[b]İlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Bu ilin sonunadək Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Vətən müharibəsi əliləri və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq. APA-nın Naxçıvan bürosunun məlumatına görə, artıq bununla bağlı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi regionun bölgələrində ikiotaqlı fərdi yaşayış evlərinin tikintisi üçün təkliflər sorğusu elan edib. İnşa işlərinə isə avqust ayından başlanılması nəzərdə tutulur. Mənzillərdən 30-u Naxçıvan MR-in 7 rayonu üzrə kənd yaşayış məntəqələrində, 5-i Naxçıvan şəhərində, 1-i Kəngərli rayonunun Qıvraq qəsəbəsində inşa ediləcək.
Azərbaycan Xəbərləri
Printable View

07-09-2008, 04:31 PMAPAİlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq

07-09-2008, 04:41 PMAPABakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək
[b]Bakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin sonuna qədər Bakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. O bildirib ki, məsləhətləşmələr zamanı ikitərəfli və regional əməkdaşlıq, Azərbaycanın Avropa məkanına inteqrasiyası, enerjin məsələləri müzakirə ediləcək. Qeyd edək ki, bundan əvvəlki məsləhətləşmələr Vyanada keçirilib. Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. -
07-09-2008, 04:51 PMAPAİrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək
[b]İrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək. Teatrın direktoru İftixar Piriyev APA-ya deyib ki, onun eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın rejissoru Vaqif Əsədov, rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada teatrın aktyorları ilə yanaşı, Rus Dram Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Dağıstan və Gürcüstan aktyorları da iştirak edir. Hazırda isə teatrın yaradıcı kollektivi Qax, Göyçay, Ağdaş, Mingəçevirdə qastrol səfərindədir. Səfər çərçivəsində yaradıcı truppa Ağarəhim Rəhimovun "Əsgər anası" tamaşasını nümayiş etdirirlər. Bu ayın sonuna kimi kollektiv eyni tamaşa ilə İsmayıllı, Şəki və Qəbələdə də çıxış edəcək. -
07-09-2008, 05:01 PMAPALeysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub
[b]Leysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub[b]
Şamaxı. Hafiz Heydərov-APA. Ötən gün yağan güclü leysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub. Şamaxı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidovun APA-ya verdiyi məlumata görə, rayon ərazisində çayların səviyyəsinin qalxması nəticəsində bütün kəndləri su basıb, yüzlərlə evin zirzəmisi su altında qalıb.
[Rayon ərazisində bütün magistral və rayon daxili yollar tamamilə yararsız vəziyyətə düşüb. Sel suları çaylar üzərində bütün körpüləri yuyub aparıb. Şamaxı rayon icra hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb, komissiya təbii fəlakət nəticəsində rayona dəyən ziyanı müəyyənləşdirir. Ağamustafa Vahidov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayon rəhbərliyi ilə mütəmadi əlaqə saxladığını, vəziyyəti müzakirə etdiyini deyib. Fövqəladə hallar nazirinin tapşırığı ilə nazirliyin 4 yüksək vəzifəli şəxsi Şamaxıya ezam olunublar. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş davam edir. -
07-09-2008, 05:11 PMAPAPirşağının "Qum hamamı"nda bərpa işləri aparılır
[b]Pirşağının "Qum hamamı"nda bərpa işləri aparılır[b]
[Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Sabunçu rayonunun Pirşağı kəndində yerləşən Qum hamamında bərpa işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamın konservasiyasına cari ilin aprelindən başlanılıb. Hamam yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Hamamın binası Pirşağı kəndinin sakini Hacı Şahverdi tərəfindən XIX əsrdə inşa edilib. Memarlıq abidəsinin mühafizə edilməsi məqsədilə divarların konservasiyası və hörgünün inyeksiya ilə gücləndirilməsi, dam örtüyünün hidroizoləediciliyini nəzərə almaqla bərpası, günbəzlərin bərpası, abidənin ərazisinin hasarlanması və abadlaşdırılması nəzərdə tutulur. -
07-09-2008, 05:21 PMAPAABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların "Əl-Qaida" üzvü olduqları bildirilir
[b]ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların "Əl-Qaida" üzvü olduqları bildirilir[b]
[İstanbul - APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların məqsədi içəri keçmək olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, "Ford Focus" markalı avtomobildən düşən, tapança və tüfənglə silahlanmış 4 saqqallı şəxs konsulluğun giriş qapısına doğru irəliləməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin qapıda dayanan amerikalı əməkdaşları içəri giriblər. Türk polisləri isə terrorçulara müqavimət göstəriblər. Terrorçulardan 3-ü öldürülüb, digəri isə yaxınlaşan avtomobilə minərək olay yerindən qaçıb. 25-30 yaşlarında olan terrorçuların "Əl-Qaida" üzvü olduqları güman edilir. Öldürülən terrorçuların üzərindən dua kitabları çıxıb. Onlardan 2-nin daha əvvəl Əfqanıstana gedib-gəldikləri müəyyənləşdirilib. -
07-09-2008, 05:31 PMAPAMəzahir Pənahov: "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var"
[b]Məzahir Pənahov: "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Proses gedər, ədalətli qərar çıxarılar". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazovun MSK sədri və bu qurumun digər məsul şəxslərinə qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddiaya münasibət bildirərkən deyib. O, məsələyə qanunun tələblərinə uyğun şəkildə baxılacağını söyləyib: "Qanuni baxımdan əvvəlcədən münasibət bildirməyə ixtiyarım yoxdur. Ümumi fikir bildirmək isə düzgün olmazdı". Qeyd edək ki, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri E. Namazov seçki qanunvericiliyinin pozulması, seçkiqabağı kampaniyanın başlanmasının vaxtında elan olunmaması ilə əlaqədar məhkəməyə müraciət edib. -
07-09-2008, 05:41 PMAPAMSK sədri: "Prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq"
[b]MSK sədri: "Prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Beynəlxalq müşahidəçilərin seçkilərə dəvət edilməsi qanunla tənzimlənir. Azərbaycanda üç qurumun beynəlxalq müşahidəçi dəvət etmək hüququ var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Amma biz birbaşa seçki ilə məşğul olan qurumları dəvət etməyə üstünlük veririk. Müşahidəçilərin dəvət edilməsində də heç bir problem olmayacaq. Hər bir halda əvvəlki seçkilərdə müşahidə missiyasını həyata keçirən qurumlar bu dəfə də seçkiləri müşahidə etməyə dəvət olunacaq". APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, prezident seçkisində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq. MSK sədri Azərbaycanda mövcud seçki qanunvericiliyi və resursları ilə demokratik seçki keçirməkdə heç bir problemin olmayacağını da qeyd edib. Onun sözlərinə görə, seçki ilə bağlı cəmiyyətin anlayışında müsbət yeniliklərə də nail olunub: "Yerli icra strukturlarının seçki proseslərinə müdaxiləsi ilə bağlı deyilənləri ümumiləşdirmək düzgün deyil. Məsələn, elə icra başçıları var ki, seçki komissiyalarının fəaliyyəti haqda onlara məruzə olunmalı olduğunu düşünür. Amma elələri də var ki, öz vəzifəsini bilir. Hər halda seçkilərə münasibət dəyişib. Ola bilsin ki, kimsə nə isə etməyə çalışsın. Hər bir halda nəticəyə təsir edən problem aradan qaldırılır və ya seçki dairəsinin nəticəsi ləğv edilir". M. Pənahov namizədlərin təbliğat-təşviqat plakatlarının yayılması ilə bağlı məsələyə də münasibət bildirib: "Seçki reklamları ilə bağlı məsələ Seçki Məcəlləsində öz əksini tapıb. Bakının və digər şəhərlərin tarixi binalarının fasadları seçki plakatları vasitəsilə eybəcər vəziyyətə salınır. Mətbuatda da bu barədə narazılıqlar öz əksini tapıb. Bununla bağlı qanunvericiliyə uyğun olaraq, xüsusi lövhələr hazırlanıb və Dairə Seçki Komissiyalarına paylanır. Tarixi binalar qorunmalıdır və bu mənada həmin məsələ ilə bağlı etiraz olmamalıdır". -
07-09-2008, 05:51 PMAPASerj Sarkisyan: "Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq"
[b]Serj Sarkisyan: "Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq"[b]
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. APA-nın məlumatına görə, ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibə verən S. Sarkisyan bildirib ki, sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqlar var. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". S. Sarkisyan xatırladıb ki, Türkiyə prezidenti Abdulla Gül onu ilk təbrik edənlər sırasında olub, baş nazir Rəcəb Tayyib Ərdoğan isə bu addımı dialoq üçün yeni qapı kimi qiymətləndirib. Onun sözlərinə görə, bir çox erməni İrəvandan İstanbula və Antalyaya çarter reyslərindən istifadə edir, bunda başqa, Ermənistandan Gürcüstan ərazisi ilə avtobus və taksilər Türkiyəyə gedir, hətta konteynerlərlə qarşılıqlı ticarət də həyata keçirilir: "Ermənistan və Türkiyə daimi rəqib ola bilməz". -
07-09-2008, 06:01 PMAPA"Şərur yallısı" Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib
[b]"Şərur yallısı" Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Yunanıstanın paytaxtı Afinada UNESCO-nun xətti ilə XXII beynəlxalq rəqs simpoziumu keçirilib. Simpoziumda ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Bu barədə APA-ya simpoziumda ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullayeva məlumat verib. Onun sözlərinə görə, bu ilki simpozium milli rəqslərlə bağlı olub: "Simpoziumda dünyanın bir çöx ölkələri, eyni zamanda Afrika, Hindistan, Amerikadan da mütəxəssislər iştirak edib. Bir neçə gün davam edən tədbirdə hər xalqın nümayəndəsi öz milli rəqsini nümayiş etdirib. Orada iştirak edən alimlər məruzə ilə, rəqqaslar ilə rəqslə milli rəqsləri haqda simpozium iştirakçılarını məlumatlandırıblar. Ancaq Azərbaycanda təkcə mən alim qismində həmin simpoziumda iştirak edirdim". G. Abdullayeva deyib ki, simpoziumda "Azərbaycan folklor rəqslərinin bəzi xüsusiyyətləri" adlı məruzə ilə çıxış edib. Məruzə edərkən isə böyük ekranda Azərbaycanın milli rəqsi olan "Şərrrur yallısı" nümayiş etdirilib: "Hər bir ölkə təmsilçisi rəqqaslarla milli rəqslərini göstərsələr də, mən bunu canlı şəkildə göstərə bilmədim. Çünki bu addımımı Mədəniyyət və Turizm Nazirliyi dəstəkləmədi. Çox istərdim ki, bu məsələyə ciddi baxılsın. Bu gün bizim milli rəqslərimizin bədnam qonşularımızın tərəfindən oğurlanması da məhz bu cür laqeyd münasibətdən irəli gəlir. Əgər biz dünya ictimaiyyəni milli rəqslərimizlə tanış etsək bu cür hallar da baş verməz". BMA prorektoru bu məsələyə laqeyd yanaşılmamaq və gələn ildə keçirilən bu simpoziumda Azərbaycanın layiqli təmsil olunması üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcək.