<span style="color:#FF0000;font-size:18px;">[b]Azyaşlı uşağı qətlə yetirən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə Bessonov Ruslan Vladimirovçin, Qenoşilkin Maksim İvanoviçin, Pavlov Dimitriy Nikolayevçin apellyasiya şikayətinə baxılıb. Zərərçəkmişin nümayəndəsi Hidayət Rüstəmbəylinin APA-ya verdiyi məlumata görə, məhkəmə birinci instansiyanın təqsirləndirilən şəxslər barəsində çıxardığı hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər tamah məqsədilə azyaşlı Vüsal Zeynalovu qətlə yetiriblər. Ağır Cianyətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar.
Azərbaycan Xəbərləri
Printable View
-
07-10-2008, 02:41 PMAPAAzyaşlı uşağı qətlə yetirən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb
-
07-10-2008, 02:51 PMAPAFuad İsmayılov: "Madrid təklifləri Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Fuad İsmayılov: "Madrid təklifləri Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir"[b]</span>
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın Avstriya, Sloveniya, Slovakiya, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Fuad İsmayılovun APA-ya müsahibəsi
[- Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Parlament Assambleyasının seçkilərlə bağlı müşahidə missiyaları formalaşıbmı?- Missiyalar hələ formalaşmayıb, çünki əvvəlcə bizim qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətindən dəvət gəlməlidir. Yalnız ondan sonra missiyanın tərkibini formalaşdırmaq olar. Adətən bu cür missiyalar ATƏT, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti təmsilçilərindən ibarət beynəlxalq missiya şəklində formalaşdırılır. İki missiya yaradılacaq - uzunmüddətli və qısamüddətli. Qısamüddətli missiya bilavasitə seçki ərəfəsində Azərbaycana gələcək. - Bu yaxınlarda ATƏT-in ehtiyacların öyrənilməsi üzrə missiyası Azərbaycanda səfərdə olub. - Bəli, bu missiya ölkədəki vəziyyəti, qanunvericilikdən başlayaraq KİV məsələsinə qədər nələrə ehtiyac duyulduğunu, seçki hazırlığının necə işıqlandırıldığını öyrənib və müvafiq təhlil aparıb. Missiya ilkin hesabat hazırlayacaq və ATƏT-in beynəlxalq missiyası yaradılarkən bu sənəd diqqətə alınacaq. Amma sənədin əhəmiyyətini şişirtmək də lazım deyil, orada yazılanların heç də hamısı nəzərə alınmayacaq. Bu, sadəcə, ilkin qiymətləndirmədir və missiyanın formalaşdırılmasında yardımçı rol oynayır. - ATƏT-in Azərbaycandakı vəziyyətlə əlaqədar bəzi narazılıqları var. Onlar bu məsələləri sizinlə müzakirə edirlərmi? - ATƏT-in seçki hazırlığını müşahidə edən əsas strukturu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Varşavada yerləşir. Həm bizim missiyamız, həm də Polşadakı səfirliyimiz bu qurumla fəal əməkdaşlıq edir. Biz hansısa vacib informasiya çatdırmaq lazım gələndə, eləcə də həllini gözləyən məsələlər ortaya çıxanda tez-tez görüşürük. Hazırda DTİHB Azərbaycanın Prezident Aparatı, Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyi ilə çox fəal, konstruktiv əməkdaşlıq edir. Qanunvericiliklə, Seçki Məcəlləsi ilə bağlı ortaya çıxan məsələlər bu strukturlarla birlikdə həll olunur. Bütün bunlar ajiotaja yol vermədən, işçi qaydada, dialoq yolu ilə həllini tapır. - Bir qədər irəli gedərək Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyini ehtimal etsək, ATƏT-in ölkəyə hansısa sanksiyalar tətbiq etməsini gözləmək olarmı? - ATƏT heç bir sanksiya tətbiq edə bilməz. Seçkilərin keçirilməsinə dair beynəlxalq normalar var, eyni zamanda milli qanunvericilik də mövcuddur. Ona görə də biz həmişə deyirik ki, seçkilər həm beynəlxalq normalar, həm də milli qanunvericilik çərçivəsində keçirilməlidir. Ancaq milli qanunvericilik mütləq ilk sırada dayanmalıdır - bu, hər ölkənin prioriteti və milli suverenlik məsələsidir. Hətta seçkiyə müşahidəçi dəvət edib-etməmək də ölkənin suveren hüququdur. Yaxın keçmişdə ATƏT-in seçkilərə dəvət edilmədiyi hallara da rast gəldik - məsələn, Rusiya. Lakin ATƏT-lə qarşılıqlı əlaqələrimizin səviyyəsi elədir ki, biz bütün problemli, kəskin məsələləri konstruktiv dialoq yolu ilə həll edirik. - Azərbaycana tutulan iradlardan biri KİV azadlığı ilə bağlıdır. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ötən həftə bununla bağlı hazırladığı hesabatda mövqeyinin dəyişmədiyini ortaya qoydu. Siz onun mövqeyinə təsir göstərməyə çalışırsınızmı? - Müəyyən ağrılı məqamlara baxmayaraq, Mikloş Haraştinin ofisi ilə normal, işgüzar münasibətlərimiz var. Mikloş Haraştinin ofisinin hesabatları onların normal işidir. Biz bəzi qiymətləndirmələrlə razı deyilik və bunu onların nəzərinə çatdırırıq. Mən hesab edirəm ki, bu ofis KİV-in peşəkarlığının artırılması sahəsində Azərbaycana böyük köməklik göstərə bilər. - Azərbaycan ATƏT-in Minsk Qrupunda həmsədrlərin dəyişdirilməsi prosedurunu öyrənmək üçün təşkilata sorğu göndərdi və cavab aldı. Bu addım hansı məqsəd güdürdü? Bakı hansısa həmsədrin dəyişməsini istəyir? Belə söz-söhbət var ki, Azərbaycan hakimiyyəti Metyu Brayzanın dəyişdirilməsini tələb edir. - Məsələ bu cür qoyulmayıb. Bütün bunlar mart ayında gündəmə gələn prosedur xarakterli məsələlərdir. Biz Minsk Qrupunu bir institut kimi, həmçinin onun mandatını şübhə altına almamışıq. Söhbət konkret şəxslərin - həmsədrlərin dəyişməsindən gedirdi. Çünki nəzəri olaraq da elə vəziyyət yarana bilər ki, cənab "A"nı, cənab "B" ilə əvəzləmək lazım gələr. Hazırda bu məsələ gündəmdə deyil. İndi başlıca məsələ prezidentlərin Sankt-Peterburq görüşü zamanı həmsədrlərin dediyi kimi, Madriddə irəli sürülmüş təkliflər siyahısı üzərində işi davam etdirməkdir. Mən onları həmsədrlər kimi baza prinsipləri yox, məhz təkliflər siyahısı adlandırıram. Bu təkliflər ən əvvəl Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir. Bu sənəddə ərazi bütövlüyü prinsipi, işğalçı qoşunların çıxarılması əksini tapmalıdır. - Siz Minsk Qrupunu Dağlıq Qarabağ münaqişənin həlli üçün yetərli mexanizm sayırsınızmı? ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker həm də Dağlıq Qarabağ üzrə məruzəçi idi. Onun yerinə yeni məruzəçi təyin olunacaqmı? - Çox güman ki, yeni məruzəçi təyin olunacaq. Münaqişələr ATƏT PA-nın gündəmindəki əsas məsələlərdən biridir. Qoran Lenmarker olmasa da, başqa bir nəfər bu missiyanı üzərinə götürə bilər. ATƏT PA-nın yeni sədri məruzəçi ola bilərmi? Hər şey onun özünün bu məsələ ilə şəxsən maraqlanıb-maraqlanmayacağından asılıdır. Ola bilər ki, yeni prezidentin prioritetləri fərqli olsun. Amma istənilən halda Minsk Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğu bir mexanizmdir. Biz təbii ki, Minsk Qrupunun işinin effektli olub-olmadığını, bu mexanizmdən məmnun qalıb-qalmadığımızı söyləyə bilərik. Ancaq bizim bu qrupa konkret suallarımız da var. Biz sonu görünməyən və əks tərəf üçün sərfəli olan danışıqların neçə il davam edəcəyini bilmirik. Ona görə də həmsədrlərə deyirik: vaxt gedir, effekt isə yoxdur. Həmsədrlər təcavüzkar ölkəni inandıra və beynəlxalq prinsipləri ona qəbul etdirə bilmirlər. Bu səbəblə münaqişənin həlli prosesi uzanır, bu isə bizim maraqlarımıza uyğun deyil. Bizim işğal olunmuş ərazilərimizdə ağlasığmaz işlər törədilir. - İşğal olunmuş ərazilərdən söz düşmüşkən, Bernard Snounun yanğınların qiymətləndirilməsi ilə bağlı missiyası bölgəyə gəldi və hazırladığı məruzədə hər şeyi təbiətin üstünə atdı. Azərbaycan ATƏT-dən yeni missiya göndərməyi xahiş edəcəkmi? - Bernard Snounun hesabatında verdiyi tövsiyələr bizi qane edə bilməz. Biz Dağlıq Qarabağ ərazisindəki ekoloji vəziyyətdən narahatıq. Söhbət təkcə yanğınlardan getmir. B. Snounun dediyi kimi, bu gün işğal altındakı ərazilərdə Azərbaycan və Ermənistanın hansısa birgə ekoloji aksiyası qətiyyən mümkün deyil - hər şeydən əvvəl təhlükəsizlik problemi ilə bağlı bu mümkünsüzdür. 2006-cı ildə biz bu məsələni ATƏT və BMT-də qaldırarkən birmənalı söyləmişdik ki, işğalçı qoşunlar yanğınlar törədilən ərazilərdən çıxarılmalıdır. Normal ekoloji əməliyyat aparmaq üçün bu, çox vacibdir. Axı avtomat lüləsi altında necə işləmək olar? Yeni yanğınların qarşısı alınmalı, torpaq örtüyü bərpa olunmalıdır. Bunun əvəzində bizə mövcud şəraitdə hansısa ekoloji əməliyyatların aparılması təklif olundu. Əvvəla, qarşı tərəflə əməkdaşlıq məsələsində bizim tutduğumuz mövqe bunu mümkünsüz edir. Digər tərəfdən, hətta təmas xəttinin bizim ordumuzun nəzarət etdiyi hissəsində də iş aparmaq təhlükəlidir. Hazırkı vəziyyət elədir ki, hətta ən primitiv iş görmək aparmaq imkanı belə yoxdur. Bu, yalnız o halda mümkün ola bilər ki, Ermənistan Silahlı Qüvvələri işğal altındakı torpaqlardan çıxarılsın. - Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq mövzusuna keçid edək. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, 2009-cu ildə Azərbaycanda nüvə-tədqiqat reaktorunun tikintisi başlayacaq. Agentliyin nümayəndəsi Andrey Çupov isə 2009-cu ildə tikintinin yox, danışıqların başlayacağını deyir. Həqiqət nədən ibarətdir? - Həqiqət bunun ortasındadır. Konkret müddət barədə danışmaq çətindir və bu mərhələdə çoxyönlü, kompleks müzakirələr davam etdirilməlidir. Söhbət təkcə tədqiqat reaktorunun tikintisindən və onun istismarından getmir. Hüquqi aspektlər, mühafizə, yer məsələsi də var. Danışıqlar artıq başlanıb. Bizim ekspertlər Vyanada, beynəlxalq agentliyin ekspertləri isə Bakda olublar. Konkret müddət müzakirələrdə əldə ediləcək irəliləyişdən asılı olacaq. İrəliləyiş olsa, hesab edirəm ki, 2009-cu ili tikinti meydançasının hazırlanması baxımından başlanğıc hesab etmək olar. Əks təqdirdə, bu məsələ 2010-cu ilə qədər uzana bilər. - Bəs Avstriya ilə qarşılıqlı əlaqələr necə inkişaf edir? Bu ölkənin prezidentinin Azərbaycana səfəri planlaşdırılmışdı. Niyə reallaşmadı? - Avstriyanın Avropa Birliyində sədrliyi qəbul etməsi, eləcə də bir sıra digər səbəblərdən səfər təxirə salındı. Bu il isə Azərbaycanın çoxlu işləri var. İki ölkə arasında xüsusən enerji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Bu səbəblə Avstriya rəhbərliyi ölkə prezidentinin Azərbaycana səfərinin təşkilini ciddi şəkildə nəzərdən keçirir. - Rusiya prezidentinin Azərbaycana səfəri "Nabucco" layihəsinin fəal iştirakçılarından biri kimi Avstriyanı narahat etmir ki? Azərbaycan öz təbii qazını Rusiyaya satarsa, nə baş verəcək? - Avstriya bu məsələdən qətiyyən narahat deyil. Məndə belə fikir yaranır ki, bu mövzuya Bakıda bir cür, Avropada isə başqa cür baxırlar. Orada məsələni dramatikləşdirmirlər. Avropa Birliyinin yanaşması belədir: təbii qaza olan böyük ehtiyac nəzərə alınaraq bütün boru kəmərləri layihələri mümkün sayılır və bunlar bir-birini istisna etmir. Avropanın təbii qaza ehtiyacı gündən-günə artır, hasilat isə azalır. Ona görə də Avropa narahatlıqla yeni enerji mənbələri axtarır və qarşısına çıxacaq bütün imkanlardan yararlanmağa hazırdır. Məsələn, Avstriyanın "Nabucco"da iştirak edən aparıcı şirkəti - OMW "Qazprom"la da, Azərbaycanla da eyni dərəcədə əməkdaşlıq etməyə hazırdır. Bizim iştirakımız isə iqtisadi maraqlarımızdan asılıdır - layihənin sərfəli olub-olmadığına biz özümüz qərar verəcəyik. Avropa elə şərtlər yaratmalıdır ki, biz bu layihədə iştirakın iqtisadi cəhətdən sərfəli olduğuna inanaq. -
07-10-2008, 04:21 PMAPAAzərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək[b]</span>
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin yaz və növbədənkənar sessiyasının başa çatması ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Birinci vitse-spiker sənədin indiyə kimi müzakirəyə çıxarılmamasını dünyada və regionda baş verən geostrateji dəyişikliklərlə əlaqələndirib. Z. Əsgərov deyib ki, sənəd qəbul olunarkən bütün reallıqlar nəzərə alınacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin parlamentdə müzakirə olunmaması ilə bağlı suala toxunan birinci vitse-spiker bu problemin həlli ilə əsasən dövlət başçısı və Xarici İşlər Nazirliyinin məşğul olduğunu bildirib: "Konkret razılaşma olarsa, biz bunu müzakirə edə bilərik. Predmetsiz müzakirə nəyə lazımdır?" "Təhsil haqqında" qanun layihəsinin beynəlxalq ekspertizaya verildiyini deyən Z. Əsgərov sənədin müzakirəyə çıxarılmaması ilə bağlı ajiotaj yaradıldığını bildirib: "Bu qanun layihəsinin qəbul olunmasını əngəlləyən heç bir qüvvə yoxdur. Sadəcə biz daha təkmil qanun qəbul etmək istəyirik". Parlament sədrinin birinci müavini "Alternativ xidmət haqqında" qanun layihəsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu qanun layihəsi də müzakirəyə hazırlanır: "Azərbaycan müharibə şəraitində olduğu üçün bu sənəd qəbul olunanda ölkənin reallıqları nəzərə alınacaq". -
07-10-2008, 04:31 PMAPAAmerikalı hakim: "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Amerikalı hakim: "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir"[b]</span>
[Bakı. Tamara Qriqoryeva - APA. "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Nyu-Yurk ikinci dairəsinin Apellyasiya Məhkəməsinin hakimi Con Uolker keçirdiyi mətbuat konfransına deyib. O, Azərbaycan məhkəmə sisteminin nümayəndələrinə məhz bu çağırışla müraciət edəcəyini söyləyib. C. Uolker bildirib ki, məhkəmə sisteminin siyasətdən kənar olması çox vacibdir və bu halda insanların məhkəmələrə inamı artar. Qonaq öz ölkəsinin hüquq sisteminin tam müstəqil olduğunu və hörmət qazandığını da vurğulayıb. Qeyd edək ki, ilk dəfədir Azərbaycana səfərə gələn C. Uolker buradan Gürcüstana yola düşəcək. -
07-10-2008, 04:41 PMAPATürkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Türkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb[b]</span>
[Ankara - APA. Rəsmi Ankara Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülə göndərdiyi məktubu alıb və hazırda dəvəti nəzərdən keçirir. APA-nın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında deyib. S. Sarkisyanın A. Gülü iki ölkə milli futbol komandalarının sentyabrda İrəvanda keçiriləcək matçına dəvət etməsi ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Ankara Ermənistan prezidentinin "iki ölkə arasında normal münasibətlərin qurulmasından başqa alternativ yoxdur və qarşılıqlı əlaqələrə yeni start verilməlidir" şəklində bəyanatından xəbərdardır: "Biz də bu fikirlə razıyıq. Ermənistandakı seçkilərdən sonra məktub mübadiləsi olmuşdu və eyni məqamlar vurğulanmışdı. Əgər doğrudursa, Sarkisyanın bu ifadələrini məmnuniyyətlə qarşılayırıq". Xatırladaq ki, Ermənistan prezidenti ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibəsində Abdulla Gülün onun dəvəti əsasında İrəvana gəlişinin iki ölkə münasibətlərinin simvolik startı olacağını söyləyib. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". -
07-10-2008, 04:51 PMAPAAlla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Alla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq[b]</span>
[Bakı. Ülkər Qasımova-APA. Rusiyanın xalq artisti Alla Puqaçova uzun müddətdir aralarında münasibətlərin olduğu söylənilən Maksim Qalkinlə ailə həyatı quracaq. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Maksim Qalkinin 32 yaşının qeyd olunduğu mərasimdə çıxış edən Alla Puqaçova "Mən səni heç kimə verməcəyəm və səni evləndirəcəyəm" deyərək, ona evlənmə təklifi edib. Maraqlıdır ki, yeni cütlüyü ilk təbrik edən Boris Moiseyev olub. Rusiya mətbuatının yazdığına görə, sevgililər 2001-ci ildə Flipp Kirkorov vasitəsilə tanış olublar. Qeyd edək ki, Maksim çoxdandır ki, Allanın evinin qonağı deyil. Belə ki, yumorist ötən ildən onun evində yaşayır və bütün bayramları bərabər keçirirlər. Bu ilin aprelində isə Maksim sevgilisinin ad gününə görə Almaniyada keçirilən qastrollardan imtina edib və bu addım ona böyük maliyyə itkiləri hesabına başa gəlib. Ailə qurmaq qərarını verən cütlük hazırda toy gününü və məkanı müəyyənləşdirirlər. -
07-10-2008, 05:01 PMAPAİrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya öz işi haqqında parlamentə məlumat verəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]İrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya öz işi haqqında parlamentə məlumat verəcək[b]</span>
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya fəaliyyətini davam etdirir.
[APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, rəhbərlik etdiyi komissiyaya görkəmli alim və ziyalıların daxil olduğunu bildirib: "Komissiya araşdırmalarını davam etdirir və parlamentin payız sessiyasında onun fəaliyyətinin nəticələri haqqında məlumat veriləcək". -
07-10-2008, 05:11 PMAPATürkiyəli ekspert: "ABŞ-ın İstanbuldakı konsulluğuna hücum çox səfeh şəkildə hazırlanmış terror aksiyasıdır"
<span style="color:#FF0000;font-size:18px;">[b]Türkiyəli ekspert: "ABŞ-ın İstanbuldakı konsulluğuna hücum çox səfeh şəkildə hazırlanmış terror aksiyasıdır"[b]</span>
[İstanbul. Mayis Əlizadə - APA. "ABŞ-ın İstanbuldakı Konsulluğuna qarşı terror aksiyası son dərəcə qeyri-professional şəkildə həyata keçirilib. Aksiyanın detalları bəlli olduqdan sonra terrorçuların başqa qüvvələr tərəfindən idarə edildiyi anlaşıldı. Təsəvvür edin ki, konsulluğu qoruyan polis nöqtəsinə 3 adam hücum edir, bir nəfər isə onları maşında gözləyir. Yəni terrorçular aksiya zamanı ölə biləcəklərini heç nəzərə almayıblar. Digər tərəfdən, ABŞ konsulluğu çox ciddi mühafizə olunur, terrorçuların ora girə bilməsi mümkün deyil. Kənardakı təhlükəsizlik bariyerlərini keçsələr belə, içəridə ikinci bariyer var. Fərz edək ki, ikinci baryeri də keçib konsulluğun həyətinə girdilər. Binaya daxil olmaq üçün iki liftdən istifadə etmək lazımdır. İçəridəki əməkdaşlar liftləri istənilən an dayandıra bilər". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbulun Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin terror məsələləri üzrə müşaviri Ərcan Çitlioğlu deyib. O, polis məntəqəsinə tapança və tüfənglə hücumü da axmaqlıq adlandırıb: "Belə bir hücumda avtomatik silahdan yox, tüfəngdən istifadə edilməsi terrorçuların nə qədər səfeh bir aksiya hazırladığını göstərir. Biz terror aksiyalarının hamısını məntiqdən kənar saysaq da, əslində hər aksiyanın özünə görə məntiqi var. Burada ABŞ konsulluğu hədəfə götürülüb və aksiyanın əks-sədası dünyaya yayılıb. Terrorçuların əsas məntiqi də budur. Bu, "Əl-Qaidə" terror təşkilatının bilavasitə planlaşdıraraq həyata keçirdiyi bir aksiya olmayıb. "Əl-Qaidə"nin manifestini qəbul etmiş müstəqil terror qruplarının aksiyasına daha çox bənzəyir. İntiqam hissi də rol oynaya bilər, çünki ölən terrorçulardan birinin uzun müddət Quantanamoda əsir qaldıqdan sonra sərbəst buraxıldığı məlum olub". Ekspertin fikrincə, Türkiyə bu hadisədən dərs almalıdır: "Əgər bir ölkə siyasi, iqtisadi və sosial sahələrdə zəifləyərsə, toplumda mövcud iqtidara qarşı etimadsızlıq yaranarsa, o ölkə terror aksiyaları keçirmək nöqteyi-nəzərindən ideal bir ölkə halına gələr. Ona görə də mən Türkiyədəki bütün qurumların və medianın bu olaydan dərs çıxarmalarını istəyirəm". -
07-10-2008, 05:21 PMAPAQusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir
<span style="color:#FF0000;font-size:18px;">[b]Qusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir[b]</span>
[Qusar. Solmaz Mehtiyeva-APA. Qusarın Qənərçay kəndində dünən gecə saatlarından başlayan torpaq sürüşməsi davam edir. APA-nın Şimal bürosunun məlumatına görə, artıq sürüşmə zonasında yerləşən evlərin sakinləri kəndin daha təhlükəsiz ərazisinə köçürülüblər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərindən köçürülən əhalinin müvəqqəti məskunlaşdırılması üçün kəndə çadırlar gətiriblər. Kəndə elektrik enerjisinin verilməsi hələ də bərpa edilməyib. Qeyd edək ki, dünəndən başlayan torpaq sürüşməsi nəticəsində Qənərçayda 6 ev tamamilə dağılıb, 25 evin divarlarında isə çatlar əmələ gəlib. -
07-10-2008, 05:31 PMAPAİranda 3 PKK terrorçusu məhv edilib
<span style="color:#FF0000;font-size:18px;">[b]İranda 3 PKK terrorçusu məhv edilib[b]</span>
[Van-Hakkari - APA. Türkiyənin Van bölgəsində 10 nəfər PKK terrorçusu təhlükəsizlik qüvvələrinin təqibindən qaçaraq İrana daxil olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçulardan 3-ü İran əsgərləri ilə döyüşdə öldürülüb, digərləri isə dağlıq ərazilərə qaça bilib. Hakkari rayonu ərazisində isə hərbi maşın karvanı keçərkən mina partlayıb. Partlayış nəticəsində 8 türk əsgəri yaralanıb.
