[b]Masallı sakini özünü asıb[b]
Masallı. Ağəddin Babayev - APA. Bu gün səhər Masallı rayonunda intihar hadisəsi baş verib. Rayon prokuroru Rizvan Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Gəyəçöl kənd sakini, 1982-ci il təvəllüdlü Orxan Məmmədov evinin həyətyanı sahəsində özünü asaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
4610 sonuçtan 2.631 ile 2.640 arası

07-21-2008, 10:31 AM #2631Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub
[b]Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub[b]
Bakı. Rəşad Süleymanov - APA. "Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki şirkətin təklifləri bəyənilərək hökumətin müzakirəsinə təqdim olunub". APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, avqust-sentyabr aylarında həmin şirkətlərlə müqavilələrin bağlanması nəzərdə tutulur: "Bu müqavilələr Azərbaycanın süni peykinin orbitə çıxarılması ilə yanaşı, ikinci peykin də yaxın illərdə orbitə buraxılmasını ehtiva edir. Hazırda ikinci peykin orbitə çıxarılması layihəsi üzərində müəyyən işlər aparılır". Nazir müqavilə imzalanmadığından şirkətlərin adlarını açıqlamayıb. O, hər iki şirkətin bu sahədə böyük təcrübəsi olan aparıcı dövlətlərdən olduğunu söyləməklə kifayətlənib. Ə. Abbasov süni peyk layihəsində "Türksat"dan kömək aldıqlarını da əlavə edib. Belə ki, Türkiyə özünün orbitdəki 50-ci şərq mövqeyini uyğun şərtlərlə Azərbaycana icarəyə verib. Qeyd edək ki, Azərbaycanın milli süni peykinin 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində orbitə çıxarılması gözlənilir.

07-21-2008, 10:41 AM #2632Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Masallı sakini özünü asıb

07-21-2008, 10:51 AM #2633Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ələt-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb
[b]Ələt-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb[b]
Masallı. Ağəddin Babayev - APA. Bu gün səhər Ələt-Astara yolunun 165-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Masallı rayonunun Musaküçə kənd sakinləri - 1963-cü il təvəllüdlü Akif Rəhimov idarə etdiyi "VAZ 2107" markalı, 01 BC 188 dövlət nömrə nişanlı avtomobil və onun həmkəndlisi, 1966-cı il təvəllüdlü Faiq Ağayevin idarə etdiyi VAZ 2101, 44 BE 752 dövlət nömrə nişanlı avtomobil ötmə zamanı bir-birinə dəyərək çevriliblər. Nəticədə "VAZ 2101"in sərnişini, Musaküçə kənd sakini Mərcan Ağayeva müxtəlif bədən xəsarətləri ilə Masallı rayon xəstəxanasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır.

07-21-2008, 11:01 AM #2634Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək
[b]"Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək. Bu barədə APA-ya filmin quruluşçu rejissoru Əbdül Mahmudbəyov məlumat verib. O bildirib ki, tamaşaçılara ilk dəfə Qacarlar sülaləsi və islam tarixi ilə bağlı yeni məlumatlar təqdim olunacaq: "Əvvəl bədii film çəkməyə hazırlaşsaq da, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aparılan təmir işləri ilə əlaqədar ssenarini yenidən işlədik. Biz əlimizdə olan zəngin materialları tamaşaçılara çoxseriyalı televiziya filmində təqdim etməyə qərar verdik". Hələlik Oruc Qurbanovun ssenarisi əsasında 4 seriyalı filmin çəkilməsi nəzərdə tutulub. Rejissorun sözlərinə görə, seriyaların sayı artırıla bilər: "Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdiyimiz filmin İctimai Televiziyada yayımlanması nəzərdə tutulur".

07-21-2008, 11:11 AM #2635Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Telefon oğrusu həbs edilib
[b]Telefon oğrusu həbs edilib[b]
Bakı - APA. Sumqayıt sakini telefon oğurladığı üçün tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də C. Naxçıvanski küçəsindəki "Sunay" mağazasında Tovuz rayon sakini Afiq Abbasovun cibindən mobil telefonunu oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Allahverdiyev yaxalanıb.

07-21-2008, 11:21 AM #2636Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Piyadanı vurub qaçan sürücü yaxalanıb
[b]Piyadanı vurub qaçan sürücü yaxalanıb[b]
Bakı - APA. İyulun 17-də Siyəzən rayonunda müəyyən edilməmiş avtomaşınla rayon sakini İslam Bayramov vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan İ. Bayramov xəstəxanaya yerləşdirib. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bayramovu idarə etdiyi "QAZ-24" markalı avtomaşınla vurub hadisə yerindən qaçan rayon sakini Mahir Cəfərov tutulub. Faktla bağlı Siyəzən RPŞ tərəfindən araşdırmalar aparılır.

07-21-2008, 11:31 AM #2637Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan ordusu xroniki atəşkəs pozuntularına davam edir
[b]Ermənistan ordusu xroniki atəşkəs pozuntularına davam edir[b]
Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri hər gün olduğu kimi, yenə bir neçə istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyini mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən iyulun 20-də saat 09.50-dən 10.05-dək, 16.30-dan 19.15-dək və saat 22.10-dan 22.30-dək fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex, İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 12.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən saat 17.40-dan 17.45-dək, eləcə də 21.35-dən 23.30-dək və iyulun 21-də saat 15.30-dan 05.38-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 17.10-dan 20.00-dək fasilələrlə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyulun 21-də saat 01.25-dən 01.35-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 05.25-dən 05.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən susdurulub, itki yoxdur.

07-21-2008, 11:41 AM #2638Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yardımlıda və Lənkəranda "Xaşxaş - 2008" əməliyyatı keçirilib
[b]Yardımlıda və Lənkəranda "Xaşxaş - 2008" əməliyyatı keçirilib[b]
Lənkəran. Ağəddin Babayev - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsinin, yabanı halda yayılmasının qarşısının alınması üzrə "Xaşxaş - 2008" şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçiriblər.
Yardımlı Polis Şöbəsinin rəisi Şamil Məcidlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Alar kəndi yaxınlığındakı "Şahinişin" adlanan 200 hektarlıq ərazidə yabanı halda bitmiş 41 ton xaşxaş kolu aşkarlanaraq müvafiq komissiyanın iştirakı ilə məhv edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub zonası üzrə regional şöbəsi ilə Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Nərimanabad-1 qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Muxtar oğlu Məmmədov narkotik vasitə olan 100 qram həşişi satarkən yaxalanıb. Onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən külli miqdarda xaşxaş bitkisi aşkarlanaraq müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.

07-21-2008, 12:01 PM #2639Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
[b]1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatı tərəfindən əldə olunan məlumatlar əsasında müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 19-da 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 1975-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 220.1; 315.2-ci maddələri (kütləvi iğtişaşda iştirak etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Müşfiq Şirzad oğlu ilə qısa müddətli görüşə gələn qohumu, 1977-ci il təvəllüdlü, Bakı şəhəri Balaxanı qəsəbə sakini Əzizov Zaur Əzizbala oğlunun gətirdiyi sovqata baxış keçirilərkən, oradan təsərrüfat sabununun içərisində yerləşdirilmiş ümumi çəkisi 6,347 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə aşkar olunmuş narkotik vasitə və saxlanılmış şəxs istintaq aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.

07-21-2008, 12:11 PM #2640Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib
[b]Bu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin altı ayı ərzində Bakı şəhərində 4819 cinayət qeydə alınıb, onların 86,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin 28,8 faizini şəxsiyyət əleyhinə, 32,2 faizini ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 0,4 faizini isə iqtisadi sahədə olan hüquqazidd əməllər təşkil edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov bildirib. R. Abbasov qeyd edib ki, hesabat dövründə ağır cinayətlərin, xüsusən şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması yüksəlib, o cümlədən keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmə, qəsdən sağlamlığa zərər vurma cinayətləri, ölümlə, eləcə də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, onların açılma faizi isə yüksək olub. Hesabat dövründə 10 quldurluq və 16 soyğunçuluq cinayətləri törədən 53 nəfərdən ibarət 20, 19 mənzil oğurluğu törədən 18 nəfərdən ibarət 9 cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilib. Polis rəisinin sözlərinə görə, müxtəlif vaxtlarda Bakı şəhərində 27 mənzil oğurluğu törədən A. Fərzəliyev bu ilin iyun ayında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. R. Abbasov qeyd edib ki, əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin yerlərinin müəyyən edilməsi sahəsində də müəyyən işlər görülüb, cinayətkarların 59,4 faizi tutularaq aidiyyəti orqanlara təhvil verilib. R. Abbasov keçən ilin birinci yarımilliyində qanunsuz dövriyyədən 45 kiloqram 574 qram narkotik vasitə çıxarıldığı halda, cari ilin müvafiq dövründə 110 kiloqram 394 qram narkotik vasitə, o cümlədən 50 kiloqram 836 qram həşiş, 8 kiloqram 574 qram heroin, 11 kiloqram 293 qram tiryək və 39 kiloqram 690 qram marixuana götürüldüyünü deyib. Ötən ilin eyni dövrü ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 97 fakt, narkotiklərin satışı ilə bağlı isə 108 fakt artıb. Polis rəisi bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,71 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələri 23,29 faiz, yaralananların sayı isə 5,4 faiz azalmış, yol hərəkəti qaydalarını davamlı və kobud sürətdə pozan, ictimaiyyətə açıq hörmətsizlik edən 349 avtoxuliqan yaxalanaraq məhkəmə məsuliyyətinə cəlb olunub, onların 78-i inzibati qaydada müxtəlif müddətlərə həbs olunub, 169 nəfər barəsində isə inzibati tədbirlər görülüb. Həyata keçirilmiş profilaktiki və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 185 ədəd silah, o cümlədən 19 avtomat, 35 tapança, 130 tüfəng, 1 qumbaraatan, habelə 96 qumbara, 25 mərmi və 8500-dən çox müxtəlif çaplı patronlar yığılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri