[b]MSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib[b]
Bakı. Elnur Məmmədli - APA. "Venesiya Komissiyasının Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən narazı olması barədə fikirlər həqiqətə uyğun deyil". Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib. O, belə məlumatlar yayıldıqdan sonra VK-nin eksperti Sergey Kuznetsovla əlaqə saxladığını bildirib: "Bir çox hallarda beynəlxalq təşkilatların mövqeyi Azərbaycan mediasında təhrif olunmuş şəkildə təqdim edilir. Demək olar ki, bütün beynəlxalq təşkilatların nümayəndələri bundan narazıdır". R. Qasımovun sözlərinə görə, S. Kuznetsovun Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə təəssüflənməsi barədə yayılan xəbərlər doğru deyil.
4610 sonuçtan 1.731 ile 1.740 arası

06-12-2008, 01:31 PM #1731Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məzahir Pənahov: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur"
[b]Məzahir Pənahov: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur"[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu gün dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirib. APA-nın məlumatına görə, tədbirdə 125 seçki dairəsinin DSK sədrləri iştirak edib. "Növbəti prezident seçkiləri ilə əlaqədar seçki komissiyalarının vəzifələri" mövzusunda çıxış edən MSK sədri Məzahir Pənahov əvvəlki illərlə müqayisədə seçki komissiyalarının iş şəraiti və texniki təchizatının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "İndi sizin işinizə mane olan amil yoxdur, bütün şərait yaradılıb və məsuliyyətiniz daha fərqlidir. Seçkilərin istədiyimiz səviyyədə keçirilməsi üçün işimizi qanunauyğun qurmalıyıq. Ölkə başçısının da mövqeyi budur ki, seçkilər normal keçirilsin". M. Pənahov deyib ki, MSK rəhbərliyi DSK-ların hər xırda probleminə, hətta seçici siyahılarındakı orfoqrafik səhvlərə də ciddi fikir verəcək. O, seçki kampaniyası dövründə bütün tərəflərə bərabər təbliğat şəraitinin yaradılmasını vacib sayıb: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur. Bu gün də Azərbaycanda ölkə prezidentinin reytinqi yüksəkdir. Biz bunu gizlətməməliyik. Amma vəzifəmiz odur ki, proseslər qanunauyğun getsin. Kim qanunu pozursa, o, demokratik prosesin gedişinə qarşıdır". Sonra MSK katibi Natiq Məmmədov katibliyin DSK-larda apardığı monitorinqin yekunları barədə seminar-müşavirə iştirakçılarına məlumat verib.

06-12-2008, 01:41 PM #1732Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib

06-12-2008, 01:51 PM #1733Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məzahir Pənahov: "Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz"
[b]Məzahir Pənahov: "Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz"[b]
Bakı. Elnur Məmmədli - APA. "Hazırda dairə seçki komissiyalarının tərkibi tam formalaşdırılmayıb. Amma Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib və hesab edirəm ki, qalan müddətdə DSK-ların tam formalaşması ilə məşğul olmalıyıq". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, DSK-ların formalaşması təkcə MSK-dan asılı olan məsələ deyil, komissiya üzvləri ilə bağlı təqdimat irəli sürülməlidir. MSK-da iki yerin boş qalmasına toxunan M. Pənahov bu məsələnin Milli Məclisin səlahiyyətində olduğunu söyləyib. Müsavat Partiyasının quruma nümayəndə göndərməyəcəyi halda bunun problem yaradıb-yaratmayacağına dair sualı cavablandıran MSK sədri hesab edir ki, hər hansı problemdən söhbət gedə bilməz: "Milli Məclisdəki azlıq namizəd irəli sürəcəksə, parlament bunu müzakirə edəcək. Seçki komissiyalarını formalaşdırmaq heç bir partiyanın monopoliyasında, təsiri altında deyil".

06-12-2008, 02:01 PM #1734Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Böyük Britaniyanın York hersoqunu qəbul edib
[b]Azərbaycan prezidenti Böyük Britaniyanın York hersoqunu qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Böyük Britaniyanın York hersoqu, şahzadə Endryunu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.

06-12-2008, 02:11 PM #1735Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin infrastruktur və məskunlaşdırma nazirinin Azərbaycana səfəri başlayıb
[b]Türkiyənin infrastruktur və məskunlaşdırma nazirinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin infrastruktur və məskunlaşdırma naziri Faruk Nafiz Özakın Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, F. N. Özak Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Türkiyəli nazir jurnalistlərə açıqlamasında səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağını bildirib. O, səfərin nəticəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. F. N. Özak artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü qeyd edib.

06-12-2008, 02:21 PM #1736Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu gün Hacıbaba Bağırovun ad günüdür
[b]Bu gün Hacıbaba Bağırovun ad günüdür[b]
Bakı. Ülkər Qasımova-APA. İyunun 12-si Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun ad günüdür. APA-nın məlumatına görə, H. Bağırovun 10 ilə yaxın rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi bu gün mərhum sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət edib. Qeyd edək ki, 1931-ci ildə anadan olan Hacıbaba Bağırov 2006-cı ilin oktyabrında dünyasını dəyişib. O, 1996-cı ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında direktor vəzifəsində çalışıb. H. Bağırov "Nəğməli könül", "Hələlik", "Məşədi İbad", "Məhəbbət oyunu", "92 dənə gülüş" və digər tamaşalarda, "Ulduz", "Sonuncu məhəbbət", "Qanun naminə", "Alma, almaya bənzər", "Onun bəlalı sevgisi" filmlərində unudulmaz rollar yaradıb.

06-12-2008, 02:31 PM #1737Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək
[b]Azərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək[b]
Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 24-28-də Bakıda Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək. Sammitdə dünyanın 55 ölkəsindən gənclər iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin məlumat verib. Gənclərin məşğulluq probleminin vacib məsələ olduğunu vurğulayan İ. Serageldin bu toplantılarda dünyanın gənclər şəbəkəsinin geniş fikir mübadiləsi aparacağını deyib: "Milyonlarla gənc ali təhsildən sonra işsiz qalır və nəticədə işsizliklə bağlı problemlər yaranır. I konfrans 2002-ci ildə ABŞ prezidenti Bill Klintonun sədrliyi ilə İsgəndəriyyədə keçirilib. Bu konfransda qərara gəlinib ki, sammitlər müxtəlif şəhərlərdə hər iki ildən bir təşkil edilsin". İ. Serageldin bildirib ki, layihəyə əsasən, sammitlər 2004-cü ildə Meksikada, 2006-da Keniyada keçirilib, 2008-də Bakıda, 2010-da İsveçrədə, 2012-ci ildə isə İsgəndəriyyədə təşkil olunacaq.

06-12-2008, 02:41 PM #1738Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Anqolanın Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq
[b]Anqolanın Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq[b]
Bakı. Turan Hüseynova - APA. Anqola Respublikasının Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq. Bu barədə APA-ya Anqolanın Rusiyadakı səfiri Samuel Tito Armando məlumat verib. O bildirib ki, məsələ iyun ayının sonuna gədər həll olunmalıdır. Səfirin iqamətgahı Moskva şəhərində olacaq. Qeyd edək ki, S. T. Armando iqtisadçıdır, ali təhsilini Rusiyanın Moskva və Arxangelsk şəhərlərində alıb.

06-12-2008, 02:51 PM #1739Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti türkiyəli naziri qəbul edib
[b]Azərbaycan prezidenti türkiyəli naziri qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin infrastruktur və şəhərsalma naziri Faruk Nafiz Özakı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Türkiyənin baş nazir Rəcəb Təyyub Ərdoğanın Naxçıvanda keçirilən görüşün əhəmiyyətindən danışılıb, bu görüş ölkələr arasında dostluq, qardaşlıq əlaqələrinin yaxşı nümunəsi kimi qiymətləndirilib. Həmin görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin gələcək perspektivlərinin və müxtəlif sahələr üzrə birgə layihələrin müzakirə olunduğu qeyd olunub.

06-12-2008, 03:01 PM #1740Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb
[b]Qırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb[b]
Bişkek - APA. Qırğızıstan Respublikası iki beynəlxalq terrorçu qurumu rəsmən terrorçu təşkilat kimi tanıyıb.
APA-nın məlumatına görə, paytaxt Bişkek şəhərinin 1 May Rayon Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında "Kürd Fəhlə Partiyası" (PKK) və KONGRA-GEL kimi də tanınan "Kürdüstan Xalq Konqresi"ni, həmçinin "Camaat-əl-İslam", "İslam Cihad Qrupu", "İslam Cihad İttifaqı", "İslam Cihadı-Mücahidlər Camaatı", "Orta Asiyanın Mücahidlər Camaatı" kimi adlarla da tanınan "Cihad Qrupu"nu terrorçu təşkilat elan edib. Baş Prokurorluğun bəyanatında bildirilir ki, Türkiyə, Azərbaycan, ABŞ, Avropa Birliyi və Kanada "Kürdüstan Xalq Konqresi"ni terrorçu qurumlar siyahısına daxil ediblər: "Bu təşkilat respublikanın kürd diasporası arasında qeyri-leqal təşviqat və "verbovka" iş aparmaq cəhdinə görə, eləcə də öz yaraqlıları vasitəsilə Türkiyənin Qırğızıstandakı diplomatik və rəsmi nümayəndəliklərinə qarşı terror aktları törətmək potensialı ilə Qırğızıstan üçün də terror təhlükəsi yaradır". Baş Prokurorluq bəyan edib ki, dövlət hər iki təşkilatın cinayətkar fəaliyyətinə konkret qiymət verərək onların Qırğızıstan ərazisində bütün fəaliyyətlərini qadağan edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri