, 04:20 PMAPAAzərbaycan dəmiryolçuları Koreyada kurs keçib
[b]Azərbaycan dəmiryolçuları Koreyada kurs keçib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) bir qrup mütəxəssisi Seulda (Cənubi Koreya) səfərdə olub. Bu barədə «APA-ECONOMICS»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.Səfər çərçivəsində ADDY mütəxəssisləri Seul şəhərində «Azərbaycan dəmir yolu mütəxəssis tədqiqat məşğələsi təhsili» adlı treninq təlim kursları keçib. Kursların sonunda hər bir mütəxəssisə xüsusi sertifikat təqdim olunub.Cənubi Koreyada tərtib olunmuş proqrama əsasən, texniki kurslar keçirməklə yanaşı azərbaycanlı mütəxəssislərin Koreya dəmir yollarının mövcud vəziyyəti, yüksək və adi sürətli qatarlarda gəzinti, lokomotiv və vaqonların qurulması, yüksək sürətli qatarların təmiri zavodlarına, həmçinin «Hyundai», POSC/O, ROTEM zavodlarına ekskursiyaları təşkil edilib. -
09-15-2008, 04:30 PMAPANazim Hikmətin şəxsi arxivdə saxlanan fotoşəkilləri Dövlət Film Fonduna təqdim olunub
[b]Nazim Hikmətin şəxsi arxivdə saxlanan fotoşəkilləri Dövlət Film Fonduna təqdim olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Rusiya vətəndaşının şəxsi arxivindən türk yazıçısı Nazim Hikmətin fotoşəkillərinin neqativləri Dövlət Film Fonduna təqdim olunub. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, Nazim Hikmətin bu fotoşəkilləri 50-ci illərdə Azərbaycanda səfərdə olarkən çəkilib. Hazırda neqativlərin bərpa olunduğunu deyən C.Quliyev, yaxın vaxtlarda fotoşəkillərin təqdim olunacağını deyib. -
09-15-2008, 04:40 PMAPADollar ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb
[b]Dollar ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Sentyabrın 15-də ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu ayın əvvəlindən ən minimal həddə çatıb. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Milli Bankının (AMB) rəsmi məzənnəsinə əsasən, 1 dollar 0,8118 manata bərabərdir.
[Beləliklə, ayın əvvəlindən manat dollara qarşı 0,27%, sentyabrın 12-dən isə 0,45% bahalaşıb. Məzənnənin hazırkı səviyyəsi yalnız avqustun ilk dekadasında müşahidə olunub. Manatın məzənnəsinin birdən-birə bu dərəcədə yüksəlməsinin səbəbləri xarici bazarlarda baş verən proseslərlə bağlıdır. Belə ki, bu gün beynəlxalq birjalarda dollar avroya və digər əsas valyutalara qarşı kəskin şəkildə - 1,8% ucuzlaşıb. Bunun əsas səbəbi ABŞ-ın «Lehman Brothers Holdings Inc.» bankının müflisləşməsi haqqında məlumatların yayılması ilə bağlıdır. Bundan əlavə bir sıra bankların likvidliyinin kəskin azalması müşahidə olunur. Vəziyyəti tarazlaşdırmaq üçün Federal Ehtiyat Sistemi (FES) banklar üçün borclanma mexanizmini liberallaşdırıb və girov kimi çıxış edə biləcək aktivlərin siyahısını genişləndirib. FES-in bu addımı bazar iştirakçıları tərəfindən böhrana qarşı görülən tədbir kimi qiymətləndirilsə də, əslində ABŞ-ın maliyyə sistemi barədə mənfi proqnozları daha da möhkəmləndirir. Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnənin ardınca mübadilə məntəqələrində də nağd dolların alış-satış məzənnəsi kəskin şəkildə düşüb. Belə ki, əgər keçən həftənin sonunda məzənnə 0,8140 manata çatmışdırsa (alış), bu gün həmin göstərici orta hesabla 0,8090 manata bərabərdir. Maraqlıdır ki, əks dinamika avronun rəsmi məzənnəsi üzrə müşahidə edilir. Dolların ucuzlaşması avronun bahalaşmasına səbəb olub və sentyabrın 12-i ilə müqayisədə Azərbaycanda 1 avro 1,1421 manatdan 1,721 manatadək və ya 2,6% bahalaşıb. -
09-15-2008, 04:50 PMAPAİran öz iştirakı olmadan «Nabucco» layihəsinin icrasını real saymır
[b]İran öz iştirakı olmadan «Nabucco» layihəsinin icrasını real saymır[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. «Nabucco» qaz boru kəmərinin İranın iştirakı olmadan fəaliyyət göstərməsi mümkün deyil. «APA-ECONOMICS»in «Wiener Zeitung» qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Qulamhüseyn Nəzəri bəyan edib. Nazir Avstriyanın «Nabucco» layihəsində iştirak edən təmsilçisi OMV neft-qaz şirkətini İranı tezliklə layihə cəlb etməyə və qazın alqı-satqısına dair ikitərəfli sazişi bağlamağa çağırıb. Q.Nəzərinin fikrincə, qaz tədarükünə dair kifayət qədər zəmanətin olmaması fonunda İran resurslarına yüksək tələbat aydın hiss olunur: «Nabucco» boru kəmərinin işinin İranın iştirakı olmadan mümkünsüzlüyünü hamı etiraf edir. Dünyanın təbii qaz resurslarının 16%-nə malik olan ölkəni nəzərə almamaq olmaz». Qeyd edək ki, gələcəkdə kəmərin əsas real təchizatçı kimi Azərbaycan qiymətləndirilir.Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞÂ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. -
09-15-2008, 05:10 PMAPATürkiyənin dövlət qurumu Ermənistandan elektrik enerjisi almaq istəyən şirkətin müraciətini rədd edib
[b]Türkiyənin dövlət qurumu Ermənistandan elektrik enerjisi almaq istəyən şirkətin müraciətini rədd edib[b]
[Ankara - APA. Türkiyənin Enerji Bazarını Düzənləmə Qurumu Rusiyanın "İnter RAO" enerji şirkətinin Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti TGR-in Ermənistandan elektrik enerjisi idxal etmək tələbini rədd edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TGR-in Şərqi Anadolunun elektrik enerjisinə olan tələbatını ödəmək üçün Ermənistandan elektrik enerjisi almaq istəyi qəbul olunmayıb. Ermənistanla bu sahədə müqavilə imzalamış UNİT şirkəti isə hələlik anlaşmanın təsdiqlənməsi üçün Enerji Bazarını Düzənləmə Qurumuna müraciət etməyib. Türkiyə mətbuatı Xarici İşlər Nazirliyi və Enerji Nazirliyinin bu sövdələşmədən xəbərsiz olduğunu bildirib. -
09-15-2008, 05:20 PMAPAAlla Puqaçova: "Maksim Qalkinlə evlənməmişik"
[b]Alla Puqaçova: "Maksim Qalkinlə evlənməmişik"[b]
[Moskva-APA. Rusiya estradasının ulduzu Alla Puqaçova yaxın günlərdə şoumen Maksim Qalkinlə ailə quracağı barədə xəbərləri təkzib edib. APA-nın məlumatına görə, sənətçini bu addımı atmağa Moskva patriarxlığının yepiskopu Mark Yeqorevskinin açıqlaması vadar edib. 1994-cü ildə kilsədə Alla Puqaçova ilə Filipp Kirkorovun kəbinini kəsən din xadimi sənətçinin Maksim Qalkinlə ailə qurmağa hazırlaşması barədə xəbərə sərt reaksiya verib: "Alla Borisovna növbəti azyaşlı uşaqla nikaha girməkdənsə, tövbə etmək haqqında düşünsə, yaxşıdır". Alla Puqaçova yenidən evlənəcəyi barədə xəbərləri sarı mətbuatın uydurması adlandırıb: "Bəzi qəzetlər mənim həyatım, Maksim Qalkinlə ailə həyatı quracağım haqqında uydurmalar yazırlar. Mən yox, həmin mətbuat orqanları tövbə etməlidir. İnanmıram ki, hansısa din xadimi məni günahlarımı tövbə etməyə çağırsın, çünki tövbəyə vadar edəcək heç bir günah işlətməmişəm. Əgər ərə getmək istəsəydim, bunu hər kəsdən əvvəl mənim dilimdən eşidərdiniz. Bir daha bəyan edirəm ki, Maksimlə nə kəbin kəsdirməyə, nə də evlənməyə hazırlaşmıram. Biz sadəcə bir yerdə yaşayır və həyatdan ləzzət alırıq. Başqaları isə insanların beyninə belə bir fikir yeritməyə çalışır ki, guya mən yüngül əxlaqlı, erotik hisslərə qapalı həyat keçirən qadınam. Kimsə öz həyatını başqasının ayağına yazmaq istəyir". -
09-15-2008, 05:30 PMAPAGürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları açılacaq
[b]Gürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları açılacaq[b]
[Bakı-APA. Sentyabrın 20-dən Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə ilkin olaraq 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursların əlaqələndiricisi Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzidir. Gələn ilin əvvəlindən isə Gürcüstandakı bütün Azərbaycan məktəblərində və Tbilisi Dövlət Universitetinin Marneuli Şəhər Filialında azərbaycanlılar üçün gürcü dili kursları açılacaq. Məlumata görə, bu günlərdə soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək məqsədilə 3 dərs vəsaiti - "Gürcü dilini öyrənənlər üçün dərslik", "Gürcücə-Azərbaycanca danışıq lüğəti" və "Gürcü dilinin qrammatikası" işıq üzü görüb. Həmçinin gürcü dilinin qrammatikasına aid 300 dəst cədvəl hazırlanıb.Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ilk dəfə olaraq "Azərbaycanca-gürcücə luğət" hazırlanır. Lüğət 20 min sözdən və 2 cilddən ibarət olacaq. Dil kurslarının açılması və dərs vəsaitlərinin çapı da komitənin ayırdığı maliyyə hesabına təmin edilib. Qeyd olunub ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə 124 Azərbaycan məktəbi var və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır. -
09-15-2008, 05:50 PMAPANovosibirsk Operetta Teatrında üç aylıq rejissorluq təcrübəsi keçmək istəyənlər üçün müsabiqə elan olunub
[b]Novosibirsk Operetta Teatrında üç aylıq rejissorluq təcrübəsi keçmək istəyənlər üçün müsabiqə elan olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rejissorlar arasında müsabiqə keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya bilidirlib ki, müsabiqə Novosibirsk Operetta Teatrında üç aylıq rejissorluq təcrübəsi keçmək istəyən rejissorlar arasında baş tutacaq. Müsabiqədə 28 yaşa qədər ali rejissor təhsilli gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən rejissorlar bu ilin oktyabrın 1-dək sənədlərini Musiqili Komediya Teatrının kadrlar şöbəsinə təqdim edə bilərlər. -
09-15-2008, 06:10 PMAPAİranda yaşayan azərbaycanlıların həbsi davam edir
[b]İranda yaşayan azərbaycanlıların həbsi davam edir[b]
[Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Təbriz şəhər sakini Əli Sədiqi saxlanılıb. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Təbriz Universitetinin "Yurd" tələbə jurnalının təsisçilərindən olan Ə. Sədiqi sentyabrın 10-da çalışdığı yerdə həbs olunub. O, ölkədə milli ayrı-seçkilik salmaqda ittiham edilir.