[b]Türkiyənin müdafiə sənayesi kompleksi şirkətləri Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır[b]
Bakı-APA. Türkiyə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi müşaviri Murad Bayarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, nümayəndə heyəti həftənin sonuna qədər Bakıda olacaq.
[Bu gün Türkiyə nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində görüşlər keçirib. Nümayəndə heyətindən APA-ya verilən məlumata görə, görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Sabah isə nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərində görüşləri planlaşdırılır. Azərbaycanda olacaqları müddətdə Türkiyə nümayəndə heyəti Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarda da görüşlər keçirəcək. Qeyd edək ki, nümayəndə heyətində ASELSAN, Roketsan, FNSS Savunma Sistemleri A.Ş., Havelsan, Yonca-Onuk və s. şirkətlərin rəsmiləri təmsil olunurlar.
Azərbaycan Xəbərləri
Printable View

07-09-2008, 01:11 AMAPATürkiyənin müdafiə sənayesi kompleksi şirkətləri Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır

07-09-2008, 01:21 AMAPAAzərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib
[b]Azərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Xaçmaz rayonunun Hacıqurbanoba kəndi Qudyalçayın daşması nəticəsində sel sularının altında qalıb. APA-nın şimal bürosunun məlumatına görə, kəndin bir hissəsində sel suları evlərin zirzəmilərini və birinci mərtəbələri, həmçinin tövlələri basıb. Kəndə texnika gətirilib, əhalinin bir hissəsinin evokuasiyasına başlanılıb.
[Rayon İcra Hakimiyətinin nümayəndələri, fövqəladə hallar komissiyasının üzvləri ərazidədirlər.Büronun məlumatına görə, rayon mərkəzində Ruhulla Axundov küçəsində də 6-7 evin zirzəmisini də su basıb. Bu evlərdən üçündə vəziyyət daha pisdir. Bu evlərin çokmə təhlükəsi var. Xaçmaz rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun çay kənarlarındakı kəndləri nəzarət altındadır. Rayonda bütün müəssisələr gücləndirilmiş iş rejiminə keçiblər. Quba rayonunda isə bir neçə kəndlə əlaqə tamamilə kəsilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov deyib ki, Susayqışlaq, Nügədiqazmalar, Təngəaltı, Alpan kəndlərinə gedən körpülər dağılıb: "Xınalıq yolunda bir neçə körpü də dağılıb. Atuc kəndini su basma təhlükəsi var. Hazırda həmin ərazini nəzarətdə saxlayırıq. Texnikanın bir hissəsi burda gözləyir". Y. Abidov onu da deyib ki, rayon mərkəzində yerləşən Gənclər qəsəbəsində Vəlvələçay məcrasından çıxıb. Ona görə də həm də bu ərazi nəzarətdə saxlanılır. Rayonda bir neçə işıq dirəyini sel suları apardığından kəndlərə elektrik enerjisinin verilişində problemlər yaranıb. -
07-09-2008, 01:31 AMAPADaşkəsəndə batalyon komandirini sel aparıb
[b]Daşkəsəndə batalyon komandirini sel aparıb[b]
Daşkəsən. Nəzakət Ağayeva-APA. Bu gün Daşkəsən rayonunda N saylı hərbi hissənin batalyon komandiri Rəsul Məmmədovu sel suları aparıb. APA-nın Qərb bürosunun məlumatına görə, batalyon komandiri rayonunun Zivlən kəndinin ərazisində Zivlən çayını atla keçərkən sel sularına qərq olub.
[Onun meyitinin tapılması hələlik mümkün olmayıb. Çayda sel və daşqın olduğundan R. Məmmədovun axtarışları nəticə vermir. Göygöl və Daşkəsən rayon polis şöbələrinin əməkdaşlarının bir neçə saatdır ki, apardıqları axtarışlar hələ nəticə verməyib. -
07-09-2008, 01:41 AMAPAAğsu aşırımı bağlanıb
[b]Ağsu aşırımı bağlanıb[b]
[Şamaxı. Hafiz Heydərov-APA. Dünəndən başlayan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində problemlər yaradıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağışların leysan xarakteri alması Şamaxı rayonunda problemlər yaradıb. Hadisə nəticəsində küçələri su basıb, təxminən 50-60 evin zirzəmisi su altında qalıb, magistral və rayondaxili yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin bölgədəki bütün xidmətləri əraziyə cəlb olunublar. Hazırda küçələrdə və evlərin zirzəmilərində suların çəkilməsi prosesi aparılır. Rayon mərkəzinə yaxın ərazilərdə və avtovağzalda bir neçə maşın su altında qalıb. Artıq həmin maşınlar xilas edilib, xəsarət alan olmayıb.Şamaxı Mərkəzi rayon Xəstəxanasının zirzəmisinə də sel suları yığılıb. Hazırda ərazidə yenidən intensiv yağış başlayıb. Şamaxı RİH-dən onu da bildiriblər ki, yağışlar və sel suları ilə bağlı Ağsu aşrımında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. -
07-09-2008, 10:21 AMAPASalyanda bəy toyunda öz qardaşını qətlə yetirib
[b]Salyanda bəy toyunda öz qardaşını qətlə yetirib[b]
Salyan. Əlibəy Zeynalov-APA. Salyanda keçirilən toy məclisində bəy öz qardaşını qətlə yetirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsindən məlumat verilib.
[Hadisə bu gecə saat 23.00 radələrində Salyan rayonunun "Billur" şadlıq sarayında baş verib. Salyan rayonu Qarağaclı kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Məmməd Gülağa oğlu öz toyunda qardaşı 1978-ci il təvəllüdlü Kərimov Müşfiq Gülağa oğlunu ailə münaqişəsi zəminində şadlıq sarayının mətbəxində bıçaqla vuraraq öldürüb. Müşfiq Kərimovun hadisə yerindəcə dünyasını dəyişib. Münaqişədə qolundan yaralanan bəy Salyan rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır. -
07-09-2008, 10:31 AMAPAGəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub
[b]Gəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə saxta sənəd düzəldən şəhər sakini həbs olunub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, 37 yaşlı Zəkiyyə Sevindik qızı Həmzəyeva saxta sənədlər hazırladığına görə saxlanıb. Saxlanan şəxsin uzun müddət vətəndaşları aldadaraq onlara saxta şəxsiyyət vəsiqəsi və ölüm kağızı verdiyi ehtimal olunur. İstintaq orqanları hələlik 5 nəfərə saxta şəxsiyyət vəsiqəsi və 1 nəfərə isə ölüm kağızı verildiyini müəyyənləşdiriblər. Bundan başqa Zəkiyyə Həmzəyevanın hazırladığı saxta vəsiqələrlə bankdan külli-miqdarda kredit götürdüyü də müəyyənləşib. Faktla bağlı Cinayət Məcəlləsinin 320.1 və 178-ci maddələri ilə cinayət işi başlanıb. -
07-09-2008, 10:51 AMAPAABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib
[b]ABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib[b]
[Vaşinqton-APA. ABŞ administrasiyası qanunsuz nüvə silahlanması prosesində iştirakı ehtimal edilən altı İran rəsmisi və beş şirkətə qarşı sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, sanksiya tətbiq olunan şəxslər sırasında İran nüvə texnologiyasının müəllifi Möhsün Fəxrizadə-Mahabadi də var. Tətbiq olunan sanksiyalar adı çəkilən şəxslərin və şirkətlərin ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur. Bundan başqa sanksiyalara əsasən, ABŞ vətəndaşları bu şəxs və şirkətlərlə hər hansı formada əməkdaşlıq edə bilməzlər. -
07-09-2008, 11:01 AMAPAErmənilər Tovuz, Füzuli və Ağdam istiqamətlərində atəşkəs rejimini pozublar
[b]Ermənilər Tovuz, Füzuli və Ağdam istiqamətlərində atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini yenidən pozublar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 8-də saat 19.55-dən 20.10-dək və saat 21.30-dan 21.45-dək fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 23.10-dan 23.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.20-dək Ağdamın Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-09-2008, 11:11 AMAPAMoskva ətrafında kriminal "sxodka" dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb
[b]Moskva ətrafında kriminal "sxodka" dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb[b]
Moskva - APA. Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin əməkdaşları son illərin ən böyük kriminal "sxodka"sını dağıdıblar.
[APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet yaxalanıb. Onlardan 39-u "qanuni oğru"dur. Əməliyyatda vertolyotlardan da istifadə edilib. Milisin versiyasına əsasən toplantıda iki cinayətkar klan arasında münaqişə müzakirə edilirmiş. Yaxalananlar arasında məşhur gürcü avtoritet Tariyel Onianinin adamlarının olduğu da bildirilir. 1952-ci il təvəllüdlü T. Oniani ilk dəfə 17 yaşında olarkən quldurluq və oğurluq üstündə məhkum edilib. Ümumilikdə 8 dəfə həbsxanada yatıb. Ötən əsrin 80-ci illərində Moskvanın ən nüfuzlu kriminal avtoriteti sayılan T. Oniani sonra Fransaya və İspaniyaya köçüb. Bir neçə il əvvəl İspaniya hüquq-mühafizə orqanlarının çirkli pulların yuyulmasına qarşı keçirdiyi iri miqyaslı əməliyyat zamanı qaçmağa nail olsa da, onun qızı həbs olunub. -
07-09-2008, 01:31 PMAPAAzərbaycan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan texnikaya maraq göstərir
[b]Azərbaycan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan texnikaya maraq göstərir[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiyanın Nijnı Tagil şəhərində iki sərgi açılıb. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunlardan biri silah, digəri isə müdafiə və mühafizə üzrə sərgidir. Tədbirlərə Azərbaycan da daxil olmaqla, 50 ölkədən nümayəndələr qatılıb. Azərbaycan nümayəndə heyətinin fövqəladə halların səbəb olduğu nəticələrin aradan qaldırılmasında istifadə edilən texnikaya maraq göstərdiyi bildirilir. Sərgilər iyulun 12-nə kimi davam edəcək.