[b]Ordu generalı Xurşid Tolon: "Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm"[b]
Ankara - APA. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Hikmət Ərənkaya iyulun 1-də həbs olunan və hazırda Kocaeli bölgəsinin Kandıra qəsəbəsi ərazisində yerləşən həbsxanada saxlanılan ordu generalı Xurşid Tolonla görüşüb.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, X. Tolonla uzun illərdir dost olduğunu deyən H. Ərənkaya generalla həbsxananın görüş otağında şüşə arxasından telefonla danışdıqlarını bildirib: "Mənə dövlətini, dostlarını və ailəsini çətinliyə salacaq heç bir hərəkətə yol vermədiyini, son dərəcə rahat olduğunu, milli dövlət sistemini sona qədər müdafiə edəcəyini söylədi. Elə bizi bir araya gətirən amil də dostluqdan öncə bu fikir birliyidir". H. Ərənkaya X. Tolonun səhhətinin yaxşı olduğunu da əlavə edib. O, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur və Ankara Ticarət Palatasının sədri Sinan Aygünü də ziyarət edəcəyini vurğulayıb.
Azərbaycan Xəbərləri
Printable View

07-14-2008, 12:21 PMAPAOrdu generalı Xurşid Tolon: "Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm"

07-14-2008, 12:31 PMAPABəhram Xəlilov: "Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil"
[b]Bəhram Xəlilov: "Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil"[b]
"Dövlət qulluğuna qəbulu şəffaf və obyektiv təşkil edə bilmişik"Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun APA-ya müsahibəsi
[- Rəhbərlik etdiyiniz komissiya fəaliyyətə başladığı iki ilə yaxın müddətdə hansı nəticələrə nail olub? - İlk növbədə onu deyə bilərəm ki, komissiya bu müddət ərzində tam formalaşıb. Biz komissiyanın işinə cəlb olunan kadrları müsabiqə əsasında seçmişik. Artıq əsasnamədə göstərilən bütün funksiyaları demək olar ki, həyata keçiririk. Komissiya əsasən dövlət qulluğuna qəbula önəm verib. Bilirsiniz ki, bu, yeni və çətin bir sahədir. Bu gün biz bu sahədə 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq edirik. Onlar bütün vakant vəzifələri barədə məlumatları komissiyaya təqdim edirlər. Komissiya isə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün vaxtaşırı həm müsabiqələr, həm də müsahibələr elan edir. İndiyə kimi biz dörd müsabiqə keçirmişik və artıq ikinci müsahibə üzrə söhbətlər başlanıb. Bu müsahibə dövlət orqanlarında çalışan şəxslər üçündür. Onlar test imtahanı vermədən vakant dövlət qulluğu orqanlarında çalışmaq üçün müsahibədən keçirlər. Biz artıq bir sıra məqsədlərimizə nail olmuşuq. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya çox gənc bir qurumdur, bizim qarşımızda çoxlu vəzifələr durur. Amma onu deyə bilərəm ki, biz dövlət qulluğuna qəbulu şəffaf və obyektiv təşkil edə bilmişik. Hesab edirəm ki, biz bu sahədə demək olar ki, korrupsiya hallarını aradan qaldırmışıq. - Əməkdaşlıqdan kənarda qalan dövlət orqanları çoxdurmu? Ümumiyyətlə, dövlət qulluqçularının seçilməsi prosesi mərkəzləşdirilibmi? - Bizə aid olan sahədə demək olar ki, bütün orqanlarla əməkdaşlıq edirik. Bir neçə dövlət orqanı var ki, orada vakant vəzifələr yoxdur. Hətta qanuna uyğun şəkildə özləri vakant vəzifələrlə bağlı müsabiqə keçirən dövlət orqanları da bizdə olan ehtiyat kadrlar siyahısı ilə maraqlanıb, seçim aparırlar. Hesab edirəm ki, bu, komissiyanın fəaliyyətinin qiymətləndirilməsidir.- Söhbət hüquq-mühafizə orqanlarından gedir?- Bəli. Bilirsiniz ki, həmin orqanların özlərinin vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə keçirmək hüquqları var. Amma bizim ehtiyat kadrlar siyahımızla həm Vergilər Nazirliyi, həm də Ədliyyə Nazirliyi maraqlanır. - Gələcəkdə həmin dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin də mərkəzləşdirilmiş qaydada müsabiqə, müsahibə yolu ilə keçirilməsi mümkündürmü? - Hələlik, proses indiki qaydada davam edir. Təbii ki, komissiya bütün dövlət orqanlarında olan dövlət qulluğu vəzifələri üçün seçim apara bilər. Belə olan halda komissiya üçün daha çox kadrlar, resurslar lazım olacaq. - İndiyə kimi vakant dövlət qulluğu vəzifələrinə müsabiqədən kənar qəbul hallarına rast gəlibsinizmi? - Əvvəllər belə hallar olurdu. Biz də bu cür faktlarla rastlaşanda müvafiq təqdimatlar verib, həmin qərarın ləğvinə nail olurduq. İndi isə bununla bağlı nadir faktlar ola bilər. Hamı bilir ki, dövlət qulluğuna müsabiqədən kənar qəbul qanuna ziddir. Belə hal baş verərsə, bu, qanunvericiliyin pozulmasıdır. Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil.- Bu yaxınlarda verdiyiniz açıqlamada demişdiniz ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin nəticələrindən o qədər də razı deyilsiniz. Narazılığın kökündə nə dayanır? - Sonuncu müsahibə və müsabiqəyə 600-dən çox vakant vəzifə çıxarılmışdı. Onların bir hissəsi elə vakant olaraq da qaldı. Namizədlərin hazırlığı bizim tələblərimizə uyğun deyil. Kimsə ali məktəbin diplomunu daşıyırsa, həmin diplom ən azı minimum bilikləri təsdiqləməlidir. Bəzən belə olur, həm çox yaxşı gənc bir mütəxəssis, həm də niyə oxuduğunu belə bilməyən birisi eyni ali məktəbin diplomunu daşıyır. Bu, təbii ki, acınacaqlı bir haldır. Mən hər kəsə demək istəyirəm ki, diplom bilikləri təsdiq etməlidir. Diplom biliyi təsdiqləməyəndə onu daşıyanlar həyatda seçim edə bilməyəcəklər. Bizim gənclər dövlət qulluğunda çalışmaq istəyirlərsə, oxumalı, öz üzərində çalışmalı, dövlət qulluqçu üçün lazım olan meyarlara yiyələnməlidirlər. Dövlət qulluğuna digər meyarlarla daxil olmaq mümkün olmayacaq. Bəlkə başqa meyarlarla dövlət qulluğuna qəbul olunacaqlarına arxalananlar yanılırlar. Onlar bu fikirdən daşınmalıdırlar.- Demək olar ki, müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələrinin bir çoxu boş qalır. Bu, həmin vəzifələr üzrə maaşların az olmasından irəli gəlmir ki? - Bu da səbəblərdən biridir. Digər tərəfdən, elə vəzifələr var ki, ora sənəd verənlər olur, amma onlar bizim müsabiqədən keçə bilmirlər. - Komissiya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması üçün hazırlıqlara başlamışdı. Belə bir sistem özündə nəyi ehtiva edir? - Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi bütün dünyada geniş yayılıb. Bizdə də komissiyanın vəzifələrinə uyğun olaraq hər il hər bir dövlət qulluqçusunun fəaliyyəti qiymətləndiriləcək. Qiymətləndirmənin əsas məqsədi ilk növbədə dövlət qulluqçularının tutduqları vəzifələrdə yüksəlişi üçündür. Bu zaman dövlət qulluqçularının nailiyyətləri qeyd olunur. Digər tərəfdən, dövlət qulluqçusunun zəif cəhətləri aşkarlanır və onlar təlimlərə, treninqlərə cəlb olunur. Bizdə bununla bağlı qanun qəbul edilib, hazırda qaydalar hazırlanır, razılaşdırma aparılandan sonra qaydaları təhvil verəcəyik. - Komissiya dövlət qulluqçularının etik davranış qaydalarını hansı şəkildə izləyir? - Cənab prezident dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət orqanı kimi bizim komissiyanı müəyyənləşdirib. Hansısa dövlət qulluqçusunun etik davranış qaydalarından narazı olan şəxslər bizə birbaşa müraciət edə bilərlər. Biz belə halları araşdırmalıyıq. Bununla bağlı qanunvericilik yenidir, biz ilk növbədə bu məsələ ilə bağlı dövlət qulluqçuları üçün təlimlər keçirməyə başladıq. Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə layihəsi çərçivəsində də bir çox təlimlər keçirdik. Biz hər bir yeni qanunun tətbiqi üçün insanlarla işləməyə, yeniliyi onlara aşılamağa üstünlük veririk. Bu təlimlər mütəmadi olaraq davam edəcək. Belə təlimləri bu ilin sonlarına, gələn ilin əvvəllərinə də planlaşdırmışıq. Təlimlərə daha çox dövlət qulluqçusunu cəlb etməyə çalışacağıq. - İndiyə kimi dövlət qulluqçularının etik davranışları ilə bağlı vətəndaşlar tərəfindən şikayətlər olubmu? - Bəli, olub. Amma belə müraciətlər çox deyil. Həmin müraciətləri qanunvericiliklə nəzərdə tutulan qaydada araşdırırıq. Onu da deyim ki, şikayət edənlər bizim araşdırmaların nəticəsindən razılıqlarını bildiriblər. - Son zamanlar bir sıra xarici ölkələrə səfərləriniz təşkil olunub. Komissiyanın beynəlxalq əlaqələri hansı səviyyədə qurulub? - Dövlət idarəçiliyində bir çox ölkələr böyük təcrübəyə malikdir. Bizim də öz təcrübəmiz var. Bu elə sahədir ki, hər zaman qabaqcıl təcrübələri öyrənib, tətbiq etməyə çalışmaq lazımdır. Biz bu ildən başlayaraq beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq əməkdaşlığa böyük diqqət yetiririk. Son bir ayda Ukrayna Dövlət Qulluğunun Baş İdarəsi ilə hökumətlərarası saziş imzaladıq. Ötən həftə isə Fransa Dövlət Qulluğu Nazirliyində olduq, başqa qurumlarda bir çox görüşlər keçirdik. Azərbaycan və Fransanın dövlət qulluğu ilə bağlı əməkdaşlığının istiqamətlərini müzakirə etdik. Eyni zamanda bizim Çinlə, Qazaxıstanla, Qırğızıstanla əlaqələrimiz var. Onu da deyim ki, dekabrda Parisdə Avropa İttifaqının dövlət idarəetməsi üzrə strukturlarının rəhbərlərinin iştirakı ilə böyük bir tədbirin keçirməsi nəzərdə tutulub. Tədbirə bizi də dəvət ediblər. Bu tədbirdə iştirak bizə həm də beynəlxalq əlaqələrimizi daha da genişləndirməyə imkan verəcək.- Hazırda Azərbaycanda neçə vakant dövlət qulluğu vəzifəsi var? - Bunun sayını dəqiq demək çox çətindir. Amma təxmini deyə bilərəm ki, Azərbaycanda 1000-ə yaxın vakant dövlət qulluğu vəzifəsi olmalıdır. Biz avqust ayında növbəti dəfə müsabiqə elan edəcəyik. - Müsabiqələrin nəticəsindən narazı qalanlar çox olurmu? Onlar bununla bağlı komissiyaya müraciət edirlərmi? - Narazılıq halları əvvəllər çox olurdu. İndi isə onların sayı azalıb. Narazı qalanlar birbaşa bizə müraciət edirlər. Biz belə müraciətlərin hamısını araşdırırıq. Araşdırma zamanı özlərini də dəvət edirik, ehtiyac yarananda komissiya üzvlərini də yığırıq. Subyektivliyi aradan qaldırmaq üçün komissiya üzvləri müsahibənin, müsabiqənin obyektiv keçirilməsi ilə bağlı ilk növbədə iltizam verirlər. Biz söhbət prosesində namizədlərin razılığı ilə çəkiliş aparırıq. Digər tərəfdən, bizim namizədlərlə söhbət prosesimiz açıq elan olunub. İctimai təşkilatların, mətbuatın, beynəlxalq qurumların nümayəndələri istənilən zaman bizdə qeydiyyatdan keçib bu prosesdə müşahidəçi kimi iştirak edə bilər. Bu hal da müsahibələrin obyektiv aparılmasına dəlalət edir. Bəzi namizədlər bura gələndə özlərinə qiymət verib gəlirlər. Söhbət qrupunun verdiyi qiymət onların öz qiymətləri ilə üst-üstə düşməyəndə həyəcanlanmalar olur. Hər bir təvazökar insan özünə yüksək qiymət verməkdən çəkinməlidir. Amma elə insanlar da var ki, müsahibədən keçməsələr də, sonradan bizə "sağ ol" deyib bildirirlər ki, prosesdə iştirak onlara öz üzərlərində işləməyə, təcrübə yığmağa imkan verdi. -
07-14-2008, 12:41 PMAPAVenesuelalı Dayana Mendosa dünya gözəli seçilib
[b]Venesuelalı Dayana Mendosa dünya gözəli seçilib[b]
[Vyetnam-APA. Venesuela təmsilçisi, 22 yaşlı Dayana Mendosa "Kainat gözəli-2008" müsabiqəsinin qalibi olub. APA-nın məlumatına görə, bu barədə qərar dünən Vyetnamın Nyaçanq şəhərində keçirilən final müsabiqəsində açıqlanıb. Bir milyard televiziya vasitəsilə izlədiyi müsabiqəyə dünyanın 80 ölkəsindən nümayəndə qatılıb. Münsiflər heyəti onların sırasından 15 ən gözəlini seçib. Ümumi rəy əsasında "Kainat gözəli-2008" müsabiqəsinin tacı Dayana Mendosaya təqdim olunub. Qeyd edək ki, 120 min dollar qiyməti olan tacı Vyetnam zərgərləri hazırlayıblar. Korpusu ağ və sarı qızıldan olan tacın bəzədilməsi üçün mindən artıq qiymətli daş, o cümlədən 30 karatlıq 555 ağ brilyant və 14 karatlıq 375 qırmızı brilyant istifadə olunub. -
07-14-2008, 12:51 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək[b]
[Bakı. Roza Heydərova-APA. Aprelin 16-19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycanın cənub bölgəsində qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində yaradıcı kollektiv Biləsuvar, Cəlilabad, Astara, Lerik, Yardımlı, Masall və Lənkəranda Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" komediyası ilə çıxış edəcəklər. Tamaşada əsas rolları xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlərdən Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov , Günel Məmmədova, İlham Əsədov canlandıracaq. -
07-14-2008, 01:01 PMAPAHeydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür
[b]Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür[b]
Bakı-APA. Bu gün Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi KOmitəsinin birinci katibi seçilməsindən 39 il ötür.
[APA-nın məlumatına görə, uzun müddət dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışan və general rütbəsinədək yüksələn Heydər Əliyevin ölkədə siyasi hakimiyyətin ən yüksək kürsüsünə təmsil olunması ilə Azərbaycanda geniş miqyaslı quruculuq işlərinin əsası qoyulub. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişib, kənd təsərrüfatı modernləşdirilib Bakı, Sumqayıt, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açılıb, Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sənayesi intibah dövrünü yaşayıb, neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində respublika sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxıb. Ölkənin ən yaxşı məktəblərinə oxumaq üçün göndərilən minlərlə gənc sonradan ölkə həyatının ən müxtəlif sahələrində inkişafın aparıcı qüvvələrinə çevriliblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində və paytaxt Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 39 illiyi münasibətilə kütləvi-mədəni tədbirlər keçirilir. -
07-14-2008, 01:11 PMAPAXanlar Hacıyev: "Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var"
[b]Xanlar Hacıyev: "Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Bu günə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan ümumilikdə 1600-ə qədər şikayət daxil olub".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib. Onun sözlərinə görə, Hazırda gündəlikdə olan şikayətlərin sayı 1000-ə yaxındır. Bunlardan təqribən 40 iş məhkəmə qərarlarının icra olunmaması, 40 iş isə son parlament seçkilərindən sonra edilən şikayətlərlə əlaqədardır. Xanlar Hacıyev 40-a yaxın işin icraata götürüldüyünü və kommunikasiya edildiyini bildirib. Ümumilikdə Avropa İnsan Hüquqları Məhkəməsi bu günə kimi Azərbaycanla bağlı 13 qərar çıxarıb. Hazırda icraata götürülən işlərə nə zaman baxılacağına aydınlıq gətirən Xanlar Hacıyev AİHM-in bu gündən etibarən tam tərkibdə tətilə çıxdığını və fəaliyyətini avqustun sonlarında bərpa edəcəyini bildirib. -
07-14-2008, 01:21 PMAPAİsa Qəmbər Alman Marşal Fondunun təmsilçiləri ilə görüşüb
[b]İsa Qəmbər Alman Marşal Fondunun təmsilçiləri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-ın Alman Marşall Fondunun (GMF) Avropa üzrə direktoru Piter Van Praq və həmin qurumun proqram direktoru Pavol Demeşlə görüşüb. Partiyadan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan seçkiqabağı şərait, insan haqlarının vəziyyəti, mətbuat, sərbəst toplaşma azadlığı və digər sahələr barədə söhbət aparılıb. Görüşdə partiya ilə fond arasında əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb. -
07-14-2008, 01:31 PMAPAAzərbaycan prezidenti fransalı həmkarını təbrik edib
[b]Azərbaycan prezidenti fransalı həmkarını təbrik edib[b]
[Azərbaycan prezidenti İlham Əliyev Fransanın milli bayramı, Bastiliyanın alınması günü münasibətilə həmkarı Nikola Sarkozini təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb və iki ölkə arasında daim genişlənən dostluq əlaqələrinin, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığın ikitərəfli münasibətlərin dinamikasının və məzmununun bariz göstəricisi olduğu qeyd edilib: " Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir. Ən başlıcası isə, ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik". -
07-14-2008, 01:41 PMAPAProkuror "Azadlıq" qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib
[b]Prokuror "Azadlıq" qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev S. Strekalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsini istəyib. A. Xəlilin vəkili Elçin Sadıqov isə S. Strekalinə bəraət verilməsini istəyib: "Çünki ondan şikayətimiz yoxdur". A. Xəlil isə keçirilən məhkəmədə özünü zərərçəkmiş hesab etmədiyini qeyd edib. S. Strekalinin vəkili Akif Məlikov isə çıxışında A. Xəlil müdafiə etdiyi şəxsi onu bıçaqlamağa məcbur edib. Vəkil S. Strekalinə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) ilə bəraət verilməsini, digər ittiham üzrə yüngülləşdirici halların nəzərə alınmasını xahiş edib. Sonra hakim hökm çıxarmaq üçün müşavirə otağına yollanıb. Məhkəmə hökmünü iyulun 15-də elan edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
07-14-2008, 01:51 PMAPAAzərbaycanlı məcburi köçkünlərin Avropa Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia üzrə qərar yaxın zamanda veriləcək
[b]Azərbaycanlı məcburi köçkünlərin Avropa Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia üzrə qərar yaxın zamanda veriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan vətəndaşları olan məcburi köçkünlər tərəfindən Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 500 şikayət göndərilib. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib.
[Onun sözlərinə görə, şikayətlər üzrə həm Azərbaycan, həm də Ermənistan hökumətinə müvafiq suallar göndərilib: "Yəqinki by yaxınlarda şikayətlər üzrə qərar veriləcək". X Hacıyev onu da bildiribki, Azərbaycandan köçmüş ermənilər tərəfindəndən də Avropa Məhkəməsinə təxminən ölkəmizə qarşı 500 şikayət edilib.