[b]AMİP-in baş katibi Beynəlxalq Demokratiya İttifaqının komissiya üzvü seçilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, partiyanın sədr əvəzi Fuad Muxtarov Beynəlxalq Demokratiya İttifaqının (BDİ) beynəlxalq məsələlər üzrə daimi komissiyasının üzvü seçilib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar BDİ-nin Parisdə keçirilən zirvə toplantısında qəbul edilib. Toplantıda qurumun strateji addımları ilə bərabər BDİ-nin yeni rəhbər strukturları formalaşdırılıb, qurum daxili daimi komissiyaların tərkibi genişləndirilib. AMİP lideri Etibar Məmmədov və baş katib Fuad Muxtarov bu gün Parisdən Azərbaycana qayıdıb.
Azərbaycan Xəbərləri
Printable View

07-01-2008, 06:41 PMAPAAMİP-in baş katibi Beynəlxalq Demokratiya İttifaqının komissiya üzvü seçilib

07-01-2008, 06:51 PMAPASülhəddin Əkbər: "Seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər"
[b]Sülhəddin Əkbər: "Seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Mövcud şəraitdə prezident seçkiləri ilə bağlı elə qərar qəbul etməyə çalışırıq ki, partiya və Azərbaycan demokratiyası üçün daha az ziyanlı olsun". Bu açıqlamanı APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər verib. Onun sözlərinə görə, partiyada seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər. O, partiyanın konkret qərar qəbul etməsi üçün hələ vaxt olduğunu vurğulayıb: "Daha az ziyanlı qərarın müəyyənləşməsi üçün hələ vaxtımız var. Mən qərar qəbulunda tələsməyin tərəfdarı deyiləm". S. Əkbər seçkilərdə iştirak edib-etməməklə bağlı hazırda partiyadaxili müzakirələrin aparıldığını qeyd edib: "Məclis ötən il seçkilərdə iştirakla bağlı qərar qəbul edib. Amma bununla bərabər Məclis boykot hüququnu da özündə saxlayır. Müzakirələr bitəndən sonra avqustun əvvəllərində Məclisin iclası çağırılacaq və yekun qərar qəbul ediləcək". -
07-01-2008, 07:01 PMAPATürkiyədə daha bir general tutulub və həbsdəki zabitlərin sayı 13-ə çatıb
[b]Türkiyədə daha bir general tutulub və həbsdəki zabitlərin sayı 13-ə çatıb[b]
Ankara - APA. Türkiyədə "Ergenekon" əməliyyatı çərçivəsində həbs olunanların sayı 70-i ötüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əmniyyət Müdirliyinin (polis təşkilatı) bu gün həyata keçirməyə başladığı əməliyyatın yekunlaşmasından sonra saxlanılanların sayının daha da artacağı gözlənilir.
[Son olaraq Jandarma Qüvvələrinin keçmiş kəşfiyyat rəisi, istefada olan general Ləvənt Ərsöz də polis tərəfindən saxlanılıb. Bununla da indiyədək həbs olunan keçmiş ordu zabitlərinin sayı 13-ə çatıb. Onlardan 4-ü generaldır. Həbs olunanların 12 nəfəri jurnalist-yazar, 3-ü siyasətçi, 2-si ali məktəb dosenti, digərləri isə müxtəlif millətçi-atatürkçü dərnəklərin üzvləri və sıravi vətəndaşlardır. -
07-01-2008, 07:11 PMAPADəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib
[b]Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib[b]
[Ankara - APA. Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, CHP-nin parlament fraksiyasının toplantısında çıxış edən D. Baykal Türkiyənin tarixi bir yolayrıcından keçdiyini bildirib: "Kütləvi həbslər, cəmiyyətin ən hörmətli insanlarının içəri atılması hüquqi dövlətdə mümkün olan şeylər deyil. Bir ildir bu proses ittiham aktı olmadan davam etdirilir. AKP-yə yaxın media da bu işin içindədir. Böyük bir kampaniya aparılır. Mən daha əvvəl də demişdim: AKP öz dərin dövlətini qurur". D. Baykal kütləvi həbslərin, sürgünlərin adətən çevriliş baş verən dövrlərdə müşahidə olunduğunu xatırladıb: "Faşist Almaniyasında Hitlerin hakimiyyətə gəlməsindən sonra 1934-cü il iyunun 30-dan iyulun 1-nə keçən gecə hücumlar təşkil olundu. Ertəsi gün həbslər başladı. Sosialistlər, rahiblər, qaraçılar, şəxsi düşmənlər həbs olundu. Sonra bu proses rejim dəyişikliyinə qədər getdi. SSRİ-də də bənzər dəyişikliklər oldu, İranda da molla rejimi qurularkən oxşar hadisələr baş verdi. Bu gün isə Türkiyədə atatürkçülər, dünyəvi respublikanı müdafiə edənlər hədəfdədir". -
07-01-2008, 07:21 PMAPAAzərbaycan Müdafiə Nazirliyi Gürcüstandan iki pilotsuz kəşfiyyat təyyarəsi icarəyə götürüləcəyinə dair məlumatı təkzib edib
[b]Azərbaycan Müdafiə Nazirliyi Gürcüstandan iki pilotsuz kəşfiyyat təyyarəsi icarəyə götürüləcəyinə dair məlumatı təkzib edib[b]
[Batum-APA. GUAM-ın Batum sammiti çərçivəsində Gürcüstanın Azərbaycana iki pilotsuz kəşfiyyat təyyarəsinin icarəyə verməsi məsələsi müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumata görə, bununla bağlı hər iki ölkənin müdafiə qurumları bir ay əvvəl danışıqlara başlayıblar. Kəşfiyyat təyyarələrinin Azərbaycana altı ay müddətinə icarəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya bildirib ki, bu barədə onlarda məlumat olmadığını bildirib: "Məncə, bu düzgün informasiya deyil. Məlumatı bizə istinadən yayanlar yanlışlığa yol veriblər". -
07-01-2008, 07:31 PMAPAMonqolustanda hakim partiyanın qərargahı yandırılıb
[b]Monqolustanda hakim partiyanın qərargahı yandırılıb[b]
[Ulan-Bator - APA. Monqolustanda keçirilən parlament seçkilərində hakim Xalq İnqilab Partiyasının qələbəsinin elan olunmasından sonra paytaxt Ulan-Batorda kütləvi iğtişaş başlayıb. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, təxminən 3 min müxalifət tərəfdarı seçkilərin saxtalaşdırıldığını bildirərək hakim partiyanın qərargahının qarşısına toplaşıb. Onlar binaya od vurublar. Polis kütləni dağıtmaq üçün havaya atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Yanğınsöndürənlər daşa basılsalar da, yanğını söndürə biliblər. Ulan-Batorda qarışıqlıq davam edir.Qeyd edək ki, Monqolustanda parlament seçkiləri iyunun 29-da keçirilib. İlkin məlumata görə, Xalq İnqilab Partiyası 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyası isə 21 yer əldə edib. Xalq İnqilab Partiyası 1921-ci ildən hakimiyyətdədir. SSRİ-nin dağılmasından sonra partiya marksizm-leninizm prinsiplərindən imtina edib. -
07-01-2008, 07:41 PMAPABatumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb
[b]Batumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb[b]
Batum-APA. Batumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb. APA-nın məlumatına görə, sammit "GUAM Avropanın şərqini birləşdirir" devizi altında keçirilir.
[Zirvə toplantısına Gürcüstan, Azərbaycan və Ukrayna prezidentləri ilə yanaşı 20-dən artıq ölkənin nümayəndə heyətləri qatılıblar. Sammitdə qonaq qismində iştirak edənlər arasında Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Çexiyanın xarici işlər naziri Karel Şvarçenberq, ABŞ dövlət katibinin köməkçisi Devid Merkel və başqa rəsmi şəxslər iştirak edirlər. Moldova prezidenti Vladimir Voronin isə sammitə qatılmayıb. Zirvə toplantısında Moldovanı ölkənin daxili işlər naziri Valentin Mejinski və xarici işlər nazirinin müavini Valeri Ostalep təmsil edir. -
07-01-2008, 07:51 PMAPAFövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb
[b]Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb[b]
Bakı. Ramil Məmmədli-APA. Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini Viktor Poul Dobren Azərbaycana səfər gəlib. APA-nın məlumatına görə, rumıniyalı qonağın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.
[Daha sonra rumıniyalı qonaq bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb. Nazirlikdə keçirilən görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birinin əhalinin təhlükəsiz yaşaması üçün lazımi tədbirlərin uğurla gerçəkləşməsinə yönəldiyini bildirib. Nazir rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, sistemin beynəlxalq tələblərə uyğun formalaşdırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib. Kəmaləddin Heydərov qeyd edib ki, yaranmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin uyğun qurumları ilə əlaqələr qurub, onların bu sahədə qazandıqları çoxillik iş təcrübəsindən bəhrələnib. Rumıniya nümayəndə heyətinin bu səfərinin iki ölkənin uyğun qurumları arasında əlaqələrin möhkəmlənməsinə yeni impuls verəcəyini söyləyən Kəmaləddin Heydərov yaxın gələcəkdə imzalanması nəzərdə tutulan sazişin konkret sahənin inkişafına güclü təkan verəcəyinə əminliyini bildirib. Görüşdə çıxış edən Viktor Poul Dobre fövqəladə hallara qarşı mübarizə də birgə səylərin, qarşılıqlı yardımın göstərilməsinin effektiv olduğunu qeyd edib. Görüşdə fəlakətlərin təsirlərinin qarşılıqlı alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq üzrə qarşılıqlı sənədin layihəsi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini Azərbaycana bir günlük səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarına baş çəkəcək, iş prosesi ilə yaxından tanış olacaq. -
07-01-2008, 08:01 PMAPAFransa ordusunun serjantı mülki əhaliyə atış açıb
[b]Fransa ordusunun serjantı mülki əhaliyə atış açıb[b]
[Paris - APA. Fransada girovların azad edilməsi üzrə keçirilən nümunəvi əməliyyat zamanı serjantlardan biri ətrafa toplaşan vətəndaşlara atəş açıb və 5-i uşaq olan 17 nəfəri yaralayıb. APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, insident iyunun 30-da dəniz piyadalarının ölkənin cənubundakı Karkason yaşayış məntəqəsində yerləşən paraşüt alayında baş verib. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisənin səbəblərinə dair əsas versiya insan faktorudur. Belə ki, serjantın təsadüfən avtomatına təlim məqsədli güllələrin yerinə döyüş güllələri doldurduğu bildirilir. Hadisədən sonra prezident Nikola Sarkozi Quru Qoşunlarının qərargah rəisi Bruno Kuşanı vəzifədən uzaqlaşdırıb. Müdafiə naziri Evre Moren silahdan istifadə etməklə istənilən nümunəvi təlimlərin keçirilməsini xüsusi sərəncama qədər yasaqlayıb. Olayla bağlı aparılan təhqiqat prezidentin şəxsi nəzarətindədir. -
07-01-2008, 08:21 PMAPAABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb
[b]ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında səfirliyin ölkədə diplomatik missiyasını başa vuran ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Heniklə Azərbaycan jurnalistlərinin vida görüşü keçirilib.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi C. Henikin 25 ildir diplomatik xidmətdə olduğunu bildirib: "O, ictimaiyyətlə əlaqələr sahəsində ilk dəfə Azərbaycanda fəaliyyət göstərib. Bu işin öhdəsindən layiqincə gəlidiyindən Dövlət Departamentinin mükafatına layiq görülüb. Conatan Henik Azərbaycanda fəaliyyət göstərdiyi üç il ərzində jurnalistlərlə gözəl peşəkar və şəxsi əlaqələr qurub, aktual mövzular barədə bəyanatlarla çıxış edib. Bundan sonra Dövlət Departamentində daha mühüm vəzifədə çalışacaq. Havay adalarında universitetdə dərs deyəcək, Şərqi Timorda diplomatik missiyada çalışacaq". C. Henik isə xələfi Terri Devidsonun 3 həftə sonra Azərbaycana gələcəyini deyib. Azərbaycan jurnalistlərinə minnətdarlığını bildirən diplomat icra etdiyi vəzifənin çətin və şərəfli olduğunu söyləyib: "Burada jurnalistlər həm jurnalist peşəkarlığına, həm də siyasi maraqlara xidmət edirlər. Bir əldə iki qarpız tutmaq olmaz. Peşəkar jurnalistika demokratiyanın inkişafı üçün ən yaxşı vasitədir. ABŞ Azərbaycanda mətbuat azadlığını daim dəstəkləyəcək".