[b]Bakı sakinindən saxta əsginaslar götürülüb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvanski küçəsində yaşayan Laçın Baxışovdan 1 ədəd 100 və 1 ədəd 50 manatlıq saxta əsginaslar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L. Baxışovun evinə baxış zamanı saxta əsginasların hazırlanması üçün istifadə edilən "Epson" markalı skayner, 4 ədəd 10, 5 ədəd 20, 3 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.
Azərbaycan Xəbərləri
Printable View

07-10-2008, 05:41 PMAPABakı sakinindən saxta əsginaslar götürülüb

07-10-2008, 05:51 PMAPAGədəbəydə "UAZ" maşını çaya düşüb, ölən və yaralananlar var
[b]Gədəbəydə "UAZ" maşını çaya düşüb, ölən və yaralananlar var[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Dünən saat 13.45 radələrində Gədəbəy rayonunun Gərgər kəndində Əli-İsmayıl kənd sakini Əhməd Qasımov "UAZ" markalı avtomaşını idarə edərkən onu Gərgər çayına aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sərnişinlərdən Əli-İsmayıl kənd sakinləri Allahverən Mirnağıyev və Momuş Qarayev hadisə yerində ölüb, xəsarət alan yeddi sərnişin isə xəstəxanaya yerləşdiriliblər. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. -
07-10-2008, 06:01 PMAPAAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb
[b]Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayət üzrə qərar çıxarıb. APA-nın məlumatına görə, 12528/05 saylı iş üzrə Əhrar Partiyanın lideri Vaqif Mustafa oğlu Hacıbəylinin şikayətinə baxan məhkəmə onun Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafında təsbit olunmuş ədalətli mühakimə olunmaq hüququnun, eləcə də 2-ci maddənin 4-cü paraqrafında əksini tapan sərbəst hərəkət etmək hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən V. Hacıbəyliyə 1500 avro təzminat ödənməlidir. Xatırladaq ki, V. Hacıbəyli 2000-ci ilin aprelində Bakının Füzuli meydanında keçirilən icazəsiz mitinq zamanı həbs olunub. Digər Azərbaycan vətəndaşı - 1938-ci il təvəllüdlü Leyli Mustafa qızı Rəhmanovanın şikayətinə baxan məhkəmə onun konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı və 1 saylı protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuş hüquqlarının pozulduğunu müəyyən edərək 2000 avro təzminat müəyyənləşdirib. Qeyd edək ki, L. Rəhmanova öz gəlini ilə mülkiyyət mübahisəsinə dair Azərbaycan məhkəmələrinin qərarından narazı qaldığı üçün Avropa Məhkəməsinə müraciət etmişdi. -
07-10-2008, 06:11 PMAPAAzərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan "O olmasın, bu olsun" tamaşasının premyerası keçirilib
[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan "O olmasın, bu olsun" tamaşasının premyerası keçirilib[b]
[Bakı. Roza Heydərova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni variantda səhnəyə qoyulmuş Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad") əsəri əsasında hazırlanmış eyni adlı iki hissəli operettanın premyerası keçirilib. APA-nın məlumatına görə, bu əsər teatrın səhnəsində dəfələrlə səhnələşdirib və 1998-ci ildə tamaşada Məşədi İbad rolunu mərhum xalq artisti Hacıbaba Bağırov canlandırıb. Yeni quruluşda səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, rəssamı İsmayıl Məmmədov, balemeystlər Zakir Ağayev və Yelena Ağayevadır. Əməkdar artist Ramiz Məmmədovun Məşədi İbad rolunu canlandırdığı tamaşada digər rollarda Fərid Əliyev, Ramil Qasımov, Ələkbər Əliyev, İnarə Babayeva, Nərgiz Kərimova, Afaq Bəşirqızı, Arif Quliyev, Elçin Həmidov və başqaları çıxış ediblər. -
07-10-2008, 06:21 PMAPATəbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib
[b]Təbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib[b]
[Dəvəçi. Solmaz Mehtiyeva-APA. Dəvəçidə çayın səviyyəsinin qalxması nəticəsində rayonun Xaldan kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. APA-nın Şimal bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində kənddə "Turşsu" vannaları qəbul etməyə gedən vətəndaşların geri qayıtmasında problemlər yaranıb. Dəvəçi rayon icra hakimiyyəti faktla bağlı Fövqəladə Hallar Nazirliyini məlumatlandırıb. Rayon icra hakimiyyəti başçısının müavini İsrafil Mikayılovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, nazirlik əlaqə kəsilən kəndə vertolyot vasitəsilə lazımi ərzaq və tibbi ləvazimatlar göndərib. FHN və Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşları da vertolyotla fəlakət zonasına gediblər. Hazırda Xaldanla nəqliyyat və rabitə əlaqəsinin bərpa olunması istiqamətində işlər görülür. Əraziyə lazımi texnika da göndərilib. -
07-10-2008, 06:31 PMAPAGürcüstan vətəndaşlarına hökm oxunub
[b]Gürcüstan vətəndaşlarına hökm oxunub[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə Gürcüstan Respublikasının vətəndaşları - Kiritiya Edemi Qerasimov və Qiqiberiya Besik Barisoviçə hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Kiritiya Edemi Qerasimoviş 5 il, Qiqiberiya Besik Barisoviç isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr istehsal etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunublar. -
07-10-2008, 06:41 PMAPAPKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür
[b]PKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür[b]
[Ankara - APA. PKK terror təşkilatı Ağrı dağında qaçırılan 3 alman alpinistlə bağlı açıqlama yayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçular özlərinə yaxın internet saytlarında yaydıqları açıqlamada Almaniyanın PKK-ya və kürdlərə qarşı siyasətindən vaz keçməyəcəyi təqdirdə qaçırılan şəxslərin buraxılmayacağını bəyan ediblər: "İyulun 9-da Ağrı dağında 3 alman vətəndaşı qüvvələrimiz tərəfindən həbs edilib. Səhhətləri yaxşıdır. Ancaq təhlükəsizliklərinin təminatı və qorunması üçün türk dövlətinin apardığı hərbi əməliyyatlar dayandırılmalıdır. Alman dövlətinin kürd xalqına və PKK-ya qarşı apardığı düşmənçilik siyasətindən vaz keçdiyinə dair açıqlama verilməsə, saxlanılan alman vətəndaşları buraxılmayacaq". -
07-10-2008, 06:51 PMAPA"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib
[b]"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya qəzetin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, prosesdə qəzetin nümayəndəsi Elçin Sadıqov iddia şikayətinin absurd olmasını əsas gətirərək, işə xitam verilməsini istəyib. Amma hakim hazırlıq iclasında şikayətə xitam verilməsinin mümkün olmadığını bildirib və məhkəmə baxışını iyulun 25-nə təyin edib. Qeyd edək ki, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub. -
07-10-2008, 07:01 PMAPA"GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib
[b]"GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib[b]
Bakı. Hacı Zeynalov - APA. "GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib. Bu barədə həbsdə olan "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevin vəkili Telman Qasımov APA-ya məlumat verib.
[Onun sözlərinə görə, "GEN" MMC-nin rəhbərinin müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, E. Əliyev bu ilin iyunun 11-də həbs edilib və onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov həbs edilib. Şirkət rəhbərliyi vətəndaşları aldadaraq pullarının mənimsəməkdə ittiham olunurlar. -
07-10-2008, 07:11 PMAPAI ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb
[b]I ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb[b]
Bakı. Ramil Məmmədli-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2008/2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin I ixtisas qrupuna və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinin müvafiq ixtisas qruplarına iyulun 8-də keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.
[Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Açıqlanan nəticələr bu gün saat 18-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Qeyd edək ki, I ixtisas qrupu üzrə 36946 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. Test imtahanının nəticəsinə əsasən 8565 abituriyent, o cümlədən 7347 nəfər Azərbaycan bölməsi üzrə, 1218 nəfər rus bölməsi üzrə müsabiqədə iştirak etmək hüququ qazanıb. Azərbaycan bölməsində 76, rus bölməsində isə 8 abituriyent 650-700 bal intervalında nəticə göstərib. I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı "Abituriyent" jurnalında yaxın günlərdə dərc olunacaq.