[b]Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti prezidentə təqdim olunacaq[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti Prezidentin İcra Aparatına daxil olub. APA-nın məlumatına görə, bu barədə Prezidentin İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində məlumat verib. Onun sözlərinə görə, sözügedən müraciət prezidentə təqdim olunacaq: "Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə ictimai fikir fərqlidir. Amma buna baxmayaraq, Mətbuat Şurasının təqdim etdiyi müraciətə baxılır".
Azərbaycan Xəbərləri
Printable View

07-22-2008, 11:31 AMAPAHəbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti prezidentə təqdim olunacaq

07-22-2008, 02:31 PMAPAŞeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib
[b]Şeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə öz iqamətgahında Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib. APA-nın məlumatına görə, görüşdə çıxış edən QMİ sədri Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olduğunu bildirib: "Azərbaycanda dini dözümlülük ən yüksək səviyyədədir, ən müxtəlif dini konfessiyaların nümayəndələri burada sərbəst şəkildə bir yerdə yaşayır, dini ibadətlərini yerinə yetirirlər. Bütün dini ibadətgahların sərbəst fəaliyyətinə şərait yaradılıb, ölkədə sinaqoqlar, kilsələr, məbədlər tikilir və ən müxtəlif dinlərə tapınan insanlar burada öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bu baxımdan Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi sayıla bilər". Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dağ yəhudiləri icması üçün yeni sinaqoqun tikiləcəyini bildirib və bu tikinti üçün köməyini əsirgəməyəcəyini vurğulayıb. Los-Ancelesdə çoxsaylı erməni icmasının yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu icmanın Azərbaycana qarşı aktiv fəaliyyət apardığını deyib: "Los-Ancelesdə yaşayan ermənilər ola bilsin ki, Azərbaycanla bağlı yanlış məlumata malikdirlər. Onlara həqiqətləri başa salmaq lazımdır. Bunun üçün erməni ruhani dairələri ilə görüşməyə hazıram. Onlarla hətta kilsədə belə görüşərəm, əsas məsələ odur ki, onlara həqiqətləri başa salaq". Görüşdə çıxış edən müxtəlif dini konfessiyaların rəhbərləri Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə olduğuna dair müxtəlif misallar çəkiblər. Görüşün sonunda səmimi qəbula görə təşəkkür edən ravvin Abraham Kuper ölkəmizdə ən müxtəlif dini icmaların bir yerdə sərbəst yaşadığını müşahidə etdiyini görməkdən məmnunluq duyduğunu dilə gətirib. Daha sonra tərəflər bir-birlərinə qarşılıqlı şəkildə hədiyyə təqdim ediblər. -
07-22-2008, 02:41 PMAPAİlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq
[b]İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya verdiyi məlumata görə, müdafiə tərəfi işə Moskvadakı məhkəmələrin birində baxılması iddiası ilə çıxış edib. Çelyabinsk şəhər Məhkəməsində işə baxılmasını istəməyən vəkil istintaq materialları ilə iyulun 30-da tanış olacağını deyib. Qeyd edək ki, E. İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən "Domodedovo" hava limanında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 maddəsinin 4-cü hissəsi (çirkli pulları yuyulması) ilə ittiham irəli sürülüb. -
07-22-2008, 02:51 PMAPAHacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək
[b]Hacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Gələn il Bakıda dinlərarası dialoq mövzusuna həsr olunmuş geniş tərkibli beynəlxalq konfrans keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə dünyanın bütün nüfuzlu dini xadimlərinin, dini konfessiya rəhbərlərinin konfransa dəvət ediləcəyini bildirib. QMİ sədri həmçinin konfransa qatılmaq üçün BMT-nin baş katibi Pan Gi Mun və Roma Papasına da dəvət göndəriləcəyini bildirib: "Dinlərarası və sivilizasiyalararası dialoq ildən ilə genişlənməkdədir. Hər il dünyanın müxtəlif bölgələrində bu məsələyə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bizim də bu konfransı keçirməkdə məqsədimiz dinlərarası dialoq prosesinə öz töhfəmizi verməkdir". -
07-22-2008, 03:01 PMAPAVakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq
[b]Vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Frans Haysman birgə mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Bəhram Xəlilov komissiyanın fəaliyyət göstərdiyi il yarım ərzində Azərbaycanda dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş şəkildə keçirilməsinə nail olduğunu deyib. Komissiya sədri rəhbərlik etdiyi qurumun vakant dövlət qulluğuna qəbulla bağlı 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq etdiyini bildirib. Komissiyanın indiyə kimi vakant dövlət qulluğu vəzifələri üzrə 4 müsabiqə, 2 müsahibə keçirdiyini bildirən B. Xəlilov deyib ki, müsabiqə və müsahibələr tam obyektiv və şəffaf şəkildə təşkil olunur. Komissiya sədri gələcəkdə vakant dövlət qulluğu vəzifələri olan nazirliklər üzrə deyil, ixtisaslar üzrə müsabiqələr keçirməyi nəzərdə tutduqlarını da deyib: "Bu, mənim öz fikrimdir. Hesab edirəm ki, bu variant bizə daha çox uyğun gəlir". B. Xəlilovun sözlərinə görə, bəzi hallarda vakant dövlət qulluğu vəzifələrinə təqdim olunan kadrların bir sıra nazirliklərdə işə gec qəbulu hallarına da rast gəlinir. Komissiya sədri bu halın da aradan qaldırılacağını deyib. Qurum rəhbəri dövlət orqanlarının komissiyanın təqdim etdiyi kadrların səviyyəsindən razı qaldıqlarını da açıqlayıb. B. Xəlilov onu da deyib ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqənin avqustun sonlarında elan olunması gözlənilir. B. Xəlilov komissiyanın Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Cəmiyyətin Azərbaycandakı nümayəndəsi Frans Haysman Dövlət Komissiyası ilə əməkdaşlıq etdikləri 9 ay ərzində xeyli nəticələr əldə etdiklərini bildirib. O, əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib. -
07-22-2008, 03:11 PMAPAATƏT Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
[b]ATƏT Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) bu gün birgə bəyanatla çıxış ediblər.
[APA-nın məlumatına görə, həmsədrlər bəyanatda Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşdə əldə olunan konstruktiv nailiyyətləri alqışlayıblar. Onlar həmçinin iyunun 27-28-də regiona etdikləri səfərin nəticələrindən razı qaldıqlarını bildiriblər: "Bu son dərəcə mühüm məqamda həmsədrlər bütün tərəfləri həm danışıqlar masasında, həm də bəyanatlarında maksimalist təşəbbüslər səsləndirməkdən çəkinməyə çağırırlar. Həmçinin tərəfləri hərbi ritorika dili ilə danışmamağa çağırırıq, çünki biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində çalışırıq". Həmsədrlər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil: "Buna görə də hər iki prezidentin Sankt-Peterburq görüşü zamanı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların davamı üçün tərəfləri ruhlandırmağa çağırmalarını istəyirik. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü gözləyirik ki, münaqişənin həllinin baza prinsipləri üzərində işi davam etdirək". -
07-22-2008, 03:21 PMAPA"RUH" "Media açarı" mükafatının təsisçiləri sırasını tərk edib
[b]"RUH" "Media açarı" mükafatının təsisçiləri sırasını tərk edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Media açarı" mükafatının təsisçiləri sırasını tərk etməsi ilə bağlı bəyanat yayıb.
["RUH"-dan APA-ya daxil olan bəyanatda bildirilib ki, qərar qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Məlumatda qeyd olunub ki, komitə bu qərarı mükafatın 2008-ci il üçün qalibləri müəyyənləşdirilərkən şəxsi qərəzlik meyllərinin peşə prinsiplərini, yaradıcılıq tələblərini üstələməsi ucbatından qəbul edib: "Qaliblərin hər birinə hörmətlə yanaşaraq vurğulayırıq ki, belə yanaşma tərzinin gələcəkdə özünü daha qabarıq büruzə vermə təhlükəsi ciddi narahatlıq doğurur"."RUH" AJMK onu da bildirib ki, bu qərar təəssüfləndirici olduğu qədər də vacib və obyektivdir. Komitə eyni zamanda bəyan edib ki, ölkənin jurnalist təşkilatlarının çoxsaylı mükafatlar təqdim etməsi mediada və ictimai fikirdəki gözləntiləri heç də doğrultmur: "Bunların vahid sistemdə birləşdirilməsi həvəsləndirmə tədbirlərinin effektivliyini artırardı". Komitə bildirib ki, media təşkilatlarının bu istiqamətdə razılaşmasının vaxtı çatıb və bundan ümumilikdə jurnalistika fayda qazanar. -
07-22-2008, 03:31 PMAPAHacı Allahşükür Paşazadə: "Yalan və xəyanət ermənilərin qanındadır"
[b]Hacı Allahşükür Paşazadə: "Yalan və xəyanət ermənilərin qanındadır"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilərin ünvanına sərt ittihamlar səsləndirib. APA-nın məlumatına görə, bu gün öz iqamətgahında ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüşən Şeyxülislam ermənilərin Dağlıq Qarabağ münaqişəsini dini qarşıdurmaya gətirib çıxarmaq istədiklərini bildirib: "Ancaq biz bu münaqişənin siyasi xarakter daşıdığını sübut etdik". Bir neçə gün əvvəl Bibiheybət məscidinin açılış mərasiminin keçirildiyini deyən A. Paşazadə Sovet rejiminin bu ibadət ocağını 1934-cü ildə dağıtdığını xatırladıb. Həmin illərdə Azərbaycanın bir çox bölgələrində məscidlərin dağıdıldığını deyən QMİ sədri bunun əksinə olaraq ölkədə fəaliyyət göstərən kilsə və sinaqoqların qorunub saxlandığını diqqətə çatdırıb: "O cümlədən Bakıdakı erməni kilsəsi də qorunub saxlanıb". A. Paşazadə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin bu sahədə qarşı tərəfdə səmimiyyət çatışmadığını vurğulayıb: "Biz problemin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edirik. Bu məqsədlə görüşlər keçiririk. Lakin bu görüşlərin səmərəsini görmürük. Çünki yalayan və xəyanət onların qanındadır. Onlar bizim süfrəmizdə oturub çörəyimizi yeyib, bayıra çıxandan sonra isə əleyhimizə danışıblar". -
07-22-2008, 03:41 PMAPAİnsan alverində ittiham olunan "Azəristar" mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib
[b]İnsan alverində ittiham olunan "Azəristar" mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qərbovun sədrliyi ilə insan alverində təqsirləndirilən 2006-cı ildə "Azəristar" mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanovun və Bakı şəhər sakinləri - Təranə Muradova və Aygün İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində R. Əlişanov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib. Rüstəm Əlişanov bildirib ki, "Alaturka" musiqi yarışmasında iştirak etmək üçün Türkiyəyə gedib-gəlirmiş. Onun sözlərinə görə, insan alveri ilə bağlı ittihamın ona heç bir adiyyatı yoxdur. Daha sonra ifadə verən digər təqsirləndirilən şəxslər də ittiham üzrə özünü təqsirli bilməyiblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar. -
07-22-2008, 03:51 PMAPABakı sakinini bıçaqlayan şəxs saxlanıb
[b]Bakı sakinini bıçaqlayan şəxs saxlanıb[b]
[Bakı-APA. Bakı şəhər sakini Bağır Muradova bıçaqla xəsarət yetirən Bərdə rayon sakini Raqib Hidayətov saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonu, Ş. Mehdiyev küçəsində yerləşən aqrar-tikinti firmasında, Bərdə rayon sakini Raqib Hidayətov münaqişə zəminində Bakı şəhər sakini Bağır Muradova bıçaqla xəsarət yetirib. R. Hidayətov Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.