[b]Moskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Moskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib. APA-nın məlumatına görə, bu gün istifadəyə verilən metro qatarına daxil olan sərnişinlər məşhur ədəbi personajların, kitab illüstrasiyalarının və ədəbi yaradıcılıq nümunələrinin sehrinə düşürlər. Belə ki, qatar içəridən və bayırdan ədəbi qəhrəmanların rəsmləri və məşhur əsərlərdən parçalarla bəzədilib. Qeyri-adi qatarın sərnişinləri hər gün adət etdikləri reklamların əvəzinə çağdaş ədəbiyyat nümunələri ilə tanış olacaq, maraqlı məlumatlar ala biləcəklər. Qeyd edək ki, qatar ilk olaraq Sokolniçiy stansiyası ilə Kropotkina stansiyası arasında hərəkət edəcək.
Azərbaycan Xəbərləri
Printable View

05-31-2008, 01:21 PMAPAMoskva metrosunda "Oxuyan Moskva" adlı qatar istifadəyə verilib

05-31-2008, 01:31 PMAPASabah X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək
[b]Sabah X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, festivalda 10-a yaxın ölkə iştirak edəcək. Festivalın 10 illik yubileyində Fransadan Georgiy Branyev (ssenarist), İsraildən Efraim Abramov (ssenarist), Polşadan rejissorlar Ancey Yakimovski, Kşiştov Zanussi, Estoniya prodüseri Erika Laansalu, Estoniya aktrisası Valdma Viyre, Latviyadan rejissor Yuris Poşkus, aktyor Andis Strods, Belarusdan kino tənqidçisi Anton Sidorenko, Qırğızıstandan rejissor Ernest Abdıjaparov, aktrisası Asema Toktobekova və digər ölkələrin tanınmış kino xadimləri iştirak edəcək.Qeyd edək ki, qonaqlar bu gün Bakıya təşrif buyuracaqlar. İyunun 7-nə kimi davam edəcək "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya), "Dost" (Azərbaycan) "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. 7 günlük film festivalında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində Polşanın tanınmış kinorejissoru Kşiştov Zanussinin filmlərinin retrospektivi təşkil olunacaq. Festivalın bağlanışında "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyalarında mükafatlar təqdim olunacaq.Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
05-31-2008, 01:41 PMAPABakıda vətəndaşlardan narkotik vasitələr götürülüb
[b]Bakıda vətəndaşlardan narkotik vasitələr götürülüb[b]
[Bakı - APA. Mayın 30-da həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Nizami Bağırovdan 0,319 qram heroin, Yasamal rayon Polis İdarəsinin əməkdaşları isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənovdan 0,527 qram heroin götürüblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, həmin gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Soltan Turabovdan 0,513 qram heroin götürüblər. -
05-31-2008, 01:51 PMAPABakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək
[b]Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Bu barədə APA-ya teatrın aktyoru Şövqi Hüseynov məlumat verib. O bildirib ki, festival 20-27 iyun tarixlərində keçiriləcək. Teatr kollektivi festivalda Cənnət Səlimovanın quruluş verdiyi "İtlər" tamaşası ilə çıxış edəcək. Bir neçə gün əvvəl teatr truppasının Trabzonda keçirilən beynəlxalq teatr festivalında iştirak etdiyini bildirən Ş. Hüseynov elə bu festivala da orada dəvət alıb. Tamaşanın rollarında Şövqi Hüseynov, Nofəl Vəliyev, İlqar Cahangirov, Gülər Nəbiyeva, Şəbnəm Əliyeva və başqaları çıxış edəcəklər. -
05-31-2008, 02:01 PMAPA"Media forum" yeni ünvana köçür
[b]"Media forum" yeni ünvana köçür[b]
Bakı-APA. "Media forum" saytının redaksiyası yeni ünvana köçür.
["Media forum"dan APA-ya verilən məlumata görə, bununla əlaqədar mayın 31-dən sayta giriş və redaksiya ilə elektron yazışmalar mümkün olmayacaq. Texniki avadanlıqların yeni ofisdə quraşdırılması prosesi başa çatandan sonra sayt əvvəlki qaydada işləyəcək. -
05-31-2008, 02:11 PMAPAAzərbaycan paytaxtında orta məktəb məzunlarının iştirakı ilə iki yol-qəza hadisəsi qeydə alınıb
[b]Azərbaycan paytaxtında orta məktəb məzunlarının iştirakı ilə iki yol-qəza hadisəsi qeydə alınıb[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisindəki məktəblərdən birinin məzunu Təbriz Oruc oğlu Kazımov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.
[Nəticədə sürücü və digər sərnişinlər ağır bədən xəsarəti ilə Kiliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Digər yol qəza hadisəsi isə Binəqədi rayon 9-cu mikrorayonda baş verib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu il 11-ci sinfi bitirən məzunlardan biri idarə etdiyi "VAZ-2107" markalı avtomobili "Sona" şadlıq sarayının qarşısında olan dirəyə çırpıb. Nəticədə avtomobilin sürücüsü və digər iki sərnişin ağır xəsarətlərlə Klinik Tibbi Mərkəzə çatdırılıblar. Hər iki fakt üzrə araşdırma aparılır. -
05-31-2008, 02:21 PMAPAAzərbaycanın prokurorluq orqanlarında işləmək istəyənlər test imtahanı veriblər
[b]Azərbaycanın prokurorluq orqanlarında işləmək istəyənlər test imtahanı veriblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün prokurorluq orqanlarında çalışmaq istəyənlər üçün test imtahanı keçirilib. Respublika Prokurorluğunun mətbuat xidmətindən Bu APA-ya verilən məlumata görə, hazırda imtahanını nəticələnələri yoxlanılır. Test imtahanından uğurla keçən namizədlər ikinci yazılı tura vəsiqə qazanacaqlar. Qeyd edək ki, prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 368 nəfər test imtahanından keçib. Baş Prokurorluğun 150 ştat vahidi üzrə elan olunan müsabiqədə onlara 1009 sualdan ibarət test toplusu təqdim olunub. Hər namizədə 100 sual verilib. 80 sual hüququn müxtəlif sahələrini əhatə edib, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. -
06-01-2008, 12:51 PMAPAÇində hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb
[b]Çində hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb[b]
Bakı - APA. Çinin Sıçuan əyalətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən xilasetmə tədbirlərində iştirak edən hərbi-nəqliyyat vertolyotu qəzaya uğrayıb.
[APA-nın məlumatına görə, ilkin ehtimallara əsasən, qəzaya pis hava şəraiti və güclü külək səbəb olub. Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü və zəlzələdən zərər çəkmiş 10 yerli sakin olub. Ölən və xəsarət alanlar haqqında hələ dəqiq məlumat yoxdur. Çinin dövlət başçısı Xu Tzintao yerli icra hakimiyyəti orqanlarına vertolyotun tapılması üçün xüsusi axtarış tədbirlərinin təşkil olunması və zərər çəkənlərə köməyin göstərilməsinə dair tapşırıq verib. Xatırladaq ki, bu ilin may ayının 12-də Sıçuan əyalətində baş vermiş zəlzələ Çin tarixində son 30 ildə ən güclü təbii fəlakət olub. Son məlumatlara görə, zəlzələ nəticəsində təxminən 70 min nəfər həlak olub, təbii fəlakətin baş verdiyi ərazidən isə ən azı 14 mln. nəfər ölkənin başqa şəhər və rayonlarına köçürülüb. -
06-01-2008, 01:01 PMAPAAzərbaycan paytaxtında avtomobil partladılıb
[b]Azərbaycan paytaxtında avtomobil partladılıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda partlayış baş verib.
[Binəqədi Rayon 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsi, Yeni yaşayış Massivi, döngə 2-də yaşayan Xəlil Gümüşov səhər saatlarında qaraja daxil olaraq şəxsi avtomobilini işə salmaq istəyib. Bu zaman qarajda qumbara partlayıb. X.Gümüşov və onlara qonaq gələn bacısının həyat yoldaşı Eyyub Şıxəliyev ağır bədən xəsarətləri ilə Təcili Tibbi Klinik Xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. İlkin ehtimallara görə, qumbara qəsdən qaraja yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsində bütün versiyalarla bağlı araşdırma aparılır. -
06-01-2008, 01:11 PMAPAAzərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir
[b]Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın Ombudsman Aparatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə «Mən və hüquqlarım» mövzusunda Bakıda rəsm sərgisi təşkil edib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Uşaqdan-Uşağa Sülh Şəbəkəsi ilə birlikdə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində keçirilib. Sərgidə məqsəd uşaqlara hüquqlarını izah etmək, onları hüquqi cəhətdən maarifləndirmək, vətənpərvərlik ruhunda tərbiyə etmək, dünyagörüşlərinin zənginləşməsinə nail olmaqdır. Sərginin açılış mərasiminə dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, səfirliklərin nümayəndələri iştirak ediblər. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova sərginin açılış mərasimində çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətində uşaqların hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu deyib. Ombudsman sərgidə Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin yetirmələrinin, həmçinin Bakı şəhər məktəblilərinin, uşaq yaradıcılıq mərkəzləri üzvlərinin, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların rəsmlərinin nümayiş etdirildiyini bildirib.Sərgidə Həyat Əliyeva və Nərminə Quliyeva I yer, Aysun Hadızadə və Emin Məmmədov II yer, Murad Yüzbaşov və Səbinə Popova III yerə layiq görülüblər. Ombudsman onlara sertifikatlar və pul mükafatları təqdim edib.