[b]Azərbaycanda prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək[b]
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə görə, artıq müşahidəçilərin qeydiyyatı prosesi başa çatıb. Müşahidəçilik məqsədi ilə müraciət etmək üçün müəyyən olunmuş müddətdə MSK-ya 2672 yerli, 1233 beynəlxalq müşahidəçi müraciət edib. DSK-larda isə 43 min 100 müşahidəçi qeydə alınıb. Bunların 25 mini siyasi partiyaları, 15 mini QHT-ləri təmsil edir, 6 minə yaxını isə müstəqil şəxslərdir. M. Pənahov səsvermənin gedişi ilə bağlı oktyabrın 15-də gün ərzində 5 dəfə mətbuata məlumat veriləcəyini bildirib.
4610 sonuçtan 3.821 ile 3.830 arası

10-13-2008, 06:00 PM #3821Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Samux rayon sakini insan alveri faktı ilə bağlı tutulub
[b]Samux rayon sakini insan alveri faktı ilə bağlı tutulub[b]
Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayon sakini Şəfayət Allahverdiyeva tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ş. Allahverdiyeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaq faktı ilə əlaqədar təqsirləndirilir.

10-13-2008, 06:10 PM #3822Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək

10-13-2008, 06:20 PM #3823Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq
[b]Rusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Rusiyanın iri pivə istehsalçısı olan «Baltika» şirkətinin Xırdalandakı «Bakı-Castel» pivə zavodunun alınmasına dair mətbuat konfransı keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib ki, tərəflər arasında zavodun alınmasına dair sövdələşmə tamamilə başa çatdırılıb. Tədbirdə «Baltika» şirkəti haqqında ətraflı məlumat verən A.Artemyev qeyd edib ki, şirkət Rusiyanın pivə bazarının 38%-ni əhaət edir və 50 ölkədə Rusiyadakı 11 zavodun istehsal etdiyi məhsulu reallaşdırır: «Biz ildə 50 mln. hektolitr (1 hektolitr = 100 litr) pivə istehsal edirik ki, məhsulumuzun da 70%-i ixrac olunur. Gün ərzində 96 mln. litr məhsul satılır. Belə ki, Şimali Avropada şirkətimiz satışa görə 1-ci yeri, dünyada isə 4-cü yeri tutur».A.Artemyev həmçinin qeyd edib ki, «Baltika» şirkətinin məhsulları Azərbaycanda 2000-ci ildən satılır və ölkə bazarının 4%-ni təşkil edir. Rusiya və Azərbaycanda pivə tələbatını müqayisə edərək «Baltika» şirkətinin prezidenti qeyd edib ki, Azərbaycanda yay mövsümündə pivə qış mövsümünə nisbətən 14 dəfə çox satılır, Rusiyada isə bu fərq iki dəfədir.«Biz Azərbaycanda yeni imkanlar tədbiq edəcəyik, qış mövsümündə digər ölkələrə ixracı təmin edək. Həmçinin, aldığımız zavodu bir sıra yeni avadanlıqlarla təchiz edəcəyik», - deyə A.Artemyev bildirib. A.Artemyevin sözlərinə görə, artıq gələn ildən etibarən zavodda Azərbaycanın yerli pivə brendləri («Xırdalan», «33 Export», «Bizim Pivə», «Əfsanə» və s.), o cümlədən şirkətin istehsal etdiyi brendlər («Baltika», «Arsenalnoye», «Nevskoye» və s.) inkişaf olunacaq. Tərəflər arasında baş tutmuş sövdələşmənin ümumi məbləğini açıqlamaq istəməyən A.Artemyev əlavə edib ki, artıq 2009-cu ilin may ayından etibarən Azərbaycanda «Baltika» pivələrinin istehsalına başlanacaq: «Biz Azərbaycanda yüksək keyfiyyətli pivə istehsal edəcəyik və artıq 2009-cu il ərzində «Baltika»nın 9, 7, 3 nömrələrini şüşə və dəmir qablarda, bundan başqa şirkətin istehsal etdiyi digər superpremium, premium, qənaətli və s. pivə məhsullarının istehsalına başlayacağıq».Şirkətin prezidenti bildirib ki, əgər hazırda müəssisə ildə 0,7 mln. hektolitr pivə istehsal edirsə, «Baltika» şirkəti gələcəkdə bu rəqəmi 2 mln. hektolitrə çatdırmağı planlaşdırır: «Demək olar ki, Azərbaycanda pivə yalnız yay mövsümündə realizə olunur. Belə ki, 0,7 mln. hektolitrin bir çox hissəsi məhz yayda satılır».Qeyd edə ki, Azərbaycanda ildə 2,4 mln. dekalitr (1 dekalitr=10 litr) pivə içilir. Yerli pivə bazarının 70%-ni «Xırdalan», qalan hissəsi isə «Efes» və «Baltika» pivələri arasında bölüşür. Ötən il ərzində Azərbaycanda pivənin adambaşına istehlak həcmi 6 litr təşkil edib, 2006-ci ildə isə bu rəqəm 3,9 litr olub. Xatırladaq ki, müstəqil ekspertlərin fikrincə, Azərbaycanın iri pivə istehsalçısı olan «Bakı-Castel»in fransızlar tərəfindən satılmasının əsas səbəbi həmin ərəfədə avronun məzənnəsinin artması ilə əlaqədardır.Xatırladaq ki, «Baltika» ASC «Bakı-Castel»in səhmlərinin 92%-ni alıb.

10-13-2008, 06:30 PM #3824Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb
[b]«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Şəki rayonunda yeni satış və müştəri xidmətləri mərkəzini istifadəyə verib. Bu barədə «APA-ECONOMICS»ə «Azerfon» MMC-dən məlumat verilib.Şəkinin Heydər Əliyev prospekti,4 ünvanında yerləşən yeni «Nar Mobile» Mərkəzində abunəçilərə geniş çeşiddə xidmətlər göstərilir, abunəçiləri maraqlandıran bütün suallar cavablandırılır və yeniliklər haqqında məlumatlar təqdim olunur. Hazırda şirkətin Bakı, Gəncə, Şəki və Naxçıvanda 10 «Nar Mobile» Mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, hazırda «Nar Mobile»in Azərbaycan ərazisində 400-dən artıq rəsmi diler və distribütor mərkəzlərindən ibarət satış şəbəkəsi mövcuddur. Qeyd edək ki, GSM operatoru olan «Azerfon» MMC şirkətinə mobil rabitə xidmətlərinin göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabr ayında lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən çox abunəçi istifadə edir.

10-13-2008, 06:50 PM #3825Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib
[b]Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib[b]
Brüssel - APA. Avropa Birliyi Özbəkistana qarşı tətbiq olunan sanksiyaların böyük qismini ləğv edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qərar AB ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qəbul olunub. Qərara əsasən yalnız Özbəkistana silah satışına qoyulmuş qadağa qüvvədə saxlanılıb. Xatırladaq ki, AB 2005-ci ildə Özbəkistana qarşı sanksiyalar tətbiq etmişdi. Səbəb Özbəkistan hökumətinin eyni ilin may ayında Əndican şəhərində baş vermiş qanlı hadisələrlə bağlı beynəlxalq təhqiqat aparılmasından imtina etməsi idi. Sanksiyalara əsasən prezident İslam Kərimov da daxil olmaqla bir sıra dövlət məmurlarının AB ərazisinə səfərlərinə qadağa qoyulmuş, bu ölkə ilə əməkdaşlığa dair sazişin fəaliyyəti dayandırılmış və Özbəkistana silah satışına embarqo qoyulmuşdu.

10-13-2008, 07:00 PM #3826Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib
[b]Avropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib[b]
Brüssel - APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulmuş qadağa müvəqqəti olaraq götürülüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə AB xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qərar qəbul edilib. Qərar 1999-2000-ci illərdə bəzi müxalifətçilərin yoxa çıxmasına görə şübhəli bilinən 3 məmur və Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina istisna olmaqla, digər Belarus məmurlarına da şamil olunacaq və yarım il qüvvədə qalacaq. AB-yə sədrlik edən Fransanın təmsilçiləri bu yolla Belarusda demokratiyanın inkişafını təşviq etdiklərini deyiblər. Müxalifətin üç nümayəndəsi - Aleksandr Kozulin, Sergey Parsyukeviç və Andrey Kimin həbsdən buraxılması da bu qərarda rol oynayıb. Xatırladaq ki, AB 2006-cı ildə Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını bildirərək bu ölkəyə qarşı sanksiyalar tətbiq etmişdi.

10-13-2008, 07:30 PM #3827Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Seçki Monitorinq Mərkəzinin koordinatoru qurumun seçki günü üçün hazırladığı ssenari ilə bağlı sensasion bəyanat yayıb
[b]Seçki Monitorinq Mərkəzinin koordinatoru qurumun seçki günü üçün hazırladığı ssenari ilə bağlı sensasion bəyanat yayıb[b]
Bakı - APA. "Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün bütün vətəndaşlar fəallıq göstərməlidir.
Ölkə qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməklə hamımız Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və kampaniyanın demokratikliyini daha da artıra bilərik. Mən də gənc və bitərəf ziyalı kimi Seçki Monitorinq Mərkəzinin (SMM) Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin təşkil etdiyi müşahidəçilər qrupuna qoşulmuşam, bu qurumun 54 və 55 saylı seçki dairələri üzrə koordinatoruyam. Bundan əlavə, MSK-dan uzunmüddətli könüllü müşahidəçi kimi qeydiyyatdan keçmişəm. SMM rəhbərliyindən bizə bildirilib ki, müstəqil müşahidəçilər adı altında Dairə Seçki komissiyalarından və MSK-da qeydiyyatdan keçməli, lakin sonradan SMM-in müşahidəçiləri kimi fəaliyyət göstərməliyik. SMM-in adı isə heç yerdə çəkilməməlidir". Bu sözlər SMM-in 54 və 55 saylı seçki dairələri üzrə koordinatoru, qurumun təlimçisi və respublika ərazisi üzrə müşahidəçisi, Xaçmaz sakini Təranə Rafiq qızı Zaliyevanın bu gün yaydığı bəyanatdandır. T. Zaliyevanın APA-ya daxil olan bəyanatında bildirilir ki, onlara o da tapşırılıb ki, seçki günü səslərin paralel sayılmasını təşkil etsinlər və heç bir dövlət və qeyri-dövlət qurumları, hətta yerli müşahidəçilər belə bir müddət bundan xəbərdar olmamalıdırlar: "Qeyd edim ki, mən əvvəldən belə fəaliyyətin əleyhinə olmuşam. Başa düşə bilmirdim ki, nəyə görə SMM rəhbəri Anar Məmmədli demokratiya və şəffaflıqdan danışdığı halda, bizi gizli fəaliyyət göstərməyə təhrik edir, KİV-lərdə çıxış etməyə qadağa qoyub".T. Zaliyeva SMM-in oktyabrın 10-da yaydığı hesabatında onun 55 saylı Seçki Dairəsindən verdiyi məlumatı saxtalaşdırdığını da qeyd edib: "Mən internet vasitəsi ilə göndərdiyim informasiyada bildirmişəm ki, YAP-ın Xaçmaz şəhərində keçirdiyi aksiyada rayon mərkəzində və kəndlərdə yaşayan partiya üzvləri iştirak ediblər. SMM-in yaydığı hesabatda isə göstərilir ki, kəndlərdə yaşayan YAP-çılar guya avtobuslarla Xaçmaz şəhərinə gətiriliblər. Vətəndaşları aldatmaq, yalan və saxtakarlıq yolunu tutmuş SMM-in seçkilərin nəticələrini də saxtalaşdıracağına heç bir şübhə yoxdur. SMM-in 15 oktyabrda seçki məntəqələrində süni qarışıqlıq yaradacağı, məntəqələrdən verilən məlumatları da təhrif edəcəyi gözləniləndir. Mən SMM-in belə fəaliyyətini pisləyirəm, qurumun təşkil etdiyi "seçki komediyası"nda iştirakdan imtina edirəm. Mənim kimi SMM tərəfindən aldadılaraq bu qurumun fəaliyyətinə cəlb olunmuş bütün vətəndaşlardan eyni addımı atmağı xahiş edirəm. SMM-in rəhbərliyinə isə təklifim budur ki, seçkiləri müşahidə edəcək müşahidəçilərinin siyahısını, alınan qrantın məbləğini açıqlasın. Onda hər şey göz qabağında olacaq və dediklərimə heç bir şübhə yeri qalmayacaq".

10-13-2008, 07:40 PM #3828Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qüdrət Həsənquliyevin təbliğat mitinqi keçirilib
[b]Qüdrət Həsənquliyevin təbliğat mitinqi keçirilib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıdakı "Təbriz" kinoteatrının qarşısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin təbliğat xarakterli mitinqi keçirilib. APA-nın məlumatına görə, saat 17:00-da başlayan mitinqi açan namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli Q. Həsənquliyevin siyasi fəaliyyəti haqda danışıb. Vahid Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və Təkamül Partiyasının sədri Teyyub Qəni namizədin platformasını yüksək qiymətləndirərək seçiciləri Q. Həsənquliyevə səs verməyə çağırıblar. Prezidentliyə namizəd isə çıxışını sosial-iqtisadi, hərbi və elm sahələrində olan problemlərə həsr edib. O, bir çox sahədə islahatlara ehtiyac olduğunu bildirib: "Hökuməti parlament seçkilərində qalib gələn partiya qurmalı, ölkədə ciddi siyasi islahatlar aparılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün isə ilk növbədə Ermənistan ordusundan on dəfə güclü ordu formalaşdırılmalıdır. Hərbi xərclər büdcənin 25 faizinə çatdırılmalıdır. Orduya dövlət və ictimai nəzarət gücləndirilməli, Neft Fonduna toplanan vəsaitlərin 80 faizi müdafiə sənayesinin inkişafına və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, peşəkar ordu quruculuğu prosesinin tez bir zamanda həyata keçirilməlidir". Q. Həsənquliyev prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. O, rayonlarda məmur özbaşınalıqlarına da toxunub. Qeyd edək ki, mitinqə "Yoxsulluqla Mübarizəyə Çağırış" QHT alyansının üzvləri də qoşulub. Aksiya saat 18:00-da insidentsiz başa çatıb.

10-13-2008, 07:50 PM #3829Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qax sakini yol qəzasında ölüb
[b]Qax sakini yol qəzasında ölüb[b]
Qax. Vüqar Heydərov-APA. Qax rayonunun Süsgənc kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax rayonunun Xaldan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Sabit oğlunun idarə etdiyi daşla yüklənmiş "KamAZ" markalı 45-BY-753 dövlət nömrə nişanlı avtomaşın aşıb. İlkin məlumata görə, maşının aşmasına tormoz sisteminin xarab olması səbəb olub. Maşında olan 1961-ci il təvəllüdlü Qax rayonu Ləkit kənd sakini Rəhimov Vəli Şakir oğlu üzərinə daş düşməsi nəticəsində hadisə yerində ölüb. Sürücü R. Məmmədov və digər sərnişin 1967-ci il təvəllüdlü Ləkit kənd sakini Vahabov Beray Vahab oğlu bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

10-13-2008, 08:10 PM #3830Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib
[b]Azərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib[b]
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib. Müşahidə missiyasının üzvü, İran parlamentinin mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi APA-ya bildirib ki, 5 nəfərdən ibarət olan missiya həm dövlət, həm QHT nümayəndələrindən formalaşıb. Onun sözlərinə görə, müşahidəçilər İran-Azərbaycan Dostluq Cəmiyyətinin, bu ölkənin parlamentinin, Xarici İşlər Nazirliyinin və Prezidentin İcra Aparatının təmsilçiləridir. İ. Təbrizi müşahidənin yekunlarına dair hesabatın açıqlanacağını da qeyd edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri