[b]Röya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Röyanın 5-7 iyulda Yaşıl Teatr Bakı Konsert Kompleksində verəcəyi konsertdə bir sıra sürprizlər olacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, üç günlük konsertdə Röya pərəstişkarları qarşısında yeni yazdırdığı mahnılarla çıxış edəcək. "Deməyəcəm" adı altında keçiriləcək konsertdə Röya səhnədə tək olmayacaq. O, hər bir mahnını müxtəlif yerli sənətçilərlə birgə ifa edəcək. Hər üç konsertdə sənətçi üç saata yaxın səhnədə olacaq. Röyanın konsert geyimləri modelyer Zemfira Qurbanova tərəfindən hazırlanır. Konsertin biletlərinin qiyməti 20-100 manat arasında dəyişir. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Azərbaycan Xəbərləri
Printable View

06-27-2008, 06:01 PMAPARöya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək

06-27-2008, 06:11 PMAPANATO-nun xüsusi nümayəndəsi Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini bildirib
[b]NATO-nun xüsusi nümayəndəsi Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini bildirib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.Robert Simmons Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini vurğulayaraq, bu münasibətlə dövlətimizin başçısını təbrik edib.Öz növbəsində, prezident İ. Əliyev hərbi paradın bu cür yüksək səviyyədə keçirilməsini Azərbaycanda ordu quruculuğuna göstərilən diqqətin nümunəsi kimi qiymətləndirib. -
06-27-2008, 06:21 PMAPAAŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib
[b]AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyası Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib.
[APA-nın Avropa büroüsunun məlumatına görə, bəyanatı Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Proseduraya görə, yazılı bəyanatın qəbul olunması üçün sənədi ən azı 5 ölkədən 20 deputata imzalamalıdır. Qənirə Paşayevanın sözlərinə görə, bəyanatı müxtəlif ölkələrdən olan 20-dən artıq deputat imzalayıb. "Azərbaycan-Şərqin ilk demokratik respublikası" adlı bəyanatda bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin tamam olduğu bildirilir. "Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika idi. Cəmi 23 il ömür sürməsinə və Qızıl Ordunun Azərbaycan işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, AXC insanlara çox böyük hüquqlar vermişdi. Bunların sırasında qadınların səsvermə hüququ və bu kimi çox fundamental hüquqlar vardı. Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bu hüququ vermişdi. Yəni bu gün Avropanın üzərində qurulduğu dəyərləri hələ 1918-ci ildə quran AXC və onun parlamenti insanların bütün azadlıqlarını təmin etmişdi". Bəyanatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti Qərblə Şərq arasında demokratik dəyərlərin bölgədə, Şərqdə və müsəlman dünyasında yayılmasında, regionun mədəni inkişafında çox böyük rol oynayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqlə Qərb arasında körpü rolunu çox yüksək səviyyədə yerinə yetirib və sivilizasiyalararası dialoqa böyük töhfələr verib: "Bütün bunları nəzərə alaraq Avropa Şurası Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri çox yüksək qiymətləndirir. Bununla yanaşı Avropa Şurası bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin rolu davam etdirdiyini bildirir və bu prosesi dəstəkləyir". -
06-27-2008, 06:31 PMAPAOmbudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər
[b]Ombudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Qaradağ rayon Polis İdarəsinin (RPİ) 10 və 38-ci, Binəqədi RPİ-nin 4 və 40-cı, Yasamal RPİ-nin 29-cu, Suraxanı RPİ-nin 31 və 33-cü, Xətai RPİ-nin 37-ci, Sabunçu RPİ-nin 14 və 15-ci, Əzizbəyov RPİ-nin 2-ci, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü polis bölmələrinin növbətçi hissələri yanında saxlama yerlərinə, həmçinin Xətai RPİ və Abşeron rayon Polis Şöbəsinin MST-lərinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri saxlanılan şəxslərin qeydiyyatı kitabları, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olublar. Baxış zamanı Abşeron RPŞ-də vətəndaşların saxlanması ilə əlaqədar bəzi qanunsuzluqlar aşkarlanıb. Ombudsman bu məsələnin araşdırılması və tədbir görülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. -
06-28-2008, 12:51 PMAPAAŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
[b]AŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç iyulun 1-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. APA-nın AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
[Bundan başqa, Luis Mariya de Puçun Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi təşkilat və QHT təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatlar, həmçinin KİV-lə görüşü nəzərdə tutulur. Görüşlərdə, əsasən, AŞ PA-Azərbaycan münasibətləri, prezident seçkiləri öncəsi ölkədə ictimai-siyasi vəziyyət, mətbuatın durumu, AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycanla bağlı qəbul olunmuş qətnamə müzakirə olunacaq. -
06-28-2008, 01:01 PMAPASudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub
[b]Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub[b]
[Xartum-APA. İyunun 27-də Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub. APA-nın məlumatına görə, "An-12" markalı yük təyyarəsi paytaxt Xartum hava limanında qəzaya uğrayıb. Təyyarədəki 8 ekipaj üzvündən yalnız bir nəfər Sudan vətəndaşı sağ qalıb. Həlak olan digər iki nəfər də Sudan vətəndaşıdır. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. -
06-28-2008, 01:11 PMAPAAzərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan mərkəz yaradılacaq
[b]Azərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan mərkəz yaradılacaq[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan beynəlxalq təlim mərkəzi yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov məlumat verib.
[Mərkəzdə Azərbaycanla yanaşı, digər dövlətlərin də sifarişləri əsasında istehkamçılar və digər mütəxəssislər hazırlanacaq: «Hazırda təlim mərkəzinin yaradılması istiqamətində müzakirələr aparılır. Bu mərkəzin yaradılması regionda partlamamış hərbi sursat və mina təhlükəsinin aradan qaldırılmasına kömək edəcək, bacarıqlı mütəxəssislərin hazırlanmasına yardımçı olacaq».NATO-nun Maddi Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeş isə APA-ya açıqlamasında bildirib ki, NAMSA Azərbaycanda yaradılacaq belə bir beynəlxalq tədris mərkəzini dəstəkləyəcək: "Biz mütəxəssislərin hazırlanması, tədris keçən müəllimlərin təcrübəsinin artırılması sahəsində mərkəzə öz yardımımızı ededəcəyik. Eni zamanda NAMSA-nın təcrübəli mütəxəssislərinin mərkəzdə treninqlər keçirməsi də mümkündür". -
06-28-2008, 01:21 PMAPAYunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə rentgen aparatı hədiyyə edib
[b]Yunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə rentgen aparatı hədiyyə edib[b]
Şəki. Hafiz Heydərov-APA. Yunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə 45000 avro dəyərində müasir rentgen aparatı hədiyyə edib. Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparat artıq dispanserdə quraşdırılıb.
[Bununla bağlı keçirilən tədbirdə iştirak edən Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Şəki rayonunda səhiyyə sahəsində həyata keçirilən layihələrin davam etdiriləcəyini bildirib. O, həmçinin yaxın zamanlarda ölkəsinin maliyyə dəstəyi ilə Şəki rayonunda yerləşən Endokrinoloji Mərkəzində yeni avadanlıqlarla təchiz olunacağını vurğulayıb. Qeyd edək ki, Şəki Regional Vərəm Dispanserinə ötən 4 il müddətində Yunanıstan hökuməti tərəfindən 120 000 avro dəyərində vəsait ayrılıb. -
06-28-2008, 01:31 PMAPAPenitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər
[b]Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri yaxın zamanlarda Qobustan həbsxanasına gedəcəklər. Bu barədə APA-ya komitənin koordinatoru Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, qurumun üzvləri həbsxanada bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı araşdırma aparacaqlar. S. Məmmədov iyun ayında həbsxanada iki intihar hadisəsinin baş verməsinin narahatlıq doğurduğunu deyərək əlavə edib ki, komitə məsələni diqqət mərkəzində saxlayacaq. Qeyd edək ki, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamov iyunun 22-də özünü asaraq öldürüb. İntihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Bundan bir qədər əvvəl, iyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da intihar edib. -
06-28-2008, 01:41 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar[b]
İrəvan-APA. Azərbaycanda görüşlərini başa vuraraq dünən Ermənistana gedən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
[APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, görüşdə danışıqlar prosesinin hazırkı durum müzakirə olunub. E. Nalbandyan Ermənistanın həmsədrlərin 2007-ci ilin noyabrında tərəflərə təqdim etdikləri "Madrid təklifləri"nə yanaşmasını açıqlayıb. E. Erməni nazir onu da bildirib ki, Azərbaycan rəhbərliyinin müharibə çağırışları nizamlama prosesinə və danışıqlarda qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir göstərir. Həmsədrlər isə Bakıda apardıqları danışıqların nəticələri barədə E. Nalbandyanı məlumatlandırıblar. Azərbaycan rəsmiləri danışıqları müsbət dəyərləndirən diplomatlar münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini bir daha vurğulayıblar. Həmsədrlər "Madrid təklifləri" əsasında tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərini artıracaqlarını da qeyd ediblər. Həmsədr bu gün Ermənistan prezidenti Serj Sərkisyanla da görüşəcəklər. Onlar İrəvandan Xankəndinə gedəcəklər.