[b]Boris Frles: "Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik..." - EKSKLÜZİV[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Müşahidə Missiyasının rəhbəri Boris Frlesin APA-ya müsahibəsi
[- ATƏT-in Müşahidə Missiyasının açıqladığı ikinci hesabatda seçkilərin sakit məcrada getdiyi vurğulanır. Sizcə, bunun səbəbi nədir? Bu məsələni hakimiyyət nümayəndələri və prezidentliyə namizədlərlə müzakirə etmisinizmi?- Prezident seçkiləri həmişə parlament seçkilərindən fərqlənir və bir qayda olaraq daha sakit məcrada keçir. Azərbaycanda namizədlərdən biri olan prezident İlham Əliyevin üstünlükləri çoxdur. O son beş il ərzində ölkəni uğurla idarə edib, uğurlu fəaliyyətini isbatlayacaq çoxlu sübut var. Digər namizədlər isə belə üstünlüklərə malik deyil, onlar yalnız niyyətlərini açıqlaya bilirlər. Kütləvi informasiya vasitələri prezidentin məktəblərin, xəstəxanaların açılış mərasimlərində iştirakını işıqlandırır. Prezident İlham Əliyev seçki kampaniyasında iştirak etmir, amma onun ölkənin hər yerində nümayəndələri, vəkilləri var. Buna rəğmən, digər namizədlər də seçkiqabağı kampaniyanı davam etdirirlər. - Seçkilərə ictimai marağın az olduğu barədə fikirlərlə razısınızmı? - İctimai marağın az olub-olmadığını səsəvermə günü görəcəyik. Məndə belə bir hiss var ki, məsələ insanların namizədləri tanımamasında deyil, bu, prezident İlham Əliyevin digər namizədlərə nisbətən daha şanslı olmasının effektidir. Əlbəttə ki, bunun belə olub-olmadığını seçkilər başa çatdıqdan sonra görəcəyik. - Seçkilərdə seçicilərin iştirak faizinə dair proqnozlarınız varmı? - Yaşayarıq, görərik. Burada bir mühüm məqamı qeyd etmək istəyirəm ki, biz seçkilərin nəticələrində maraqlı deyilik, bizi müşahidə etdiyimiz proses maraqlandırır. Seçki məntəqələrinə nə qədər seçicinin gəlməsini proqnozlaşdırmaq bizim işimiz deyil. - Bəzi prezidentliyə namizədlər açıqladığınız ikinci hesabatla razı deyillər. Onlar qeyri-aktiv seçki kampaniyası aparmaları ilə bağlı fikirlər qəbul etmirlər...- Biz maksimum obyektiv olmağa çalışırıq. Bütün prezidentliyə namizədlərlə görüşlər keçiririk. Hər hansı namizədin bizim hesabatı tənqid etməsi normaldır. Bizim müşahidəçilər ölkənin bütün bölgələrində fəaliyyət göstərirlər, buna görə də əlimizdə etibarlı məlumatlar var. Bəyanat və hesabatlarımızda maksimum obyektiv olmağa çalışırıq. - Siz, həmçinin seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılmasının monitorinqini keçirirsiniz. Nəticələr Sizi qane edirmi?- Biz 7 telekanal və 4 qəzetin monitorinqini aparırıq. İctimai Televiziya ilə birbaşa əlaqələrimiz var. Biz, həmçinin, seçki platformasının açıqlanmasına ayrılan vaxtın bərabər bölünməsi məsələsini ciddi müzakirə edirik. Bundan başqa, media üzrə ekspertlərlə mütəmadi görüşlər keçiririk. Qəzetlərdə vəziyyət daha yaxşıdır. Qəzetlərdə gördüyümüz tənqidə adətən televiziyada rast gəlmirik. Eyni zamanda qəzetlərdə daha çox plüralizm və fikir müxtəlifliyi ilə qarşılaşırıq. - Azərbaycanda üç jurnalist hələ də həbsdədir. Sizcə, bu amil seçkiqabağı situasiyaya təsir göstərirmi? Hökumət təmsilçilərindən həmin jurnalistlərin azadlığa buraxılmasını xahiş etmisinizmi?- Bizim vəzifəmiz - seçkiləri müşahidə etmədir, kiməsə təsir etmək yox. Bu aspektin seçkiqabağı prosesə təsirinə gəldikdə, bu məsələ açıqladığımız ilk hesabatda əksini tapıb. Biz ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin mövqeyini dəstəkləyirik, kütləvi informasiya vasitələri seçkiqabağı təbliğat kampaniyasını sərbəst şəkildə işıqlandırmalıdır. Təbii ki, buna mane olan hər şey təəssüf doğurur. - Bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi situasiyaya təsir göstərirmi?- Biz ölkədə bütün siyasi liderlər, o cümlədən seçkiləri boykot edən qüvvələrin rəhbərləri ilə görüşmüşük. Onlar nə üçün boykot taktikasına üstünlük verdiklərini izah ediblər. Onların siyasi gələcəyini necə qurmaq niyyətlərini şərh etmək fikrimiz yoxdur. Lakin bəzi sabiq müxalifət liderlərinin boykotçu qüvvələrlə məsafə saxlaması və prezidentliyə namizəd olması adi hal kimi qarşılanmalıdır. - Bakı şəhər İcra Hakimiyyəti yeni qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsaslanaraq, müxalifətin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermir...- "Sərbəst toplaşmaq azadlığı haqqında" yeni qanun çox liberaldır, bu qanunun qəbulu pozitiv addımdır. Azərbaycan hökuməti bu qanunun mahiyyəti yaxşı anlayır. Qanunda bildirilir ki, hökumət binalarının 200-300 metrliyində aksiya keçirmək olmaz. Lakin Bakı şəhər İcra Hakimiyyəti bu qanunu çox qəribə şərh edib. Mən bu gün cənab Hacıbala Abutalıbova qanunun əsas postulatlarını təqdim etmişəm. Qanunda bildirilir ki, qanunla qadağan edilməyən istənilən yerdə aksiya keçirilə bilər. - Seçkiləri müşahidələriniz əsasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni tövsiyələr ortaya çıxa bilərmi?- Biz seçkilərlə bağlı yekun sənəd hazırlayacağıq. Həmin sənəddə digər aspektlərlə yanaşı, tövsiyələr də yer alacaq. Tövsiyələr beynəlxalq standartlara uyğun və yerli qanunlar çərçivəsində hazırlanacaq. Biz də problemlər yarana biləcək sahələrdə vəziyyəti normallaşdırmağa dair tövsiyələr irəli sürəcəyik. Son seçkilərdən sonra biz bir çox tövsiyələr irəli sürmüşdük ki, bunların da bəziləri qəbul olunub, bəziləri isə məqbul sayılmayıb. - Seçki siyahılarının hazırlanması sahəsində yaranan problemlər Sizə tanışdırmı?- Bu siyahıları hazırlamaq rəsmi qurumlar üçün həmişə başağrısıdır. Seçici siyahıları heç zaman 100 faiz dəqiq olmur. Mərkəzi Seçki Komissiyası siyahıları yeniləmək üçün bəzi tədbirlər görüb və sözün düzü, bu sahədə hansısa ciddi problem olduğunu eşitməmişəm. Əlbəttə ki, vəziyyətin necə olduğunu seçki günü daha dəqiq biləcəyik. - Seçki bülletenləri də artıq hazırdır. Seçki bülletenləri ilə tanışsınızmı? Beynəlxalq müşahidəçilərin akkreditə prosesi necə gedir?- Bizim ekspertlər bülletenlərin hazırlanması və çapı prosesini müşahidə ediblər. Biz bu prosesi müşahidə edirik. Akkreditə məsələsinə gəldikdə, MSK qısa müddət ərzində 9024 müşahidəçini qeydiyyata götürüb. Bunlar təkcə beynəlxalq deyil, həm də yerli müşahidəçilərdir. - Seçkilərdən gözləntiləriniz nədir?- Seçkilərin sakit, bərabərhüquqlu, qanun və proseduralara uyğun şəkildə keçəcəyini gözləyirik. Gözləyirik ki, seçkilərdə manipulyasiya və digər bu kimi insidentlər olmayacaq. Bunun üçün seçki gününü gözləməliyik. Biz bura öz istəyimizlə gəlməmişik, bizi Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası dəvət edib. Düşünürəm ki, bu, Azərbaycan üçün yaxşı haldır. Digər tərəfdən, Azərbaycan beynəlxalq birliyin və ATƏT-in üzvüdürsə, üzərinə götürdüyü öhdəliklərə riayət etməli, seçkiləri standartlara uyğun keçirməlidir. Azərbaycanda bəzi insanlar bizim mandatımızın mahiyyətini başa düşmürlər. Bəziləri elə hesab edirlər ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik. Lakin bizim vəzifəmiz müşahidə etmək və məlumatlandırmaqdır. Sonra vəzifə media və vətəndaşların üzərinə düşür, bizim işimizi onlar qiymətləndirəcək. Və sonda mənim də bir sualım var: "Bizim hesabatlarımızda həqiqət olmayan nə isə varmı?.."
Azərbaycan Xəbərləri
Printable View

10-08-2008, 07:40 PMAPABoris Frles: "Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik..." - EKSKLÜZİV

10-08-2008, 08:00 PMAPADiyarbəkirdə polis avtobusu terrorçuların hücumuna məruz qalıb
[b]Diyarbəkirdə polis avtobusu terrorçuların hücumuna məruz qalıb[b]
[Diyarbəkir - APA. Türkiyənin Diyarbəkir şəhərindəki Polis Məktəbinin avtobusu terrorçuların hücumuna məruz qalıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 17.00 radələrində baş verib. Diyarbəkir-Silvan yolunda avtobusun terrorçular tərəfindən atəşə tutulması nəticəsində xeyli insanın yaralandığı bildirilir. Hadisə yerinə təcili yardım maşınları göndərilib. -
10-09-2008, 01:10 AMAPADiyarbəkirdə baş verən partlayışda 6 nəfər ölüb, 21 nəfər isə yaralanıb
[b]Diyarbəkirdə baş verən partlayışda 6 nəfər ölüb, 21 nəfər isə yaralanıb[b]
Diyarbəkir-APA. Bu gün Bakı vaxtı ilə saat 19.00 radələrində Türkiyənin Diyarbəkir bölgəsində PKK terror təşkilatının polisləri daşıyan avtobusa etdiyi basqın nəticəsində 6 nəfər şəhid olub, 21 nəfər isə yaralanıb.
[APA-nın xəbərinə görə, şəhid olanlardan 5-i polis, biri isə maşının sürücüsüdür. Yaralılardan isə 16-sı polisdir. Hadisə Diyarbəkir- Silvan yolunda baş verib. Şəhər mərkəzindən 10 kilometr aralıda yerləşən Polis Məktəbindən tələbələri şəhər mərkəzinə gətirən avtobusa Diyarbəkirin girişindəki Seyrantəpə prospektində basqın edilib. Prospektin kənarında gizlənərək, pusqu quran terrorçular polis maşınını atəşə məruz qoyandan sonra avtobusa bomba atıblar. Hadisə nəticəsində polislərin də terrorçuları susdurmağa çalışması ərazidə atışmaya səbəb olub. Nəticədə 6 nəfər şəhid olub, 21 nəfər isə yaralanıb. Yaralılardan beşi təsadüfən atışmanın baş verdiyi ərazidən keçən mülki şəxslərdir. Hadisədən dərhal sonra ərazini nəzarətə götürən hüquq-mühafizə orqanları şəhərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirirlər. Terrorçuların ərazidən qırmızı maşınla qaçdıqları öyrənilib. Onların qaçarkən buraxdıqları xeyli sayda silah-sursat da götürülüb. Polis ərazidə basdırılmış və idarə edilən bombaların olması ehtimalı ilə xüsusi yoxlama keçirib. Hadisə yerinə Diyarbəkir valisi Hüseyn Avni Mutlu və polis rəisi Zəki Çatalqaya gəliblər. Polis rəisi məhkəmənin evlərdə axtarış aparma qərarı olduğunu, buna görə də ətrafdakı şübhəli bilinən bütün evlərdə arama aparılacağını deyib. Buna səbəb isə terrorçuların yaxınlıqdakı evlərdə gizlənməsi ilə bağlı ehtimallardır. Hadisədən dərhal sonra isə polis şəhərin Bağlar qəsəbəsində uzaqdan komanda ilə partladılması mümkün olan bir əl bombası aşkarlayıb. Qeyd edək ki, bu il yanvarın 3-də də Diyarbəkirdə PKK-nın törətdiyi partlayış nəticəsində 8 nəfər şəhid olub, 68 nəfər isə yaralanıb. Partlayış orta məktəbin önündə baş verdiyindən zərər çəkənlərin və şəhidlərin əksəri azyaşlılar idi. -
10-09-2008, 12:20 PMAPAUkraynada parlament buraxılıb, Ali Radaya növbədənkənar seçkilər dekabrın 7-də keçiriləcək
[b]Ukraynada parlament buraxılıb, Ali Radaya növbədənkənar seçkilər dekabrın 7-də keçiriləcək[b]
Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko VI çağırış Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verlməsi və növbədənkənar seçkilərin təyin olunması haqqında fərman imzalayıb.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bu qərarını televiziya vasitəsilə xalqa müraciətində elan edib. O, növbədənkənar seçkilərİ 2008-ci il dekabrın 7-nə təyin etdiyini açıqlayıb. Qeyd edək ki, V. Yuşşenko hazırda İtaliyada rəsmi səfərdədir. -
10-09-2008, 02:00 PMAPABerti Foqts "Borussiya"dan imtina etdi
[b]Berti Foqts "Borussiya"dan imtina etdi[b]
"Azərbaycan yığmasında işləmək mənim üçün çox xoşdur"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın "Borussiya" klubunun onunla maraqlanmasına münasibət bildirib. "APA-SPORT"un məlumatına görə, AFFA-nın rəsmi saytına açıqlama verən 62 yaşlı alman mütəxəssis Münhenqladbaxı təmsil edən bu komandanı çox sevdiyini söyləyib. 18 yaşında "Borussiya"da çıxış etdiyini qeyd edən Foqts bir futbolçu kimi formalaşmağında bu kluba çox minnətdar olduğunu bəyan edib: "Borussiya"nın nailiyyətlər qazanmasında az da olsa, mənim də rolum olub. Amma hazırda AFFA ilə müqaviləm var. Burada milli komanda ilə işləmək mənim üçün çox xoşdur. Rəhbərliyə söz vermişəm ki, Azərbaycan futbolunun inkişafına bacardığım qədər öz köməkliyimi göstərəcəyəm. Burada həyata keçiriləsi böyük proqramlarım var. Ümid edirəm ki, bu, Azərbaycan futbolunun inkişafına böyük təkan olacaq". -
10-09-2008, 02:10 PMAPA"Qalatasaray"a yeni baş məşqçi gətirilir
[b]"Qalatasaray"a yeni baş məşqçi gətirilir[b]
[Bakı - APA-SPORT. "Qalatasaray" klubunun rəhbərliyi Türkiyə yığmasının baş məşqçisi Fatih Terimlə danışıqlara başlayıb. "APA-SPORT"un məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.Rəhbərliyin Terimi hədəf seçməsinə səbəb "Qalatasaray"ın alman Mihael Skibbenin rəhbərliyi altında uğursuz çıxış etməsidir. Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilməyən "cim-bom", Superliqada da zəif nəticələrə imza atıb. Terim indiyədək Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzatmayıb. 55 yaşlı mütəxəssis həmçinin adını "Qalatasaray"ın tarixinə qızıl hərflərlə yazdırıb. Belə ki, "cim-bom" onun başçılığı altında ardıcıl 4 il Türkiyə çempionu olub və UEFA kubokunu qazanıb. Qeyd edək ki, Terim "Qalatasaray"ın təklifini qəbul edərsə, onu "Beşiktaş"ın baş məşqçi postundan istefa verən Ərtuğrul Sağlamın əvəzləyəcəyi gözlənilir. -
10-09-2008, 02:20 PMAPAXəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb
[b]Xəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Xəzər dənizində ən nəhəng borudüzən gəmi olan «İsrafil Hüseynov» son 7 ildə ilk dəfə təmirə dayanıb. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib. Gəminin çəkisi 14 min ton, uzunluğu 146 metr, hündürlüyü 50 metrdir. Gəminin köməyi ilə sutka ərzində dənizin 10-300 metr dərinlikdə 2-2,5 km boru düzmək mümkündür. Cari ilin avqust ayında ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda başlanmış təmirin birinci mərhələsi qrafikə uyğun olaraq sentyabrın 25-dək tam yekunlaşdırılıb. Bu mərhələdə gəminin korpusu təmir edilib. Gəmi dokdan endirilərək suya salınıb və artıq Heydər Əliyev adına Dərin Özüllər Zavodunun kanalında reydə dayanıb. Burada onun təmirinin ikinci mərhələsi həyata keçiriləcək. Qeyd edək ki, bu böyük kran təsərrüfatına 5 kran, 10 qaynaq stansiyası, konveyer mexanizmləri, lövbər bucurqadları, troslar daxildir. Gəmidəki 5 mərtəbəli yaşayış binasında da böyük həcmdə işlərin görülməsi planlaşdırılır. Binada istirahət salonları, sauna və hovuz, 273 nəfərin yaşaması üçün nəzərdə tutulmuş 208 kayuta var. Xəzər dənizinə 1989-cu ildə gətirilən «İsrafil Hüseynov» gəmisi ilə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından Səngəçal terminalına neft və qaz kəməri çəkilib. Bu ilin yazında isə «LUKoil» şirkətinin sifarişi ilə «İsrafil Hüseynov» gəmisi Xəzərin Rusiya sektorunda yerləşən «Yuri Korçagin» yatağında 58 km uzunluğunda neft kəməri inşa edib. -
10-09-2008, 02:30 PMAPAAzərbaycanda prezident seçkilərini 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək
[b]Azərbaycanda prezident seçkilərini 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu günə qədər seçki komissiyalarında 30 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müşahidəçilərin 2632-si MSK-da, 36 355 isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Həmin müşahidəçilərin 19 752-si siyasi partiyaları, 12 525-i QHT-ləri təmsil edir. 4 078 nəfər isə öz təşəbbüsü il seçkiləri müşahidə edəcək. M. Pənahov MSK-da 1104 beynəlxalq müşahidəçinin qeydə alındığını bildirib. Həmin müşahidəçilər ümumilikdə 59 xarici dövləti təmsil edir. Müşahidəçilər içərisində ATƏT DTİHB, AŞ, AŞ PA, MDB və digər beynəlxalq təşkilatların təmsilçiləri də var.MSK sədri onu da qeyd edib ki, seçkiləri 20 xarici KİV-dən təmsilçilər izləyəcək. -
10-09-2008, 02:40 PMAPAAzərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb
[b]Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, xarici ölkələrdə yaradılan seçki məntəqələri diplomatik korpuslarda fəaliyyət göstərəcək. MSK sədri xarici ölkələrdə 10 mindən çox seçicinin olduğunu qeyd edib. Xarici ölkələrdəki seçki məntəqələri isə 4 seçki dairəsinə - 29 saylı Səbayel, 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü dairə seçki komissiyalarına tabedir. M. Pənahov ümumilikdə seçkilərlə bağlı 5359 seçki məntəqəsinin yaradıldığını qeyd edib. -
10-09-2008, 02:50 PMAPANaxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50-ci açıq ürək əməliyyatı keçirilib
[b]Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50-ci açıq ürək əməliyyatı keçirilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət bir qrup tibbi personalı Naxçıvan Muxtar Respublikasındadır. Xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun APA-nın yerli bürosuna verdiyi məlumata görə personalın il ərzində regiona səfərləri çərçivəsində bu gün Naxçıvan Diaqnostik-Müalicə Mərkəzində artıq 50-ci açıq ürək əməliyyatı keçirilib. Budəfəki aksiyası zamanı təcili əməliyyata ehtiyacı olan 6 xəstə üzərində açıq ürək əməliyyatının aparılacağını deyən R. Mahmudov 3 gün ərzində 30-dan çox xəstə üzərində angeoqrafiya və stendlərin qoyulması müalicə-müayinə metodunun tətbiq ediləcəyini, 2 xəstədə ürəyin ritminin bərpa olunması üçün kardiostimulyator aparatının qoyulacağını bildirib. Qeyd edək ki, bu, Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət tibb personalının Naxçıvanda bu ildə keçirdiyi üçüncü pulsuz cərrahiyyə əməliyyatı aksiyasıdır. Son bir ildə 800-dən artıq xəstə üzərində müalicə və müayinə olunub, habelə cərrahiyyə əməliyyatları aparılıb.