Əsas məzmuna keç
Sayfa 190/461 İlkİlk ... 90140180188189190191192200240290 ... SonSon
4610 sonuçtan 1.891 ile 1.900 arası

Azərbaycan Xəbərləri

1. #1891
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946

İmtahanlardan kəsilən məzunlar təkrar imtahan verirlər

İmtahanlardan kəsilən məzunlar təkrar imtahan verirlər

Mərkəzləşdirilmiş buraxılış imtahanlarından kəsilən orta məktəb məzunları cümə axşamı təkrar imtahan verirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən bildirilib.

Mərkəzləşdirilmiş buraxılış imtahanlarında 47 780 şagird iştirak edib. Onlardan 37 601 nəfəri bütün fənlər üzrə yaxşı qiymət alıb, 5 124 şagird bir fəndən, 1 791-i iki, 2 400-ü isə üç fəndən “iki” qiymət alıblar.

Bundan sonra imtahanlardan kəsilən şagirdlərin valideynləri etiraz aksiyası keçiriblər. Bu səbəbdən Təhsil Nazirliyi imtahanın təzədən verilməsini təşkil edib.

XI sinif məzunlarının attestat qiymətləri X sinifin yekun qiymətlərindən, üç sınaq imtahanının nəticəsindən, XI sinfin və buraxılış imtahanlarının yekun qiymətlərindən asılıdır.

Menbe: İnterfaks
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

2. #1892
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb

[b]Ermənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb[b]

İrəvan-APA. Ermənistan baş prokurorunun keçmiş müavini Qagik Cangiryanın həbs müddəti uzadılıb. APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, istintaq orqanının xahişi ilə belə bir qərar bu gün qəbul edilib.Qeyd edək ki, Q. Cangiryana qarşı irəli sürülən ittihamlar iyunun 13-də qismən dəyişdirilib. Xüsusi istintaq xidmətinin xüsusi işlər üzrə baş müstəntiqi baş prokurorun keçmiş müavininə qarşı Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci bəndi ilə (qanunsuz silah saxlama) ittiham irəli sürülməsindən imtina edib. Silahla bağlı sənədlər ilk gündən təqdim edilməsinə baxmayaraq, həbsdən ancaq 4 ay sonra baş prokurorun keçmiş müavininin üzərindəki silahın qanuni olduğu etiraf edilib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi (dövlət hakimiyyətinin qəsb edilməsi) ilə iş açılıb. Bundan əlavə, keçmiş müavin daha 2 maddə ilə ittiham olunur.Q. Cangiryan isə bütün ittihamları rədd edib. Müdafiə tərəfi bildirir ki, istintaq orqanının yeni qərarı Cangiryanın siyasi motivlərlə təqib edildiyini bir daha təsdiqləyir.Xatırladaq ki, Q. Cangiryan müxalifətin mitinqlərindən birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Ertəsi gün onu həbs edərək hakimiyyət nümayəndəsinə zor tətbiq etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər.

3. #1893
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946

“Azərbaycan Hava Yolları” dördüncü təyyarəni alıb

Azərbaycan Hava Yolları” QSC Fransanın ATR şirkətilə bağladığı müqavilə çərçivəsində dördüncü təyyarəni alıb

"Azərbaycan Hava Yolları” QSC (AzAl) Fransanın ATR şirkətilə bağladığı müqavilə çərçivəsində növbəti ATR-42-500 təyyarəsini alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.

“Bu, ATR ilə bağlanmış müqavilə çərçivəsində dördüncü təyyarədir. Tutumu 50 nəfər olan təyyarədən Naxçıvan Muxtar Respublikası, həmçinin Trabzon, Minvod, Tehran, Aleppoya uçuşlar həyata keçiriləcək”,-deyə mənbə bildirib.

Azərbaycana təyyarələrin göbdərilməsi 2008-ci il avqustun 1-dək başa çatdırılmalıdır. Təhlükəsizlik baxımından orta məsafəli marşrutlarda həmin təyyarələrdən istifadə sərfəlidir.

Təyyarələrin alınmasına dair müqavilənin dəyəri $97,2 mln. təşkil edir.

Menbe: İnterfaks
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

4. #1894
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946

Kamera Teatrı yenə “İtlər”lə yola çıxır

Kamera Teatrı yenə “İtlər”lə yola çıxır

Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Bu ayın 20-27-də düzənlənəcək festivalda teatrın kollektivi xalq artisti Cənnət Səlimovanın İlqar Fəhminin əsəri əsasında hazırladığı “İtlər” tamaşası ilə çıxış edəcək.

Menbe: Zaman
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

5. #1895
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlham Əliyev: "Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir"

[b]İlham Əliyev: "Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir"[b]

Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycanın tək bir problemi var, o da bölgə üçün böyük təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir. Biz sülh danışıqları aparırıq, ancaq indiyədək bir nəticə əldə olunmayıb".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün parlamentdə Azərbaycan Milli Məclisinin 90 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasındakı çıxışında deyib. Ölkə başçısı Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini bildirib: "Bu yaxınlarda BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair qətnamə qəbul edilib və Azərbaycan mövqeyi dəstəklənib. İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycan mövqeyini müdafiə edir. Bütün bunlara baxmayaraq təəssüf ki, nəticə yoxdur. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün elementar insan hüquqlarından məhrumdur". Azərbaycanın işğal altındakı torpaqlarında mədəni irsin, abidələrimiz, qəbirlərin dağıdıldığını deyən prezident bu hadisələr beynəlxalq ictimaiyyətin biganə qaldığını vurğulayıb: "Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks halda beynəlxalq hüququ təmin etmək mümkün olmayacaq. Beynəlxalq təşkilatlar özlərinə hörmət etməlidir". İlham Əliyev Azərbaycanın ərizə bütövlüyünün təmin ediləcəyini deyib: "Bu problemin həllində bizim güzəştimiz Dağlıq Qarabağa ən yüksək idarəetmə hüququnu verməkdir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan yox, region üçün böyük təhlükədir. Azərbaycan bütün sahələrdə uğurlar qazanıb, beynəlxalq hüquq də bizim tərəfimizdədir. İnanırıq ki, problem sülh yolu ilə öz həllini tapacaq".

6. #1896
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb

[b]Aydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb[b]

Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin keçmiş müavini, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yeni yaradacağı partiyanın Təşkilat Komitəsini təsis edib. Bu barədə APA-ya məlumat verən A. Quliyev bildirib ki, Təşkilat Komitəsində 11 nəfər təmsil olunur. Mütəmadi olaraq TK-nın iclaslarının keçirildiyini bildirən baş redaktor bu ilin payızında keçiriləcək prezident seçkilərinə kimi təşəbbüsçüsü olduğu partiyanın təsis qurultayının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, partiyanın adı ətrafında da müzakirələrin getdiyini və bir neçə variantın nəzərdən keçirildiyini bildirib: "Hələlik həmin adı açıqlamaq istəmirik. Amma yaxın vaxtlarda Təşkilat Komitəsinin bununla bağlı rəsmi qərarları olacaq".

7. #1897
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nazir: "Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq"

[b]Nazir: "Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq"[b]

Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda orta məktəbin 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahan nəticələrindən narazı qalmış məzunlar üçün bu gün təkrar imtahan keçirilib. APA-nın məlumatına görə, Bakıda 4 mərkəzdə keçirilən imtahan saat 10.00-da başlayıb və üç saat davam edib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, təkrar imtahanda 4000-dək məzunun iştirakı nəzərdə tutulsa, hələlik imtahana neçə nəfərin qatıldığı dəqiqləşdirilməyib. Təkrar imtahanda məzunlar birinci imtahanda olduğu kimi, bütün fənlərdən deyil, yalnız kəsildikləri fənlər üzrə sualları cavablandırıblar. Nazir qeyd edib ki, təkrar imtahanın cavabları ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq, nəticələr TN-in İnternet saytında yerləşdiriləcək. M. Mərdanov təkrar imtahanda iştirak edən bütün məzunlara hər cür güzəştin edildiyi də söyləyib.

8. #1898
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMİP qurultayını mehmanxanada keçirməyə qərar verib

[b]AMİP qurultayını mehmanxanada keçirməyə qərar verib[b]

Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar qurultayı keçirməyə yer ayrılması xahişi ilə iki özəl mehmanxanaya müraciət edib. Bu barədə APA-ya partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, müraciət edilən mehmanxanaların rəhbərliyi hələlik onlara cavab verməyib. O, edilən müraciətlərdə qurultayın konkret vaxtının göstərilmədiyini bildirib: "Çünki konkret vaxt göstərdikdə yer problemləri olur. Biz bildirmişik ki, hansı günə yer ayrılsa, həmin gün də qurultayı keçirəcəyik. Buna görə də qurultayın nə zaman keçiriləcəyi onların cavablarından asılıdır". F. Muxtarov yer ayrılması xahişi ilə dövlət qurumlarına müraciət etmək fikrində olmadıqlarını bildirib. Sədr əvəzi qurultayın seçkiyə kimi keçirilib-keçirilməyəcəyi barədə suala dəqiq cavab verə bilməyəcəyini qeyd edib. Qeyd edək ki, AMİP aprelin 20-nə növbədənkənar qurultay təyin etsə də, yer problemi ilə əlaqədar qurultayı təxirə salmışdı.

9. #1899
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həsrət Rüstəmov: "ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır"

[b]Həsrət Rüstəmov: "ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır"[b]

Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək məsələsinə iyulda keçiriləcək Ali Məclisinin iclasında baxacaq. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra seçkilərdə iştirak məsələsində fikir ayrılığı yarandığından bu məsələnin yenidən müzakirəsinə ehtiyac var. Bununla bərabər Ali Məclisin ötən sessiyasında seçkilərdə iştirakla bağlı qəbul edilmiş qərarın dəyişdirilməsi ehtimalının az olduğunu deyən H. Rüstəmov ADP rəhbərliyində əksəriyyətin seçkilərdə iştiraka tərəfdar olduğunu vurğulayıb: "Ağır şərait olsa da, biz düşünürük ki, seçkilərdə iştirak vacibdir. Kənarda dayanmaqdandırsa, bu prosesdə iştirak etməyi, seçki dövrünün üstünlüklərindən istifadə etməyi əhəmiyyətli sayırıq".

10. #1900
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMİP yaxın gələcəkdə kütləvi aksiyalar keçirməyi planlaşdırmır

[b]AMİP yaxın gələcəkdə kütləvi aksiyalar keçirməyi planlaşdırmır[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaxın gələcəkdə kütləvi aksiyalar keçirmək fikrində deyil. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov APA-ya açıqlamasında bildirib ki, partiyada bu barədə hər hansı müzakirə aparılmır və belə təkliflər yoxdur. İndiki mərhələdə kütləvi aksiyaları mənasız hesab edən sədr əvəzinin sözlərinə görə, yaxın keçmişdəki təcrübə də göstərir ki, problemləri mitinqlər yolu ilə həll etmək mümkün deyil: "Hakimiyyətlə mitinqlərlə mübarizə aparmaq qeyri-mümkündür".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.