[b]Sadiq Gözəlov: "Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Daxili İşlər Nazirliyinin Polis Akademiyasında heç bir kütləvi zəhərlənmə halı baş verməyib".
Bu barədə APA-nın sualına cavab olaraq DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. Polis Akademiyasının müdavimlərinin kütləvi zəhərlənmələri barədə mətbuatda verilən məlumatlara münasibət bildirən S. Gözəlov deyib ki, sentyabrın 20-nə keçən gecə 33 müdavim Akademiyanın tibb hissəsinə mədə-bağırsaq pozğunluğu ilə bağlı müraciət edib: "Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada onların müayinələri təşkil olunub. Müayinə zamanı yalnız 13 nəfərdə mədə-bağırsaq disfunksiyası müəyyən edilib. Müayinədən və ilkin tibbi yardımdan sonra müdavimlərin hamısı təhsil müəssisəsinə qayıdıblar. Akademiyada hər hansı qida zəhərlənməsindən söhbət gedə bilməz".S. Gözəlov deyib ki, DİN rəhbərliyinin göstərişinə əsasən faktla bağlı araşdırma aparılır.
4610 sonuçtan 3.231 ile 3.240 arası

09-25-2008, 12:20 PM #3231Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib
[b]Dow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 14-də Amerika bazarlarında Dow Jones indeksi 0,27% - 10825,17 bəndədək, S&P 500 0,2% - 1185,87 bəndədək enib, Nasdaq isə 0,11% - 2155,68 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, «Goldman Sachs» bankının səhmləri 6,4%, «Berkshire Hathaway» investisiya şirkətinin 3,5% bahalaşıb, «Citigroup» və «Morgan Stanley»in müvafiq olaraq 5,2% və 11,4% düşüb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,79% - 5095,57 bəndədək, Almaniya DAX-ı 0,26% - 6052,87 bəndədək, Fransa CAC-40-ı isə 0,61% - 4114,54 bəndədək enib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 6%, İsveçrənin «Xstrata Plc.»in 5,3%, Fransanın «Total»ın 1,1%, «PSA Peugeot Citroen»in 2,7%, «Renault»un 2,9%, «Volkswagen AG»nin 5,8% ucuzlaşıb, Fransanın «Credit Agricole» bankının 5,1%, «Deutsche Bank»ın 3,1%, UBS-in 4,9% artıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4657 dollar təşkil edib.

09-25-2008, 12:30 PM #3232Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sadiq Gözəlov: "Polis Akademiyasında kütləvi zəhərlənmə halı baş verməyib"

09-25-2008, 12:50 PM #3233Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türk futbolçu qol vurdu və öldü
[b]Türk futbolçu qol vurdu və öldü[b]
Bakı - APA-SPORT. Almaniyanın aşağı liqası çərçivəsində keçirilən oyun faciə ilə nəticələnib. "APA-SPORT"un məlumatına görə, "Maynts Ditib Türkgücü" klubunun üzvü Ufuk Akkaynak görüşün 43-cü dəqiqəsində gözlənilmədən yerə yıxılıb. Meydanda təxminən 90 dəqiqə tibbi müdaxilə olunan türk hücumçu daha sonra xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı Akkaynak ürək tutmasından vəfat edib. Qeyd edək ki, həmin anda "Maynts Ditib Türkgücü" 2:0 hesabı ilə öndə olub. Rəqib, "Uilli Uakker" klubunun qapısına ikinci qolu məhz Ufuk vurub.

09-25-2008, 01:00 PM #3234Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sumqayıt Dövlət Musiqili Dram Teatrının yubileyi qeyd olunacaq
[b]Sumqayıt Dövlət Musiqili Dram Teatrının yubileyi qeyd olunacaq[b]
Bakı. Ülkər Qasımova-APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, yubiley tədbiri sentyabrın 26-da keçiriləcək. Həmin gün teatr kollektivinin iştirakı ilə yubiley üçün hazırlanmış "Fando və Lif" tamaşası nümayiş olunacaq. Yubiley ərəfəsində teatr kollektivinin Bakıda çıxışı nəzərdə tutulub.

09-25-2008, 01:20 PM #3235Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gəncədə qətl hadisəsi baş verib
[b]Gəncədə qətl hadisəsi baş verib[b]
Gəncə. Nəzakət Məşədəliqızı-APA. Gəncə şəhərində qətl hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün saat 02.15 radələrində F. Əmirov küçəsi bina 32, mənzil 25 -də yaşayan 1991-ci il təvəllüdlü Orxan Mahir oğlu Həsənli yaşadığı evdə şəxsi münasibətlər zəminində dostu 1991-ci il təvəllüdlü Taleh Mehman oğlu Məmmədovun ürəyinə bıçaq zərbəsi vurub. T. Məmmədovu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırmaq mümkün olmayıb, o yolda keçinib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayəti işi açılıb.

09-25-2008, 01:30 PM #3236Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Braziliyada Rivaldonu dəli adlandırıblar
[b]Braziliyada Rivaldonu dəli adlandırıblar[b]
"Bəlkə də Azərbaycan yığmasında forma geyinən beşinci braziliyalı mən oldum"
Bakı. Mehman Süleymanov - APA-SPORT. "Hacievskinin məni əvəzedici heyətə yollamasında heç bir problem yoxdur. Görünür, baş məşqçi mənə arxayın olmaq üçün burada sınaqdan keçirir". "APA-SPORT"un məlumatına görə, bunu "Bakı" klubunun braziliyalı futbolçusu Bruno Bastelli deyib. Braziliyanın məşhur "Santos" komandasının yetirməsi olan 22 yaşlı hücumçunun fikrincə, peşəkar futbolçu üçün hansı klubda çıxış etmək önəmli deyil: "Əsas necə oynamaqdır. Həmyerlim Rivaldo Yunanıstanın "Olimpiakos" klubuna keçəndə hamı onu dəli adlandırmışdı. "Bakı"ya düşdüyüm üçün özümü şanslı hesab edirəm. Çempionlar Liqasında çıxış etmək ən böyük arzularımdandır. Azərbaycanda özümü göstərməklə, Avropanın ortabab klublarından birinə də keçmək olar. "Santos"da məni avropalılar görmürdü. Burada isə belə deyil". Bakını həm gözəlliyi, yeni tikililərə, həm də çoxlu tıxaclara görə San-Pauloya bənzədən Bruno komandalarımızın çox sürətli futbol oynadığını söyləyib. Onun daha bir arzusu yığmamızda çıxış etməkdir: "Həmyerlilərimin Azərbaycan millisində oynamağında heç bir problem görmürəm. Bəlkə millinizin formasını geyinən beşinci braziliyalı elə mən özüm oldum. Əlbəttə, bunun üçün var gücümlə çalışmalıyam. "Bakı"nın əsas heyətinə düşəcəyimə söz verirəm. Mən Azərbaycana pul qazanmağa gəlməmişəm. Hələ gəncəm və əsas məqsədim karyera qurmaqdır".

09-25-2008, 01:40 PM #3237Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan futbol yığması Çexiyanı məyus etdi
[b]Azərbaycan futbol yığması Çexiyanı məyus etdi[b]
Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. 19 yaşlı qızlardan ibarət Azərbaycanın futbol yığması Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb. "APA-SPORT"un məlumatına görə, Bakıda keçirilən 6-cı qrupun ilk oyununda milli komandamız Çexiyanı 2:1 hesabı ilə üstələyib. Millimizin qollarını Nelli Qarayeva və Nərminə Rzayeva vurub. Qeyd edək ki, komandamızla bir qrupda yer alan Finlandiya və Şimali İrlandiya yığmaları arasında qarşılaşma da bu gün keçiriləcək.

09-25-2008, 01:50 PM #3238Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Latviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib
[b]Latviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib[b]
Riqa-APA. Latviya Seymi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qanun layihəsini rədd edib. APA-nın məlumatına görə, müraciətin iclasın gündəliyinə daxil edilməsi təklifinin lehinə 5, əleyhinə 68 millət vəkili səs verib. Qeyd edək ki, bu separatçı bölgələrin müstəqilliyinin tanınması barədə qanunvericilik təşəbbüsü ilə "Vahid Latviyada İnsan Hüquqları Uğrunda" müxalifət partiyası təqdim edib. Qanun layihəsində Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq, bu bölgələrin BMT və ATƏT-ə üzvlüyünə dəstək vermək, münaqişədən əziyyətə çəkən Cənubi Osetiyaya 4 milyon dollar yardım göstərmək kimi müddəalar var. Xatırladaq ki, bu günə kimi hər iki separatçı rejimin müstəqilliyini Rusiyadan başqa yalnız Nikaraqua tanıyıb.

09-25-2008, 02:00 PM #3239Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Misirin birinci xanımı Suzan Mubarək: "Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm"
[b]Misirin birinci xanımı Suzan Mubarək: "Azərbaycanda olmağıma görə məmnunluq hissi keçirirəm"[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan Misirin birinci xanımı Suzan Mübarəklə görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə, Azərbaycanın İnsan Haqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Elmira Axundova iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova S. Mübarəkin qadın problemlərinə xüsusi diqqətlə yanaşdığını, qadınlara olan zorakılığa qarşı fəal mübarizə apardığını bildirib. Xanım S. Mübarək Azərbaycanda olmaqdan məmnun qaldığını qeyd edib: "Sizin gözəl mühitdə olmaqdan məmnuniyyət hissi keçirirəm. Şadam ki, sizinlə yaxından tanış olmaq imkanı yaranıb. Ölkənizdə hiss olunan dəyişikliklər bizə də tanışdır, Misir bu mərhələni artıq keçib. İnkişaf etmiş ölkələrdə qadınların rolu bariz şəkildə görünür" . Misirin birinci xanımı sabah Bakıda keçiriləcək Azərbaycan Qadınlarının I Qurultayında iştirak edəcək.

09-25-2008, 02:10 PM #3240Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Eldar Quliyev: "Azərbaycan-Rusiya münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər"
[b]Eldar Quliyev: "Azərbaycan-Rusiya münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər"[b]
Bakı. Laçın Sultanova - APA. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru, səfir Eldar Quliyevin APA-ya müsahibəsi
- Ümumrusiya Azərbaycan Konqresinin vəzifələri nədən ibarətdir?- Təşkilatımız 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Konqresi Rüstəm İbrahimbəyov, Araz Ağalarov, Telman İsmayılov, Tahir Salahov, Əhməd İsgəndərov, Məmməd Əliyev və digərləri təsis ediblər. Bu işdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin də böyük əməyi olub. Hazırda onların hamısı və Rusiya parlamentinin yeganə azərbaycanlı üzvü Fərhad Əhmədov təşkilatın vitse-prezidentləridir. ÜAK Rusiyada yaşayan Azərbaycan diasporasını birləşdirir. Məqsəd diasporanın milli-mədəni maraqlarını və vətəndaş hüquqlarını reallaşdırmaq, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmliyindən çox şey asılıdır. Son hadisələr göstərdi ki, münasibətlərimiz lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranar. Bunun üçün yollar var. Ölkələrimiz arasındakı dostluq əlaqələrində həm Azərbaycandakı rus icması, həm də Rusiyada yaşayan Azərbaycan diasporası öz rolunu oynamalıdır. - ÜAK-ın üzvlərinin sayı nə qədərdir? Rusiyaya qazanc dalınca gələn soydaşlarımızla əlaqəniz necədir?- Konqresin Rusiyanın 72 bölgəsində nümayəndəliyi var. Üzvlərimizin sayı 100 mindən artıqdır. Biz bu hərəkata daha çox azərbaycanlı cəlb etmək istəyirik, lakin bəziləri inanmırlar ki, birlikdə daha çox şeyə nail olmaq mümkündür. Təşkilatımızın "Azerbaydjanskiy Konqres" qəzeti vasitəsilə soydaşlarımıza müraciət edirik, bildiririk ki, Rusiyada qeydiyyata düşmək, qanuni əsasda işləmək lazımdır. Bunun üçün ÜAK-ın nəzdində onların hüquqlarını müdafiə edən mərkəz də yaradılıb. Lakin elələri var ki, bu müraciətlərə əhəmiyyət vermirlər, kimlərəsə rüşvət verib, qeyri-leqal yaşamağı üstün tuturlar.- Rusiya-Gürcüstan münaqişəsindən sonra orada yaşayan qafqazlılar, o cümlədən azərbaycanlılar özlərini necə hiss edirlər?- Qafqazlılarla, azərbaycanlılarla bağlı heç nə dəyişməyib, hətta gürcülərə münasibət də dəyişməyib. Rusiya rəhbərliyi hiss etdi ki, gürcülərə qarşı şovinizm baş qaldırsa, digər millətlərə qarşı da baş qaldıra bilər. Buna yol verməmək üçün fövqəladə tədbirlər görüldü.- Rusiyada ifrat millətçi hərəkatlar kortəbii yaranır, yoxsa onları idarə edənlər var?- Rusiya hüquq-mühafizə orqanları da etiraf edirlər ki, skinhedlər və digər radikal millətçi hərəkatlar müəyyən dairələr tərəfindən maliyyələşdirilir. Onlar Rusiyada sabitliyi pozmaq istəyirlər.- Dağlıq Qarabağ münaqişəsinin həllində ÜAK hansısa rol oynayırmı?- Qarabağ haqqında həm öz qəzetimizdə, həm də ayrıca materiallar çap edirik, çıxışlar edirik, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, münaqişə haqqında həqiqətləri çatdırırıq. Moskvada yaşayan Azərbaycan gəncləri bir neçə dəfə anti-Azərbaycan tədbirlərinin qarşısını alıblar, biz də onlara dəstək olmuşuq. Moskvada bəzi qüvvələr Azərbaycana qarşı aksiyalar təşkil etmək üçün erməni gənclərini maliyyələşdirir və küçələrə çıxarırlar. - Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın tutduğu mövqeni necə qiymətləndirirsiniz?- Azərbaycan rəhbərliyi bu məsələdə ən ağıllı, ən düzgün siyasət yeritdi. Bu, Azərbaycanın maraqlarına uyğun yeganə mövqe idi.- Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Rusiyada yaşayan Azərbaycan vətəndaşlarıyla hansısa iş aparılırmı?- Konqresin rəhbərliyi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib. Oktyabrın 3-də Moskvadakı "Bakı" kinoteatrında mitinq keçiriləcək, Rusiyanın 72 regionundan nümayəndələr gələcək və İlham Əliyevə dəstəklərini nümayiş etdirəcəklər. Biz hesab edirik ki, İlham Əliyev Azərbaycan üçün çox şey edib və edəcək. Ona inanırıq.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bu barədə APA-nın sualına cavab olaraq DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. Polis Akademiyasının müdavimlərinin kütləvi zəhərlənmələri barədə mətbuatda verilən məlumatlara münasibət bildirən S. Gözəlov deyib ki, sentyabrın 20-nə keçən gecə 33 müdavim Akademiyanın tibb hissəsinə mədə-bağırsaq pozğunluğu ilə bağlı müraciət edib: "Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada onların müayinələri təşkil olunub. Müayinə zamanı yalnız 13 nəfərdə mədə-bağırsaq disfunksiyası müəyyən edilib. Müayinədən və ilkin tibbi yardımdan sonra müdavimlərin hamısı təhsil müəssisəsinə qayıdıblar. Akademiyada hər hansı qida zəhərlənməsindən söhbət gedə bilməz".S. Gözəlov deyib ki, DİN rəhbərliyinin göstərişinə əsasən faktla bağlı araşdırma aparılır.

Yer imleri