Əsas məzmuna keç
Sayfa 390/461 İlkİlk ... 290340380388389390391392400440 ... SonSon
4610 sonuçtan 3.891 ile 3.900 arası

Azərbaycan Xəbərləri

1. #3891
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq müşahidəçilər səsvermənin gedişini normal qiymətləndirirlər

[b]Beynəlxalq müşahidəçilər səsvermənin gedişini normal qiymətləndirirlər[b]

Bakı - APA. "Altıncı dəfədir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edirəm. Hazırlıq işləri bu dəfə daha yaxşı aparılıb. Seçicilər daha aktiv və məlumatlıdır". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının üzvü, ukraynalı Anatoli Raxanski deyib. İranlı müşahidəçiləri rəhbəri, bu ölkənin Azərbaycandakı sabiq səfiri Əhəd Qəzai də hər şeyin yaxşı təşkil olunduğunu, hər hansı problemin müşahidə edilmədiyini söyləyib. Dünya Seçki Müşahidə Şəbəkəsinin nümayəndələri, belaruslu Stanislav Taraseviç və britaniyalı Coanna Selo bildiriblər ki, məntəqələrdə xırda problemlərə rast gəlsələr də, proses ümumən normal keçir. Onlar seçkilərin ədalətli və şəffaf şəkildə keçiriləcəyinə ümid etdiklərini deyiblər. ABŞ Respublikaçılar İnstitutunun nümayəndəsi Xeron Erik isə hələlik yüksək aktivlik müşahidə etmədiyini, amma hər hansı ciddi problemin olmadığını vurğulayıb.

2. #3892
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı məntəqəsində seçkiləri MDB Müşahidə Missiyasının üzvü müşahidə edib

[b]92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı məntəqəsində seçkiləri MDB Müşahidə Missiyasının üzvü müşahidə edib[b]

Ucar. Zahid Abışov-APA. 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı Xalac kənd seçki məntəqəsində qeydə alınan 457 seçicidən 12 nəfəri ilk dəfə səs verəcək. APA-nın Aran bürosunun məlumatına görə, məntəqədə seçkilərə saat 8.00-da start verilib. Seçkilərəstart verilməsini MDB Müşahidə Missiyasının üzvü Raximcan Şalbayev müşahidə edib. Səsverməni yerli müşahidəçilər də izləyir.

3. #3893
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib

[b]Azərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib[b]

Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib. APA-nın müxbirinin məlumatına görə, Q. Həsənquliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində həyat yoldaşı ilə birlikdə səs verib.

Q. Həsənquliyev bildirib ki, o, bu seçkiyə böyük ümidlərlə baxır. Seçkidə indiyə qədər ciddi qanun pozuntusuna rast gəlinmədiyini deyən prezidentliyə namizəd günün sonuna qədər belə davam edəcəyinə ümid etdiyini söyləyib. Q. Həsənquliyev hesab edib ki, bu seçkinin beynəlxalq standartlara cavab verəcəyinə ümidli olduğunu biləcək: "Ümid edirəm ki, bu seçki ilə biz dünyaya normal seçki keçirə bildiyimizi, xalq olaraq buna hazır olduğumuzu göstərəcəyik".

4. #3894
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə 11.00-dək müraciət edən olmayıb

[b]Mətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə 11.00-dək müraciət edən olmayıb[b]

Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Mətbuat Şurasında seçki günü fəaliyyət göstərən "Qaynar xətt"ə saat 11.00-a qədər hələlik müraciət edən olmayıb. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Şuradan bildirilib ki, seçkini işıqlandıran jurnalistlər peşə fəaliyyətlərinin yerinə yetirilməsi ilə bağlı maneələrlə üzləşdikləri halda 561 82 46 və 561 80 37 nömrələrə zəng edərək "Qaynar xətt"ə müraciət edə bilərlər.

5. #3895
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in ilkin hesabatı sabah, yekun hesabatı isə 2 ay sonra açıqlanacaq

[b]ATƏT-in ilkin hesabatı sabah, yekun hesabatı isə 2 ay sonra açıqlanacaq[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Seçkilərlə bağlı hələlik heç nə deyə bilmərəm, çünki səsvermə yeni başlayıb. Biz yalnız seçkiqabağı situasiya barədə danışa bilərik. Bununla bağlı iki hesabat yaymışıq. Seçki kampaniyası zamanı namizədlərin mediaya çıxışı ilə bağlı müəyyən problemlər vardı". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç deyib. O, oktyabrın 16-da seçkilərin yekunları ilə bağlı ilkin bəyanatla çıxış edəcəklərini, yekun hesabatın isə 2 ay sonra açıqlanacağını söyləyib. Y. Lenarçiç bildirib ki, ATƏT-in uzunmüddətli missiyası daha 2 həftə Azərbaycanda qalaraq şikayətləri qəbul edəcək və araşdıracaq. Qeyd edək ki, ATƏT-in müşahidə missiyasında 40-dan artıq ölkədən 360 qısamüddətli və 27 uzunmüddətli müşahidəçi təmsil olunur.

6. #3896
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Azərbaycanda prezident seçkiləri demokratik keçir"

[b]GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Azərbaycanda prezident seçkiləri demokratik keçir"[b]

Bakı. Laçın Sultanova-APA. "Azərbaycanda prezident seçkiləri çox yaxşı təşkil olunub". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə 29 saylı Səbayel seçki dairəsinin 2 saylı məntəqəsində səsvermənin gedişini izləyən GUAM-ın baş katibi Valeri Çeçelaşvili verib.

O, seçkilərin demokratik keçdiyini, yüksək seçici fəallığını müşahidə olunduğunu vurğulayıb. Valeri Çeçelaşvili hazırda digər məntəqələrdə seçkilərin gedişini müşahidə edir.

7. #3897
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünya bazarında neft daha 3% ucuzlaşıb

[b]Dünya bazarında neft daha 3% ucuzlaşıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,56 dollar və ya 3,15% enərək 1 barelə görə 78,63 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,93 dollar - 74,53 dollaradək enib. Neftin qiymətinin azalmasına əsasən ABŞ-ın fond indekslərinin düşməsi təsir göstərib.

8. #3898
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin 3 məntəqəsində "exit-poll" keçirilir

[b]58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin 3 məntəqəsində "exit-poll" keçirilir[b]

Hacıqabul. Əlibəy Zeynalov-APA. 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsində seçici fəallığı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, dairə ərazisində 38 min 793 seçici qeydə alınıb. Dairədə olan 3 məntəqədə AVCİYA tərəfindən "exit-poll" keçirilir. Rayon üzrə olan məntəqələrdə 329 müşahidəçi qeydə alınıb. APA-nın əməkdaşının müşahidə apardığı 11 və 5 saylı seçki məntəqələrində Daxili Qoşunların "N" saylı Hərbi Hissəsinin əsgərləri də səs verib. Məntəqələrdə ATƏT xətti ilə 2, MDB Müşahidə Missiyasından olan 1 müşahidəçi prosesi müşahidə edir.

9. #3899
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində keçirilən səsverməni müşahidə edib

[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində keçirilən səsverməni müşahidə edib[b]

Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində və 9 saylı Cəzaçəkmə Müəssisəsində səsvermə keçirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xətti ilə səsverməni müşahidə edən APA-nın əməkdaşının verdiyi məlumata görə, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində yaradılmış 14 saylı Əzizbəyov II seçki dairəsinin 35 saylı seçki məntəqəsində 993 məhbus qeydə alınıb. Məntəqədə səsvermə normal keçib. ATƏT müşahidəçiləri də məntəqəyə baş çəkiblər. 9 saylı Cəzaçəkmə Müəssisəsində yaradılmış 14 saylı Əzizbəyov II seçki dairəsinin 34 saylı məntəqəsində isə qeydiyyatdan keçmiş 295 məhbusdan 294-ü səs verib. Bir məhbus səsvermədə iştirakdan imtina edib. Bu Cəzaçəkmə Müəssisəsində Gəncə şəhərinin sabiq polis rəisi Natiq Əfəndiyev, ədliyyə alayının keçmiş komandiri Elmar Hüseynov, Ədliyyə Nazirliyinin sabiq baza müdiri Cavanşir Cabbarov, Respublika Prokurorluğunun keçmiş əməkdaşı Vidadi Səmədov kimi tanınmış məhbuslar saxlanılır. Səsverməni İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da müşahidə edib. O, 2 və 3 saylı cəzaçəkmə müəssisələrində də səsverməni müşahidə etdiyini və prosesin normal getdiyini bildirib.

10. #3900
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-dan olan 5 müşahidəçi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçkiləri müşahidə edib

[b]ABŞ-dan olan 5 müşahidəçi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçkiləri müşahidə edib[b]

Göyçay. Şahnəzər Bəşirov-APA. 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində prezident seçkilərini ATƏT-in xətti ilə ABŞ-dan olan 5 müşahidəçisi izləyib. Müşahidəçilər qrupunun rəhbəri Viet Mark APA-nın yerli bürosuna bildirib ki, onlar dairənin Göyçay şəhərində yerləşən 2, 3, 4, 7, 8, 12, 15, 16, dairə ərazisində olan Qaradağlar, Ərəbcəbirli, Xosrov kəndlərində yerləşən məntəqələrdə müşahidə aparıblar. Qrup rəhbəri saat 12.00-a qədər keçirilən prosesdə hər hansı qanun pozuntusu aşkarlamadıqlarını deyib. V. Mark bütün məntəqələrdə seçici fəallığı müşahidə etdiklərini bildirib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.