Əsas məzmuna keç
Sayfa 289/461 İlkİlk ... 189239279287288289290291299339389 ... SonSon
4610 sonuçtan 2.881 ile 2.890 arası

Azərbaycan Xəbərləri

1. #2881
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tiqran Torosyan Ermənistan parlamentinin spikeri vəzifəsindən istefa verib

[b]Tiqran Torosyan Ermənistan parlamentinin spikeri vəzifəsindən istefa verib[b]

İrəvan-APA. Ermənistan parlamentinin spikeri Tiqran Torosyan tutduğu postdan və hakim Respublika Partiyasının üzvlüyündən istefa verib.

APA-nın məlumatına görə, Tiqran Torosyan bu qərarını bir az əvvəl başa çatmış mətbuat konfransında açıqlayıb. O, qərarını partiyadakı fikir ayrılıqları ilə izah edib. Qeyd edək ki, Respublika Partiyasının icraçı orqanı sentyabrın 6-da Tiqran Torosyanən spiker postunda qalmasını məqbul saymayıb və bu posta prezident administrasiyasının sabiq başçısı Ovik Abramyanın namizədliyini irəli sürüb. Respublika Partiyasının koalisiyadakı tərəfdaşları olan partiyalar bildiriblər ki, spikerin dəyişdirilməsi haqqında qərar çıxarmaq hakim partiyanın müstəsna hüququdur.

2. #2882
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb

[b]AŞ PA missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb[b]

Bakı. Viktor Dementyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı qiymətləndirmə missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb. APA-nın məlumatına görə, missiya ATƏT, Avropa Komissiyası və İFES nümayəndələri ilə müzakirə aparıb. Qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşdə isə seçkiqabağı vəziyyət, insan haqlarının qorunması, medianın vəziyyəti, həbsdə olan jurnalistlərin məsələsi müzakirə edilib.

3. #2883
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq

[b]Bakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq[b]

Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının (BMA) əsaslı təmirdən sonra açılış məarsimi sentyabrın 18-də - Milli Musiqi Günündə olacaq. Bunu APA-ya açıqlamasında BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Rektor hazırda təhsil ocağında son tamamlanma işlərinin aparıldığını vurğulayıb: "Biz əvvəlcə əsaslı təmirin sentyabrın 18-nə kimi qurtaracağına inanmırdıq. Ancaq bu işi başa çatdırdıq. Bakı Musiqi Akademiyasının yeni tədris ili əsaslı təmirdən çıxmış binada başlanacaq. Hazırda binanın içində həm təmzilik, həm də tamamlanma işləri aparılır". F. Bədəlbəyli onu da deyib ki, binanın açılışı sentyabrın 18-də olsa da, BMA-da dərslər sentyabrın 22-də başalanacaq. Buna səbəb isə auditoriyalara yeni ləvazimatların və texniki avadanlıqların yığılmasıdır.

4. #2884
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın İraqdakı hərbi kontingenti yeni komandana tapşırılıb

[b]ABŞ-ın İraqdakı hərbi kontingenti yeni komandana tapşırılıb[b]

Moskva - APA. General Raymond Odierno ABŞ-ın İraqdakı hərbi kontingentinin komandanı təyin edilib. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, Bağdad hava limanı yaxınlığındakı hərbi bazada keçirilən mərasimdə general Devid Petreus komandanlığı Raymond Odiernoya təhvil verib. Mərasimdə ABŞ-ın müdafiə naziri Robert Geyts də iştirak edib. D. Petreus bundan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına başçılıq edəcək. O, həm İraq, həm də Əfqanıstandakı əməliyyatlara nəzarət edəcək.

5. #2885
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

[b]Bu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakı şəhərində Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının dördüncü toplantısı keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında keçirilən iclasda Şurada təmsil olunan Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı Gürcüstanın müvafiq strukturlarının rəhbərləri və podratçı «Azərinşaatservis» şirkətinin nümayəndələri iştirak ediblər.Şuranın iclasında BTQ dəmir yolunun Marabda-Kartsaxi hissəsində görülən işlər, 2008-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib, Ukraynanın «Kiyevhiprotrans» Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmış Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə İşçi Layihəyə, həmçinin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-nin təqdim etdiyi bir sıra texniki məsələlərə baxılıb. Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə bildirib ki, Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3, Azərbaycan isə 2 mərhələdə həyata keçirməyi təklif edir. Gürcülərin təqdim etdiyi birinci mərhələyə Marabda-Tetriskaro hissəsi (29,2 km), ikinci mərhələyə Tetriskaro-Salka hissəsi (49,7 km), üçüncü mərhələyə isə Salka-Axalkələk hissəsi (74,1 km) daxildir.«Ümumilikdə hesab edirik ki, dəmir yolunun tikintisi qrafikə uyğun həyata keçiriləcək. Artıq ərazidə müəyyən işlər aparılıb. Mahiyyət etibarı ilə gürcülər tikinti-rekonstruksiya işlərinin iki mərhələdə həyata keçirilməsi ilə bağlı bizim təkliflərimizlə razıdır»,- deyə S.Məmmədov vurğulayıb.Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.

6. #2886
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir

[b]Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun son 10 il ərzində inkişafını qeyd etmək, bu sektorun qarşısında duran problemləri müzakirə etmək, mövcud problemlərin həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışı təmin etmək məqsədi ilə təşkil olunub.Konfransda çıxış edən baş nazirin birinci müavini Əli Həsənov Azərbaycanda mikromaliyyə sektorunun inkişafından, hazırkı vəziyyətindən, ümumi iqtisadi inkişafda, sosial problemlərin həllində rolu və gələcək perspektivlərindən danışıb. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə bildirib ki, bu konfrans Azərbaycandakı iqtisadi proseslərin məntiqi ardıcıllığıdır və bu tədbir mikromaliyyə sahəsində inkişafı daha da artıracaq.ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi isə öz növbəsində cəmiyyətin ədalətli inkişafı üçün mikromaliyyə sektorunun çox önəmli olduğunu bildirib: «ABŞ və USAİD Azərbaycan hökuməti və əsas donorlarla yaxından işləyərək makroiqtisadi və struktur islahatları aparır. Təkcə USAİD ötən il ərzində mikromaliyyə sektorunun maliyyə, texniki və təlim dəstəyinə 20 mln. dollardan çox vəsait ayırıb».Tədbirdə çıxış edən AMA-nın icraçı direktoru Jalə Hacıyeva isə bildirib ki, qurumun üzvü olan qeyri-bank kredit təşkilatları və kommersiya bankları üumilikdə 600 mln. dollar həcmində aktiv kredit portfelinə və 290 min müştəriyə malikdir. İndiyədək bu təşkilatlar tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə 1,18 mlrd. dollardan çox maliyyə vəsaiti ayrılıb.Qeyd edək ki, konfrans Avropa Yenidənqurma və İnkişaf Bankı, «Development World Markets», «Finca Azerbaijan», «CredAgro» təşkilatları, «Royal Bank of Baku», «Turanbank», «AccessBank» və s. qurumların maliyyə dəstəyi ilə keçirilir. Konfransda müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edir, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və ölkədəki 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.

7. #2887
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda atılmış 2 aylıq qız uşağı tapılıb

[b]Bakıda atılmış 2 aylıq qız uşağı tapılıb[b]

Bakı-APA. Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları sentyabrın 15-də saat 09.25 radələrində Moskva prospektində 2 aylıq qız uşağı tapıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, uşaq 1 saylı "Uşaq Evi"nə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

8. #2888
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib

[b]Bakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib[b]

Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakıda 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Ombudsman Aparatı və BMT- nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin birgə layihəsi əsasında baş tutub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirə dini icmaların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələrinin qatıldığını bildirib. Ombudsman qeyd edib ki, dünya birliyi Azərbaycanda müharibədən əziyyət çəkənlərə münasibətini dəyişib: "Bu gün artıq hamı başa düşür ki, bu məsələnin kökündə əraziyə təcavüz və etnik təmizlənmə amili dayanır. Bu təcavüz yalnız Azərbaycan xalqına qarşı yox, eyni zamanda mədəniyyətimizə qarşı yönəlib". BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva Beynəlxalq Sülh Gününün 1982-ci ildən keçirildiyini və bu günün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunduğunu bildirib.

9. #2889
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək

[b]Sentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin sentyabr ayının üçüncü dekadasında Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) magistralının bütün təsərrüfatlarına komisyon payız baxışı keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.İdarə rəisinin əmri ilə keçiriləcək baxış zamanı təsərrüfatların vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümünə hazırlıq vəziyyəti yoxlanılacaq.

10. #2890
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev: "Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır"

[b]Prezident İlham Əliyev: "Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır"[b]

Bakı. Tamara Qriqoryeva - APA. Rusiya və Azərbaycan prezidentlərinin Moskvada keçirilən görüşü başa çatıb.

APA-nın "İTAR-TASS" agentliyinə istinadən yaydığı məlumata görə, görüşün yekunlarını dəyərləndirən Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarını Cənubi Osetiya hadisələri ətrafındakı vəziyyət barədə məlumatlandırdığını deyib: "Mən Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün atdığı addımlar barədə prezident Əliyevə məlumat verdim. Rusiya və Azərbaycanın aktiv qarşılıqlı münasibətləri regionda təhlükəsizlik və stabilliyin təminatının əsas faktorlarından biridir". Azərbaycan prezidenti İlham Əliyev isə Rusiya-Azərbaycan münasibətlərinin digər ölkələr üçün nümunə ola biləcəyini bildirib: "Biz bu münasibətlərdən çox razıyıq, bu əməkdaşlıq dövlətlərimiz arasında münasibətlərin inkişafına təsir göstərir. Bu gün regiondakı durum müəyyən narahatlıq doğurur və Azərbaycan gərginliyin azaldılması işinə öz töhfəsini verməyə hazırdır. Fikir ayrılığı olan məsələlər sülh yolu ilə həll olunmalıdır". Prezident İ. Əliyev həmçinin qeyd edin ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın aktiv rolunu davam etdirəcəyinə ümidvardır: "Bütün çətinliklərə baxmayaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var". Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair mövqeyinin dəyişmədiyini, tərəflər arasında birbaşa danışıqlara dəstək verdiklərini deyib: "Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda mühüm yer tutdu. Biz danışıqların ən yaxın zamanlarda davam etdirilməsinə tərəfdarıq. Rusiya bundan sonra da tərəfləri razı salan həll yolunun tapılması üçün yardımını əsirgəməyəcək".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.