[b]VHP Ali Məclisində partiyanın seçkilərdə dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sessiyası iyulun 27-də keçiriləcək. VHP təşkilat şöbəsindən APA-ya verilən məlumata görə, sessiyada Siyasi Şuranın tərkibinə baxılacaq, o cümlədən partiya sədrinin boş qalan müavin postlarına təyinatlar olacaq. Ali Məclis partiyanın seçki ilə bağlı mövqeyinə də aydınlıq gətirəcək. Belə ki, sessiyada VHP-nin prezident seçkilərində dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Xəbərləri
Printable View

07-17-2008, 03:41 PMAPAVHP Ali Məclisində partiyanın seçkilərdə dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq

07-17-2008, 03:51 PMAPALuvr muzeyində Azərbaycanın da dəstəyi ilə islam incəsənətinə həsr olunmuş qalereya açılacaq
[b]Luvr muzeyində Azərbaycanın da dəstəyi ilə islam incəsənətinə həsr olunmuş qalereya açılacaq[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Fransanın məşhur Luvr muzeyində islam incəsənəti nümunələrinin saxlanılacağı yeni qalereyanın təməlqoyma mərasimi keçirilib. APA-nın "Associated Press"ə istinadən yaydığı məlumata görə, mərasimdə Fransa prezidenti Nikola Sarkozi və Səudiyyə Ərəbistan şahzadəsi Əl-Valid bin Talal iştirak ediblər. N. Sarkozi mərasimdəki çıxışında deyib ki, yeni qalereya islam dininin nailiyyətləri və mahiyyətini yaxından öyrənməyə imkan yaradacaq. O bildirib ki, əsl islam tərəqqi, müasirlik və incəlik deməkdir. Qeyd edək ki, qalereyanın yaradılmasına 100 milyon dollar ayrılıb. Bu məbləğin 31,8 milyonunu Fransa, 26,9 milyonunu Səudiyyə Ərəbistanı, qalanını isə Azərbaycan, Oman, Küveyt kimi müsəlman ölkələri və bir sıra şirkətlər veriblər. Qalereyada 2 mindən çox islam incəsənəti nümunəsi toplanacaq. Qalereya 2010-cu ilin sonunda ziyarətçilər üçün açılacaq. -
07-17-2008, 04:01 PMAPAUcarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb
[b]Ucarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb[b]
[Ucar. Zahid Abışov-APA. Ucar rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, artıq neçə gündür ki, rayon mərkəzi və kəndlərə gündüz saatlarında elektrik enerjisi verilmir. Ucar paylayıcı elektrik şəbəkəsinin rəisi Faiq Hacıyev APA-ya bildirib ki, son günlər havaların isti keçməsi nəticəsində elektrik enerjisinə tələbat artıb. Onun sözlərinə görə, əhali müxtəlif soyuducu vasitələrdən istifadə etdiyinə görə gərginlik transformatorları həddən artıq yüklənir: "Nəticədə rayon ərazisində 6 transformator sıradan çıxıb. "Azərenerji" QSC-nin Kürdəmirdə yerləşən regional baş idarəsinin göstərişi ilə gün ərzində istehlakçıların elektrik enerjisi ilə təchizatında saat yarımlıq fasilə veririk. Amma dünəndən etibarən rayona fasiləsiz elektrik enerjisinin verilməsi bərpa olunub". APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun elektrik enerjisi ilə təchizatında fasilə hələ də aradan qalxmayıb və hazırda Ucarın bir çox kəndlərinə gündüz saatlarında elektrik enerjisi verilmir. -
07-17-2008, 05:31 PMAPABernar Kuşner: "Beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir"
[b]Bernar Kuşner: "Beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT ərazisində həlli uzadılmış münaqişələrin nizamlanması zamanı daha dinamik hərəkət etməli və yeni düşüncə tərzinə sahib olmalıyıq". APA-nın məlumatına görə, bu fikirləri ATƏT Daimi Şurasının Vyanada keçirilən toplantısında Avropa İttifaqına sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner söyləyib. XİN başçısı bildirib ki, beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir. O, həmçinin ATƏT ölkələrini təşkilatın prinsiplərinə riayət etməyə çağırıb. -
07-17-2008, 05:41 PMAPAÇelyabinskdə bir azərbaycanlı həbs edilib
[b]Çelyabinskdə bir azərbaycanlı həbs edilib[b]
[Çelyabinsk - APA. Rusiyanın Çelyabinsk vilayətində avtomobillərində 1 kiloqram heroin tapılan rus və azərbaycanlı həbs edilib. APA-nın məlumatına görə, narkotik maddə avtomobilin yük yerində olan ehtiyat təkərin içində aşkarlanıb. Dostlar narkotik maddəni satış məqsədilə Voljsk şəhərinə aparıblar, ancaq alıcı təyin olunan yerə gəlmədiyi üçün geri dönüblər. Onlar Çelyabinsk vilayətinin Timiryazevsk qəsəbəsinə daxil olarkən yol polisi maşını saxlayıb və yoxlama zamanı 1 kq heroin aşkarlanıb. Hər iki şəxs həbs olunub. -
07-17-2008, 05:51 PMAPARəmişin konsertinin vaxtı dəyişdirilib
[b]Rəmişin konsertinin vaxtı dəyişdirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Gitara ifaçısı Rəmişin iyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirəcəyi konsert təxirə salınıb. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsert iyulun 30-da keçiriləcək: "İyulun 23-ü Ağdamın işğalının ildönümüdür. İşğal günü ərəfəsində konsert vermək istəmədik.Tamaşaçılarımızı iyulun 30-da gözləyəcəyik". Konsert Yaşıl Teatr Bakı Konsert Komleksində "Sənət" adı altında keçiriləcək. Konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
07-17-2008, 06:01 PMAPAMDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub
[b]MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub[b]
[Tiflis - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Baş Prokurorluğunun nümayəndəsi Anatoli Makarov iclasda insan alverinə, mütəşəkkil cinayətkarlığa, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə də daxil olmaqla, 8 məsələnin müzakirə olunduğunu deyib: "Bizim problemlərimiz də, düşmənlərimiz də eynidir - cinayətkarlıq və qanun pozuntuları. Ona görə də yığıncaqda qəbul olunmuş qərarlar böyük əhəmiyyətə malikdir". Gürcüstan baş prokurorunun müavini Kaxa Koberidze də bildirib ki, birgə səylər olmadan cinayət aləminə qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Qeyd edək ki, toplantıda Özbəkistan və Türkmənistan istisna olmaqla, bütün MDB ölkələrinin nümayəndələri iştirak edib. -
07-18-2008, 11:21 AMAPATürkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər
[b]Türkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər[b]
[Bakı. Laçın Sultanova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Rumıniya prezidenti Trayan Basesku Nabucco qaz kəməri layihəsinin həyata keçirilməsini müzakirə ediblər. APA-nın məlumatına görə, Türkmənistan prezidenti Rumıniya şirkətlərini ölkənin enerji layihələrində - Xəzər şelfində yerləşən yataqların işlənməsində, boru kəmərlərinin tikintisində, neft emalı müəssisələrinin yaradılması və modernləşdirilməsində, müasir avadanlığın alınmasında iştirak etməyə dəvət edib. -
07-18-2008, 11:31 AMAPATürkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb
[b]Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb[b]
Ankara - APA. Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar aparılır. APA-nın məlumatına görə, bu barədə Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti xəbər yayıb. Xəbərdə bildirilir ki, iyulun 8-də İsveçrənin paytaxtı Berndə iki ölkə nümayəndə heyətləri arasında görüş başlayıb və bir neçə gün davam edib.
[Qəzet Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının rəhbərlik etdiyini yazıb, ancaq danışıqlarda hansı məsələlərin müzakirə olunduğunu açıqlamayıb. Xatırladaq ki, son həftələrdə Ermənistan prezidenti Serj Sarkisyan bir-birinin ardınca Türkiyəyə isti mesajlar ünvanlayır. O, ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibəsində sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqların olduğunu bildirib. S. Sarkisyanın fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". Ermənistan prezidenti bu sözləri söyləməklə saxta və uydurma "soyqırım" məsələsi ilə bağlı birgə komissiya yaradılmasına dair Türkiyənin təklifinin qəbul edilə biləcəyinə işarə vurub. S. Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. -
07-18-2008, 11:41 AMAPABaykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib
[b]Baykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasına Heydər Əliyevin adı veriləcək. APA-nın məlumatına görə, bu münasibətlə bu gün adı çəkilən stansiyada təntənəli mərasim keçirilməsi planlaşdırılır. Mərasimə Rusiya Dəmir Yolları Dövlət Şirkətinin prezidenti Vladimir Yakunin, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər qatılacaqlar. Stansiyaya Heydər Əliyevin adının verilməsi onun sovet dövrünün ən nəhəng sənaye layihəsi olan Baykal-Amur Magistralının tikintisində aparıcı rol oynaması ilə bağlıdır. Qeyd edək ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Baykal-Amur Magistralının tikintisinə dair dövlət komissiyasına rəhbərlik edib. O, 1984-cü ildə BAM-ın açılışında iştirak etmək üçün həmin əraziyə işçi səfəri edib. Anqoya stansiyası Baykal-Amur magistralının 1181-ci kilometrliyində, Zabaykalyedə yerləşir. BAM-da bur çox stansiyalar və yaşayış məntəqələri ayrı-ayrı sovet respublikaçılarının zəhmətkeşləri tərəfindən inşa olunub. Heydər Əliyevin adını daşıyacaq Anqoya stansiyasının inşasında çoxlu sayda azərbaycanlı çalışıb.