AZƏRBAYCAN PARLAMENTİNİN YARADILMASININ 90 İLLİYİ MÜNASİBƏTİLƏ YUBİLEY MƏRASİMİ KEÇİRİLƏCƏK
İyunun 19-da Azərbaycan parlamentinin yaradılmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yığıncağa 41 ölkənin parlamentariləri qatılacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə, Gürcüstan, Türkmənistan, Pakistan, Belarus da daxil olmaqla 9 ölkə spiker, 12 dövlət isə vitse-spiker səviyyəsində təmsil olunacaq. Təntənəli mərasimdə iştirak etmək üçün, müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin, gəlişi davam edir. Bu gün Bakıya gələn Pakistan senatının sədri Muhammadmian Soomronu Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər qarşılayıb. Türkmənistan məclisinin sədri Akja Nurberdiyevada da ölkəmizə səfərə gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Bahar Muradova, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər qarşılayıb.
4610 sonuçtan 1.881 ile 1.890 arası

06-19-2008, 12:11 PM #1881Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Daniel Frid: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur"
[b]Daniel Frid: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Amerika Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayını 90 nəfərədək artırmaq barədə niyyətini alqışlayır. Azərbaycanın NATO ilə münasibətləri inkişaf etdirmək imkanları da var".
APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid Konqresin aşağı palatasında "Qafqaz: Dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələrdə çıxışı zamanı deyib. O, əsas diqqəti Azərbaycanın ABŞ-la energetika sahəsinə əməkdaşlığına çəkib: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur. Azərbaycan qazı yeni qaz kəmərləri şəbəkəsinin yaranmasına imkan verəcək ki, bunun nəticəsində bu sahəni inhisara almağın qarşısı alınacaq. Azərbaycan həmçinin enerji siyasətinin tənzimlənməsini həyata keçirir. Ölkədə Dövlət Neft Fondu yaradılıb, ölkə biznes və xarici sərmayə üçün münbit mühit formalaşdırmağa çalışır və korrupsiya ilə mübarizəni genişləndirir". Ölkədə demokratik islahatların keçirilməsinə toxunan Daniel Frid bildirib ki, demokratiya həmişə Azərbaycanın əsas ənənələrindən biri olub. O, öz sözlərinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə insanlara seçim və digər azadlıqlar verilməsinə dair misallarla əsaslandırıb. Ölkənin prezident seçkiləri ərəfəsində olduğunu vurğulayan Daniel Frid bildirib ki, seçkilərin demokratik keçiriləcəyinə ümidvardır: "Biz seçkilərin təkcə seçki günü deyil, bütün kampaniya dövründə demokratik keçiriləcəyinə ümid edirik".

06-19-2008, 12:20 PM #1882Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
AZƏRBAYCAN PARLAMENTİNİN YARADILMASININ 90 İLLİYİ - YUBİLEY
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

06-19-2008, 12:21 PM #1883Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər
[b]ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər[b]
Bakı. Elnur Məmmədli - APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda səfərdə olan nümayəndələri Conatan Stounstriit və Konrad Olojoski Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçiriblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT təmsilçiləri prezident seçkiləri öncəsi vəziyyət, seçici siyahılarının hazırlanması, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, MSK-nın apardığı maarifləndirmə işi ilə maraqlanıblar. Qonaqlar səfərin yekunları əsasında ATƏT rəhbərliyinə rəy təqdim edəcəklərini və bu rəydən asılı olaraq qurumun seçkilər zamanı Azərbaycana müşahidə missiyası göndərəcəyini deyiblər.

06-19-2008, 12:24 PM #1884Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Azərbaycanda narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir
Azərbaycanda narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir
Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının ölkə üzrə rəhbərinin sözlərinə görə, əvvəllər narkomanlar 25-35 yaş arasında idilərsə, indi bu rəqəm 18 yaşa enib.
Bu gün Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası «Narkomaniyanın profilaktikasında medianın rolu» mövzusunda konfrans keçirib. Tədbirdə ölkədəki əksər KİV-lərin nümayəndələri də iştirak edib. Konfransda Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SCAD) Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev çıxış edib. O bildirib ki, son illərdə narkotiklərin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı böyük işlər görülüb. Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb, amma aparılan maarifləndirmə işlərində ləngimələr var. Belə ki, bu sahədə işlər istənilən nəticəni vermir.
Məzahir Əfəndiyevin sözlərinə görə, narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir. Əvvəllər narkomanlar 25-35 yaş arasında idilərsə, indi bu rəqəm 18 yaşa enib. M. Əfəndiyev narkomaniya ilə mübarizə sahəsində jurnalistlərin rolunun böyük olduğunu qeyd edərək, KİV işçiləri arasında maarifləndirmə işlərinin aparılacağını və təlimlər keçiriləcəyini qeyd edib. Məktəblərdə də maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Menbe: ANS-PRESS. © 2008 Bütün hüquqlar qorunur.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

06-19-2008, 12:29 PM #1885Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Nəsimi rayonunda oyuncaq tapança ilə soyğunçuluq edən dəstə tutulub
Nəsimi rayonunda oyuncaq tapança ilə soyğunçuluq edən dəstə tutulub
Yasamal rayon sakininin mobil telefonunu və pullarını oğurlayan 4 nəfərlik dəstənin 3 üzvü yaxalanıb.
Nəsimi rayonu ərazisində soyğunçuluqla məşğul olan 3 nəfər şəxs saxlanılıb. Saxlanılanlar Salyan rayon sakini Əli Rafiq Namiq oğlu, əslən Qazaxdan olan Tariyel Ədilxan oğlu Nəbiyev və Samux rayon sakini Sübhan Fikrət oğlu Ələsgərovdur. Sonuncu dəfə onlar 18 iyun 2008-ci il tarixdə Nizami kinoteatrı yaxınlığında Yasamal rayon sakini Asif Əhmədzadəyə bıçaq və oyuncaq tapança ilə hədə qorxu gələrək onun mobil telefonunu və 1 neçə manat pulunu götürüblər. Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları soyğunçulardan 3-nü zərərsizləşdirə bilib.
Saxlanılanlardan Sübhan Ələsgərov bundan öncə qətl hadisəsi törətdiyinə görə bir dəfə məhkumluq həyatı yaşayıb. Saxlanılanlar qazanc məqsədi ilə daha bir neçə analoji hadisə törətdiklərini etiraf ediblər. Hazırda hadisənin 4-cü iştirakçısının axtarışları davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi açılıb.
Menbe: ANS-PRESS. © 2008 Bütün hüquqlar qorunur.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

06-19-2008, 12:31 PM #1886Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Parlamentdə Azərbaycan Milli Məclisinin 90 illiyi münasibətilə xüsusi iclas başlayıb
[b]Parlamentdə Azərbaycan Milli Məclisinin 90 illiyi münasibətilə xüsusi iclas başlayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün parlamentdə Azərbaycan Milli Məclisinin 90 illik yubileyi münasibətilə xüsusi iclas keçirilir. APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
İclasa 40-a yaxın ölkədən 200-ə yaxın qonaq, o cümlədən Türkiyə, Türkmənistan, Gürcüstan, Polşa, Qazaxıstan, Rumıniya, Moldova, Pakistan, Belarus və Mərakeş parlamentinin sədrləri qatılıb.

06-19-2008, 02:01 PM #1887Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib
[b]Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib[b]
Bakı. Turan Hüseynova-APA. Azərbaycanda keçirilən Ombudsmanların VI Beynəlxalq Bakı Konfransı başa çatıb. APA-nın məlumatına görə, konfransda Bakı Bəyannaməsi qəbul edilib.
Bəyannamədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sənəddə, həmçinin universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviqi, əhalinin müxtəlif kateqoriyalarına mənsub qrupların hüquqlarının səmərəli müdafiəsi, azadlıqdan məhrumetmə yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ictimai nəzarət mexanizminin tətbiqi, ali təhsil müəssisələri nəzdində UNESCO-nun insan hüquqları kafedralarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi məsələləri yer alıb. Qeyd edək ki, "Qloballaşan dünyada insan hüquqları" mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və "18 iyun Azərbaycanda insan hüquqları günü"nə həsr olunub.

06-19-2008, 02:11 PM #1888Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azad Rəhimov: "Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb"
[b]Azad Rəhimov: "Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb"[b]
Bakı. Laura Cəbrayıllı-APA. "Azərbaycan gənclərinin narkomaniyaya meylinin göstərən rəqəmlər çox müxtəlifdir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət o qədər də gərgin deyil. Ötən illə müqayisədə Azərbaycan gənclərinin narkomaniyaya meylinin artımı çox cüzidir". APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə rəsmi statistikanın yoxluğuna təəssüfləndiyini bildirib: "Rəsmi məlumatlar yoxdur, çünki bu xəstəlikdən əziyyət çəkənlərin çoxu dispanserlərə müraciət etmir, bu bəlalı vərdişlərini gizlədirlər. Sadəcə, dünyada olan bəzi təhlillərə əsaslanaraq, Azərbaycanda bu göstəricinin təxminən 20-30 mindən 70-80 min arasında olduğunu demək olar". A. Rəhimov bildirib ki, bu bəlalı vərdişdən Azərbaycan gənclərinin xilası üçün ilk növbədə statistik rəqəmlər dəqiqləşdirilməlidir: " Biz mübarizənin hansı miqyasda , hansı qüvvə ilə aparılacağını bilməliyik ki , son nəticədə biz qalib gələk. Bu zərərli vərdişlərin qarşısının alınması üçün Gənclər və İdman Nazirliyi müxtəlif konfrans, seminarlar təşkil edir, gənclərə maarifləndirici əyani vəsaitlər paylanır".

06-19-2008, 02:21 PM #1889Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT-nin baş katibi: "Dünyada 16 milyondan çox qaçqın var"
[b]BMT-nin baş katibi: "Dünyada 16 milyondan çox qaçqın var"[b]
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Ki Mun 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, 1951-ci ildən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilib. Əhalinin qarşılıqlı faktlar əsasında baş verən axını və insanların tez-tez yerdəyişmələrinə olan maneələrin aradan qalxması məcburi köçkünlərin müdafiəsini getdikcə çətinləşdirir. Baş katib müraciətində ötən il dünyada qaçqınların sayının 16 milyondan çox olduğunu vurğulayıb: "Mən beynəlxalq icmanı məcburi köçkünlüyün səbəblərini və nəticələrini aradan qaldırmaq üçün səylərini daha da artırmağa çağırıram. Bizim məqsədimiz qaçqınların öz evlərinə qayıtmasını təmin etməkdir. Gəlin, bütün qaçqınların sığınacaq hüququnu təmin edək, onların tam müdafiəsini təmin etmək üçün əlimizdən gələni əsirgəməyək".

06-19-2008, 02:31 PM #1890Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub
[b]Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub[b]
Moskva-APA. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub. APA-nın məlumatına görə, operator Aleksandr Kuznetsov bildirib ki, xüsusi xidmət orqanlarının əməkdaşları onun yeni sənədli film çəkilişlərinə mane olmaq üçün arxivini əlindən alıblar: "Mən Rusiyada demokratiyanın vəziyyəti haqda sənədli film çəkmək istəyirdim. Həmin çəkilişlərdə 600 kasetdən ibarət bu materiallardan da istifadə edəcəkdim. Görünür, kimlərsə bu filmi yekunlaşdırmağımı istəməyib". A. Kuznetsovun sözlərinə görə, 2005-ci ildə işıq üzü görən "Prezident üçün kamera" kitabı Yeltsinin ailəsi tərəfindən bəyənilmədikdən sonra ondan arxivi təhvil vermək tələb olunub. Faktı şərh edən Rusiyanın ilk prezidentin protokol şefi Vladimir Şevçenko videoarxivin müsadirə olunması ilə Yeltsinin ailəsi arasında hər hansı əlaqə olmadığını bəyan edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri