[b]Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Astananın 10 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün bu gün Qazaxıstana gedib.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təntənəli mərasimlərdə iştirakla yanaşı, sabah keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə də qatılacaq.
Azərbaycan Xəbərləri
Printable View

07-05-2008, 01:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib

07-05-2008, 02:01 PMAPAAzərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib
[b]Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağı keçirilib. APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinin binasında keçirilən tədbirdə birliyin rəhbəri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov çıxış edib.
[Ələddin Cəfərov çıxışında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, qurumun fəaliyyəti barədə danışıb. Birlik sədri islahatlar çərçivəsində Dünya Bankı ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında məhkəmələrin müasirləşdirilməsi layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, layihəyə uyğun olaraq Azərbaycanda 17 yeni məhkəmə binasının tikilməsi, bir sıra məhkəmə binalarının təmiri nəzərdə tutulub. Ə. Cəfərov hazırda İctimai Birliyin 185 üzvünün olduğunu deyib. O, birlik üzvlərinin aylıq üzvlük haqlarının 5 manat olduğunu nəzərə çatdırıb və qeyd edib ki, hazırda hesabda 6575 manat vəsait toplanıb ki, bu da qurumun tədbirlərinin keçirilməsinə sərf olunacaq. Daha sonra İctimai Birliyinin sədri və qurumun İdarə Heyətinin üzvləri seçilib. Ə. Cəfərov yenidən İctimai Birliyinin sədri seçilib. Birlik üzvlərinin sayının artmasını nəzərə alan yığıncaq iştirakçıları İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklifini dəstəkləyiblər. Birliyin 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Nəsimi rayon Məhkəməsinin hakimi Aygün Abdullayeva, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov, Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənov, Şəmkir rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, Siyəzən rayon Məhkəməsinin sədri İlqar Quliyev, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov, Kəpəz rayon Məhkəməsinin hakimi Toğrul Əliyev, Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyev, Naxçıvan məhkəməsinin hakimi Əli Allahverdiyev İdarə Heyətinə üzv seçiliblər. Daha sonra toplantı iştirakçıları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi layihəsi ilə bağlı müzakirələr aparıblar. Birliyin üzvü Elçin Qurbanov qurumun məcəllə ilə bağlı təkliflər layihəsi barədə məlumat verib. Təkliflər üzərində iş aparmaq üçün İşçi Qrupun yaradılması qərara alınıb. Toplantıda məhkəmələrdə yeni informasiya texnologiyalarından istifadə olunması barədə məsələ də müzakirə olunub. Birlik üzvü, Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov məhkəmələrdə elektron baza proqramlarının yaradılması barədə məlumat verib. Onun sözlərinə görə, yeni elektron baza proqramı məhkəmələrə daxil olan işlərin qeydiyyatını, hakimlərin icraatında olmasını, nəticələri, işlərlə bağlı verilən apelyasiya, kassasiya şikayətləri barədə məlumatları özündə əks etdirməyə imkan verir. Birlik üzvü deyib ki, hazırda Bakı məhkəmələrindən bəziləri bu proqramla işləsələr də, bir sıra məhkəmələr (Qaradağ, Səbayel, Nizami) indiyə kimi müasir sistemdən istifadə etmirlər. Birlik rəhbərliyi bütün məhkəmələrin bu proqramdan istifadə etməsinin zəruriliyi barədə tövsiyələrini açıqlayıb. -
07-05-2008, 02:11 PMAPAQazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək
[b]Qazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin oktyabr-noyabr aylarında Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin Qazaxıstanın Aktau şəhərində yığıncağı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov qurumun bu gün keçirilən toplantısında bildirib. Onun sözlərinə görə, sədri olduğu birlik də toplantıya dəvət olunub. Ə. Cəfərov deyib ki, toplantının iyun ayında keçirilməsi nəzərdə tutulsa da, İran İslam Respublikasının təklifi ilə vaxt dəyişdirilib. Toplantıda Xəzəryanı dövlətlərin hakimlərinin ictimai birlikləri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunması, memorandum imzalanması nəzərdə tutulub. Ə. Cəfərov deyib ki, sədri olduğu qurum Beynəlxalq Hakimlər Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində sentyabr ayında keçiriləcək toplantısına müşahidəçi qismində dəvət olunub. Onun sözlərinə görə, toplantı iştirakçılarının Eçmiəzdində yerləşən dini mərkəzə, 1915-ci ildə həlak olan ermənilərin xatirəsinə ucaldılan "soyqırımı" abidəsinə ziyarətlərinin də təşkili nəzərdə tutulub. Birlik sədri belə bir toplantıda iştirak edib-etməmək barədə müzakirələr aparılandan sonra qərar veriləcəyini bildirib. Ə. Cəfərov deyib ki, sədri olduğu birlik Beynəlxalq Hakimlər Birliyinə üzv olmaq üçün iki il əvvəl müraciət etsə də, qurumun toplantısına iki ildən sonra müşahidəçi qismində dəvət alıblar. -
07-05-2008, 02:21 PMAPABiləsuvar sakini minaya düşüb
[b]Biləsuvar sakini minaya düşüb[b]
[Biləsuvar-APA. Biləsuvar rayon sakini Şadman Fərzəliyevin idarə etdiyi "Belarus" markalı traktor Xocavənd rayonundakı "Haramı" düzündə əkin sahəsini şumlayan zaman minalanmış sahəyə düşüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, adı çəkilən şəxs baş vermiş partlayış nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:31 PMAPA"Qum adası" NQÇİ-nin işçisi dənizdə boğulub
[b]"Qum adası" NQÇİ-nin işçisi dənizdə boğulub[b]
[Bakı-APA. "Qum adası" neft-qazçıxarma idarəsinin işçisi Zakir Axundov dənizdə boğulub. BU barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, adı çəkilən şəxs ehtiyatsızlığı üzündən dənizə yıxılıb və onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:41 PMAPABərdədə məişət qaz balonunun parlaması nəticəsində bir nəfər ölüb
[b]Bərdədə məişət qaz balonunun parlaması nəticəsində bir nəfər ölüb[b]
[Bərdə-APA. Bərdə rayon sakini Mübariz Abbasovun evində məişətdə istifadə olunan qaz balonu partlayıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Partlayış nəticəsində Mübariz Abbasov və həyat yoldaşı Südabə Abbasova xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Südabə Abbasovanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:51 PMAPABakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb
[b]Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb[b]
[Bakı-APA. Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Hüseyn Mikayılov evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub. O, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. -
07-07-2008, 11:11 AMAPAMəmməd Nazimoğlu vəfat edib
[b]Məmməd Nazimoğlu vəfat edib[b]
Tanınmış jurnalist Məmməd Nazimoğlu vəfat edib. APA-nın məlumatına görə, o, doğulduğu Ağdaş rayonunun Nemətabad kəndində dəfn ediləcək.
[O, dünən koma vəziyyətində Bakıdakı 4 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər isə komadan ayılmayıb. Qeyd edək ki, Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar mayın 23-də İstanbul Memorial Xəstəxanasına aparılmışdı. Orda müayinə və müalicə kursu keçəndən sonra vətənə qayıdan jurnalist müalicəsini Ağdaşda davam etdirirdi. Dünən o, Bakıya qayıdıb və qəfildən səhhəti yenidən pisləşib. -
07-07-2008, 11:31 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Antalyada "İpək Yolu-2008" generallar və admirallar üçün seminar keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmçinin Bakıda "Qırmızı Xaç Komitəsi tərəfindən beynəlxalq humanitar hüquq üzrə" təlim kursu (07-11 iyul), Azərbaycan-İordaniya birgə komissiyasının görüşü (13-18 iyul), Hamburq şəhərində HDQ ilə tanışlıq (08-10 iyul), Brüsseldə Azərbaycanın FTƏP üzrə qiymətləndirmənin 26+1 formatında yekun iclası (09 iyul), Rusiyanın Nijnı Taqil şəhərində Rusiya silahlanma sərgisi (09-12 iyul) keçirilir. Bundan başqa Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankarada Hərbi Hava Qüvvələrinin əməkdaşlıq toplantısı (07-09 iyul), İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kurs kursantlarının "Açıq Dəniz" təlimi, Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda Müdafiə Nazirliyinin mülki işçilərinin vəzifə strukturunun inkişaf etdirilməsi üzrə məsləhətləşmələr, Predeal şəhərində "Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar" kursu keçirilir. Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Pişəvər şəhərində "Ləpirçi" kursu, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Hərbi tədarüklər üzrə idarəetmə" mövzusunda seminar keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
07-07-2008, 11:41 AMAPAKinoaktrisa Nonna Mordyukova vəfat edib
[b]Kinoaktrisa Nonna Mordyukova vəfat edib[b]
[Moskva-APA. SSRİ xalq artisti, məşhur kinoaktrisa Nonna Mordyukova 83 yaşında vəfat edib. APA-nın məlumatına görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktrisa bu səhər Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Qeyd edək ki, Nonna Mordyukova "Gənc qvardiya", "Balzaminovun evliliyi", "Ana", "Brilyant əl", "İki nəfər üçün vağzal" və başqa filmlərində unudulmaz obrazlar yaradıb. Böyük Britaniyada nəşr olunan "Kim kimdir" ensiklopediyasının Redaksiya Şurasının qərarı ilə Nonna Mordyukovanın adı 20-ci əsrin ən görkəmli 10 kinoaktrisasının siyahısına daxil edilib.