[b]Türkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də AKP-nin bağlanması ilə bağlı müzakirələrə başlayacaq[b]
[Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması məsələsi ilə bağlı müzakirələrə başlayacaq. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin məruzəçisi Alparslan Altan müzakirələrin nə qədər davam edəcəyinin bəlli olmadığını bildirib. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsini 11 üzvü var. AKP-nin ləğv edilməsi üçün 11 üzvdən 7-nin səsi tələb olunur.
Azərbaycan Xəbərləri
Printable View

07-22-2008, 07:11 PMAPATürkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də AKP-nin bağlanması ilə bağlı müzakirələrə başlayacaq

07-22-2008, 07:21 PMAPAXalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək
[b]Xalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Almaniyada 10 gün silsilə konsert proqramı ilə çıxış edəcək. Almaniyaya sentyabrda səfər edəcək Ramiz Quliyev APA-ya açıqlamasında bildirib ki, İrandan olan musiqiçilər ilə birgə Almaniyanın müxtəlif şəhərlərində konsertlər verəcək. Azərbaycan və İran musiqiçilərinin birgə konsertləri Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçiriləcək. R.Quliyev Almaniyadakı silsilə konsertlərdə "Odlar Yurdu" ansamblı ilə birgə çıxış edəcəyini qeyd edib. Bununla yanaşı, tarzən oğlu Əyyub Quliyevlə birgə dünyanın bir sıra ölkələrində konsertlər verəcəyini vurğulayıb. R. Quliyev onun həyat və yaradıcılığından bəhs edən "Tarzən Ramiz Quliyev" sənədli filminin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını da qeyd edib. -
07-22-2008, 07:31 PMAPA"Media açarı" mükafatının təşkilatçılarına və münsiflər heyətinə sərt ittiham irəli sürülüb
[b]"Media açarı" mükafatının təşkilatçılarına və münsiflər heyətinə sərt ittiham irəli sürülüb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Mənim "Media açarı" mükafatı üçün keçirilən yazı müsabiqəsinə təqdim etdiyim yazı ekspertlər tərəfindən publisistika nominasiyası üzrə birinci yerə layiq görülüb.
[Lakin sonradan yazının mənə məxsus olduğunu bilərək, bu qərarı dəyişiblər". Bunu APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Anar Yusifoğlu bildirib. A. Yusifoğlu "Media açarı" müsabiqəsinin təşkilatçılarını və münsiflər heyətini qərəzli olmaqda ittiham edib. O bildirib ki, "Media açarı" mükafatına təqdim etdiyi 20 Yanvar hadisələrinə həsr olunmuş "Adlarını tarixə yazanlar adları ilə tarix yazdılar" sərlövhəli yazısı "Media Forum" portalında yerləşdirilib: "Əvvəl bu yazıya birinci nominasiyanın verilməsi ilə razılaşan münsiflər heyəti sonradan yazının mənə məxsus olduğunu biləndə qəribə bir bəhanə gətirdilər. Onlar əvvəlki qərarlarını dəyişmələrini yazının qəzetdə çap olunmaması, internet portalında yerləşdirilməsi ilə izah ediblər. Halbuki onlar yazıya birinci yeri verəndə də bunu bilirdilər. Digər tərəfdən, indiyə kimi "Media Forum"da yerləşdirilən başqa yazılar "Media açarı" mükafatına layiq görülüb. Hər kəs bilir ki, Azərbaycan qanunvericiliyinə görə internet mətbuatı da yazılı media sayılır. Bu, mənim adımla bağlı olan məsələdir. Onları başa düşürəm, bizim fəaliyyətimiz sadəcə, həmin şəxsləri qıcıqlandırır". A. Yusifoğlunun yazısına olan münasibət münsiflər heyətində qarşıdurma yaradıb. Buna etiraz edən münsiflər heyətinin üzvlərindən biri, Qərb Universitetinin müəllimi Altay Zahidov yekun protokoluna imza atmayıb. A. Zahidov APA-ya açıqlamasında bildirib ki, publisistika nominasiyasında iki yazı, 20 Yanvar hadisələrinə həsr edilən və ziyalıların Qarabağa səfərindən, xalq diplomatiyasından bəhs edən məqalələrin hər ikisinin birinci yerə layiq görülməsi ilə bağlı razılıq əldə olunub: "Qulu Məhərrəmli, Nəsir Əhmədli, Knyaz Aslan, Etibar Babayev və mən bununla bağlı qərar vermişdik. Sonradan məlum oldu ki, birinci məqalə Anar Yusifoğluna, ikinci isə Ceyhun Musaoğluna məxsusdur. Bir neçə gün əvvəl məni protokola imza atmaq üçün çağırdılar. Onda Qulu Məhərrəmli dedi ki, Anarın yazısı internetdə yayılıb, bu, düzgün deyil, yazı qəbul edilə bilməz. Buna etirazımı bildirdim və dedim ki, mən sizin oyunlara qatılmıram. Protokolu imzalamadım. Etibar Babayev də sənədə imza atmayıb".Qulu Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, A. Yusifoğlunun yazısı yaxşı yazılardan biri kimi seçilsə də, sonradan "Media açarı" mükafatının Nizamnaməsini nəzərə almalı olublar: "Nizamnamənin 3.1.3-cü maddəsinə görə yazıların çap olunduğu qəzetlərin nüsxələri müsabiqəyə təqdim olunmalıdır. Bu mənada təkcə Anar Yusifoğlunun yazısı deyil, foto nominasiyası üzrə təqdim olunan material da mətbuatda çap olunmadığına görə təəssüf ki, onları mükafata layiq görə bilmədik. "Media Forum" internet forumdur, internet qəzet deyil. Amma o yazı yaxşı yazı idi və mənim də xoşuma gəlmişdi. Burada xüsusi bir qərəz, məqsəd olmayıb". Q. Məhərrəmli onu da deyib ki, indiyə kimi "Media açarı" mükafatı üzrə yalnız tanınmış jurnalist Hikmət Sabiroğlunun internet portalında dərc olunan yazısı mükafata layiq görülüb: "Bu da xüsusi mükafat olub. Xüsusi mükafat isə əsasnamədən kənar nəzərdə tutulduğu üçün onu təşkilatçılar özləri müəyyənləşdirirlər". "Media açarı" mükafatının təşkilatçısı olan "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevdən məsələyə münasibət öyrənmək cəhdi nəticəsiz qalıb. Demokratik Jurnalistlər liqasının sədri Yadigar Məmmədli isə "başqa yerdə olduqlarını" deyib və sorğuya cavab verməyib. Qeyd edək ki, "Media açarı" mükafatı bu gün təqdim olunub. Təqdimatdan bir az əvvəl isə "RUH" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi təsisçilər sırasından çıxdığını bəyan edib. -
07-22-2008, 07:41 PMAPANaxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub
[b]Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun saərəncamı ilə Səadət Sultan qızı Axundova adı çəkilən komitəyə sədr təyin edilib. Səadət Axundova bundan əvvəl Naxçıvan şəhər 14 nömrəli məktəbdə direktor vəzifəsində çalışıb. -
07-22-2008, 07:51 PMAPARumıniya səfiri Tovuzda səfərdə olub
[b]Rumıniya səfiri Tovuzda səfərdə olub[b]
[Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Urike Tovuz rayonunda səfərdə olub. APA-nın Qərb bürosunun məlumatına görə, səfər millət vəkili Qənirə Paşayevanın dəvəti ilə baş tutub. Səfərdə məqsəd diplomatı Tovuzun Ermənistanla sərhəd kəndlərində mövcud vəziyyətlə tanış etməkdir. Rumıniya səfiri ilk öncə Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli, Ağdam və Hacallı kəndinə baş çəkib, burada yerli əhali ilə görüşüb. Kənd sakinləri ermənilərin atəşkəs rejimini pozması nəticəsində üzləşdikləri problemlər barədə səfirə ətraflı məlumat veriblər. Daha sonra Rumıniya səfiri Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə rumın iş adamlarının Tovuzda kəndə təsərrüfatı məhsullarının emalı sahəsinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Nikolae Urike "Tovuz-Baltika" MMC müəssisəsində olub, sahibkarlarla görüşüb, burada istehsal olunan məhsullarla tanış olub. Səfərin sonunda səfir və xanımı Tovuz tarix-diyarşünaslıq muzeyinə baş çəkiblər. -
07-23-2008, 10:11 AMAPAAğdamın işğalından 15 il ötür
[b]Ağdamın işğalından 15 il ötür[b]
Bakı-APA. Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötür.
[APA-nın məlumatına görə, Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib. İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. -
07-23-2008, 10:41 AMAPAErmənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib
[b]Ermənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs pozuntularına davam edirlər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyulun 22-də saat 14.20-dən 14.30-dək və iyulun 23-də saat 00.00-dan 00.05-dək Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 17.20-dən 17.25-dək və 23.00-dan 23.15-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan 21.55-dək, 22.40-dan 22.50-dək və iyulun 23-də saat 00.00-dan 00.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 04.30-dan 05.00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. -
07-23-2008, 11:01 AMAPADaxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib
[b]Daxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib[b]
[Naxçıvan. J. Qurbanoğlu - APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubov Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, nazir Babək rayon Polis Şöbəsi və Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Pasport Qeydiyyatı və Miqrasiya Xidmətinin inzibati binalarının açılış mərasiminə qatılıb. Mərasim çərçivəsində R. Usubov DİN tərəfindən alınan 4 ədəd xidməti avtomobili Muxtar Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarına təqdim edib. Mərasim çərçivəsində Naxçıvan MR hüquq-mühafizə orqanlarında xidmət edən 3 nəfərə "Azərbaycan Polisinin 90 illik yubileyi" medalı, 7 nəfərə "İgidliyə görə", 6 nəfərə isə "Vətən uğrunda" medalları verilib. -
07-23-2008, 11:11 AMAPARumıniya səfiri: "Ermənistanla həmsərhəd kəndlərdə gördüyüm mənzərədən dəhşətə gəldim"
[b]Rumıniya səfiri: "Ermənistanla həmsərhəd kəndlərdə gördüyüm mənzərədən dəhşətə gəldim"[b]
[Tovuz. Nəzakət Məşədiəliqızı-APA. "Tovuzun Ermənistanla həmsərhəd kəndlərində gördüklərimdən çox məyus oldum. İyirmi birinci əsrdə insanların hələ də bu şəraitdə yaşamaları dəhşətdir". Bu açıqlamanı APA-nın Qərb bürosuna Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycanda səfiri Nikolae Urike verib. O, həmsərhəd kəndlərdə vəziyyətin mediada təsvir olunanlardan fərqli olduğunu bildirib: "Mənim real vəziyyətdə gördüklərim mətbuatdan oxuduğumdan və televiziyada gördüyümdən çox fərqlidir. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozmasının nəticələrini yerindəcə gördüm. Əlibəyli kəndində olanda hərbiçilər təhlükəsizlik baxımından kəndə daxil olmağı məsləhət görmədilər. Onlar bildirdilər ki, dünən axşamdan etibarən ermənilər atəşkəs rejimini mütəmadi pozur və hətta əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar". Səfir bu problemlərin aradan qaldırılması üçün münaqişənin sülh yolu ilə tez bir zamanda nizamlanmasının vacib olduğunu bildirib: "Rumıniya münaqişənin sülh yolu ilə həllin dəstəkləyir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır". -
07-23-2008, 01:41 PMAPAXatirə İslam: "Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm"
[b]Xatirə İslam: "Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Mən bu gün yetərincə məhşuram və sevilirəm. Açıq danışaq, indi Azərbaycanda beş müğənnidən biriyəm. Bunu danmaq lazım deyil". Bu açıqlamanı APA-ya müğənni Xatirə İslam verib. O artıq heç bir reklama ehtiyacı olmadığını bildirib: "Bir korifey sənətkarımız üçün klip çəkdirməyi düşünürəm. Adını açıqlamaq istəmirəm, fikrimi oğurlaya bilərlər. Mənə elə gəlir ki, korifeylərin hamısı seyiddir və onlara yaxşılıq edən xeyir tapır. Amma bu yolla əsla özümü reklam etmək, gündəmdə qalmaq fikrində deyiləm". Xatirə indi heç efirə də ehtiyacı olmadığını açıqlayıb: "Düzdür, efirə hamının ehtiyacı var, amma üç-dörd il bundan əvvəl mənim efirə çıxmaqdan ötrü ürəyim gedirdi, bu gün isə elə deyil. İndi dəvət olunduğum verilişlərdə iştirak edə bilmirəm, yatıb qalıram. Halbuki vaxt var idi ki, o verilişlərdən ötəri pul xərcləyirdim". Hələlik ailə qurmaq fikrində olmadığını deyən müğənni, buna səbəb olaraq yaşının azlığını göstərib: "Mənim 26 yaşım var. Hələlik ailə qurmaq fikrində deyiləm. Elə bir insan yoxdur ki, məni olduğum kimi qəbul etməyə razılaşsın. Belə bir oğlan tapandan sonra ərə gedəcəyəm. Həm də ailə qursam, tamaşaçıların gözünə daha az-az görünəcəyəm". Xatirə tələbə yetişdiən həmkarlarına da münasibət bildirib: "Bəzi müğənnilər özlərini müəllim, professor kimi aparır, onlara baxıb gülürəm. Mən bu gün özümü müəllim kimi aparmaq fikrində deyiləm, çünki həm sənətdə gəncəm, həm də yaşım azdır. Bəlkə də 40 yaşımda əlimdə qələm, gözümdə eynək ciddi şəkildə tələbə qarşısında oturacağam. İndi isə şıltaq qız obrazındayam. Ailə qurana kimi bu obrazda olacağam". Avtomobil sürərkən yalnız xalq artisti Aygün Bayramovanın ifasını dinlədiyini deyən Xatirə onun ifasından çox şey öyrəndiyini bildirib: "Bu zamana kimi mən Aygün Bayramovadan başqa heç bir Azərbaycan sənətçisinin diskinə pul verməmişəm. Mənim avtomobilimdə ancaq Aygün Bayramovanın diski var və sükan arxasında olanda ancaq ona qulaq asıram. Yəni Aygün Bayramovadan nə isə öyrənirəm. Mən heç zaman öz ifama qulaq asmıram. Bilmirəm bu yaxşıdır, yoxsa pis".