[b]Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib. APA-nın əldə etdiyi məlumata görə, sənətçinin səfərinin məqsədi bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Xəzər-Lənkəran"-"Lex" maçını izləməkdir. Qeyd edək ki, bu oyun UEFA kubokunun I təsnifat mərhələsi çərçivəsində keçiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

07-17-2008, 02:01 PMAPATürkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib

07-17-2008, 02:11 PMAPA"Nu poqodi"nin çəkilməsindən 40 il ötür
[b]"Nu poqodi"nin çəkilməsindən 40 il ötür[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün məşhur "Nu poqodi" cizgi filminin 40 yaşı tamam olur. APA-nın məlumatına görə, 40 il əvvəl çəkilən populyar cizgi filmi çox qısa müddətdə bütün SSRİ-də kiçikdən böyüyə milyonların qəlbini fəth edib. Bu cizgi filmi "Disneyland"in animasiya filmlərinə adekvat bir addım kimi sifariş edilib. Animasiya filminin rəsmi rejissoru Aleksey Kotyonoçkindir. Amma çoxları bilmir ki, animasiya filminin ilk rəssam və rejissoru Gennadi Sokolski olub. Film senzuradan keçmədiyinə görə bu işi A. Kotyonoçkin davam etdirib. Ssenaristləri Aleksandr Kurlyandski və Arkadi Xayt olan "Nu poqodi"də canavar rolunu Anatoli Papanov, dovşan rolunu isə Klara Rumyanova səsləndirib. -
07-17-2008, 02:21 PMAPAAzərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib
[b]Azərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının (MŞ) Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib. MŞ-dan APA-ya daxil olan məlumata görə, sənədin yeni variantında Şuranın İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılıb.
[Həmçinin MŞ üzvlərinin qurumun mərkəzi orqanlarında eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər olunması ilk dəfə ölkə jurnalistlərinin 2006-cı il dekabrın 23-də keçirilmiş IV qurultayında müzakirə edilib. Həmin ali məclisin qətnaməsində buna dair ayrıca bənd yer alıb, Şuranın İH-nə məsələnin həlli ilə bağlı təkliflər hazırlayıb növbəti qurultayın müzakirəsinə çıxarmaq tapşırılıb. Bu təkliflər jurnalistlərin 20 iyun 2008-ci ildə keçirilmiş V qurultayında qəbul edilib. -
07-17-2008, 02:31 PMAPAGədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı-APA. Dünən saat 13.20 radələrində Gədəbəy rayonunun Gərgər kəndində Düzyurd kənd sakini İqbal Musayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sürücünün sərnişini Tural Qasımov hadisə yerində ölüb, xəsarət alan İ. Musayev və digər sərnişin Salman Tahirov isə xəstəxanaya yerləşdirilib. Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır. -
07-17-2008, 02:41 PMAPAMəlahət Abbasova: ""Min bir gecə"nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək"
[b]Məlahət Abbasova: ""Min bir gecə"nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək"[b]
Bakı. Ülkər Qasımova - APA. Hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Bakıya gəlib.
[M. Abbasova APA-ya açıqlamasında valideynlərini görmək və istirahət etmək üçün Bakıya gəldiyini bildirib: "Mən hər il yay aylarında valideynlərimi görməyə gəlirəm. Bu da həmin səfərlərdən biridir. Avqustun 5-nə kimi burada qalacağam və daha sonra Türkiyəyə gedib işlərimi davam etdirəcəyəm". Türkiyədə populyarlıq qazanmış "Min bir gecə" serialında Mehriban obrazını yaradan M. Abbasova serial tamaşaçıları üçün maraqlı faktlar da açıqlayıb. Onun sözlərinə görə, əslində "Min bir gecə" serialı başa çatmalıydı: ""Kanal D"də yayımlanan bu serialın sezon finalı əslində final olmalı idi. Ancaq telekanal daha 13 seriyanın çəkilməsini istədi. Bütün ssenari dəyişdirildi və serial iştirakçıları da bununla razılaşdılar. Yəni "Min bir gecə"nin bitməsinə 13 seriya qalıb. Mən isə bu 13 seriyanın hamısında çəkilməyə razılıq vermədim. Çünki artıq müqaviləmin vaxtı bitib və başqa işlərim var. Sonuncu 13 seriyadan 4 seriyaya çəkilməyə razılıq verdim. İndi deyə bilmərəm, serialdakı Mehribanı öldürəcəklər, ya harasa göndərəcəklər". Aktrisa teatrla bağlı bir sıra yeni layihələri olduğunu, hələlik başqa seriala çəkilməyi düşünmədiyini söyləyib. -
07-17-2008, 02:51 PMAPACəlilabad rayonunda yol qəzası törədən Türkiyə vətəndaşı tutulub
[b]Cəlilabad rayonunda yol qəzası törədən Türkiyə vətəndaşı tutulub[b]
[Bakı-APA. Dünən saat 07.50 radələrində Cəlilabad rayonunun Alar kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Bəhruz Əzizov vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan B. Əzizov xəstəxanaya yerləşdirilib. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "İVEKO" markalı avtomaşının sürücüsü, Türkiyə vətəndaşı Bilal Aslan Şaban oğlu tutulub. Faktla bağlı araşdırmalar aparılır. -
07-17-2008, 03:01 PMAPAGələn həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək
[b]Gələn həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Minsk Qrupu fəal çalışır. Gələn həftə həmsədrlər növbəti görüş keçirməyi planlaşdırır, amma hələlik qrafiki öz aramızda müəyyən etməmişik".
[Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi görüşü məhsuldar adlandırıb və ABŞ-ın Madrid sənədi ilə bağlı iki tərəf arasında mövcud olan fikir ayrılıqlarının azaldılması yönündə həmsədrlərin səylərini dəstəklədiyini vurğulayıb. Digər vasitəçi - fransalı Bernar Fasienin ofisindən isə bildiriblər ki, həmsədrlərin görüşü gələn həftə Moskvada baş tuta bilər, ancaq hələlik dəqiq tarix müəyyənləşdirilməyib. Həmsədrlərin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü də planlaşdırılır. -
07-17-2008, 03:11 PMAPAQabriel Keller: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır"
[b]Qabriel Keller: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycan Fransa üçün çox maraqlı və siyasi cəhətdən çox vacib bir ölkədir". APA-nın məlumatına görə, bu fikirləri Fransanın Azərbaycandakı yeni səfiri Qabriel Keller bu gün jurnalistlərlə keçirdiyi görüşdə deyib. Ölkəsinin xarici siyasətində Azərbaycanın çox vacib bir ölkə rolunu oynadığını deyən diplomat, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından da çox önəmli ölkə olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran diplomat bildirib ki, Fransa bu münaqişənin sülh və ədalətli həllinə tərəfdardır. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşündən məmnunluqla danışan Q. Keller hazırda danışıqların Madrid təklifləri əsasında aparıldığını söyləyib və prezidentlərin buna razılıq verdiklərini xatırladıb. Fransanın BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamənin əleyhinə səs verməsinin səbəblərinin açıqlayan diplomat bəyan edib ki, Minsk Qrupun həmsədrləri istənilən məsələyə vahid mövqe nümayiş etdirilər: "Bu, o demək deyil ki, biz qətnamədəki bəndlərlə razı deyilik, bu o deməkdir ki, həmin sənədlə Madrid təklifləri arasında bir qanuna uyğunsuzluq var, danışıqlardakı elementlərin hamısı orada əks olunmadığı üçün qətnamə tərəfləri danışıqlarda irəli aparmır". Fransa parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasına münasibət bildirən səfir qeyd edib ki, bu, Fransa hökumətinin mövqeyi deyil: "Fransa hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, tarixi hadisələrə qanunvericilik orqanı deyil, tarixçilər araşdırmalıdır". Quba ərazisində aşkarlanan kütləvi məzarlıqla tanış olmadığını deyən səfir bunu Bakıya yeni gəlməsi ilə əlaqələndirib. Yeni səfir Azərbaycanın bütün regionlarına səfər etmək niyyətindədir . Prezident seçkiləri ilə bağlı sualları cavablandıran səfir Avropa İttifaqına üzv bütün ölkələr payızda keçiriləcək seçkiləri yaxından izlədiyini vurğulayıb. O, Avropanın enerji təhlükəsizliyində önəmli bir layihə rolunu oynayan "Nabucco" layihəsinə də münasibətini açıqlayıb: "Azərbaycan istəyir ki, Avropa İttifaqına sədrlik edən Fransa quruma üzv olan ölkələrin hamısının bu layihə ilə bağlı razılığını alsın. 27 ölkənin razılığını almaq asan iş deyil. Hazırda bütün dünyanın enerji resurslarına çox böyük ehtiyacı var. Biz enerji istehlakçılarıyıq, enerji istehsalçıları isə bir neçə oğlan arasında seçim etməli olan gənc qıza bənzəyir. Hər bir gənc onun könlünü almaq üçün sərfəli təklif etməlidir. Biz Azərbaycan və Asiya qazının Avropaya nəql edilməsi üçün keçərli təklif edəcəyik. Arqumentimiz hər iki tərəf üçün uyğun olan təklif olacaq". -
07-17-2008, 03:21 PMAPAİordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıya iki günlük rəsmi səfərə gəlib
[b]İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıya iki günlük rəsmi səfərə gəlib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əli-Sarayrah bu gün Bakıya iki günlük rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq rəsmi səfərə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Sonra Müdafiə Nazirliyində Xalid Cəmil Əl-Sarayrahın təntənəli qarşılanma mərasimi olub. Daha sonra müdafiə naziri Səfər Əbiyevlə qonağın təkbətək görüşü keçirilib, görüş nümayəndə heyətləri iştirakı ilə davam etdirilib. S. Əbiyev bildirib ki, Azərbaycanla İordaniya Krallığı dost və qardaş ölkələrdir, iki ölkə arasında iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi əlaqələri yeni səviyyəyə qaldırmaq üçün səyləri gücləndirmək lazımdır. Azərbaycan hökuməti ilə İordaniya Haşimilər Krallığı hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclasının yekunlarına toxunan S. Əbiyev deyib ki, bu gün imzalanan protokol gələcək hərbi əməkdaşlığın inkişafına geniş imkanlar açacaq. Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktı barədə danışıb, qeyd edib ki, münaqişənin dinc həlli istiqamətində bir nəticə əldə olunmazsa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ciddi tədbirlərə əl ata bilər. İordaniyalı general Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmadığı təqdirdə Azərbaycanın öz torpaqlarını azad etməkdə haqlı olduğunu deyib. -
07-17-2008, 03:31 PMAPATolyattidə baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb
[b]Tolyattidə baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb[b]
Tolyatti - APA. Rusiyanın Tolyatti rayonunun Timofeyevka kəndində baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb.
[APA-nın məlumatına görə, iki kişi, iki qadın və 10 yaşlı qız uşağının yaşadığı evin həyətindəki 50 litrlik qaz balonu uzun müddət günəşin altında qaldığı üçün qızaraq partlayıb. Partlayış dalğası evin bütün pəncərələrini çərçivələri ilə birlikdə dağıdıb. Evin sakinləri isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yerli xəstəxananın yanıq mərkəzinə çatdırılan azərbaycanlıların vəziyyəti ağırdır.