Əsas məzmuna keç
Sayfa 273/461 İlkİlk ... 173223263271272273274275283323373 ... SonSon
4610 sonuçtan 2.721 ile 2.730 arası

Azərbaycan Xəbərləri

1. #2721
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

DAK Avropa Parlamenti qarşısında aksiya keçirib

[b]DAK Avropa Parlamenti qarşısında aksiya keçirib[b]

Brüssel. Ramil Məmmədli-APA. Dünən Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Avropa Parlamenti qarşısında İrandakı azərbaycanlıların milli haqlarının müdafiə etmək və İran hakimiyyətinin qeyri-fars millətlərə qarşı qeyri-insani əməllərinə etiraz etmək məqsədilə aksiya keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz aksiyasında Avropa ölkələrində, Amerikada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, DAK-ın fəxri sədri professor Qulamrza Səbri Təbrizi, GünAz TV-nin rəhbəri Əhməd Obalı, DAK Belçika təmsilçisi Ayhan Dəmirçi, DAK İdarə Heyətinin üzvü Nasir Məlikli, AMAT sözcüsü Cingiz Göytürk, GAİP Hollandiya təmsilçisi Araz Ataxan, Güney Türkmənləri Almaniya təmsilçisi Hacı Halimohammadi və digər təşkilatların nümayəndələri iştirak edib. Aksiyada çıxış edənlər İranda yaşayan 35 milyondan artıq Azərbaycan türkünün, qeyri-fars millətlərin milli və mənəvi haqlarının pozulması, farslaşdırma siyasətinə etiraz bildirilib. Aksiya iştirakçıları İran hökumətindən öz milli haqlarını tələb edən soydaşlarımıza qarşı həbs və işgəncələri dərhal dayandırmağı, edam və daş-qalaqlara son qoymağı, qeyri-fars millətlərə qarşı iqtisadi böhranları aradan qaldırılmasını, 5 milyon Azərbaycan türkünün öz ana dilində təhsil almasına tam şərait yaradılmasını tələb ediblər. Brüsselin "Place Schuman" meydanında baş tutan aksiyadan sonra Avropa Parlamentində parlamentarlara İranda son aylarda baş verən hadisələr və həbsdə olan soydaşlarımızla vəziyyəti ilə bağlı geniş məlumatlar verilib, bu problemlərin həlli üçün Avropa Parlamentindən dəstək istənilib.

2. #2722
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

2008-ci ilin sentyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı

[b]2008-ci ilin sentyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı[b]

Gün Göstəriləcək tamaşalar 17.09.08 Məhəmməd Füzuli "Vəsl"

3. #2723
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müdafiə və təhlükəsizlik sektorunda insan haqları və sosial rifah sahəsindəki vəziyyətlə bağlı dəyirmi masa keçirib

[b]Müdafiə və təhlükəsizlik sektorunda insan haqları və sosial rifah sahəsindəki vəziyyətlə bağlı dəyirmi masa keçirib[b]

Bakı. Rəşad Süleymanov - APA. Bu gün «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyi (EİZİB) müdafiə və təhlükəsizlik sektorunun insan haqları və sosial rifah sahəsindəki mövcud vəziyyətə dair hazırlanmış sənədlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Yaşar Cəfərli bildirib ki, monitorinq və araşdırmalara görə, hərbi qulluqçuların, əsasən də zabit və gizirlərin söz azadlığı, fikir söyləmək və toplaşmaq hüquqları qeyri-qanuni olaraq məhdudlaşdırılır. Hərbi ekspert İldırım Məmmədov isə zabit, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularının məzuniyyət və istirahət hüquqlarının pozulduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, məzuniyyət və istirahət hüquqları pozulmuş zabit, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularına qanuna müvafiq qaydada pul kompensasiyaları ödənilmir. Ekspert qeyd edib ki, əsgərlərin həqiqi hərbi xidmətə çağırışı və ehtiyata buraxılması ölkə başçısının sərəncamı əsasında həyata keçirildiyi halda, ehtiyatda olan zabitlərin 1,5-3 il müddətinə həqiqi hərbi xidmətə çağırış və ehtiyata buraxılmasının müdafiə nazirinin əmri ilə həya-ta keçirilir. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu isə APA-ya açıqlamasında dəyirmi masada səslənən fikirlərlə razı olmadığını bildirib. Hesabatla tanış olmadığını deyən E. Sabiroğlunun sözlərinə görə, hərbi qulluqçuların istər söz və vicdan azadlığı, istərsə də əmək, məzuniyyət hüquqlarının qorunması istiqamətində tədbirlər görülür. Bununla belə, nazirlik sözçüsü hansısa hərbi hissələrdə müəyyən problemlərin mövcud olmasını da istisna etməyib.

4. #2724
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gəncə sakinini maşın vurub

[b]Gəncə sakinini maşın vurub[b]

Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün səhər saatlarında Gəncə şəhərinin Qərb küçəsində ağır yol qəzası baş verib. İlham Əliyevin idarə etdiyi VAZ 2107 markalı avtomaşınla küçəni keçmək istəyən Gəncə sakini 29 yaşlı Emil Saleh oğlu Mehdiyevi vurub. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Rauf Əliyevin APA -nın qərb bürosuna verdiyi məlumata görə, E. Mehdiyev kəllə - beyin diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. E. Mehdiyev xəstəxanada ölüb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

5. #2725
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Əsrin Kontraktı»nın iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək

[b]«Əsrin Kontraktı»nın iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək[b]

Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçısı olan neft şirkətləri 2009-cu ildə Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyalar verməyə başlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib. V.Əliyevin sözlərinə görə, hazırda layihənin texniki planının hazırlanması işləri aparılır: «Layihə çərçivəsində iki dəniz platformasının tikintisi nəzərdə tutulub. Layihənin icrasına yatırılan investisiyaların həcmi isə təxminən 10 mlrd. ABŞ dolları təşkil edəcək».Qeyd edək ki, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2013-cü ildə tikiləcək «Çıraq» platforması gündə 100 min barel neft hasil etməyə imkan yaradacaq, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2015-ci ildə tikiləcək «Azəri» platforması isə gündəlik daha 100 min barelin hasilini təmin edəcək. Nəticədə, «Azəri-Çıraq-Günəşli» yatağından 9 mlrd. barel neft hasil olunacaq.Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.

6. #2726
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

[b]Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb[b]

Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini qeydə alıb. APA-nın məlumatına görə, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, Q. Həsənquliyev MSK-ya 84 seçki dairəsindən toplanmış 44 min 166 seçici imzası təqdim edib. İmzaların 41 min 125-i etibarlı, 3 041 isə etibarsız sayılıb. "Yaşıl Siyasət" seçicilərin təşəbbüs qrupunun namizədi Mais Güləliyevin namizədliyinin qeydə alınmasından isə imtina edilib. N. Məmmədovun sözlərinə görə, M. Güləliyev MSK-ya 44 min 886 seçici imzası təqdim edib. MSK-nın işçi qrupu bu imzaların seçmə üsulu ilə 16 min 750-ni yoxlayıb. İmzalardan 7686-sı etibarsız hesab edilib. Etibarlı hesab olunan imzalarla yoxlanmamış imzalar isə 40 min seçici imzasından az olduğundan imzaların yoxlanması prosesi dayandırılıb. N. Məmmədov M. Güləliyevin həmçinin, gəlirləri ilə bağlı ümumi məlumat verdiyini, mənbələri göstərmədiyini, əmlakı ilə bağlı tam məlumat vermədiyini bildirib. Belə ki, yoxlama zamanı M. Güləliyevin adına olan VAZ-21011 markalı avtomobil əmlakı ilə bağlı təqdim etdiyi siyahıda göstərilməyib. Bunları nəzərə alan MSK üzvləri M. Güləliyevin namizədliyini qeydə almayıblar. MSK üzvü Ramiz İbrahimov isə bildirib ki, prezidentliyə namizədliyini irəli sürmüş Arif Əliyev topladığı seçici imzalarının qəbul olunmasını xahiş edib. O, öz müraciətində bildirib ki, imzaları MSK-nın təyin etdiyi vaxtda - sentyabrın 5-i saat 18.00-a kimi quruma təqdim edə bilməyib. Buna baxmayaraq, o imzaların qəbul edilməsini istəyib. MSK üzvləri A. Əliyevin müraciətini əsassız hesab ediblər.

7. #2727
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub

[b]Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub[b]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti İslam Kərimov arasında təkbətək görüş olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, prezidentlər ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

8. #2728
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obamanın nənəsinin evinə oğrular girib

[b]Barak Obamanın nənəsinin evinə oğrular girib[b]

Keniya - APA. ABŞ prezidentliyinə namizəd Barak Obamanın Keniyada yaşayan nənəsinin evinə oğrular girib. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, 85 yaşlı Sara Obama bildirib ki, qarətçilər nəvəsinin ona çoxlu pul göndərdiyini düşünərək evdə qiymətli əşyalar tapacaqlarını güman ediblər. Ancaq gümanları doğrulmayan qarətçilər əlləri boş qayıdıblar. Qeyd edək ki, əslən keniyalı olan B. Obamanın bu ölkədə yaşayan qohumları media nümayəndələrinin ifrat diqqətindən şikayətlənirlər.

9. #2729
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"The New York Post" qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb

[b]"The New York Post" qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb[b]

Vaşinqton - APA. ABŞ-ın "The New York Post" qəzeti prezident seçkilərində respublikaçıların namizədi Con Makkeyni dəstəklədiyini açıqlayıb. APA-nın məlumatına görə, qəzet geniş redaksiya məqaləsində bu seçimini izah edib. "The New York Post"un redaktorları C. Makkeynin nailiyyətləri və ABŞ vətəndaşları qarşısındakı xidmətlərinin Barak Obamanın "salfetka kimi nazik olan" tərcümeyi-halı ilə müqayisəedilməzdir. Yazıda C. Makkeynə səs vermək üçün 4 səbəb olduğu bildirilir: milli təhlükəsizlik, vergi, ticarət və energetika. Jurnalistlər Alyaska qubernatoru Sara Pelinin vitse-prezident vəzifəsinə namizəd kimi seçilməsini də müsbət qiymətləndiriblər. Böyük Britaniyanın "The Guardian" qəzeti isə yazıb ki, "The New York Post"un qərarının arxasında çox güman ki, onun sahibi Rupert Merdok dayanır.

10. #2730
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Seçicilərlə görüş üçün ayrılan yerlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək

[b]Seçicilərlə görüş üçün ayrılan yerlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək[b]

Bakı. Elnur Məmmədli - APA. "Seçki təbliğatının aparılması məqsədi ilə seçicilərlə görüşlərin keçirilməsi üçün bütün seçki dairələrində müvafiq yerlər ayrılıb və yaxın günlərdə həmin yerlərin siyahısı MSK-nın internet saytında yerləşdiriləcək". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçkilərdə istənilən maraqlı tərəf bu ünvanlarda görüşlər keçirə bilər. Təşviqat materiallarının yapışdırılması üçün də bütün seçki məntəqələrində yerlərin müəyyənləşdirildiyini qeyd edən MSK sədri bildirib ki, bu dəfə plakatlar xüsusi lövhələrə yapışdırılacaq: "Namizədlərin təşviqatı üçün MSK xüsusi lövhələr hazırlayıb, və bütün məntəqələri təmin edib. Həmin məntəqələrdən kənarda plakatların yapışdırılmasına icazə verilməyəcək. Plakatların isə fərqi var. MSK-nın çağırış plakatları insanların çox olduğu yerlərdə, vitrinlərdə yapışdırılıb. Plakatların tarixi binalara yapışdırılması qadağandır". Bəzi müxalifət partiyaları tərəfindən prezident seçkilərinin nəticələrinin indidən qeyri-legitim hesab olunmasına gəldikdə, M. Pənahov bildirib ki, bu, əsassız fikirdir: "Biz seçki ilə məşğuluq. Seçkilər keçiriləcək, onun nəticələri olacaq, nəticələr araşdırılacaq və bu nəticələr Konstitusiya Məhkəməsinə göndəriləndən sonra orada da araşdırılacaq və müvafiq qərardan sonra cənab prezidentin inauqurasiya mərasimi keçirəcək. Bütün proses bundan ibarətdir. İndi kimlərsə başqa məsələlər danışırsa, MSK-nın elə bir səlahiyyəti yoxdur ki, onların danışmağına məhdudiyyət qoysun".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.