[b]Misir Mərdanov: "Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Bu gün Beynəlxalq Universitetin bağlanmasından söhbət getmir. Biz bu universitetdə qayda-qanun yaradılmasına, xalqa xidmət eləməsinə və normal təhsil verməsinə çalışırıq. Təəssüf ki, bu universitetin rəhbərliyi, onun kollektivi bu barədə düşünmür. Bu gün yüzlərlə, minlərlə adam küçələrə düşüb diplom almaq istəyir, biz də bunun şahidiyik. Mən bu adamları, universitetin rəhbərliyini dəfələrlə qəbul etmişəm, amma təəssüf ki, onlar heç bir nəticə çıxartmır. Artıq bir neçə gündür ki, biz universitetin rektorunu tapa bilmirik. Biz onu tapmırıq ki, camaatın şikayətlərinə cavab versin". APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O, insanların bu universitetdən şikayətçi olduğunu, kimə müraciət etməli olduqlarını bilmədiyini söyləyib: "Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir. Onların problemlərinin əksəriyyəti yerlərdə həll olunmalıdır, amma təəssüf ki, bizim ölkəmizdə belə hadisələr baş verir. Lazım olsa, istənilən tədbiri görməyə hazırıq, amma bütün tədbirlərimiz vətəndaşların mənafeyinə yönəlib, kiminsə institutdan qovulmasına, diplom almamasına yox". Nazir bu universitetdə məhz hansı qayda pozuntularına yol verildiyinə də aydınlıq gətirib: "Bu universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı olmadan çoxlu sayda adamlar qəbul edilib. Biz isə dövlətin qurumu olaraq, bu adamların təhsilini haqlı olaraq qanunsuz hesab edirik. Valideynlər indi bizim yanımıza gəlirlər ki, bilməmişik, bizi aldadıblar. Bir daha müraciət edirəm ki, ölkədə bir qayda var, hamı da bu qaydaya əməl etməlidir". Nazir Beynəlxalq Universitetin Müstəqil Azərbaycan Universitetinin taleyinin təkrar etməsini istəmədiyini bildirib: "Böyük əziyyət çəkilib, bina təmir edilib, istəmərik universitetin fəaliyyəti dayandırılsın. Amma qayda-qanunlara əməl edilməsə, dövlətin borcudur ki, vətəndaşlarına xidmət göstərən təhsil müəssisəsinin fəaliyyətinə imkan yaratsın. Başqa fəaliyyətlə məşğul olanlar isə təhsil müəssisəsi ola bilməz". Nazir diplom ala bilməyən 90 tələbənin taleyi ilə də maraqlandıqlarını qeyd edib: "Biz çalışırıq ki, onlara güzəşt edək, amma gərək universitetin rəhbərliyi gəlsin, biz onlarla söhbət edək və güzəştə gedək".
Azərbaycan Xəbərləri
Printable View

07-09-2008, 06:31 PMAPAMisir Mərdanov: "Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik"

07-09-2008, 06:41 PMAPAMəhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib
[b]Məhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib[b]
[İstanbul - APA. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi iyulun 1-də həbs olunmuş, sonra sərbəst buraxılmış 8 nəfərin yenidən saxlanılması barədə prokuror Zəkəriyyə Özün vəsatətini təmin etməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmə aralarında "Tercuman" qəzetinin baş redaktoru Üfüq Böyükçələbi və "Cümhuriyyət" qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın da olduğu 8 nəfər haqqımda həbs-qətimkan tədbiri seçilməsinə ehtiyac görməyib. Bu şəxslər barəsində istintaq onlar azadlıqda ola-ola davam etdiriləcək. -
07-09-2008, 06:51 PMAPAİsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək
[b]İsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 22-də Misir prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin Bakıya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Cavid Ələkbərov məlumat verib. Onun sözlərinə görə, səfər işçi xarakteri daşıyır. Səfər çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair konkret layihələr müzakirə olunacaq. -
07-09-2008, 07:01 PMAPA"Azəri Star" müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur
[b]"Azəri Star" müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində ittiham olunan bir qrupun məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə 2006-cı ildə "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanov, Bakı sakinləri Təranə Muradova və Aygün İsayeva təqsirləndirilən şəxs qismindədirlər. Onlar Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.3-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar. İttihama görə, bu şəxslər gəlir əldə etmək məqsədilə qızları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyublar. -
07-09-2008, 07:31 PMAPAYusuf Halacoğlu: "Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram"
[b]Yusuf Halacoğlu: "Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram"[b]
İstanbul. Mayis Əlizadə-APA. "Ermənilər əvvəl-axır Türkiyə ilə münasibət yaratmaq məcburiyyətində qalacaqlar. Çünki yanlış yolda olduqlarını anlayacaqlar".
[Türk Tarix Qurumunun rəhbəri, professor Yusuf Halacoğlu Ermənistan prezidenti Serj Sərkisyanın Ankara son dialoq təklifini APA-nın Türkiyə bürosuna belə şərh edib. O, Türkiyə-Ermənistan münasibətlərində vəziyyətin dəyişdiyini bildirib: "İndi məsələyə başqa nöqteyi-nəzərdən baxmaq lazımdır. Daşnaklardan mənə ermənilərin Türkiyədə həyata keçirdiyi əsl soyqırımı araşdırmaq üçün təkliflər gəlir. Qondarma "erməni soyqırımı"nı Türkiyəyə qəbul etdirmək asan məsələ deyil. Ermənilərin öz tüpürdüklərini yalaması da asan iş deyil. Mən məsələni belə dəyərləndirirəm: Əgər ermənilər səmimidirsə, bu, qısa müddət ərzində məlum olacaq. Ermənistan Türkiyənin mövcud sərhədlərini tanımayana, Dağlıq Qarabağın işğalına son qoymayana kimi Serj Sərkisyanın səmimilinə inanmağım gəlmir". Yusuf Halacoğlu Bostondakı daşnak arxivlərini açmaq üçün daşnaklara 20 milyon vermək təklifini bir daha aydınlıq gətirib: "Mənim təklifim daşnakları çox narahat etdi. Çünki daşnaklar bizim işi bu qədər irəli aparacağımızı fikirləşməmişdilər. Çünki təklif olunan miqdar az pul deyil. Bu təklif daşnakları maraqlandıra bilər. Onlar bəzən hazır layihələr təklif edirlər. Mən isə bildirirəm ki, əvvəlcə bəzi şeyləri müzakirə etməyimiz lazımdır. Daha sonra hansı işləri görməyimizi qərarlaşdıra bilərik". Yusuf Halacoğlu analoji təkliflərin Ermənistandan deyil, Qərbdən gəldiyini bildirib: "Bilirsiniz ki, ermənilərin əsas diaspora komitələri Fransa və ABŞ-da yerləşir. Onların işə nə dərəcədə səmimi yanaşdıqlarını görəcəyik. Sərkisyanın da təklifinə bu kontekstdə yanaşırıq". -
07-09-2008, 08:21 PMAPAAzərbaycan Fövqəladə Hallar Nazirliyi sel aparan 6 nəfərin həyatını xilas edib
[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyi sel aparan 6 nəfərin həyatını xilas edib[b]
Nazirlik ölkədə baş verən sel və daşqınlarla bağlı açıqlama yayıbBakı. Elbrus Seyfullayev-APA. "Son günlər ölkədə havaların qeyri-sabit keçməsi, fasiləsiz yağan leysan yağışlar dağlıq və dağətəyi rayonların ərazisindən keçən çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
[Nəticədə bəzi rayonlarda sosial - ictimai obyektlərə, fərdi yaşayış binalarına, çayların üzərindəki körpülərə və müxtəlif təyinatlı yollara müxtəlif dərəcələrdə ziyan dəyib". Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin mətbuat xidməti şöbəsindən daxil olan məlumatda bildirilib. Məlumata görə, Gəncə, Göygöl, Daşkəsən, Şamaxı, Xaçmaz, Oğuz, Quba, Siyəzən, Hacıqabul rayonlarının bir sıra kəndlərində bəzi evlərin zirzəmi və həyətyanı sahələrinə su dolub. "Azərkörpü" MMC tərəfindən Gilgilçay çayı üzərində inşa edilən körpüdən keçən, həmin şirkətə məxsus olan "Niva" və "Şevrolet" markalı 2 avtomobili sel aparması nəticəsində isə eyni şirkətin 1 əməkdaşı həlak olub, 3 nəfər isə xəsarət alıb.Nazirliyin məlumatında bildirilib ki, Şamaxı şəhərində ötən gecə ərzində 20-yə yaxın evin zirzəmisinə və həyətyanı sahələrinə su dolub, Bakı-Şamaxı avtomobil magistralında gecə hərəkət tədricən məhdudlaşaraq tıxaclar yaranıb və 2 avtomobili sel aparıb. Bakı-Şamaxı avtomobil magistralının və Şamaxı şəhəri daxilində asfalt örtüklərinin bəzi hissələrində yol yuyulub. Sel sularının apardığı bir nəfər xilas edilib.Prezident İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonalarına Fövqəladə Hallar Nazirliyinin müxtəlif strukturlarının xeyli sayda xilasediciləri, texnika və canlı qüvvəsi cəlb edilib. Ümumilikdə Quba, Xaçmaz, Siyəzən, Şamaxı rayonlarında xilasetmə əməliyyatlarına 300 nəfər şəxsi heyət cəlb edilib.Pirsaat çayının daşması nəticəsində Hacıqabul rayon "Udulu 1" kəndində boğulma təhlükəsi ilə üzləşən 18-19 yaşlarında olan Şəhriyar və Taleh Əliyevlər Fövqəladə Hallar Nazirliyinin vertolyotu vasitəsilə xilas edilib.Siyəzən rayonunda isə 1982-cı il təvəllüdlü Gökhal Tatoğlu, 1971-ci il təvəllüdlü Ümid Hakim, 1975-ci il təvəllüdlü Maşallah Akbaba, 1960 - cı il təvəllüdlü Vəliyev Camal Osmanoğlu da FHN-nin vertolyotu ilə xilas edilib.Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezident İlham Əliyevin tapşırığı ilə Xaçmaz və Quba rayonlarında hadisə yerlərində olub, əraziyə baxış keçirib. Nazir vəziyyət barədə mütəmadi olaraq dövlət başçısı İlham Əliyevə məlumatlar verir. -
07-10-2008, 10:31 AMAPADərbənddə antiterror əməliyyatı keçirilib, ölən və yaralananlar var
[b]Dərbənddə antiterror əməliyyatı keçirilib, ölən və yaralananlar var[b]
Dərbənd - APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı şəhərdə terror aktı törətməyə hazırlaşan iki terrorçu öldürülüb.
[APA-nın məlumatına görə, əməliyyat Rusiya xüsusi xidmət orqanları üçün itkisiz ötüşməyib. Əməliyyatda iştirak edən milislərdən biri, eləcə də bir mülki şəxs (qadın) atışmada həlak olub, 12 yaşlı oğlan uşağı isə başından güllə yarası alıb. Öldürülən terrorçuların şəxsiyyətləri də artıq müəyyənləşdirilib. Bunlar Dərbənd sakinləri Mansur və Hacı Vəlibəyovlardır. Hadisə yerindən "Kalaşnikov" avtomatı, "Makarov" və TT tapançaları tapılıb. -
07-10-2008, 10:41 AMAPAİki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir
[b]İki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir[b]
[Bakı. Laçın Sultanova - APA. ABŞ konqresmenləri Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Nobel mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, onlar Qazaxıstan liderini nüvə silahlarının yayılmasına qarşı göstərdiyi xidmətlərə görə bu mükafata layiq sayırlar. Təşəbbüsün müəllifləri respublikaçı konqresmen Darrell İssa və demokrat konqresmen Çarl Malankondur. -
07-10-2008, 02:21 PMAPATiflis yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukrayna hərbçilərinin birgə təlimi keçirilir
[b]Tiflis yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukrayna hərbçilərinin birgə təlimi keçirilir[b]
Bakı. Laçın Sultanova, Məhbubə Qasımbəyli-APA. Tiflisin yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukraynadan olan hərbçilərin iştirakı ilə hərbi təlimlər keçirilir. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Avropada Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
["Təxirəsalınmaz cavab-2008" adı altında keçən təlimlər Vaziani hərbi bazasında keçirilir. Təlimlərin məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin birgə fəaliyyətini yüksəltmək, ABŞ hərbi qüvvələri və onların müttəfiqləri arasında anlaşma və əməkdaşlığa yardım etməkdir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, bu təlim əsasən ABŞ-la Gürcüstan arasında keçirilir və əvvəlcədən planlaşdırılan təlimdir. Onun sözlərinə görə, Gürcüstan tərəfi həmin təlimlərdə digər ölkələrin də iştirakını açıq elan edib: "Azərbaycan da həmin təlimlərdə iştirak edir. Təlimə Ermənistan da qatılıb. Amma bu, birgə təlim keçirilməsi anlamına gəlməməlidir". E. Sabiroğlu deyib ki, gələn il belə bir təlimin ABŞ-la Azərbaycan arasında keçirilməsi planlaşdırılır: "Bu zaman Azərbaycan münasib hesab etdiyi ölkələri həmin təlimlərə dəvət edəcək". -
07-10-2008, 02:31 PMAPASəfa Mirzəyev: "SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb"
[b]Səfa Mirzəyev: "SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "SSRİ dövründə əmanət bankına qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb". APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin yaz və növbədənkənar sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmanətlərin qaytarılması üzrə parlamentin tərkibində yaradılan İşçi Qrup fəaliyyətini davam etdirir. "Əmanətlərin qaytarılması ilə bağlı iki problem meydana çıxıb. Bunların birincisi, əmanətlərin həcminin çoxluğu, ikincisi isə bununla bağlı sənədlərin tam qaydasında olmamasıdır. Yəni, saxta sənədlər mövcuddur. Əmanətlərin həcmi çox olduğundan isə pullar mərhələ-mərhələ qaytarılmalıdır". Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə isə deyib ki, "Kapital Bank" əmanətlərin qaytarılması üçün mexanizm hazırlayır.