[b]Sabirabad sakinindən saxta 100 dollarlıq əsginaslar götürülüb[b]
[Sabirabad-APA. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan Vəlişov saxlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saxlanan şəxsin üzərindən 3,12 qram heroin və 19 ədəd saxta 100 dollarlıq əsginaslar götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycan Xəbərləri
Printable View

07-16-2008, 07:31 PMAPASabirabad sakinindən saxta 100 dollarlıq əsginaslar götürülüb

07-16-2008, 07:41 PMAPAAli məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb
[b]Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb[b]
Bakı. Ramil Məmmədli - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008/2009-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu üzrə II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, bu ixtisas qrupu üzrə ərizəsi qəbul edilən 21.841 abituriyentdən 20.850 nəfəri imtahanda iştirak edib.
[İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydalarını pozduğuna görə imtahandan xaric olunub. Abituriyentlər bu qrup üzrə 7.496 yer uğrunda mübarizə aparıb və ixtisas seçiminə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıb. Test imtahanının nəticəsinə görə, 7.701 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Bunların 6.333 nəfəri Azərbaycan, 1.368 nəfəri isə rus bölməsinin payına düşüb. Azərbaycan bölməsində 122, rus bölməsində isə 10 abituriyent 650-700 bal intervalında nəticə göstərib. TQDK-dan o da bildirilib ki, test imtahanlarının nəticəsi əsasında ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. Qeyd edək ki, imtahanda iştirak etmək üçün ərizə ilə müraciət edənlərin 18.736 Azərbaycan, 3.105-i isə rus bölmələrinin şagirdləridir. Ümumilikdə isə bu ixtisas qrupu üzrə imtahana qatılan abituriyentlərdən 15.016 nəfəri oğlan, 6.825 nəfərini isə qız olub. Abituriyentlərdən ən kiçiyi 16, ən yaşlısı isə 52 yaşındadır, bu il keçirilən imtahanlara 174 nəfər əcnəbi abituriyent qatılıb. -
07-16-2008, 07:51 PMAPAƏli Babacan: "Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır"
[b]Əli Babacan: "Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır"[b]
Ankara - APA. "Ermənistan bizim qonşumuzdur. Əlaqələrimizin tam normallaşdırılması xarici siyasətimizin ciddi məqsədlərindən biridir". APA-nın məlumatına görə, bu sözləri yerli NTV telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Əli Babacan deyib.
[O, Ermənistan və Türkiyə milli futbol komandalarının İrəvanda keçiriləcək oyununu izləmək üçün prezident Abdulla Gülə gələn dəvəti nəzərdən keçirdiklərini, qərarın matça qədər baş verəcək proseslərdən asılı olduğunu söyləyib. ABŞ prezidentliyinə namizəd Barak Obamanın uydurma "erməni soyqırımı"nı tanıyacağı barədə vədinə münasibət bildirən Ə. Babacan belə bir addımın Ankara və Vaşinqtonun qarşılıqlı əlaqələrinə çox ciddi ziyan vuracağını bəyan edib: "Bunun hansı nəticələrə səbəb olacağını çox yaxşı hesablamalıdırlar". Ancaq nazir ABŞ-da prezidentliyə namizədlərin prezident olduqdan sonra mövqelərinin dəyişdiyini də xatırladıb. -
07-16-2008, 08:01 PMAPAAğgöl Milli Parkının direktorundan silah-sursat götürülüb
[b]Ağgöl Milli Parkının direktorundan silah-sursat götürülüb[b]
[Bakı-APA. Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları Ağgöl Milli Parkının direktoru Məhəmməd Hüseynovdan silah-sursat götürüblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bundan başqa həmin şəxsin üzərindən 1 ədəd "PM" markalı tapança, 6 patron və 1 patron darağı götürülüb. -
07-16-2008, 08:11 PMAPAVaxtanq Kikabidze: "Bakını və azərbaycanlıları çox sevirəm"
[b]Vaxtanq Kikabidze: "Bakını və azərbaycanlıları çox sevirəm"[b]
Bakı. Laçın Sultanova-APA. Tanınmış gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze 70 illik yubileyi çərçivəsində payızda Bakıda konsert proqramı ilə çıxış edəcək.
[APA-nın məlumatına görə, bu gün Bakı-Moskva-Tiflis videokörpüsündə çıxış edən sənətçi bildirib ki, yubileyi ilə bağlı oktyabrın 5-də Moskvanın Qurultaylar Sarayında tədbirlərə start veriləcək. Daha sonra sənətçi Sankt-Peterburq, Bakı, Astana, Krasnoyarsk və digər şəhərlərə qastrola çıxacaq. Yubiley tədbirləri dekabrda Kikabidzenin vətəni Tiflisdə 3 konsert proqramı ilə yekunlaşacaq. V. Kikabidze Bakını və azərbaycanlıları çox sevdiyini, Tiflisdən sonra yaşamaq istədiyi ikinci şəhərin Bakı olduğunu deyib. Videokörpüdə iştirak edən digər tanınmış müğənni Nani Breqvadze də Azərbaycanı çox sevdiyini, dəfələrlə burada konsert verdiyini deyib. O, dəvət olunacağı təqdirdə Bakıda yubiley konserti verməyə hazır olduğunu qeyd edib. Videokörpü iştirakçıları yubilyarların yaradıcılığına böyük qiymət verib, onları Gürcüstanın siması adlandırıblar. -
07-16-2008, 08:21 PMAPAArif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək
[b]Arif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. İyulun 18-dən 20-dək Qazaxıstanın Almatı şəhərində "MDB ölkələrində kollektiv ərzaq təhlükəsizliyinin problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə iştirak edəcək. Komissiya sədri "Azərbaycanın regionlarında ərzaq təhlükəsizliyi - problemlər və onların həlli yolları" mövzusunda məruzə ilə çıxış edəcək, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcək. Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Ukrayna və digər dövlətlərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış alimlərinin, müvafiq nazirliklərin və parlament nümayəndələrinin iştirak edəcəkləri tədbirdə MDB ölkələri ərazisində ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı fikir mübadiləsi aparılacaq, təkliflər hazırlanacaq. -
07-16-2008, 08:31 PMAPADövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib
[b]Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, müsabiqəyə riyaziyyat fənni üzrə müsbət nəticə göstərən və ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılıblar. Müsabiqə nəticəsində qəbul olunmuş tələbələrin siyahısı Dövlət Sərhəd Xidmətinə göndərilib. Adı çəkilən ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr 17 - 22 iyul 2008-ci il müddətində Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək. -
07-17-2008, 10:21 AMAPAErmənilər atəşkəs rejimini pozublar
[b]Ermənilər atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 16-da saat 12.20-dən 12.40-dək, 22.00-dan 22.20-dək və iyulun 17-də saat 06.00-dan 06.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 21.05-dək, 22.30-dan 22.40-dək və iyulun 17-də saat 06.15-dən 06.35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.40-dan 06.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-17-2008, 10:51 AMAPATürkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib
[b]Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib[b]
[Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ləğv edilməsi haqqında prokurorun iddiası ilə bağlı hazırladığı raportu tamamlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O. Can raportunda AKP-nin bağlanmasına ehtiyac olmadığı barədə mövqe bildirib. Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç məruzəçinin rəyini qurumun bütün üzvlərinə paylayıb. Ancaq məruzəçinin rəyi həlledici rola malik deyil və sadəcə, tövsiyə xarakteri daşıyır. O. Can ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verilməsinə dair Konstitusiya dəyişiklikləri barədə hazırladığı məruzədə də dəyişikliklərin əsas qanuna uyğun olduğunu bəyan etsə də, Konstitusiya Məhkəməsi bu dəyişiklikləri ləğv etmişdi. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsinin 11 üzvü var. Qərarlar üçdə iki səs çoxluğu - yəni 7 səslə qəbul olunur. AKP ilə bağlı yekun qərarın avqustun 12-nə qədər çıxarılacağı gözlənilir. -
07-17-2008, 11:11 AMAPABakıdan Gəncəyə gedən mikroavtobus qəzaya uğrayıb, yaralılar var
[b]Bakıdan Gəncəyə gedən mikroavtobus qəzaya uğrayıb, yaralılar var[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı-Astara yolunun 21-ci kilometrliyində ağır yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Münasib İsmayıl oğlu İbrahimovun idarə etdiyi, Bakıdan Gəncəyə gedən 20 CH 502 dövlət nömrə nişanlı "Daimler" markalı mikroavtobus qarşıdan gələn 10 GD 182 dövlət nömrə nişanlı "Moskviç" markalı maşınla toqquşub.
[Nəticədə mikroavtobusun sərnişinləri Həcər Qurbanova, Solmaz Allahverdiyeva, Səmayə Nəsirova, Mətləb Allahverdiyev, Budaqova Ləman ağır xəsarət alıblar. Yaralılar təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən APA-ya bildiriblər ki, yaralıların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.