[b]Səid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib[b]
[Bakı. Hacı Zeynalov - APA. İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Səid Dadaşbəylinin və daha 14 nəfərin barəsində çıxarılan hökmdən Ali Məhkəməyə kasasiya şikayəti verilib. Bunu APA-ya S. Dadaşbəylinin vəkili Elçin Qənbərov deyib. Onun sözlərinə görə, cinayət işi Ali Məhkəmənin hakimi Nəriman Hüseynovun icraatına verilib.Qeyd edək ki, Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S. Dadaşbəyli və digərləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunaraq müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Azərbaycan Xəbərləri
Printable View

07-11-2008, 02:41 PMAPASəid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib

07-11-2008, 02:51 PMAPASabina Freyzer: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı"
[b]Sabina Freyzer: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ermənistanın yeni seçilmiş prezidenti və Azərbaycanın dövlət başçısının dialoq prosesini yenidən canlandırması mümkündür". Bu açıqlamanı APA-ya Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer verib.
[O, Ermənistanda hakimiyyət dəyişikliyinin bu ölkənin xarici siyasət kursuna o qədər də təsir etməyəcəyini bildirib: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətinə böyük dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı. Dialoq prosesini canlandıracaq kiçik dəyişikliklərin olması mümkündür. Danışıqlarda Azərbaycan və Ermənistan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın mümkün statusu ilə bağlıdır. Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini danışıqların baza prinsiplərinə daxil olunmasını istəyir, Azərbaycan isə qəti şəkildə bunun əleyhinə çıxır. Fikrimcə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini hər iki ölkə və xalq arasında qarşılıqlı etimad mühiti formalaşdıqdan sonrakı dövrə saxlamaq lazımdır". -
07-11-2008, 03:01 PMAPASabunçuda ər arvadını bıçaqlayıb
[b]Sabunçuda ər arvadını bıçaqlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Mirzə Məcidov həyat yoldaşı Təhminə Məcidovanı bıçaqlayıb. 3 saylı şəhər xəstəxanasına çatdırılan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. M. Məcidov polis əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. -
07-11-2008, 03:11 PMAPA"Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək
[b]"Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə hər il keçirilən "Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də baş tutacaq. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli APA-ya bildirib ki, müsabiqə üzrə sənəd qəbulu prosesi yekunlaşıb. Onun sözlərinə görə, təqdim edilən materialları qiymətləndirmək üçün münsiflər heyəti müəyyənləşib, qiymətləndirilmə gələn həftə başa çatacaq. Liqa sədri onlara beş nominasiya üzrə 40-a yaxın müraciətin daxil olduğunu deyib. Y. Məmmədli bildirib ki, birinci yerin sahibinə "Media açarı", diplom və 300 manat pul mükafatı, ikinci yerin sahibinə diplom və 200 manat pul mükafatı, üçüncü yerin sahibinə diplom və 100 manat pul mükafatı təqdim olunacaq. Hər il olduğu kimi bu il də "Media açarı"nın təqdimat mərasiminə "Azərsell Telekom" MMC şirkəti sponsorluq edəcək. Qeyd edək ki, tədbirin təşkilatçıları "Yeni Nəsil" Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, "Ruh" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsidir. Bu il "Media açarı" mükafatının təqdimat mərasimi 11-ci dəfə keçiriləcək. -
07-11-2008, 03:21 PMAPAƏli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb
[b]Əli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu günə təyin olunmuş apellyasiya şikayəti üzrə proses baş tutmayıb. Bu barədə APA-ya Ə. Kərimlinin vəkili Elçin Qəmbərov məlumat verib. Onun sözlərinə görə, prosesin təxirə salınmasına səbəb hakim Etibar Nəbiyevin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digər şəxslərin cinayət işi üzrə müşavirədə olmasıdır. Proses iyulun 16-na təyin olunub. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi AXCP sədri barəsində 1994-cü ildə Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı şikayəti təmin etməyib. Ə. Kərimli bu qərarın ləğv olunmasını istəyir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində cinayət işinin ləğv olunmadığı əsas gətirərək ona ümumvətəndaş pasportu verməkdən imtina edib. -
07-11-2008, 03:31 PMAPAAzərbaycanın səfir və konsulları cəbhə bölgəsində səfərdədir
[b]Azərbaycanın səfir və konsulları cəbhə bölgəsində səfərdədir[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının rəhbərləri bu gün Füzuli rayonuna səfər ediblər.
[APA-nın məlumatlarına görə, səfər Xarici İşlər Nazirliyində səfir və konsulların iştirakı ilə keçirilən müşavirə çərçivəsində keçirilir. Diplomatlar cəbhə xəttində yerləşən Füzuli rayonunun problemləri ilə tanış olacaq, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrə baş çəkəcəklər. Səfər sabah başa çatacaq. -
07-11-2008, 03:41 PMAPASabina Freyzer: "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir"
[b]Sabina Freyzer: "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir". Bunu APA-ya açıqlamasında Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer deyib. O, silahlı qarşıdurmadan dialoqa keçməyin önəmini vurğulayıb: "Gürcülər və osetinlər, gürcülər və abxazlar, eləcə də Gürcüstanla Rusiya arasında dialoqun bərpası vacibdir". S. Freyzer əmindir ki, problemləri yalnız dialoq yolu ilə həll etmək olar. -
07-11-2008, 03:51 PMAPABərdənin 13 kəndinə mavi yanacaq veriləcək
[b]Bərdənin 13 kəndinə mavi yanacaq veriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Bərdə rayonunun 13 kəndinə mavi yanacaq veriləcək. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Bərdə rayonundan olan deputat Zahid oruc bildirib. Deputat Bərdənin 13 kəndinə qaz xətti çəkildiyini və bu işlərin tamamlanmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, indiyə kimi Bərdə rayon mərkəzində 5400-dən artıq abonent qazla təchiz olunub. -
07-11-2008, 04:01 PMAPAElçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb
[b]Elçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanada saxlanılan və bu gündən aclıq aksiyasına başladığını bildirən Şirvan şəhər sakini Hüseynov Coşqun Mirbalabəy oğlu ilə görüşüb. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə ittiham olunan C. Hüseynov günahsız olduğunu və etiraz əlaməti olaraq aclığa başladığını deyib: "O, bildirdi ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi işə qərəzli yanaşır. Coşqun mənim xahişimi nəzərə alaraq aclığı dayandıracağını söylədi". E. Behbudov məsələ ilə bağlı bu gün daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. Hüquq müdafiəçisi həmçinin təcridxanada saxlanılan Biləsuvar rayon sakini, Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunan Cabir Həsənovla onun atasının müraciəti əsasında görüşüb. Komitə sədri təqsirləndirilən şəxsin saxlanma şəraitindən narazılığının olmadığını deyib. -
07-11-2008, 04:11 PMAPAŞimali Amerikanın ən iri məscidi ibadətə açılıb
[b]Şimali Amerikanın ən iri məscidi ibadətə açılıb[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Kanadanın Kalqari şəhərində Şimali Amerikanın ən iri məscidi olan "Baytun Nur" ibadətə açılıb. APA-nın məlumatına görə, açılış mərasimində Kanadanın baş naziri Stiven Harper də iştirak edib. Məscidin sahəsi 4300 kvadrat metrdir. İbadət evinə konfrans zalı, tədris korpusu və digər yardımçı binalar daxildir. "Baytun Nur"un inşasına 2005-ci ilin iyununda başlanıb. Tikintiyə 15 milyon dollar xərclənib. Bu məbləğin 8 milyonunu Kanadanın müsəlman icması verib.