[b]Ermənistanda zəlzələ olub[b]
[İyunun 21-nə keçən gecə Ermənistanın şimal-şərqində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub. APA-nın"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində ölənlər və dağıntı olmayıb.Ermənistan Milli Seysmoloji Müdafiə Xidmətindən bildiriblər ki, 3,4 bal gücündə ilk təkan yerli vaxtla saat 4:41-də qeydə alınıb. Zəlzələnin episentri Noyemberyan rayonundan 12 kilometr cənub-şərqdə olub. Bundan əlavə, Berd (4-5 bal) və İcevan (3-4 bal) şəhərlərində də təkanlar qeydə alınıb.
Azərbaycan Xəbərləri
Printable View

06-21-2008, 02:01 PMAPAErmənistanda zəlzələ olub

06-21-2008, 02:11 PMAPAGələn həftə Azərbaycan Daxili Qoşunların zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək
[b]Gələn həftə Azərbaycan Daxili Qoşunların zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək[b]
Bakı. Rəşad Süleymanov - APA. İyunun 28-də Azərbaycan Daxili Qoşunların Qala qəsəbəsində yerləşən zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək. Bu barədə APA-ya Daxili Qoşunlardan məlumat verilib.
[Buraxılış mərasimində hökumət rəsmilərinin, habelə Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin hərbi attaşelərinin də iştirakı planlaşdırılır. Qeyd edək ki, zabit hazırlığı məktəbinin yaradılmasında məqsəd Daxili Qoşunların zabit kadrlara olan ehtiyacını qoşunların özündə həll etmək olub. Hərbi məktəb Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarı ilə yaradılıb. Əyani təhsil müddəti 2 il olan məktəbə hər il 100 nəfərədək natamam, ümumi orta, orta ixtisas təhsili olan Daxili Qoşunlarında xidmət keçən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular qəbul edilir. Hərbi məktəbi bitirən şəxslərə Azərbaycanın orta ixtisas təhsili müəssisələri üçün müəyyən olunmuş nümunədə diplom və xüsusi döş nişanı təqdim olunur. -
06-21-2008, 02:21 PMAPANATO: Azərbaycan Silahlı Qüvvələri islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə yerinə yetirir
[b]NATO: Azərbaycan Silahlı Qüvvələri islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə yerinə yetirir[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələri hökumətin müəyyənləşdirdiyi islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə hazırlayır və yerinə yetirir.
[APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici zabiti Zbiqnev Rıbatskinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə göndərdiyi məktubda bildirilib.Z.Rıbatski Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları yüksək qiymətləndirib: «Azərbaycan hərbi qulluqçularının əldə etdikləri tərəqqi NATO-nun əlaqələndirici zabiti kimi məndə böyük təəssürat yaradıb». -
06-21-2008, 02:31 PMAPATürkiyədə polisdən qaçmaq istəyən Azərbaycan vətəndaşı yıxılaraq ölüb
[b]Türkiyədə polisdən qaçmaq istəyən Azərbaycan vətəndaşı yıxılaraq ölüb[b]
Bakı-APA. Türkiyənin İqdır şəhərində gənc azərbaycanlı qadın faciəli şəkildə dünyasını dəyişib. APA-nın lent.az portalına istinadən verdiyi məlumata görə, iyunun 13-də 22 yaşlı Azərbaycan vətəndaşı Vüsalə Süleymanova pasport rejiminin yoxlanması çərçivəsində polis tərəfindən saxlanılıb.
[Araşdırma zamanı məlum olub ki, V.Süleymanova altı ay öncə Türkiyədən deportasiya edilib. Bununla bağlı polis onu məntəqəyə aparmaq istəyib. Lakin yolda V.Süleymanova polis maşınından tullanaraq qaçmağa çalışıb. Bu zaman o, yerə yıxılıb və başı yerə dəyib. Həkimlərin səylərinə baxmayaraq, bir həftəlik müalicə effekt verməyib və V.Süleymanova dünən axşam dünyasını dəyişib. Hadisədə iştirakçı olan polislərlə bağlı araşdırma aparılır. -
06-21-2008, 02:41 PMAPAAzərbaycan paytaxtında Ruhi-Əsəb Xəstəxanasından qaçan məhkumlar tapılıblar
[b]Azərbaycan paytaxtında Ruhi-Əsəb Xəstəxanasından qaçan məhkumlar tapılıblar[b]
Bakı. Samir Kazımlı-APA. Dünən 20:36 radələrində Maştağa qəsəbəsində yerləşən Ruhi-Əsəb Xəstəxanasının ümumi şöbəsində müalicə olunan məhkumlar - 48 yaşlı Maştağa sakini Ədalət Sabir oğlu Babayev və 24 yaşlı Bilgəh sakini Habil Bayram oğlu Dadaşov qaçıblar.
[APA-nın məlumatına görə, bu barədə Lent.az portalına Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən məlumat veriblər. Bu gün hər iki şəxsin valideynləri onları xəstəxanaya gətiriblər. Polis bölməsindən bildiriblər ki, Ə. Babayev Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd), H. Dadaşov isə Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məhkum ediliblər. -
06-23-2008, 11:01 AMAPARusiyada bir azərbaycanlı öldürülüb
[b]Rusiyada bir azərbaycanlı öldürülüb[b]
Lənkəran. Ağəddin Babayev - APA. Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı qətlə yetirilib.
[APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranın Osakücə kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Musa oğlu Həbibov 10 ildən artıq Sankt Peterburq şəhərində yaşayıb və burada milliyyətcə rus olan qadınla vətəndaş nikahında olub. Kənd sakinləri qətlin ailə münaqişəsi zəminində baş verdiyini və K. Həbibov birgə yaşadığı qadının qardaşı tərəfindən öldürüldüyünü bildirirlər. Mərhumun cənazəsi iyunun 20-də Azərbaycana gətirilib və Osakücə kəndində dəfn edilib. Qeyd edək ki, K. Həbibovun qanuni nikahdan 4 uşağı var. -
06-23-2008, 11:11 AMAPAQulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşib
[b]Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşib[b]
[Bakı. Ramil Məmmədli - APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Məhəmmədrza Xeştinin sədri olduğu Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) iyunun 21-də Belçikanın paytaxtı Brüsseldə başlayan birlik qurultayı bu gün də davam edib. Q. S. Təbrizinin APA-ya verdiyi məlumata görə, qurultaya dünyanın 16 ölkəsindən nümayəndələr qatılıb. Toplantıda təşkilat sədrlərinin və nəzarət-təftiş komitələrinin hesabatları dinlənilib. Sonra isə DAK-la DDAK arasında birlik sazişi imzalanıb. Qurultay iyunun 23-də işini davam etdirəcək. Həmin gün qurumun rəhbərliyi və digər strukturlarına seçki keçiriləcək. -
06-23-2008, 11:21 AMAPAErmənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı qadın yaralanıb
[b]Ermənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı qadın yaralanıb[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayon sakini yaralanıb.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Ağdamın Çıraqlı kəndi ərazisində təsərrüfat işləri ilə məşğul olan məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində məskunlaşan Məmmədova Yeganə Rəcəb qızı sağ qolundan güllə yarası alıb. Mərkəzi Rayon xəstəxanasına çatdırılan Y. Məmmədovaya tibbi yardım göstərilib. -
06-23-2008, 11:31 AMAPAAzərbaycanın cənub bölgəsinə güclü yağış yağıb
[b]Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb[b]
Lənkəran. Ağəddin Babayev-APA. Dünən saat 23.00-dən başlayaraq cənub bölgəsinin rayonlarına güclü yağışlar yağıb. APA-nın cənub bürosunun məlumatına görə, iki saat ərazində əraziyə 11 mm yağıntı düşüb.
[Bu, təqribən aylıq yağıntı normasının 25 faizinə bərabərdir. Yağıntılar Yardımlı və Lerikdə əkin sahələrinə qismən ziyan vurub. Təbii fəlakət nəticəsində ən çox ziyan isə Lənkəranda qeydə alınıb. Şəhər mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində ağaclar aşaraq binaların dam örtüyünü zədələyib. İldırım çaxması nəticəsində 10 min kilovoltluq 900 nömrəli elektrik xəttini sıradan çıxarıb, şəhərdə bir sıra həyati obyektlər, o cümlədən mərkəzi şəhər xəstəxanası işıqsız qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. -
06-23-2008, 11:41 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 22-də saat 20.35-dən 21.10-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, saat 14.10-dan 14.20-dək və saat 18.00-dan 18.10-dək Ağdam rayonunun Şurabad və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.