Əsas məzmuna keç
Sayfa 274/461 İlkİlk ... 174224264272273274275276284324374 ... SonSon
4610 sonuçtan 2.731 ile 2.740 arası

Azərbaycan Xəbərləri

1. #2731
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib

[b]Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, İctimai Komitə fəaliyyət göstərdiyi 2 il ərzində cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə yaradılan komitənin köməkliyi ilə penitensiar müəssisələrdəki vəziyyətə dair hesabatlar hazırlanıb. Komitənin koordinatoru Sahib Məmmədov qeyd edib ki, qurum öz fəaliyyəti ilə pentensiar xidmətdə aparılan islahatlara yardımçı olmaq istəyir: "Bu qurum hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin nümunəsidir. Dünyanın bir çox ölkələrində belə komitələr yoxdur. Qurumun fəaliyyəti müsbət nəticə verdiyindən komitənin institutlaşdırılması üçün müəyyən işlər görülür. Biz jurnalistlərin də cəzaçəkmə müəssisələrinə getməsi üçün Ədliyyə Nazirliyi qarşısında təkliflə çıxış edəcəyik". İctimai Komitənin üzvü Elçin Behbudov isə bildirib ki, məhbusların cəzaçəkmə müəssisələrində yaşam tərzinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün zəruri addımların atılmasına hələ də ehtiyac var. Qurumun üzvü Səidə Qocamanlı cəzaçəkmə müəssisələrinin kompyuterləşdirilməsinin vacibliyini söyləyib və qeyd edib ki, artıq belə bir addım 6 saylı Cəzaçəkmə Müəssisəsində atılıb. Yığıncaq komitə üzvlərinin və hüquq müdafiəçilərinin fikir mübadiləsi ilə davam etdirilib.

2. #2732
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sergey Lavrov: "ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq"

[b]Sergey Lavrov: "ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq"[b]

Moskva-APA. Polşada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın raket hücumundan müdafiəyə dair dördüncü və beşinci mövqe rayonları yaratmaq planlarından xəbərdar olduqlarını açıqlayıb.

APA-nın məlumatına görə, artıq fəaliyyətdə olan iki mövqe rayonu Alyaska və Kaliforniyada yerləşir, üçüncü belə nöqtə isə Polşa və Çexiya ərazisində yaradılmaqdadır. Sergey Lavrov yaxın illər ərzində bu komplekslərin yeganə hədəfinin yalnız Rusiyanın strateji arsenalı olacağını bildirib. Qeyd edək ki, ABŞ Senatı dünən adı açıqlanmayan ərazidə əlavə radar tikilməsinə 89 milyon dollar ayrılmasına dair qərar qəbul edib. Rusiya tərəfi bu radarın İsraildə tikiləcəyini iddia edir. Ruslar ABŞ-ın Yaponiyada da daha bir radar kompleksi yerləşdirməyi düşündüyünü bildirirlər. Moskvadakı mənbə "RİA Novosti"yə deyib ki, ABŞ beş mövqe rayonu yaradacağı təqdirdə Rusiya, Şimali Koreya və Çinin strateji raket bazalarını tam şəkildə öz radiolokasiya müşahidəsi altına almış olacaq.

3. #2733
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mühacirlər üçün ən cəlbedici ölkə ABŞ sayılır

[b]Mühacirlər üçün ən cəlbedici ölkə ABŞ sayılır[b]

Vaşinqton-APA. 2006-cı ildə ABŞ mühacirlər üçün ən cəlbedici ölkə olub. APA-nın məlumatına görə, 2006-cı ildə ABŞ-a 1,3 milyon mühacir köçüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına əsasən, mühacirlərin axın etdiyi ölkələr siyahısında sonrakı yerləri Böyük Britaniya (340 min), Almaniya (216 min), İtaliya (204 min), Avstraliya (192 min), Fransa (169 min), Yaponiya (96 min) və Hollandiya (59 min) tutur. Qeyd edək ki, bu statistika bir ölkədən başqa ölkənin ərazisinə leqal köçənlərin sayına nəzərən aparılır.

4. #2734
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Berti Foqts Azərbaycandan getdi

[b]Berti Foqts Azərbaycandan getdi[b]

Elxan Məmmədov: "Lixtenşteynlə oyun bizə dərs oldu"

Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA rəhbərliyinə hesabat verəcək. Bunu "APA-SPORT"a assosiasiyanın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, bu gün vətəninə yollanan almaniyalı çalışdırıcı Bakıya döndükdən sonra AFFA-ya yığmadakı problemlər və gələcək oyunlarla bağlı hesabat təqdim edəcək: "Ümumiyyətlə, Foqts ayda bir dəfə rəhbərliyə hesabat verir. Təbii ki, baş məşqçi dünya çempionatının seçmə qrup mərhələsində Uels və Lixtenşteynə qarşı keçirilmiş matçlarla əlaqədar hesabat hazırlayacaq. Onunla Bakıya qayıtdıqdan sonra, yəni sentyabrın 23-ü və ya 24-də görüşəcəyik, milli komanda barədə fikir mübadiləsi aparacağıq". Məmmədov sentyabrın 10-da paytaxtımızda Lixtenşteynlə baş tutmuş oyundan da danışıb. Baş katib bildirib ki, qolsuz heç-heçə ilə nəticələnən qarşılaşma ibrət xarakteri daşıyıb: "Son oyunlarda futbolçularımız yaxşı təsir bağışlayırdılar. Uelslə görüşdə qapımıza penalti təyin olundu, ardından oyunçumuz qırmızı vərəqə aldı. Yalnız say azlığında qaldıqdan sonra uelslilər fərqlənən bildilər. Bütün bunlar futbol ictimaiyyətinin, azarkeşlərin milli komandamıza inamını artırmışdı. Təəssüf ki, Lixtenşteynə qalib gələ bilmədik. Düzdür, rəqibə uduzmadıq da, aktivimizə bir xal yazdırdıq. Ancaq istənilən halda, Lixtenşteynlə oyun bizə dərs oldu. İndi futbol ictimaiyyətinin üzvləri yaxşı anlayırlar ki, nəticə qazanmaq üçün, 1 gün, 1 ay, yaxud 3 ay da azdır. Yığmamıza vaxt lazımdır". Baş katib azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb: "Lixtenşteynlə matçda stadiona gələn bütün azarkeşlərə "çox sağ olun" deyirəm. Fanatlar əvvəldən axıradək milli komandamızı dəstəklədilər. Məhz onların sayəsində möhtəşəm gecə yaşadıq".

5. #2735
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş nazir 5 saatdan çox dindirilib

[b]Baş nazir 5 saatdan çox dindirilib[b]

Kiyev - APA. Bu gün Ukrayna Baş Prokurorluğunun xüsusi əhəmiyyətli işlər üzrə Baş İdarəsinin müstəntiqləri prezident Viktor Yuşşenkonun 2004-cü ildə zəhərlənməsi faktı ilə bağlı cinayət işi üzrə baş nazir Yuliya Timoşenkonu dindiriblər. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, dindirmə 5 saatdan çox çəkib. Hökumət başçısı sentyabrın 16-da yenidən ifadə verməyə çağırılıb. Y. Timoşenko Baş Prokurorluğun binası qarşısında jurnalistlərə verdiyi açıqlamada V. Yuşşenkonun zəhərlənməsi ilə bağlı cinayət işinin araşdırılmasına xaricdəki ən yaxşı laboratoriyaların cəlb olunmasını məqsədəuyğun saydığını deyib. O, hər şeyin aydın olduğunu, amma qanunsevər insan kimi prokurorluğun çağırışına əməl etdiyini söyləyib: "Prezidentin özünə rəqib saydığı bir insanı eyni vaxtda milli xəyanətdə, Kremlə casusluqda ittiham edirlərsə, üstəlik, Viktor Andreyeviç Yuşşenko məni zəhərlənməsi ilə bağlı ifadə verməyə çağırırsa, hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur". Baş prokurorluq isə V. Yuşşenkonun dioksinlə zəhərlənməsi faktının istintaq, xaricdəki müxtəlif laboratoriyalar və beynəlxalq mütəxəssislərin iştirakı ilə aparılan ekspertizalar nəticəsində sübuta yetirildiyini açıqlayıb: "Biz dövlətdə məsul vəzifələr tutan siyasətçilərə və insanlara bu cür bəyanatlardan çəkinməyi israrla tövsiyə edirik".

6. #2736
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Abbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb

[b]Abbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb[b]

Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani bu gün səhərə yaxın sərbəst buraxılıblar. APA-nın məlumatına görə, dünən saxlanılan 17 nəfərin taleyi barədə isə hələ məlumat yoxdur. Qeyd edək ki, sentyabrın 10-da axşam saatlarında Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylının) evində iftar mərasimi zamanı bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları olan 18 nəfər, o cümlədən "Yaşmaq" jurnalının baş redaktoru, şair Səid Muğanlı, Mehdi Nəimi, Abbas Nəimi, Əkrəm Nəccari, Rubab Əzimi, Fərhad Rizayi Qoşaçaylı, Məhəmməd Abbaspur, Yusif Huşyar, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi, Əkbər Azad, Hüseyn Heydəri, Şahbaz İbrahimnejad, Şahnaz İbrahimzadə və Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani saxlanılıb.

7. #2737
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək

[b]ABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək[b]

Bakı-APA. ABŞ Dövlət Departamenti gələn həftə demokratiya üzrə qlobal dialoqun gücləndirilməsi məqsədi daşıyan beynəlxalq müsabiqənin başlanmasını elan edəcək. ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin başlanması BMT-nin 15 sentyabr birinci Beynəlxalq Demokratiya Günündə baş tutacaq. Məlumata görə, Azərbaycan da daxil olmaqla dünyanın hər yerindən klip çəkənlər bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət olunacaqlar. Qeyd olunub ki, Demokratiya Televiziya Müsabiqəsi perspektivli klip çəkənləri, demokratiya müdafiəçilərini və ümumi ictimaiyyəti "Demokratiya budur...." ifadəsini tamamlayan video kliplər çəkməyə dəvət edəcək. Qaliblər ictimaiyyətin internet səsverməsi ilə seçiləcəklər. Altı regional qalib öz kliplərinin Nyu-York, Hollivud və Vaşinqtonda göstərilməsi, kino rejissorları, dövlət xadimləri və qeyri-hökumət təşkilatlarından olan demokratiya müdafiəçiləri ilə görüşlər və kino və televiziya çəkilişlərində vaxt keçirmək daxil olmaqla, ABŞ-a çox bahalı səfər etmək haqqına sahib olacaqlar.

8. #2738
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Forbes" jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib

[b]"Forbes" jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib[b]

Vaşinqton - APA. ABŞ-ın "Forbes" jurnalı ölkənin ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib. APA-nın məlumatına görə, siyahıda birinci yeri uzun illər eBay internet hərracının icraçı direktoru və prezidenti olmuş Marqaret Uitmen tutur. İl ərzində o, 120 milyon dollar qazanıb. Bu böyük məbləğ onunla izah edilir ki, M. Uitmen tutduğu bir çox postları tərk edib və şirkətin xüsusi müşaviri olub. Vəzifələrdən imtina etməsinin müqabilində ona iri məbləğlərdə təzminatlar ödəndiyi güman edilir. Siyahıda ikinci sırada 46 milyon dollar gəlirlə "Autodesk" şirkətindən Kerol Barts, üçüncü yerdə isə 30 milyon dollar gəlirlə "BlackRock"dan Barbara Novikdir.

9. #2739
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 11-də saat 15.50-dən 16.00-dək, 18.00-dan 19.35-dək və saat 22.25-dən 23.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 16.50-dən 17.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.00-dan 18.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.45-dək isə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

10. #2740
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb

[b]Azərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb[b]

Bakı - APA. Sentyabrın 11-də Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı ilə prezident İlham Əliyev və prezident İslam Kərimovun geniş tərkibdə görüşü keçirilib.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısı iki ölkə arasında qədim tarixi olan qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib: "Biz ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təşkilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə sizin yanınızda olacağıq".Öz növbəsində, Azərbaycanı qardaş ölkə adlandıran Özbəkistan prezidenti iki ölkənin həm tarixi, həm də mədəni baxımdan yaxın olduğunu qeyd edib: "Dünyada bir-birinə məhz öz kökləri ilə bağlı olan iki dövlət, iki xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və həmişə bir-birimizi başa düşəcəyik". Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olub. Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə Özbəkistanın Dövlət Təbiəti Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Özbəkistanın Rabitə və İnformasiyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər haqqında sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Özbəkistan tərəfdən xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Özbəkistan tərəfdən baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında humanitar sahədə əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.Sonuncu saziş isə Azərbaycan və Özbəkistan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri ilə bağlı olub. Sazişi Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfdən isə baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.