[b]İnsan alveri ilə məşğul olan daha iki şəxs həbs olunub[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elmira Quliyeva və Rəşad Nəbiyev yaxalanıb. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər gəlir əldə etmək məqsədilə qadınları BƏƏ-nə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilirlər.
Azərbaycan Xəbərləri
Printable View

06-07-2008, 02:31 PMAPAİnsan alveri ilə məşğul olan daha iki şəxs həbs olunub

06-07-2008, 02:41 PMAPAİşə düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxs həbs olunub
[b]İşə düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxs həbs olunub[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən Nəsimi Güləliyev həbs olunub.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin mart-iyun ayları ərzində işə düzəltmək adı ilə Bakı şəhər sakinləri Alim Muxtarovdan 840 manat, Nazim Məmmədovdan 400 dollar, Emin Nəcəfovdan 23 manat və 300 dollar, Vidadi Abbasovdan 24 manat və 250 dollar, Şamil Yusifovdan 36 manat və 500 dollar, Nemət Misirovdan 50 manat və 100 dollar, Sami Kərimovdan 24 manat və 200 dollar, Azər Əliyevdən 23 manat və 150 dollar, Gəncə şəhər sakini Kifayət Məmmədovadan 400 dollar, Bərdə rayon sakini Elgün Abbasovdan 500 dollar, Lənkəran rayon sakini Tapdıq Məmmədovdan 40 manat və 200 dollar, Astara rayon sakini Samir Məstiyevdən 60 manat və 100 dollar, Yardımlı rayon sakini Elxan Abdinovdan isə 700 dollar alması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 02:51 PMAPABakı sakinindən 2,1 kiloqram marixuana götürülüb
[b]Bakı sakinindən 2,1 kiloqram marixuana götürülüb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakinindən 2 kiloqram 105 qram narkotik vasitə olan marixuana götürülüb. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxs əvvəllər məhkum olunmuş İsa Cahangirovdur. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 03:01 PMAPADavid Bakradze Gürcüstan parlamentinin spikeri seçilib
[b]David Bakradze Gürcüstan parlamentinin spikeri seçilib[b]
Tiflis-APA. Gürcüstan parlamentinin yeni tərkibdə keçirilən ilk iclasında 35 yaşlı David Bakradze spiker seçilib.
[APA-nın məlumatına görə, yeni spiker buna qədər xarici işlər naziri və münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifələrində çalışıb. Qeyd edək ki, Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası bu gün keçirilib. İclasa yalnız hakim Milli Birlik Hərəkatı Partiyasından olan millət vəkilləri qatılıblar. Müxalifət təmsilçiləri parlamentin iclasını boykot ediblər. Mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. "Birləşmiş müxalifət" 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar. -
06-07-2008, 03:11 PMAPAGürcüstan parlamentinin işini boykot edən müxalifət liderləri deputat mandatlarını doğrayıblar
[b]Gürcüstan parlamentinin işini boykot edən müxalifət liderləri deputat mandatlarını doğrayıblar[b]
Tiflis-APA. Gürcüstan müxalifətinin Şota Rustaveli prospektində keçirdiyi mitinq başa çatıb.
[APA-nın məlumatına görə, parlamentin işini boykot edən müxalifət liderləri bundan sonra atacaqları addımları yaxın günlərdə bəyan edəcəklərini bildiriblər. Mitinqdə tərəfdarları qarşısında çıxış edən "Birləşmiş müxalifət" blokunun lideri Levan Qaçeçiladze hamını gözü qarşısında plastik deputat mandatını bıçaqla doğrayıb. Daha sonra digər müxalifət liderləri də eyni addımı təkrarlayıblar. Mitinq bu aksiya ilə başa çatıb. -
06-07-2008, 03:21 PMAPAAzərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb
[b]Azərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan prezidentinin Sankt-Peterburqa səfəri başa çatıb.
[APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak edən Azərbaycan prezidenti iyunun 7-də vətənə yola düşüb. Azərbaycan dövlətinin başçısını Pulkovo hava limanında Rusiya XİN-in, Sankt-Peterburq Administrasiyasının yüksək vəzifəli nümayəndələri yola salıblar. Qeyd edək ki, prezident İ. Əliyev səfər çərçivəsində Rusiya prezidenti Dmitri Medvedyevlə görüşüb. Bundan başqa, iyunun 6-da Azərbaycan dövlət başçısı Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparıb. -
06-07-2008, 03:31 PMAPAXeyli miqdarda borcu ödəməkdən yayınan şəxs tutulub
[b]Xeyli miqdarda borcu ödəməkdən yayınan şəxs tutulub[b]
[Bakı. Samir Kazımlı - APA. Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 196.1-ci (məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə barəsində axtarış elan olunan, Şüvəlan qəsəbəsində məskunlaşan məcburi köçkün, 28 yaşlı Sadıq Əhməd oğlu İsgəndərov tutulub. Əzizbəyov RPİ-nin 1-ci polis bölməsindən APA-ya verilən məlumata görə, 2008-ci ilin əvvəllərindən axtarışda olan S. İsgəndərov saxlanıldıqdan sonra Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib. -
06-07-2008, 03:41 PMAPANarkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub
[b]Narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub[b]
[Oğuz. Hafiz Heydərov-APA. Oğuz polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və əkilib-becərilməsi ilə məşğul olan rayon sakinini həbs edib. Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kənd sakini Tərlan Əli oğlu Qədirovun üzərindən 25 qram qurudulmuş marixuana aşkar edilib. Bundan başqa T. Qədirovun yaşadığı həyətyanı sahədən xüsusi şəraitdə yetişdirilmiş, ümumi çəkisi 140 qram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. -
06-07-2008, 03:51 PMAPASel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb
[b]Sel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb[b]
[Zaqatala. Hafiz Heydərov-APA. Dörd gün əvvəl sel aparmış 68 yaşlı Zaqatala sakininin cəsədinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri hələ bir nəticə verməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Dombabinə kənd sakinləri məlumat verib. Yerli sakinlərin sözlərinə görə, Soltan Şabanovun cəsədinin tapılmasını tezləşdirmək məqsədi ilə kənd ərazisindən keçən Qaraçayda suyun axınının qarşısı tam alınıb. Görülən tədbirlərə rəğmən meyitin sözügedən çayda olmadığı məlum olub. Artıq S. Şabanovun meyitinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri Gürcüstanla sərhəd olan Alazan çayında davam etdirilir. Meyitin tapılması istiqamətində aparılan axtarışlara yerli sakinlərlə bərabər sərhəd dəstəsinin əsgərləri də cəlb olunub. Xatırladaq ki, S. Şabanov 4 gün əvvəl yaşadığı Zaqatala rayonunun Dombabinə kəndi ərazisindən keçən Qaraçayı keçmək istəyərkən onu sel aparıb. Son günlər rayonda havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsinin qalxması S. Şabanovun cəsədinin tapılmasında problem yaradıb. -
06-07-2008, 04:01 PMAPAANS-in əməkdaşının bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb
[b]ANS-in əməkdaşının bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb[b]
Bakı. Samir Kazımlı - APA. ANS telekanalının cənub bölgəsi üzrə müxbiri Ələddin Əzimovun bıçaqlanması barədə məlumatın yanlış olduğu aydınlaşıb.
[APA-nın məlumatına görə, bu gün bəzi mətbuat orqanlarında Biləsuvar rayonunda baş vermiş bıçaqlaşma hadisəsi zamanı ANS-in bölgə müxbiri Ə. Əzimovun xəsarət alması barədə məlumat yayılsa da, aparılan araşdırma zamanı bıçaqlanan şəxsin başqası olduğu üzə çıxıb. Yanlışlıq isə bıçaqlanan şəxslə ANS-in bölgə müxbirinin ad və soyadının eyni olması səbəbindən baş verib. Belə ki, iyunun 3-də Biləsuvar rayonunun Günəşli kənd sakini Ələddin Əzimovla həmkəndlisi Cabir Həsənov arasında mübahisə düşüb. İşi araşdıran Biləsuvar Rayon Polis Şöbəsinin müstəntiqi Yaşar İbadovun APA-ya verdiyi məlumata görə, hadisə baş verən zaman onların hər ikisi sərxoş olub: "Hər iki şəxs bir kəndəndir, əvvəldən bir-birini tanıyıblar. İyunun 3-də saat 01:00 radələrində onlar birlikdə pivə içdikdən sonra aralarında mübahisə baş verib. Mübahisə zamanı Cabir Həsənov Ələddin Əzimova bıçaqla xəsarət yetirib". Müstəntiqin sözlərinə görə, Cabir Həsənov saxlanılaraq, barəsində rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Ə. Əzimov isə hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur. Onun səhhətinin qənaətbəxş olduğunu deyən Y. İbadov bildirib ki, C. Həsənov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. 4 ay öncə isə cəzasını çəkdikdən sonra azadlığa çıxıb.Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.