Əsas məzmuna keç
Sayfa 240/461 İlkİlk ... 140190230238239240241242250290340 ... SonSon
4610 sonuçtan 2.391 ile 2.400 arası

Azərbaycan Xəbərləri

1. #2391
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Muzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib

[b]Muzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bölgələrdə fəaliyyət göstərən qalereyaların vəziyyətini qeyri-qənaətbəxş qiymətləndirib. Nazir müavininin sözlərinə görə, hazırda regionlardakı qalereyalar heç bir təşəbbüs irəli sürmür və tədbirlər keçirməkdə maraqlı deyil: "Bu gün heç bir rayonumuzdakı qalereya rəhbərliyi maraqlı layihə ilə bizim qapımızı döymür. Ümumiyyətlə tədbirlərin keçirilməsinə maraqlı deyillər. Qalereyada saxlanılan əsərlərin hansı formada qorunduğu da məni narahat edir. Bərpa edilməyə ehtiyacı olan əsərlərin Bakıya gətirilməsi və Bərpa Mərkəzində təmir olunması lazımdır". Ə. Vəliyev Xaçmaz rayonu qalereyasına yeni direktor təyin olunduğunu da vurğulayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun direktoru Elçin Orucov, nazirliyin mətbuat xidmətinin baş məsləhətçisi Zöhrə Əliyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin baş mühafizəçisi Nailə Rəhimova qalereyaların fəaliyyəti və gələcəkdə həyata keçirilməsi vacib olan layihələr barədə məruzə ilə çıxış ediblər.

2. #2392
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əflatun Amaşov: "Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət yaxın günlərdə prezidentə ünvanlanacaq"

[b]Əflatun Amaşov: "Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət yaxın günlərdə prezidentə ünvanlanacaq"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

- Mətbuat Şurası Mətbuat Günü ilə bağlı hansı tədbirlər həyata keçirəcək? - Mətbuat Şurası yaranan gündən sonra Mətbuat Günü ilə bağlı hər il qəbullar təşkil olunub. Bu il də belə olacaq. İyulun 21-də keçiriləcək qəbula KİV nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri və digər şəxslər dəvət olunacaqlar. Bundan başqa, müxtəlif media təşkilatlarının Mətbuat Günü ilə bağlı təsis etdikləri "Media açarı" mükafatı da öz qaliblərinə təqdim olunacaq. - Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının Mətbuat Günü ərəfəsində qəbulu gözləniləndirmi? - Bununla bağlı gözləntilər var. Mən sənədin bu ərəfədə qəbul oluna biləcəyini gözləyirəm. Konsepsiya Azərbaycan mətbuatının inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi üçün ciddi bir sənəd olacaq.- Azərbaycan Jurnalistlərinin V Qurultayında həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etdiniz. Mətbuat Günü ərəfəsində növbəti dəfə belə bir müraciət edə bilərsiniz? - Həbsdə olan jurnalistlərin məsələsi daim Mətbuat Şurasının diqqətindədir. Mətbuat Şurasının məramı ondan ibarətdir ki, Azərbaycanda heç bir jurnalist həbsdə olmasın. Biz həbsdəki həmkarlarımızın azadlığa çıxmaları üçün əlimizdən gələni edirik. Qurultayda onların əfvi ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu. Biz yaxın günlərdə həmin müraciəti Azərbaycan prezidentinə ünvanlayacağıq. Mətbuat Şurası İdarə Heyətinin ilk iclasında müraciətin mətni təsdiq olunacaq. - Mətbuat Şurasına indiyə kimi olan üzvlük haqqı borclarının bağışlanması barədə qərar qəbul etdiniz. Bundan sonra üzvlük haqları ilə bağlı məsələ ciddi şəkildə tənzimlənəcəkmi? - Üzvlük haqlarını ödəməyən mətbuat orqanları vardı. Biz 2008-ci ilə qədər olan borcları bağışladıq. Borcu olanlardan xahiş edirik ki, bu il üçün olan üzvlük haqlarını ödəsinlər. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər. Mətbuat Şurasına üzvlük haqqının məbləği o qədər də böyük deyil. İl ərzində gündəlik qəzetlər, agentliklər, jurnalist təşkilatları üçün olan üzvlük haqları 150 manatdır. Həftəlik qəzetlər üçün isə bu məbləğ daha azdır, 100 manat. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər və eyni zamanda bu, kütləvi informasiya vasitələrini Mətbuat Şurası ilə faktiki olaraq bağlayan yeganə əlaqədir. Biz bundan sonra üzvlük haqlarının ödənməsini ciddi şəkildə tənzimləyəcəyik.- Mətbuat Şurasının müvafiq komissiyalarının bundan sonrakı fəaliyyəti necə qurulacaq? - Biz Mətbuat Şurasının komissiyalarının fəaliyyətini gücləndirəcəyik. Məsələn, iqtisadi məsələlər üzrə komissiya Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı ciddi işləyəcək. Azərbaycanda rəsmi reklamların KİV-də yerləşdirilməsi üçün ciddi işlər görülür. Bu da komissiyanın işinin gücləndirilməsini tələb edir. Biz Azərbaycanda elə bir mühit qurmaq istəyirik ki, jurnalistlər məhkəməyə verilməsin, mətbuatla bağlı bütün problemlər Mətbuat Şurasında öz həllini tapsın, elə bir mexanizm olsun ki, mətbuatdan şikayətçi olanlar öncə bizə müraciət etsinlər və məsələ şurada öz həlini tapsın. Nə jurnalistlər həbs olunsun, nə qəzetlər cərimələnsin. Bu yöndə işlək mexanizm hazırlamaq üçün Mətbuat Şurasının hüquq komissiyası da ciddi işləməlidir. Biz bu komissiyanın da işini gücləndirəcəyik. Biz Azərbaycan mətbuatında hələ də tüğyan edən "reket jurnalistikası" ilə bağlı yeni komissiya yaratmağı planlaşdırırıq. Komissiya sırf "reket mətbuatı" ilə mübarizə aparacaq. Qurultay ərəfəsində gündəmə gələn təklifi reallaşdırmağı - şuranın gender komissiyasının yaradılmasını da nəzərdə tuturuq. Həmin komissiya jurnalistikada olan gender problemlərini araşdıracaq, həlli yolları istiqamətində çalışacaq. Bundan başqa, şuranın rəsmi qurumlarla hakimiyyət arasında problemlərin həlli üzrə komissiyası da mövcuddur. Onun sədri İbrahim Məmmədli dünyasını dəyişəndən sonra komissiyanın fəaliyyəti zəiflədi. Bu qurumun da fəaliyyətini gücləndirmək üçün əməli addımlar atacağıq. Biz çalışacağıq ki, mətbuatın bütün sahələri komissiyaların fəaliyyətində öz əksini tapsın. - Komissiyaların formalaşdırılması prosesi İdarə Heyətinin ilk iclasında baş verəcək? - Çox güman ki. Çalışacağıq ki, belə olsun. Hər halda yaxın zamanlarda bunu həyata keçirmək istəyirik. Çalışırıq ki, komissiyaların hər biri öz sahələrində problemləri öyrənsin, görüləcək işləri müəyyənləşdirsin, planlar təsdiq edilsin. Bunun əsasında fəaliyyətimizi quracağıq. Mətbuat Şurası bu il üç istiqamətdə fəaliyyətini gücləndirəcək. Birinci istiqamət mətbuatın maddi durumunun yaxşılaşmasından ibarətdir. Bu, Mətbuata Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı olacaq, sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini nəzərdə tutur. İkinci istiqamət jurnalistin informasiya alması, onun ictimaiyyətə çatdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı elə bir mexanizm hazırlamaq lazımdır ki, qeyd etdiyim kimi, mətbuatla bağlı olan bütün şikayətlər şuraya daxil olsun və araşdırılsın. Həbsdə olan jurnalistlərin azadlığa çıxması ilə bağlı məsələ də bu istiqamətə aiddir. Üçüncü istiqamət isə jurnalistlərin sosial problemlərinin araşdırılması və həlli ilə əlaqədardır. Biz bununla bağlı da komissiya yaradacağıq. Komissiya sosial problemləri araşdıracaq, həlli üçün planlar hazırlayacaq və həmin planlar həyata keçiriləcək.

3. #2393
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük"

[b]Əli Həsənov: "Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük"[b]

Bakı. Ramil Məmmədli - APA. "Avropa Şurası Venesiya Komissiyasının bütün təkliflərinin nəzərə alınmamasına səbəb hakimiyyət bunu istəməməsi deyildi. Sadəcə, siyasi partiyalar bu məsələdə ümumi razılığa gələ bilmədilər". APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ATƏT və Avropa Şurası Seçki Məcəlləsində (SM) edilən dəyişikliklərlə bütövlükdə razıdır. "Seçki komissiyalarının formalaşmasında siyasi partiyaların fikirləri parçalandı, ortaq nəticəyə gələ bilmədilər. Bu səbəbdən də seçki institutlarının əvvəlki forması saxlanıldı. Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük. Əminik ki, seçkilərin demokratik keçirilməsi üçün komissiyaların bu şəkildə fəaliyyəti yetərli olacaq". Ə. Həsənov prezident seçkisinə rəsmi start veriləndən sonra partiyaların təbliğat-təşviqat aparmalarına imkan yaradılacağını da deyib. Onun sözlərinə görə, seçki prosesi zamanı siyasi tədbirlərin keçirilməsi üçün icra hakimiyyətləri tərəfindən ayrılan yerlər haqda məlumat dərc olunacaq. "Bütün namizədlər həmin yerlərdə seçkiqabağı görüşlərini, mitinq və digər tədbirlərini keçirə biləcəklər".

4. #2394
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tofiq Zülfüqarov: "Latviyanın Azərbaycana marağı gündən-günə artır"

[b]Tofiq Zülfüqarov: "Latviyanın Azərbaycana marağı gündən-günə artır"[b]

Bakı. Turan Hüseynova - APA. "Latviyanın Azərbaycana marağı gündən-günə artır. Bu ölkənin Azərbaycanın bank sferasına qoyduğu sərmayənin həcmi 150 milyon dolları ötüb". Bunu APA-ya açıqlamasında Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Baltik ölkələri Azərbaycanın strateji tərəfdaşlarına çevrilə bilər. Səfir Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri Latviyada daha çox ictimai təşkilatların vasitəsilə gündəmə gətirdiklərini, mütəmadi səfərlər təşkil etdiklərini, parlamentlərarası əlaqələri gücləndirdiklərini söyləyib. T. Zülfüqarov Latviyadakı Azərbaycan diasporunun fəallaşdığını da vurğulayıb.

5. #2395
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər

[b]Xarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər[b]

Bakı. Tamara Qriqoryeva-APA. Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının rəhbərlərinin iştirakı ilə müşavirə davam edir.

Bu barədə APA-ya açıqlama verən XİN-in mətbuat katibi Xəzər İbrahim müşavirədə təbliğat işlərinin qurulması və informasiya sahəsində görülən işlərin müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, bu gün keçiriləcək müşavirədə Milli Məclisin spikeri Oqtay Əsədov və ARDNŞ prezidenti Rövnəq Abdullayev diplomatlar qarşısında çıxış edəcəklər: "Bu tip müşavirələr bütün ölkələrdə keçirilir. Müşavirədə diplomatik fəaliyyət təhlil edilir, zəif nöqtələr müəyyənləşdirilir, səfirlərin fəaliyyəti dəyərləndirilir, onlara müvafiq təkliflər verilir. Prezident İlham Əliyev diplomatlar qarşısında birbaşa vəzifələr qoyub ki, bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır".

6. #2396
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfir Tələt Əliyev: """Bəyaz axın" layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır"

[b]Səfir Tələt Əliyev: """Bəyaz axın" layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır"[b]

Bakı. Tamara Qriqoryeva-APA. ""Bəyaz axın" layihəsi Ukrayna tərəfindən irəli sürülüb. Bu layihəni diqqətlə izləmək və mənimsəmək lazımdır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev verib. Onun sözlərinə görə, bu məsələ Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri zamanı da müzakirə olunub. Səfir analoji məsələnin Ukraynanın baş naziri Yuliya Timoşenkonun Bakıya gözlənilən səfəri zamanı da müzakirə olunacağını bildirib. Yuliya Timoşenkonun ölkəmizə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəvət olunduğunu bildirən səfir səfərin tarixinin dəqiqləşdirilmədiyini vurğulayıb.

7. #2397
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hindistan BMT-dəki səsvermə ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib

[b]Hindistan BMT-dəki səsvermə ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib[b]

Bakı. Turan Hüseynova - APA. BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin əleyhinə çıxan Hindistan bunun səbəbləri ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib. Bunu APA-ya açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. Amma o, Hindistan tərəfinin cavabının nədən ibarət olduğunu söyləməyib. Səfir bu yaxınlarda Hindistan xarici işlər nazirinin müavininin Azərbaycana səfərə gələcəyini bildirib. T. Qarayev bu il Bakıda Hindistan hökumətinin nümayəndələrinin iştirakı ilə hökumətlərarası komissiyanın ilk iclasının keçiriləcəyini də əlavə edib.

8. #2398
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mətbuat Şurası 6 aylıq monitorinqini açıqlayıb

[b]Mətbuat Şurası 6 aylıq monitorinqini açıqlayıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün 6 aylıq monitorinq keçirib. MŞ-nın Monitorinq qrupundan APA-ya daxil olan məlumata görə, monitorinq «525-ci qəzet», «Azərbaycan», «Yeni Müsavat», «İki sahil», «Bakı xəbər», «Yeni Azərbaycan», «Azadlıq», «Respublika», «İmpuls», «Xalq qəzeti», «Səs», «Exo», «Şərq», «Palitet», «Zerkalo», «Palitra», «Ekspress», «Xalq Cəbhəsi», «Ədalət», «Olaylar», «Kaspi», «Reytinq», «Mərkəz», «Xəzər» qəzetlərinin əsasında aparılıb. «Gün səhər» qəzeti nəşrini dayandırdığından monitorinqdən çıxarılıb. Monitorinq materialların mövzu dairəsi, informasiyanın alınma mənbələri və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulma hallarının təsnifatı üzrə aparılıb. Yanvar-iyun aylarında bir çox hadisələr monitorinqi aparılan KİV-lərin mövzu dairəsinə təsir göstərib. Bu materiallar arasında KİV-lə bağlı xəbərlər xüsusilə fərqlənib. Sosial, siyasi, iqtisadi, idman, təhsil, şou-biznes və hərbi sahəyə dair materialların da say göstəricisindəki meyli də konkret hadisələr şərtləndirib. Sosial və iqtisadi həyatla bağlı yazılar əsasən qlobal bahalaşma təhlükəsinin ölkəmizin iqtisadiyyatına, əhalinin gündəlik yaşam tərzinə təsirini, mövcud durumun perspektivlərini müəyyənləşdirmək məqsədi daşıyıb. İyunda təhsil sahəsində materialların çoxluğu əvvəlki aylara nisbətdə seçilib. Şou-biznesə həsr olunmuş yazıların artım dinamikasını şərtləndirən hadisə «Eurovision 2008» mahnı müsabiqəsi və orada ölkəmizin təmsilçiliyi olub. İyunda hərbi sahəyə dair materialların artımı əvvəlki aylardan qabarıq şəkildə fərqlənir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi, həmçinin bayram münasibətilə «Azadlıq» meydanındakı hərbi paradla əlaqədardır. Maraqlıdır ki, yanvardan iyuna qədər hər ayda hərbi materialların say göstəricisi 1600-ə çatmadığı halda iyunda bu rəqəm 5430 olub. Ümumiyyətlə, 2008-ci ilin ilk altı ayında monitorinqi aparılan KİV-lərdə dərc edilən materialların ümumi sayı 293890-dır. Monitorinq müddətində ən çox material sosial sahəni əhatə edib (38811). Yanvar-iyun aylarında monitorinqi aparılan KİV-lərdə 293890 material dərc olunub ki, bunun da 160672-i xəbərdir. Bu xəbərlərin də böyük hissəsi yerli informasiya agentliklərinin məhsuludur. Bu da nəşrlərin fərdi xəbər əldə etmək potensialının aşağı səviyyəsinin bariz nümunəsidir. Monitorinq göstərib ki, bunun səbəblərindən biri əlaqədar informasiya daşıyıcılarının KİV-ə məlumat verməkdə maraqlı olmamasıdır. Bir sıra yazılarda da onların mediaya məlumat verməklə bağlı vəzifə borclarına etinasız yanaşdıqları qeyd olunub ki, bu, mövcud vəziyyətin mənfi tendensiyaya çevrildiyini söyləməyə əsas verir. Ümumən materiallarından daha çox istifadə edilən agentlik APA-dır. Qəzetlər bir-birilərinin materiallarından istifadəyə az maraq göstəriblər. Belə hallarda bir qayda olaraq materiala şərh, yaxud yeni, əsasən də əks fikirlər əlavə olunub. Birbaşa nəşrlərdən hasil olunan xəbərlərə gəldikdə isə burada liderlik «525-ci qəzet»ə, «Ekspress» və «Şərq» qəzetlərinə məxsusdur. Xəbər dərcinə görə «İki sahil», «Olaylar», «Yeni Müsavat», «Xalq cəbhəsi» və «Bakı xəbər» qəzetləri fərqlənirlər. Yanvar-iyun aylarında dövlət qurumları və özünü idarəetmə orqanlarının məlumatları qəzet səhifələrinə 40517 dəfə yerləşdirilib. KİV-lərin 6 ayda ictimai təşkilatlar və QHT-lərdən əldə etdikləri informasiyaların sayı 28596 olub. Beynəlxalq xəbər agentlikləri və saytlardan əldə edilən məlumatların sayı 19760 olub. Mənbənin göstərilməməsi, gizli mənbəyə istinad ümumən ölkə mətbuatı üçün xarakterik olub. Amma monitorinqi aparılan qəzetlərdə bu üsuldan bəhrələnmə faizi o qədər də yüksək deyil. Monitorinq dövründə bu praktikaya ən çox aprel ayında rast gəlib. Bu ay ərzində 135 belə fakt qeydə alınıb. Ən aşağı göstərici isə martda qeydə alınıb- 72. Monitorinqi aparılan qəzetlərdən «Reytinq» gizli mənbəyə istinad praktikası ilə digərlərindən seçilib. Qəzetlərin siyasi yönümlü, xüsusən də tənqidi materialları qələmə alma dəst-xəttində peşə prinsiplərinə sayğısızlıq elementləri duyulub. Jurnalistlərin Peşə Davranış Qaydalarının 4 prinsipi üzrə ümumilikdə 1887 pozuntu halı qeydə alınıb. Xüsusilə "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı I prinsipinin 1.2 («jurnalist yazıda tənqid obyektinin fikrini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, çox qısa vaxtda fikirlərini çatdırmağa ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir") bəndi digərlərinə nisbətən daha çox pozulub - 624 dəfə. Ümumiyyətlə, son iki ayda peşə prinsiplərinin pozulması faktlarında artım müşahidə olunmaqdadır.

9. #2399
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Azərbaycandakı səfirliyi hələlik mühafizəsini gücləndirməyə ehtiyac görmür

[b]ABŞ-ın Azərbaycandakı səfirliyi hələlik mühafizəsini gücləndirməyə ehtiyac görmür[b]

Bakı. Laçın Sultanova - APA. "ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizəsinin gücləndirilməsi barədə danışmaq hələ tezdir". Bunu APA-ya açıqlamasında səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Dmitri Taraxovski deyib. O, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu qarşısında baş vermiş qanlı insident barədə xəbəri böyük həyəcanla qarşıladıqlarını bildirib: "Vəziyyət araşdırılır. Hansısa tədbirlər barədə danışmaq tezdir".Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun polis məntəqəsinə silahlı hücum zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb.

10. #2400
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb

[b]Serj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb[b]

İrəvan-APA. "Ermənistanla Türkiyə arasında normal siyasi münasibətlərin formalaşması hər iki tərəfi narahat edən kompleks problemlərin həllinə kömək etmiş olar". APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan "Wall Street Journal" məcmuəsinə müsahibəsində deyib. O, mövcud problemlərin dövlətlərarası münasibətlər qurulmadan həll edilməyəcəyini bildirib. Serj Sərkisyan bildirib ki, Türkiyə prezidenti Abdullah Gül onu prezident seçilməsi münasibətilə ilk təbrik edən dövlət başçılarından olub: "İndiki dövrdə ölkələrimiz arasında normal münasibətlər qurmağın alternativi yoxdur. Ümidvaram ki, hökumətlərimiz dialoq yolunda yeni qapı aça biləcəklər".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.