[b]Güclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub[b]
Lənkəran. Ağəddin Babayev - APA. Ötən gecə saat 19.20-dən başlayaraq Azərbaycanın cənub rayonlarında saniyədə 30 metrdən çox sürətə malik güclü külək əsib. Yardımlı və Lerik ərazisindən başlayan külək sonradan şiddətli yağışla müşayiət olunmaqla bölgənin əsasən elektrik təsərrüfatını iflic vəziyyətinə salıb. "Lənkəran Regional Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Şirin Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Yardımlı və Lerik rayonlarında 10 və 35 kilovoltluq hava xətlərində açılmalar baş verib və nəticədə hər iki rayon enerjisiz qalıb. Bir saatdan sonra 35 kv-luq hava xəttini bərpa etmək mümkün olub və həmin rayonların mərkəzlərinə elektrik enerjisinin verilməsi təmin edilib. İstiqamətini Masallı və Lənkərana götürən güclü külək bu rayonların da elektrik təsərrüfatına ciddi ziyan vurub. İri gövdəli çinar ağacları kökündən qoparaq 5 ədəd 10-kv-luq hava xəttini sıradan çıxarıb. Yerli icra strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lənkəran şəhərində və ona yaxın ərazilərdə elektrik xətləri bərpa edilib. Hazırda qəza briqadası Lənkərandakı 35 kv-luq hava xəttinin bərpası istiqamətində iş aparır. "Lənkəran Regional Enerji" MMC-dən günün sonuna kimi Lənkəran rayonunda enerjinin tam bərpa olunacağı, digər rayonlarda isə bu işin sabah səhərə kimi başa çatdırılacağı bildirilib. Hazırda rayonun elektrik təsərrüfatına dəyən ziyan müəyyənləşdirilir.
4610 sonuçtan 2.751 ile 2.760 arası

09-12-2008, 12:30 PM #2751Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir
[b]Azərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) 2008-ci ilin sonunadək təxminən 2 mlrd. ABŞ dolları həcmində manat intervensiyasını keçirməyi planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. E.Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən manatla pul kütləsinin artımı gözlənilən proqnozlardan aşağı olub. Qeyd edək ki, 2008-ci ilin ilk yarısında M2 pul aqreqatı 20,4%, 7 ayı ərzində isə 27% artıb. E.Rüstəmov vurğulayıb ki, bazardan çıxarılacaq artıq valyuta kütləsinin dəqiq həcmi dövlət büdcəsinin xərclərindən asılı olacaq: «Hələ ki, dövlət büdcəsindən xərcləmə prosesi zəif gedir, biz daha yüksək templər gözləyirdik».Qeyd edək ki, AMB tərəfindən manat intervensiyası dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxara bilər. E.Rüstəmovun sözlərinə görə, hazırda daxili bazarda müşahidə olunan dolların manata qarşı bahalaşması makroiqtisadi baxımından Azərbaycan üçün əlverişlidir, çünki bu tendensiya inflyasiyanın məhdudlaşdırılmasında müsbət rol oynayır.

09-12-2008, 12:40 PM #2752Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Güclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub

09-12-2008, 12:50 PM #2753Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
Alış/ Satış

09-12-2008, 01:10 PM #2754Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişdi
[b]Azərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişdi[b]
Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanın idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi Dmitri Filonov vəfat edib. "APA-SPORT"un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis son dövrələr ağır xəstəlikdən əziyyət çəkirmiş. Amma aldığı müalicə bir nəticə vermədiyindən Filonov dünyasını dəyişib. Azərbaycanda idman gimnastikasının inkişafında xidmətləri olan mərhum bu il 82 yaşını qeyd edəcəkdi.

09-12-2008, 01:20 PM #2755Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib
[b]Azərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı şöbəsi bu ilin ötən müddəti ərzində Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlıda keçirdikləri yoxlamalar nəticəsində 252 akt və 41 inzibati protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə bildirilib ki, təbiətə vurulmuş ziyana görə 225 iş üzrə 28 418 manat məbləğində iddia qaldırılıb. Onun 9 199 manatının ödənilməsi təmin edilib.Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində qanun pozuntusu faktları ilə əlaqədar 138 akt və 8 inzibati protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 135 iş üzrə 23 938 manat məbləğində iddia qaldırılıb. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5 720 manat məbləğində cərimə tətbiq olunub, 2 iş hüquq-mühafizə orqanlarına göndərilib.Heyvanlar aləminin mühafizəsi və qorunması tələblərinin pozulması ilə əlaqədar 6 akt və protokol tərtib edilib, təbiətə dəymiş ziyana görə 88 manat məbləğində iddia hesablanıb.Yerin təkinin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 88 akt və 10 protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 88 iş üzrə 4 347 manat məbləğində iddia qaldırılıb. Qanun pozuntularına görə təqsirkar şəxslər 7 iş üzrə 4 440 manat məbləğində cərimələnib.Atmosfer havasının və su ehtiyatlarının tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 4 akt, 2 protokol hazırlanıb, 1 iş üzrə inzibati qaydada 3 300 manat məbləğində cərimə tətbiq edilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 məcburi göstəriş verilib. «İstehsalat və məişət tullantıları haqqında» qanunun tələblərinin pozulması ilə əlaqədar 16 akt və 15 protokol tərtib olunub. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 22 080 manat məbləğində cərimə tətbiq edilib.

09-12-2008, 01:30 PM #2756Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda ikinci sinif dərsliklərinin hazırlanması ilə bağlı keçirilən tenderin vaxtı uzadılıb
[b]Azərbaycanda ikinci sinif dərsliklərinin hazırlanması ilə bağlı keçirilən tenderin vaxtı uzadılıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Təhsil Nazirliyi 2009-2010-cu tədris ili üzrə ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik komplektlərinin (dərslik, müəllim üçün vəsait və iş dəftəri) yeni kurrikulumun tələblərinə uyğun hazırlanmasını və çapını təşkil etmək məqsədilə keçirdiyi tenderin vaxtını uzadıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər bu ilin sentyabr ayının 16-dək müraciət edə bilərlər. Tenderdə dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin hazırlanması, nəşri və çapı sahəsində təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.İlkin olaraq dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin model və maketləri olan zərflər Tender Komissiyasının iclasında açılacaq, daha sonra dəyərləndirilmək üçün Dərslikləri Qiymətləndirmə Şurasına veriləcək. Qiymətləndirilmədən sonra dərslik komplektləri DQŞ-nin qiymətləndirmə sənədləri ilə birlikdə Tender Komissiyasına qaytarılacaq. İddiaçıların hər bir lot üzrə dərslik komplektlərinin model və maketləri olan təklifləri 2009-cu ilin mayın 6-dək Tender Komissiyasına təqdim olunmalıdır. Dərslik komplektləri olan zərflərin açılışı mərasimi isə mayın 7-də Təhsil Nazirliyində keçiriləcək.

09-12-2008, 01:40 PM #2757Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
13 yaşlı Suraxanı sakini yelləncəkdən yıxılaraq ölüb
[b]13 yaşlı Suraxanı sakini yelləncəkdən yıxılaraq ölüb[b]
Bakı-APA. Suraxanı rayonu Əmircan qəsəbə sakini 13 yaşlı Əlzamin Əliyev yelləncəkdən yıxılaraq ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə sentyabrın 11-də saat 14.00 radələrində baş verib. Ə. Əliyev evlərinin qarşısındakı yelləncəkdən yıxılıb.

09-12-2008, 01:50 PM #2758Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Sabirabad rayonunun ən yaşlı seçicisinin 111 yaşı var - FOTOSESSİYA
[b]Azərbaycanın Sabirabad rayonunun ən yaşlı seçicisinin 111 yaşı var - FOTOSESSİYA[b]
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabadın ən yaşlı seçicisinin 111 yaşı var.Bu barədə APA-nın Mil-Muğan bürosuna 64 saylı Sabirabad II Seçki Dairəsinin üzvü Kazım Kazımlı məlumat verib. Onun bildirdiyinə görə, Sabirabad rayonunun Qaratoğay kəndində yaşayan Həsənova Nubah Cabbar qızı 1897-ci ildə anadan olub və hazırda onun 111 yaşı var.

09-12-2008, 02:10 PM #2759Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın ədliyyə naziri: "Məhkəmələrə müraciət edənlərin sayı artıb"
[b]Azərbaycanın ədliyyə naziri: "Məhkəmələrə müraciət edənlərin sayı artıb"[b]
Bakı. Ramil Məmmədli - APA. "İki il ərzində 50 hakim haqqında intizam icraatı həyata keçirilib, korrupsiya hüquq pozmalarına şərait yaradan 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 hakimin isə vəzifəsi aşağı salınıb". APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün keçirilən "Doing Biznes - 2009" Azərbaycan üzrə nəticələrinin təqdimatında deyib. O bildirib ki, artıq Azərbaycanda hakimlərin müddətsiz təyinatı qaydası tətbiq olunmağa başlanılıb: "Azərbaycan Avropada hakimlərin sayına görə sonuncu yerdə idi. Hər 100 min nəfərə cəmi 4 hakim düşürdü. Bu da işin keyfiyyətsiz baxılmasına, əlavə yüklənməyə və süründürməçiliyə səbəb olurdu. İndi isə hakimlərin sayı 50 faiz artırılıb. Eyni zamanda yeni tətbiq olunan seçim qaydasına əsasən hakim olmaq istəyən 1700 nəfərdən cəmi 150 nəfər imtahanlardan keçə bilib. Beləliklə, 1 il ərzində 157 hakim yeni təyinat alıb". Ədliyyə naziri məhkəmələrin sayının artırılması ilə bağlı aparılan islahatlardan da danışıb: "İnsanların məhkəmələrə müraciətinin asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr yaradılıb. Ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir və hər birində də iqtisad kollegiyası mövcuddur. Məhkəmələrin fəaliyyətində aşkarlığın olması üçün yuxarı məhkəmələrin qərarları dərc olunur və ictimaiyyətə çatdırılır. İqtisad məhkəmələrində proseslərin audio yazılışı aparılır. Bu da obyektivlik üçün əhəmiyyətlidir". Məhkəmələrə müraciətlərin artdığını da deyən F. Məmmədov apelyasiya məhkəmələrində ləğv olunan qərarlarının sayının 1,5 dəfə azaldığını da deyib: "Bu məhkəmələrə inamın artması ilə bağlıdır. Ötən ilin birinci yarım ili ilə müqayisə etsək, məhkəmələrə müraciətlərin sayı 15 faiz artıb. Apelyasiya şikayətlərinin sayı 80 faiz azalıb. Təmin olunan iddiaların sayı 90 faizə çatıb. Bu da islahatların nümunəsidir. Bəzi məhkəmələrdə hakimlərin sayı isə 2 dəfə artırılıb". Nazir ölkədə vəkillərin sayının artırılması istiqamətində də işlər görüldüyünü deyib: "Azərbaycanda 370 vəkil fəaliyyət göstərirdi. İslahatlar nəticəsində bu rəqəm 2 dəfə artıb".

09-12-2008, 02:30 PM #2760Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirilib
[b]"Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirilib[b]
Bakı. Elnur Məmmədli - APA. "Seçki-2008" QHT Koalisiyası "Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə prezidentliyə namizədlər, siyasi partiya və QHT rəhbərləri, seçki ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirib ki, seçkilərə bir ay müddət qalmasına baxmayaraq, proses kifayət qədər soyuq və sönükdür. O, indiyə qədər Azərbaycanda belə passiv seçkinin olmadığını bildirib. Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə seçki ab-havasının yalnız mətbuatda hiss olunduğunu bildirib. Siyasi ekspert Rauf Mrirqədirov seçkilərdə siyasi partiyaların yox, yalnız şəxslərin olduğunu qeyd edib. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçkilərin sönük keçməsinin cəmiyyətin xarakteri ilə izah edib. Onun sözlərinə görə, cəmiyyət aktiv deyilsə, partiyaların aktivlik yaratmaq cəhdləri süni görünəcək. O, Nostradamus kimi əvvəlcədən seçkilərin nəticələrini elan etməklə cəmiyyətinin heç nə qazanmayacağını qeyd edib. Qulamhüseyn Əlibəyli isə tədbirdə yalnız nəzəriyyədən danışılmasına etiraz edib, iştirakçıları real proseslərdən söz açmağa çağırıb: "Seçki prosesi ona görə sönükdür ki, bu dəfə kimlərsə döyülmür, kimlərdə həbs edilmir, imza vərəqələri cırılmır. Əvvəlki seçkilərdə qanunlar pozulduğuna görə seçki aktivliyi yaranırdı, indi isə qanunlar pozulmur, aktivlik də yoxdur". Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı da tədbirdə əsas mövzudan kənara çıxıldığını bildirib. Onun fikrincə, problemləri sadalayıb, onlardan çıxış yolları göstərilməlidirlər. M. Qurbanlı ölkədə demokratik seçki keçirmək üçün kifayət qədər münbit şəraitin olduğunu bildirib: "Cəmiyyət inkişaf edir, münasibətlər dəyişir. Biz hamımız müəyyən dövr keçmişik. Bəziləri düşünür ki, biz seçkiləri ötən əsrdə olduğu kimi hay-küylə keçirməliyik". M. Qurbanlı təbliğat kampaniyası dövründə cəmiyyətin fəallaşacağını qeyd edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri