[b]Venesiya Komissiyasının katibi Canni Bukikkio: "Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsinə dəyişikliklərə hələ də ehtiyac var". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio verib.
[Onun sözlərinə görə, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi vacibdir: "Yəqin ki, gələcəkdə Seçki Məcəlləsinə bu dəyişikliklər ediləcək. Amma hazırda vəziyyət buna imkan vermir. Qarşıdan prezident seçkiləri gəlir və Seçki Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün praktiki olaraq vaxt yoxdur. Düşünürəm ki, indiki Seçki Məcəllə ilə azad və ədalətli seçkilər keçirmək üçün yaxşı baza rolunu oynaya bilər. Çox şey siyasi iradədən asılıdır. Azərbaycanda bütün siyasi qüvvələr - həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyət həmin qanunun tətbiqinə hörmətlə yanaşmalı və onu həyata keçirməlidir". Canni Bukikkio Seçki Məcəlləsinin müsbət və mənfi tərəflərini açıqlayıb: "İlk öncə qeyd etməliyəm ki, Seçki Məcəlləsinin mətni çox uzun və mürəkkəbdir. Bu mətnin qısaldılmasına və sadələşdirilməsinə ehtiyac var. Əsas problemlərdən biri sözsüz ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlıdır. İndiki tərkib bütün namizədlərə həmin komissiyalarda təmsilçilik hüququ yaratmır. Amma təbii ki, Seçki Məcəlləsində müsbət məqamlar da var. Buna barmaqlara xüsusi mürəkkəbin vurulmasını və "exit-poll"ların keçirilməsini misal çəkə bilərəm". Canni Bukikkio Milli Məclis tərəfindən qəbul olunan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun beynəlxalq norma və standartlara tam uyğun olduğunu vurğulayıb: "Bu qanun demokratik normalara tam uyğun və müasir dövrün tələblərinə cavab verir. Mən bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və mövqeyimizi ona da açıqlamışam. Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə də Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlərimi açıqlayacağam".
Azərbaycan Xəbərləri
Printable View

07-14-2008, 02:01 PMAPAVenesiya Komissiyasının katibi Canni Bukikkio: "Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir"

07-14-2008, 02:11 PMAPAMasallıda qardaş qardaşı bıçaqlayıb
[b]Masallıda qardaş qardaşı bıçaqlayıb[b]
[Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun İsgəndərli kənd sakini, 1965-ci il təvəllüdlü Kazım Zabitxan oğlu Abdullayev doğma qardaşı, 1971-ci il təvəllüdlü Elxan Abdullayevi bıçaqlayıb. Rayon Prokurorluğunun müstəntiqi Cəlil Mahmudovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. K. Abdullayev qardaşına 5 bıçaq zərbəsi endirib. Ağır yaralanan E. Abdullayev xəstəxanaya aparılarkən yolda keçinib. K. Abdullayev həbs olunub. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb. -
07-14-2008, 02:21 PMAPAXəzər İbrahim: "Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil"
[b]Xəzər İbrahim: "Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycan-İran münasibətlərinin ABŞ-la münasibətlərimizə, yaxud əksinə ABŞ-la münasibətlərimizin İranla olan münasibətlərimizə heç bir aidiyyəti yoxdur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim verib. ABŞ səfiri Ann Dersinin İranın fəaliyyətinin Azərbaycan üçün də təhlükə doğurması fikrini şərh edən Xəzər İbrahim bildirib ki, Azərbaycan müxtəlif dövlətlərlə öz münasibətlərini bərabər hüquq əsasında qurur: "Azərbaycan regionda sülh və sabitlik tərəfdarıdır, biz bölgədəki bütün ölkələrlə regionda sabitliyin bərqərar olunması üçün iş görürük və bu işimizi bundan sonra da davam etdirəcəyik. Region onsuz da münaqişələrlə doludur, hansısa digər yeni problemin yaranması regionun mənafeyinə uyğun deyil". -
07-14-2008, 02:31 PMAPAXəzər İbrahim: "Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək"
[b]Xəzər İbrahim: "Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək"[b]
[Bakı. Laçın Sultanova - APA. "Hər dövlət kimi, Azərbaycan da öz təbii ehtiyatlarından dövlətçiliyin möhkəmləndirilməsi məqsədilə istifadə edir". APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "Azərbaycan neft gəlirlərini silahlanmaya yönəldir" fikrinə münasibət bildirərkən deyib. O, Azərbaycanın neft və qazdan daha önəmli potensiala malik olduğunu vurğulayıb: "Azərbaycanın əsas potensialı onun insan kapitalıdır. Neft və qaza gəldikdə isə, bəli, biz ondan müxtəlif sahələrin inkişafı üçün istifadə edirik. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin, ölkənin hərbi qüdrətinin inkişafına yönəlib və yönələcək. Bu, normal praktikadır". -
07-14-2008, 02:41 PMAPAAvropa Şurasının Bakı ofisi seçkilərlə bağlı treninqlər keçirəcək
[b]Avropa Şurasının Bakı ofisi seçkilərlə bağlı treninqlər keçirəcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurasının Bakı ofisi Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində bir sıra treninqlər təşkil edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. O, jurnalistlər üçün 6 treninq hazırlandığını və əsas məqsədin seçkilərin peşəkar səviyyədə işıqlandırılması olduğunu bildirib. Seçki komissiyalarının üzvləri üçün də treninqlər olacaq. Müşahidəçilər üçün treninqlərin təşkili isə hələ müzakirə olunur. -
07-14-2008, 02:51 PMAPAXəzər İbrahim: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir"
[b]Xəzər İbrahim: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan ATƏT-in Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir, Ermənistan isə əksinə, onlara qarşı çıxır".
[APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların Helsinki Yekun Aktının 2-ci, 4-cü və 8-ci bəndləri əsasında aparıldığı, Azərbaycanın isə danışıqlar prosesi haqqında özünün istədiyi kimi məlumat verdiyi barədə bəyanatına münasibət bildirən X. İbrahim həmin bəndlərdə yazılanları xatırladıb: "Bu sənədin 2-ci bəndində deyilir ki, Helsinki Yekun Aktının heç bir iştirakçısı digərinə qarşı gücdən istifadə etməməlidir. Hamıya bəllidir ki, Ermənistan bu bəndə tamamilə zidd hərəkət edərək digər dövlətin ərazisini güc tətbiq etməklə ələ keçirib. Digər tərəfdən, Nalbandyan bu bəyanatı verməklə işğalçının onların iddia etdiyi kimi Dağlıq Qarabağın hansısa qüvvələri yox, məhz Ermənistan olduğunu birbaşa etiraf etmiş olub. Azərbaycan isə heç vaxt kimisə güc tətbiq etməklə hədələməyib. Biz sadəcə, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi, ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildiririk". X. İbrahim Helsinki Aktının 4-cü bəndində dövlətlərin ərazi bütövlüyünün qorunmasından bəhs olunduğunu söyləyib: "Heç bir iştirakçı dövlət digərinin ərazi bütövlüyünə şübhə ilə yanaşmamalı və ona qarşı fəaliyyət göstərməməlidir. Nalbandyan və onun ölkəsi buyursun, praktikada bunu yerinə yetirsin. Onların çox hallandırdığı öz müqəddəratını təyinetmə hüququ 8-ci bənddə əksini tapıb. Orada açıq-aşkar bildirilir ki, öz müqəddəratını təyinetmə hüququ yalnız BMT Nizamnaməsi, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər". X. İbrahim Azərbaycanın Helsinki Yekun Aktının və beynəlxalq hüququn bütün prinsiplərinə sadiq olduğunu bir daha bəyan edib. -
07-14-2008, 03:01 PMAPA"Ergenekon" işinin 2455 səhifəlik ittihamnaməsi məhkəməyə göndərilib
[b]"Ergenekon" işinin 2455 səhifəlik ittihamnaməsi məhkəməyə göndərilib[b]
[İstanbul. Mayis Əlizadə - APA. Bu gün yerli vaxtla saat 10.45-də İstanbulun Beşiktaş rayonundakı Ağır Cəza Məhkəməsinin həyətində İstanbul cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin ictimaiyyətə ""Ergenekon" prosesi" kimi təqdim edilən istintaqın ittihamnaməsini açıqlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, baş prokuror 13 aydır gözlənilən ittihamnamənin gec elan edilməsinin səbəbini istintaq prosesində yüz minlərlə səhifədən ibarət sənədin araşdırılması, bunun nəticəsində yeni həbslərin aparılması, bir çox həbsdən sonra məhkəməyə şikayətlərin daxil olması ilə əsaslandırıb. O, ittihamnamənin 2455 səhifə olduğunu bildirib. A. C. Engin ittihamnamədə adı keçən 48 nəfərin terror təşkilatı qurmaq, onu idarə etmək, hökumətin fəaliyyətini əngəlləmək məqsədilə xaos yaratmaqda ittiham olunduğunu söyləyib. Baş prokuror "Ergenekon" adının istintaqa prokurorlar tərəfindən verilmədiyini, həbs edilən şübhəli şəxslərin öz fəaliyyətlərində belə bir addan istifadə etdiklərini deyib. O, iyulun 1-də həbs edilmiş 10 nəfər haqqında hələlik ittihamnamə hazırlanmadığını, bu şəxslər barədə hazırlanacaq itttihamnamənin prosesə əlavə ediləcəyini açıqlayıb.Qeyd edək ki, "Ergenekon" işi üzrə istintaq 2007-ci il iyunun 12-də İstanbulun Ümraniyyə səmtində 27 əl qumbarasının tapılmasından sonra başlayıb. İstintaq çərçivəsində "Musanın çocukları: Tayyip ve Emine", "Musanın Gülü", "Musanın mücahidi: Bülent Arınç", "Musanın AKP-si" adlı kitabların müəllifi Ərgün Poyraz, istefada olan general-mayor Vəli Kiçik, İşçi Partiyasının sədri Doğu Pərinçək, ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün kimi tanınmış şəxslər həbs edilib. İstanbuldakı 13-cü Ağır Cəza Məhkəməsi 15 gün ərzində baş prokurora məhkəmə istintaqının başlayıb-başlamayacağına dair cavab verəcək. -
07-14-2008, 03:11 PMAPAMətbuat Şurası jurnalistlərin əfvi xahişi ilə Prezidentə müraciət edib
[b]Mətbuat Şurası jurnalistlərin əfvi xahişi ilə Prezidentə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Mətbuat Şurası həbsdə olan jurnalistlərin - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevin əfvi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
[Bu barədə APA-ya Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə bildirib. Həbsdəki jurnalistlərin əfvi üçün prezidentə müraciət edilməsi barədə Azərbaycan Jurnalistlərinin V Qurultayının qətnaməsində ayrıca maqam olduğunu xatırladan R. Hüseynzadə deyib ki, müraciət şura sədri Əflatun Amaşov tərəfindən imzalanıb. Onun sözlərinə görə, müraciətdə həbsdəki jurnalistlərin cəzalarının müəyyən hissəsini çəkmələrini, ailə vəziyyətlərini, ahıl valideynlərinin olmasını nəzərə alaraq prezidentdən onların əfv edilməsi xahişi öz əksini tapıb. -
07-14-2008, 03:21 PMAPAAzərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək
[b]Azərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək[b]
[Şirvan. Əlibəy Zeynalov - APA. Bu gün Şirvanda ATƏT-in Bakı ofisi, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının təşkilatçılığı ilə 18 şəhər və rayonun İcra Hakimiyyəti başçıları və 30 DSK sədri üçün seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiyası keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sessiyada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola azad və şəffaf seçkilərin əsas prinsiplərinə riayət etməyin, seçki prosesinə müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən seçki prosesinə müdaxiləyə görə daha sərt cəza tədbirlərinin nəzərdə tutulduğunu söyləyib. Səfir bildirib ki, bu il prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək. -
07-14-2008, 03:31 PMAPAHakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar
[b]Hakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Test üsulu ilə, yazılı və şifahi imtahanlardan uğurla keçərək yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə təcrübə keçməni uğurla başa vuran hakimliyə namizədlərin hakim vəzifəsinə avqustda təyin olunması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, bu təyinatdan sonra Azərbaycanda vakant 20 hakim vəzifəsi qalacaq. Azərbaycanda yaradılması nəzərdə tutulan inzibati işlər üzrə məhkəmələr barədə verilən suala cavabında R. Rzayev qeyd edib ki, bu məhkəmələrin apellyasiya məhkəmələrinin nəzdində kollegiya kimi fəaliyyət göstərməzi gözlənilir.