[b]Azərbaycan XİN başçısı: "Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Prezidentlərin tanışlıq xarakteri daşıyan Sankt-Peterburq görüşündə danışıqların davam etdirilməsi barədə razılığa gəlinib. Bunun üçün gərək həmsədrlər regiona səfər edib, hər iki ölkədə yenidən görüşlər keçirsinlər. Onlar tərəflərin mövqelərini mövcud təkliflər əsasında uzlaşdırmalıdırlar".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, Sankt-Peterburqda prezidentlərin görüşündən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 40-45 dəqiqəlik görüşün keçirildiyini qeyd edib. Tərəflərin mövqelərini uzlaşdırmaq üçün həmsədrlərə vaxt lazım olduğunu söyləyən nazir Ermənistanın rəhbərliyinin mövqeyində bəzi yeni məqamların olduğunu diqqətə çatdırıb: "Ermənistanın yeni rəhbərliyinin mövqeyi əvvəlki mövqedən ciddi fərqlənməsə də, yeni nüanslar var. Əlbəttə ki, biz "Madrid təklifləri" üzərində işləyirik. Lakin bu təkliflərdə razılaşdırılmamış bəzi məqamlar var. Həmin məqamlar prinsipial xarakter daşıyır. Bəzi məqamlar da var ki, həmsədrlər Ermənistan tərəfi ilə müzakirə edib, onların mövqelərini uzlaşdırıb-uzlaşdırmayacağını gözləyirik. Bunun üçün isə bir az vaxt lazımdır". E. Məmmədyarovun fikrincə, hazırkı vəziyyət ömürlük davam edə bilməz, münaqişənin həlli üçünsə vaxt lazımdır: "Azərbaycan münaqişənin tezliklə həllini istəyir. Ermənistanlı həmkarıma həmişə deyirəm ki, bu torpağı götürüb qaça bilməzsiniz, istər-istəməz qonşuluq siyasəti aparmalısınız, bu sizin də milli maraqlarınıza uyğundur. İnanmaq istəyirəm ki, bunu Ermənistanda nə qədər tez başa düşsələr, sülh və sabitlik o qədər tez mümkün olar. Bu münaqişə Ermənistanın milli maraqlarına heç cür uyğun deyil". E. Məmmədyarov Azərbaycanın münaqişənin həlli üçün ata biləcəyi kompromis addımları da açıqlayıb: "Azərbaycanın kompromisi odur ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. İkincisi, Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparmağa razıyıq. Status məsələsi ciddi dialoq mərhələsinə çatanda, müzakirə olunacaq. Ancaq biz Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməsinin tərəfdarıyıq. O baxımdan biz danışıqları davam etdirməyə hazırıq. Ermənistan tərəfinə dəfələrlə bildirmişəm ki, dünyada mövcud olan bütün muxtariyyət modellərinin üzərində işləyək. İstəyirsiniz, Tatarıstan modelini götürək. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları Qarabağdan çıxmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı, stabillik yaranmalı, iqtisadı inkişaf olmalı, kommunikasiya bərpa edilməlidir. Yalnız bundan sonra status məsələsini müzakirə edə bilərik". Danışıqlar prosesinin Minsk Qrupu çərçivəsində davam etdirilməli olduğunu deyən nazir beynəlxalq ictimaiyyətin də münaqişəni daim diqqətində saxlamasının vacibliyini qeyd edib: "Buna görə də Azərbaycan Dağlıq Qarabağla bağlı məsələni BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər qurumlarda hər zaman qaldırır və qaldıracaq. Biz razı ola bilmərik ki, bu məsələ hansısa gizli danışıqlarda müzakirə olunsun. Beynəlxalq ictimaiyyət də gedən prosesdən xəbərdar olmalıdır. Danışıqlarda güclü irəliləyiş olsa, hansısa formata keçmək olar". Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını qeyd edən E. Məmmədyarov Azərbaycanda gedən inkişafdan işğal olmuş torpaqlara, o cümlədən Dağlıq Qarabağa da pay düşməsini istədiyini vurğulayıb: "Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı kimi ölkədə gedən iqtisadi inkişafdan bəhrələnə bilərlər".
Azərbaycan Xəbərləri
Printable View

06-10-2008, 04:21 PMAPAAzərbaycan XİN başçısı: "Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var"

06-10-2008, 04:31 PMAPAMetyu Brayza: "Ümidvarıq ki, prezidentlərin Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq"
[b]Metyu Brayza: "Ümidvarıq ki, prezidentlərin Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş Sankt-Peterburq görüşündən dayaq nöqtəsi kimi istifadə olunacaq".
[Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. O qeyd edib ki, görüşdə bəzi pozitiv məqamlar olub ki, tərəflər bu istiqamətlər üzrə irəliləyə bilərlər: "Həmsədrlər ümid edir ki, Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq". Metyu Brayza həmsədrlərin regiona səfərinin dəqiq tarixinin məlum olmadığını bildirib: "Səfər iyunun sonunda baş tutacaq, amma həmsədrlərə səfərə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır". -
06-10-2008, 04:41 PMAPATehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb
[b]Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb[b]
Bakı. Ramil Məmmədli - APA. Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın doqquz fəalı barəsində qərar çıxarıb.
[Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Səlavatinin sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpura şərti olaraq 8 il, vəkil Saleh Kamraniyə isə şərti olaraq 1 müddətinə həbs cəzası verilib. Onların hər ikisi casusluq və hakimiyyət əleyhinə mübarizədə ittiham olunur. Digər fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Salikiniya, Mirqasım Seyyidinzadə, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydəri, həmçinin Tehran Universitetinin müəllimləri Abdullah Abbasi Cavan və Məhəmmədəli Heydəri isə siyasi fəaliyyətlərinə görə 5 il müddətinə şərti həbs cəzasına məhkum ediliblər. Qeyd edək ki, adları çəkilən azərbaycanlılar 2006-cı ilin qanlı may hadisələri və Beynəlxalq Ana Dili günlərində İran hüquq-mühafizə qüvvələri tərəfindən həbs edilib, aylarla ağır işgəncə və təzyiqə məruz qalıblar, sonra isə külli miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar. -
06-10-2008, 04:51 PMAPAQüdrət Həsənquliyev: "Azadlıq" bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir"
[b]Qüdrət Həsənquliyev: "Azadlıq" bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Biz Azərbaycanın gələcəyini demokratik proseslərin inkişafı və genişləndirilməsində görürük. Seçkilərə qatılmalı və demokratiyaya öz töhfəmizi verməliyik.
[Bütün düşərgələrdən eyni sualı eşidirəm ki, son sorğularda İlham Əliyevin reytinq göstəriciləri 70 faizin üstündədir. Belə olan halda nəyə ümid edib seçkiyə getdiyimizi soruşurlar. Təbii ki, mən seçkiyə qələbə üçün gedirəm. Amma məgər seçkilərdə şansının rəqibindən az olduğunu bilənlər iştirak etməməlidir? O məntiqlə gərək fovorit komandaların yanında nisbətən zəif olanlar çempionata qatılmasınlar?" Bunu APA-ya müsahibəsində bu günlərdə partiyasının qurultayı tərəfindən yenidən sədr seçilən və prezidentliyə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Partiya sədri deyib ki, seçkidə iştirakın tərəfdarıdır. O, boykot tərəfdarı olan həmkarlarını iqtidara xidmət etməkdə, cəmiyyətin alternativ proqram və ideya eşitməsinin qarşısını almaqda qınayıb: "Əgər bizim seçkidə iştirak etməməyimiz bircə qram belə xalqın mənafeyinə xidmət edəcəksə, mən kənarda dayanmağa hazıram. Amma bilirəm ki, bu belə deyil. Hesab edirik ki, müxalifət seçkilərə qatılmalıdır. Biz bilirik ki, zaman-zaman xalqı yalan vədlərlə aldadan bəzi partiya liderlərinin yenidən ortaya çıxmağa üzü yoxdur. Ona görə də bu adamlar seçkidə iştirak edən digər qüvvələri şantaj edir. Onlar guya bizim hansısa seçki oyununda iştirak etdiyimizi düşünürlər. Bu fikirlərin heç bir əsası yoxdur. Biz seçkini boykot etsək, nə qazanacağıq? Seçkini boykot etmək Azərbaycana heç nə verməyəcək. Ona görə də seçkiyə qatılmaq və prosesdə iştirak etmək lazımdır". Q. Həsənquliyev siyasi qüvvəsinin az və çox olmağından asılı olmayaraq, qələbə uğrunda mübarizə aparacaqlarını deyib: "Hesab edirik ki, çoxlu problemlər var və bu problemləri seçki kampaniyası dövründə qaldıracağıq. Artıq partiyamızda seçki ilə bağlı müəyyən işlər görülür". Onun sözlərinə görə, bəzi siyasi qüvvələr əvvəlcə seçkiyə gedəcəklərini açıqlasalar da, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra tərəddüdə başlayıblar: "Əslində Seçki Məcəlləsinin necə olması demokratik seçki keçirmək üçün əsas deyil. Əsas olan siyasi qüvvələrin və hökumətin iradəsidir. Cəmiyyət də, mənim həmkarlarım da ona inanmalıdırlar ki, əslində çox demokratik qanun və seçkiqabağı mühit hələ seçkinin demokratik keçirilməsini deməyə imkan vermir. Seçkiqabağı mühit çox demokratik ola bilər, amma səsvermə günü seçkinin gedişinə müdaxilə edilər və bu seçkilər artıq demokratik və ədalətli hesab olunmaz. Eyni prosesin əksi də baş verə bilər. Eyni zamanda əgər müxalifətin Seçki Məcəlləsindən və ümumiyyətlə seçki qanunvericiliyindən narazılığı varsa, o zaman xüsusilə aktiv olmağa ehtiyac var. Ən azı qanunsuzluqları üzə çıxarmaq, baş verəcək qanunazidd məqamlara mane olmaq üçün prosesdə iştirak etmək lazımdı. Nəinki evdə oturub bu proseslərdə seyrçi mövqeyi tutmaq. Azərbaycan müxalifəti bunu 1998-ci ildə etdi və heç bir nəticənin olmadığı da ortaya çıxdı. Həmin seçkinin nəticələrini beynəlxalq aləm qəbul etdi və bundan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara belə üzv oldu. Bu onu göstərir ki, boykot çox səmərəsiz yoldur". BAXCP sədri seçkidə iştirakla bağlı digər partiyalarla hansısa razılığa gələcəkləri təqdirdə Ali Məclisin qərarına yenidən baxa biləcəyini söyləyib. Onun sözlərinə görə, dəstəkləyəcəkləri namizəd iqtidarın namizədi də ola bilər: "Əgər iqtidarın namizədinin seçki platforması ilə bizim platformamız üst-üstə düşəcəksə, bu barədə siyasi partiyalar arasında danışıqlar olacaqsa, biz onun da namizədliyini dəstəkləyə bilərik. Ancaq bu sahədə konkret bir təklif yoxdur. Sadəcə, bunu nəzəri baxımdan söyləyirəm. Hazırda bir qrup müxalifət partiyaları arasında seçkidə iştirakla bağlı danışıqlar gedir. Onların bəziləri hələlik seçki ilə bağlı, ümumiyyətlə, konkret qərar qəbul etməyiblər. Biz demokratik əsaslarla vahid namizəd müəyyənləşdirilməsinə razıyıq. Hətta bununla bağlı ilkin seçkinin keçirilməsini də mümkün sayırıq. Amma indiki halda seçkidə vahid namizədlə iştirak etməklə bağlı danışıqlar gedir, bu namizəd mən də ola bilərəm, başqası da ". Q. Həsənquliyev payızda keçiriləcək prezident seçkisində namizəd kimi iştirak edəcək şəxslər haqqında proqnozlarını da söyləyib: "İqbal Ağazadə və Sərdar Cəlaloğlu seçkidə iştirak edəcəyini bildirib. İsa Qəmbərlə bağlı konkret söz deyə bilmərəm. İndi "Azadlıq" bloku və konkret olaraq Əli Kərimli İsa Qəmbəri seçkiyə getməməsi üçün şantaj edir. Onu hökumətin tapşırıqlarını yerinə yetirməkdə ittiham edir. Bunlar mənə tanış ittihamlardır. Buna görə də İsa Qəmbərin belə məqamda hansı qərarı qəbul edəcəyini bilmirəm. Amma çoxillik müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İsa Qəmbər ekstremal vəziyyətdə obyektiv və doğru qərar qəbul edə bilmir. Biz bunun dəfələrlə şahidi olmuşuq". Q. Həsənquliyevin fikrincə, əslində bu gün Əli Kərimli hökumətə xidmət edir: "Biz seçkiyə qatılmaqla bir qisim insanı öz haqları uğrunda mübarizə aparmağa və fəal olmağa səsləyəcəyik. Onlar isə bizim əleyhimizə şantaj kampaniyası təşkil etməklə həmin insanları da ümidsizliyə düçar edib, özləri kimi evlərinə çəkilməyə sövq edəcəklər". -
06-10-2008, 05:01 PMAPAATƏT Minsk Qrupunun həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir
[b]ATƏT Minsk Qrupunun həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir.
[Görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Bu barədə APA-ya Bernar Fasienin ofisindən məlumat verilib. Vasitəçi öz diplomat həmkarlarını Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 7-də Sankt-Peterburqda keçirilən görüşü barədə məlumatlandırır. -
06-10-2008, 05:11 PMAPASəfir: "Avropa İttifaqı Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək"
[b]Səfir: "Avropa İttifaqı Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Avropa İttifaqı (Aİ) Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək. APA-nın məlumatına görə, barədə Aİ Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams bildirib.
[Səfir deyib ki, Aİ strateji tərəfdaşlarının ədalətli və düzgün seçkilər keçirməsini istəyir. Seçki kampaniyasına hələlik start verilmədiyindən Aİ-nin konkret təkliflərlə çıxış etmədiyini qeyd edən A. Vaddams kampaniya başlanandan sonra müəyyən təkliflərin olacağını vurğulayıb. "Mən seçkilər barədə optimist fikirdəyəm və hesab edirəm ki, yeni Seçki Məcəlləsində Venesiya Komissiyasının təklifləri əsasında müsbət irəliləyişlər var", - deyə A. Vaddams fikirlərini yekunlaşdırıb. -
06-10-2008, 05:21 PMAPAAzərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
[b]Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. İyunun 20-də Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams məlumat verib. O bildirib ki, komissiyanın iclasında hər iki tərəfi maraqlandıran bütün məsələlər müzakirə olunacaq. Bu məsələlər arasında demokratiya, insan hüquqları, seçkilər, enerji və Avropa Qonşuluq Siyasəti də yer alacaq. -
06-10-2008, 05:31 PMAPAMəzahir Pənahov: "Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək"
[b]Məzahir Pənahov: "Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək"[b]
Bakı. Elnur Məmmədli - APA. "Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı bütün məsələlər beynəlxalq təşkilatlarla müzakirə olunub, onların tövsiyələri, ictimaiyyət tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb".
[APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, qanunla bağlı danışıqlar müddətində texniki xarakterli dəyişikliklərin edilməsi gözlənilirdi. Amma o sonrakı prosesdə marağa səbəb olan dəyişikliklərin də edildiyini qeyd edib: "Əslində seçki müddətinin azaldılması prezident tərəfindən parlamentə göndərilən layihədə göstərilməmişdi, bunu parlamentdə müəyyən partiyalar qaldırdı. Şəxsən bizim üçün müddətin azaldılmasının və ya 4 ay olmasının fərqi yoxdur. Avropa ölkələrinin 90 faizində seçkilər 2 ay ərəfəsində keçirilir. Hesab etmirəm ki, müddətin azaldılması kiminsə populyarlığını azaldacaq, seçkilərin təşkili baxımından hansısa problem yaradacaq. Tam məsuliyyəti ilə deyirəm ki, seçkilərin təşkili baxımından heç bir problem yoxdur. Siyasi platformanın ictimaiyyətə çatdırılması, namizədlərin təbliğatı baxımından da problem yaranacağını demək olmaz. Çünki bunu demək bütün dünyada keçirilən seçkilərə kölgə salmaq olar və belə çıxar ki, həmin seçkilər antidemokratik şəraitdə aparılır". Depozitin ləğv olunmasına gəldikdə, M. Pənahov bildirib ki, belə bir qayda yalnız Azərbaycanda mövcud olub: "Mənim maraqlandığım ölkələrdə belə bir şey yoxdur. Dünya dağılsa da, mən depozit qoyub prezident seçkisində iştirak etmərəm. Əgər hansısa bir insan kifayət qədər populyar olduğunu və prezident olmaq üçün özünü yetişmiş hesab edirsə, onun üçün 40 min imza toplamaq problem olmamalıdır. Bu məsələ kiminsə hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz". Venesiya Komissiyasının eksperti Sergey Kuznetsovun Seçki Məcəlləsinə əlavə və dəyişikliklər məsələsinə yenidən baxılacağı ilə bağlı fikirlərinə gəldikdə M. Pənahov ekspertin belə fikir işlətmədiyini bildirib: "MSK-nın beynəlxalq əlaqələr şöbəsini müdiri Sergey Kuznetsovla əlaqə saxladı. O bildirdi ki, bu məsələdən xəbəri yoxdur, ona heç kim zəng etməyib və o, belə bir münasibət bildirməyib". -
06-10-2008, 06:01 PMAPAAzərbaycan Məhkəmə-Hüquq Şurası 3 hakim barəsində intizam icraatına başlayıb
[b]Azərbaycan Məhkəmə-Hüquq Şurası 3 hakim barəsində intizam icraatına başlayıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
[Şuradan APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmələrin iş yükü və əlavə hakimlərə ehtiyacı, həmçinin yüksək instansiya məhkəmələrinə namizədlər barədə təkliflər müzakirə edilib. Qeyd olunub ki, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Belə ki, ötən il bütün hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib. Hakim ştatlarının 50 faiz artırılması hakimlərin iş yükünü və onların fəaliyyətində süründürməçilik hallarını azaldıb, işlərə daha keyfiyyətli baxılmasını təmin edib. Amma hakim kadrlarının çatışmazlığına görə hakim ştatlarının tam komplektləşdirilməsi mümkün olmayıb, bununla əlaqədar hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılıb və müvəffəqiyyət qazanan 102 nəfər yarım illik tədris kursu, məhkəmələrdə, o cümlədən xaricdə staj keçib, yüksək bilik və peşəyə yiyələnmə qabiliyyəti nümayiş etdirərək sonuncu mərhələyə - yekun müsahibəyə buraxılıb. İclasda həmçinin yeni hakim kadrlarının hazırlanması nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının iclasında yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşdirilməsi mümkün hesab edilib, Ali və Apellyasiya məhkəmələrinə təcrübəli hakimlərin təyinatı barədə təkliflər verilib. Bundan başqa, iclasda vətəndaşların hüquqlarının həyata keçirilməsinə maneələr yaratdıqlarına və digər pozuntulara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatı başlanılıb. -
06-10-2008, 07:01 PMAPAABŞ və Avropa Birliyi Azərbaycanda demokratiyanın təmin olunması üçün əməkdaşlığı davam etdirəcəklərini bildirib
[b]ABŞ və Avropa Birliyi Azərbaycanda demokratiyanın təmin olunması üçün əməkdaşlığı davam etdirəcəklərini bildirib[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Sloveniyanın paytaxtı Lyublyana yaxınlığındakı Brdo-kod-Kranya yaşayış məntəqəsində ənənəvi illik Avropa Birliyi - ABŞ sammiti keçirilib.
[APA-nın Avropa Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sammitin yekunları əsasında birgə Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycanda demokratiyanın, insan haqlarının, söz azadlığının təmin olunmasında əməkdaşlığı davam etdirmək, həmçinin Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli üçün tərəflərlə işləmək niyyəti də əks olunub. Sənəddə Xəzərin enerji ehtiyatlarının, Türkiyə-Yunanıstan-İtaliya boru xəttinin və "Nabucco" layihəsinin önəmi də vurğulanıb.