Əsas məzmuna keç
Sayfa 290/461 İlkİlk ... 190240280288289290291292300340390 ... SonSon
4610 sonuçtan 2.891 ile 2.900 arası

Azərbaycan Xəbərləri

1. #2891
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neftin ixracına dair müsabiqə keçirir

[b]Azərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neftin ixracına dair müsabiqə keçirir[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Şirkətdən bildrilib ki, müsabiqənin şərtlərinə görə, 1 mln. barel həcmində olacaq mhsulun Heyhan limanından ixracı bu ilin oktyabr ayının 20-25-də həyata keçirilməlidir. Sorğuya sentyabr ayının 19-da yekun vurulacaq, nəticələr isə sentyabrın 20-də elan olunacaq.

2. #2892
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək

[b]Gələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sentyabr ayının 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək. «İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgiyə dünyanın 19 ölkəsinin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&Kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical» ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov Zavodu» və s. təşkilatların nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, BİHE-2008 ilə yanaşı sentyabrın 24-dən 27-dək ölkədə III Azərbaycan Beynəlxalq Stomatologiya və II Beynəlxalq Gözəllik və Tibbi Estetika sərgiləri də keçiriləcək. Sərgilərdə tibbi və texniki avadanlıqların son modelləri nümayiş olunacaq. Hər üç sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə keçirilir.

3. #2893
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yaxın iki ildə Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq

[b]Yaxın iki ildə Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyini üçün ehtiyac meyarının həddi tədricən yaşayış minimumuna çatdırılacaq. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, yaxın 2-3 il ərzində buna nail olunacaq. Şöbə müdirinin sözlərinə görə, 2006-cı ildə ehtiyac meyarının həddi 30 manat olmaqla, yaşayış minimumuna nisbətdə 51% idisə, hazırda ehtiyac meyarının həddi 55 manata çatıb və bu, yaşayış minimumuna nisbətdə 78%-dir. N.Qasımov qeyd edib ki, ehtiyac meyarının həddinin yüksəlməsi nəticəsində ilin sonunadək Azərbaycanda ünvanlı sosial yardım alanların sayı təxminən 160 min nəfərə çatdırılacaq. Bu isə o deməkdir ki, ilin birinci yarısı ilə müqayisədə ikinci yarımillikdə yardım alanların sayı 60% artacaq. Hazırda Azərbaycanda 127 577 ailə ünvanlı sosial yardım alır. Ölkədə bir ailəyə düşən orta aylıq sosial yardımın məbləği 98 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 21 manatdır. Yardım alanların 44%-i çoxuşaqlı, 8,3%-i məcburi köçkün ailələridir. Yardım təyin olunan ailələrin 76,8%-i dövlətdən ilk dəfə yardım alır. Hazırda Azərbaycanda ünvanlı sosial yardım alanların 82,4%-nə bu vəsait plastik kartla ödənilir.

4. #2894
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

[b]Azərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Böyük Britaniyanın Orta Şərq üzrə Biznes Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə «APA-ECONOMICS»ə Azpromo-dan məlumat verilib.«Memoranduma əsasən, hər iki təşkilat arasında ilkin olaraq Azərbaycan və Böyük Britaniyada həyata keçirilə biləcək layihələr üzrə informasiya mübadiləsi aparılacaq», - deyə Azpromo-dan bildirilib. Memorandumu Azərbaycan tərəfindən ölkənin iqtisadi inkişaf naziri Heydər Babayev, Böyük Britaniya tərəfindən isə bu ölkənin Orta Şərq üzrə Biznes Assosiasiyasının baş direktoru Maykl Tomas imzalayıb. Qeyd edək ki, memorandum Böyük Britaniyanın iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb. Sentyabrın 19-dək Bakıda səfərdə olacaq nümayəndə heyəti azərbaycanlı iş adamları ilə görüşəcək. Böyük Britaniyanın nümayəndə heyəti 17 nəfərdən ibarətdir və bunlar neft, qaz, tikinti, təhsil, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə fəaliyyət göstərən biznesmenlərdir. Səfər çərçivəsində iki ölkənin iş adamları üçün həmçinin dəyirmi masa keçiriləcək. Dəyirmi masanın təşkilatçısı rolunda Azpromo çıxış edir.

5. #2895
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq

[b]Azərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi iş icazəsi almaq istəyən əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan dövlət rüsumunun artırılması təklifi ilə hökumətə müraciət edib.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, təkliflərdə hazırda 45 manat olan dövlət rüsumunun məbləğinin 1000 manatadək artırılması əks olunub. Rüsumun qaldırılmasında məqsəd Azərbaycanın əmək bazarına xaricdən lazımsız və qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaq istəyən işçi qüvvəsinin daxil olmasının qarşısını almaqdır. Nazirlikdən bildirilib ki, ölkə prezidentinin bu ilin avqustun 5-də miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə verdiyi sərəncam Azərbaycanın daxili əmək bazarına belə əcnəbilərin daxil olmasının qarşısını almağa kömək göstərəcək. Yaxın bir ay ərzində artıq ölkədə bu sərəncamın səmərəsinin hiss olunacağı gözlənilir. Nazirlikdən o da qeyd edilib ki, bununla əlaqədar təkliflərə bir qədər düzəlişin ediləcəyi və dövlət rüsumu ilə bağlı artımın bir qədər aşağı salınacağı gözlənilir. Rüsumun bu düzəlişlərdən sonra nə qədər artırılacağı isə Nazirlər Kabinetində keçirilən müzakirələrdən asılı olacaq. Qeyd edək ki, ölkə prezidentinin yeni sərəncamına görə, müvafiq qurumlar daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydasını təsdiqləməlidir. Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilən və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı səlahiyyətlərinin icrası zamanı miqrasiya sahəsində yeni qanunvericiliyin tələblərinə ciddi riayət edilməli, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qanuni əsaslarla qalmalarına nəzarət gücləndirilməlidir. Azərbaycanda əcnəbi vətəndaşlara əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır.

6. #2896
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb

[b]«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin sentyabr ayının 1-nə 32,19 mln. manat təşkil edib. Bu, 2007-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 71,6% 35,2% çoxdur. Bankın Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumatına görə, sentyabrın əvvəlinə bankın kredit portfeli 22,88 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4%, çoxdur. Qeyd edək ki, kredit portfelinin 42,2%-i istehlak kreditlərinin (əsasən, avtomobil kreditləri) payına düşür.Bununla yanaşı, ötən ilin avqustun sonuna olan göstəricilərlə müqayisədə bankın depozit portfeli 70,5% artaraq 7,21 mln. manata çatıb. Qeyd edək ki, depozitlərin 75,5%-i fiziki şəxslərin payına düşür və bu, keçən ilə nisbətən təxminən 2,4 dəfə çoxdur.Hesabat dövründə bankın məcmu kapitalı 13,56 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.Qeyd edək ki, «United Credit Bank» SKB 1996-cı ildən fəaliyyət göstərir. Hazırda bankın 5 filialı var.

7. #2897
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib

[b]Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib[b]

Bakı - APA. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, S. Əbiyev müstəqillik qazandıqdan sonra Azərbaycanın iqtisadi-siyasi və ordu quruculuğu sahəsindəki uğurlarından danışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi problemlər barədə də qonaqlara ətraflı məlumat verib. Nazir münaqişənin həlli istiqamətində Minsk Qrupunun 15 il ərzində apardığı işin heç bir nəticə vermədiyini də nümayəndə heyətinin diqqətinə çatdırıb.

8. #2898
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ziyafət Əsgərov: "Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq"

[b]Ziyafət Əsgərov: "Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında" qanun layihəsi Mili Məclisdə müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Z. Əsgərovun sözlərinə görə, prezident tərəfindən Milli Məclisə göndərilən qanun layihəsinə əsasən, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən Azərbaycan hərbçilərinin tərkibində dəyişiklik ediləcək.Vitse-spiker qeyd edib ki, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən taqımın əsgərlərinin sayı artırılacaq. Layihəyə əsasən, Əfqanıstanda 2 taqımın xidmət etməsi nəzərdə tutulub. Layihə sentyabrın 18-də Mili Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında müzakirə olunacaq.

9. #2899
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda Sosial Məcəllə hazırlanacaq

[b]Azərbaycanda Sosial Məcəllə hazırlanacaq[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanda ilk dəfə Sosial Məcəlləsinin hazırlanmasına başlanacaq. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, artıq ölkədə bu məcəllənin hazırlanması zərurəti yaranıb. İlin sonunadək həm də «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna dəyişiklik edilməsi üçün hökumətə təkliflər təqdim olunacaq. Nazirlik səlahiyyətlisinin sözlərinə görə, Dünya Bankının dəstəyi ilə ölkədə ünvanlı sosial yardımın icra mexanizminin qiymətləndirilməsi və yoxsulluğa təsirinin öyrənilməsi məqsədi ilə 7 min ev təsərrüfatında keçirilən sorğu yekunlaşır. Bununla yanaşı, Aztəminatlı Ailələrin Sosial Reabilitasiyası Proqramı layihəsinin sınaqdan keçirilməsi üçün seçilən 4 pilot rayonda da tədqiqatlar aparılır. Bu sorğunun və tədqiqatların nəticələri təhlil olunduqdan sonra «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna köklü dəyişikliklər ediləcək, onun mexanizmi təkmilləşdiriləcək.

10. #2900
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gəncə şəhər gününün vaxtı təyin olunub

[b]Gəncə şəhər gününün vaxtı təyin olunub[b]

Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncə şəhər gününün vaxtı təyin olunub.Gəncə şəhər İcra hakimiyyətindən APA -nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 22-də carçılar 3 marşrut üzrə şəhər əhalisini 23 -24 sentyabrda keçiriləcək şəhər tədbirlərinə dəvət edəcəklər. Məlumata görə, Gəncənin 2502 illiyi münasibəti ilə sentyabrın 23-də Heydər Əliyev meydanında bayram konserti keçiriləcək. Tədbirdə şəhər rəhbərliyinin, diplomatların, ictimaiyyət nümayəndələrinin və digər rəsmi qonaqların iştirakı gözlənilir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.