[b]DAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər[b]
Bakı-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Firudin Pərviznia və Sabir Rüstəmxanlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənovla görüşüblər. N. İbrahimovla görüşdə bu il iyunun 6-8-də DAK-ın Almaniyanın Köln şəhərində keçirilən növbədənkənar qurultayı, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə DAK və Dövlət Komitəsinin birgə tədbirlər keçirməsi qərara alınıb. M. Mərdanovla görüş zamanı Güney Azərbaycandan olan tələbələrin, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də gənclərin təhsil problemləri əsas müzakirə mövzusu olub. Ə. Həsənovla görüşdə isə Güney Azərbaycandan gələn insanların problemləri, Ermənistanın işğalı nəticəsində didərgin düşmüş soydaşlarımızın və bu sahədə DAK-ın görə biləcəyi işlər barəsində müzakirələr aparılıb.
4610 sonuçtan 2.221 ile 2.230 arası

07-02-2008, 07:41 PM #2221Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib
[b]"Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib[b]
Bakı. Turan Hüseynova-APA. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı və Milli Məclis Aparatı əməkdaşlarının iştirakı ilə "Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masa ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan Parlament Proqramının təşəbbüsü ilə keçirilib. Tədbirin əsas məqsədi Milli Məclisin informasiya və araşdırmalar sahəsində ehtiyaclarını öyrənmək, Aparat daxilində informasiya və araşdırmalar sahəsi üzrə güclü institusional imkanlar yaratmaq üçün qəbul edilə biləcək qərarlar ətrafında açıq müzakirə aparmaqdan ibarətdir. Tədbirdə çıxış edən Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə dövlət büdcəsi ilə bağlı Milli Məclisdə analitika-tədqiqatlar bölməsinin yaradılmasının zərurətini vurğulayıb. Milli Məclis Aparatının şöbə müdirləri Nizami Səfərov və Lətif Hüseynov qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə sistematik şəkildə geniş müqayisəli tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Tədbirdə USAİD-nin Azərbaycan Parlament Proqramının nümayəndələri, İsrail səfirliyinin əməkdaşı çıxış edərək fikir və təkliflərini söyləyiblər.

07-02-2008, 07:51 PM #2222Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
DAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər

07-02-2008, 08:01 PM #2223Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır
[b]Rəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır[b]
Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış ifaçı Rəmişin konsertinin biletlərinin qiyməti açıqlanıb. Konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. "Sənət gecəsi" adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları Rəmişlə birgə səhnədə çıxış edəcəklər. Konsertdə Rəmişlə sənət dostlarının deyişməsi də təşkil olunacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

07-02-2008, 08:11 PM #2224Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya prezidentinin köməkçisi: "Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər"
[b]Rusiya prezidentinin köməkçisi: "Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edəcəklər".
APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. S. Prixodko bildirib ki, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq: "Sammitin konkret vaxtı hələ müəyyənləşdirilməsə də, artıq hazırlıq işləri gedir. Hər hansı tələskənliyə ehtiyac yoxdur. Bizim üçün əsas məsələ toplantının vaxtı yox, dövlət rəhbərlərinin görüşünün məzmunlu alınmasıdır". S. Prixodko D. Medvedevlə İ. Əliyevin görüşündə İran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: "Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır". Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. O, Rusiyanın həm ATƏT-in Minsk Qrupu, həm də digər formatlar daxilində kompromis həll variantının axtarışına fəal dəstək verməyə hazır olduğunu bəyan edib: "Moskvanın prinsipial mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, problemin yekun həll formulunu azərbaycanlılar və ermənilər özləri seçməlidir". S. Prixodko bildirib ki, Rusiya kompromis razılaşmaların təminatçısı kimi çıxış edə bilər.

07-02-2008, 08:21 PM #2225Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib
[b]UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib[b]
Bakı. Ülkər Qasımova-APA. UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, bu gün Yakutsk şəhərində öz işinə başlayan "Kibernetik məkanda dil və mədəniyyət müxtəlifliyi" mövzusunda beynəlxalq konfrans 2008-ci il - Beynəlxalq Dillər İli çərçivəsində keçirilir. Konfransda 4 MDB dövlətinin (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya Federasiyası), habelə Belçika, Braziliya, Kanada, Mali, Niderland, Yeni Zelandiya, ABŞ, Finlandiya, Fransa, Cənubi Koreya, Yaponiyanın və digər ölkələrin nümayəndələri iştirak edirlər. Bundan başqa, konfransa UNESCO-nun Moskva Bürosunun məsləhətçisi Marius Lukoşunas və UNESCO Baş direktorunun məsləhətçisi Henrix Yuşkəviçus dəvət olunublar. Bu gün Hökumət evinin "Respublika" zalında konfransın açılışı və plenar iclası təşkil olunub. Konfransın açılışında UNESCO-nun baş direktoru K. Matsuranın, Saxa Respublikasının prezidenti V. Ştirovun təbrik məktubları oxunub. Konfransın açılışında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri L. Məmmədova "Azərbaycan: mədəni simbioz və ənənə müxtəlifliyi" məruzəsi ilə çıxış edib. Məruzəçi müstəqil Azərbaycan Respublikasının milli-mədəni siyasətindən geniş məlumat verib və əhalinin mentaliteti digər xalqların, millətlərin mədəniyyətlərinə tolerantlıq münasibəti şəraitində formalaşdığını qeyd edib. Konfrans iştirakçılarına Azərbaycanla bağlı müxtəlif kitablar paylanıb.

07-02-2008, 08:31 PM #2226Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib
[b]Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib[b]
Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puçu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. AŞ PA sədri səfər zamanı Azərbaycandakı vəziyyətlə əyani şəkildə tanış olaraq Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini daha da gücləndirmək əzmində olduğunu müşahidə etdiyini bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd edib, bunun AŞ-nın mövqeyi olduğunu və bu yaxınlarda qəbul olunmuş qətnamədə də əks edildiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov AŞ-nın mövqeyinə görə təşəkkürünü bildirib və münaqişənin həllinin daha çox məhz Ermənistanın maraqlarında olduğunu deyib. E. Məmmədyarov Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və AŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf edəcəyini söyləyib. Görüşdə maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

07-02-2008, 08:41 PM #2227Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ucarda Dövlət Yol Polisinə məxsus "Wolswagen" markalı maşınla "VAZ 21011" toqquşub
[b]Ucarda Dövlət Yol Polisinə məxsus "Wolswagen" markalı maşınla "VAZ 21011" toqquşub[b]
Ucar. Zahid Abışov - APA. Bu gün Ucar-Zərdab yolunda, Ucar rayonunun Qarabörk kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, Dövlət Yol Polisinə məxsus "Wolswagen - Passat" markalı, 10 YP 949 dövlət nömrə-nişanlı maşınla kənd sakini Müşfiq Qurbanovun idarə etdiyi "VAZ 21011" markalı, 03 BB 246 nömrə nişanlı maşınla toqquşub. Nəticədə "VAZ 21011" yoldan çıxaraq aşıb, maşının sürücüsü və sərnişini yaralanıb. Faktla bağlı araşdırma aparılır.

07-02-2008, 08:51 PM #2228Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyədə "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb
[b]Türkiyədə "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb[b]
Ankara - APA. Türkiyədə gizli təşkilat olduğu iddia edilən "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prokurorlar aralarında istefada olan general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də olduğu 49 nəfər, eləcə də əvvəlcə həbs olunub daha sonra azadlığa buraxılmış bir neçə nəfər haqqında 2500 səhifəlik ittiham aktı hazırlayıblar. İndiyədək bu həcmdə ittihamnamə hazırlanmadığı üçün "Word"da yazılmış mətn internet vasitəsilə Ədliyyə Nazirliyinə göndərilərkən sistem çöküb. Bu səbəblə prokurorluq nazirliyə məktub göndərərək sistemin müasirləşdirilməsini istəyib. V Kiçik, D. Pərinçək və digərlərinin terror təşkilatı qurmaqda ittiham olunduğu ittiham aktı Ədliyyə Nazirliyinin internet sistemi tərəfindən müəyyən olunacaq məhkəməyə göndəriləcək. Qeyd edək ki, iyulun 1-də həbs olunmuş 21 nəfər haqqında başqa bir ittiham aktı hazırlanacaq.

07-02-2008, 09:01 PM #2229Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
[b]Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib[b]
Bakı-APA. Bu gün Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmid etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub, E. Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib. Görüşdə, həmçinin bir sıra regional, beynəlxalq və maraq doğuran digər məsələlər müzakirə olunub.

07-03-2008, 10:41 AM #2230Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Taliban" 3 NATO vertolyotunu oğurlayıb
[b]"Taliban" 3 NATO vertolyotunu oğurlayıb[b]
Pakistan - APA. Pakistanın şimalında fəaliyyət göstərən Əfqanıstanın "Taliban" hərəkatının yaraqlıları ABŞ-a məxsus üç vertolyot oğurlayıblar. APA-nın məlumatına görə, Almaniyanın "Die Welt" qəzeti yazıb ki, vertolyotlardan ikisi hərbi ("Cobra" və "Blackhawk"), biri isə "Chinook" tipli nəqliyyat vertolyotudur. Vertolyotlar ayrı-ayrı hissələrə sökülmüş halda Pakistanın Kəraçi limanından Əfqanıstanın Cəlalabad şəhərinə - NATO qüvvələrinin (İSAF) istifadəsinə göndərilirmiş. Böyük konteynerlərin içində olan vertolyotların hissələri Pakistanın Peşəvər rayonunun Əfqanıstanla sərhədində oğurlanıb. Pakistan hökuməti xəbəri təsdiqləyərək olayın üç həftə əvvəl baş verdiyini bildirib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri