[b]«Sərhəd» hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) sərhədyanı rayonların məktəbləri arasında keçirilən «Sərhəd» hərbi-idman oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, artıq 4 ildir keçirilən bu oyunlar sərhədyanı rayonların məktəblilərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. DSX-nın rəis müavini, general-mayor Fərhad Tağızadə isə bildirib ki, hərbi-idman oyunlarında iştirak edən məktəblilərin sayı hər il artır. Builki idman oyunlarında 27 sərhədyanı rayonun 135 məktəbindən 675 şagird iştirak edib. Yarışın sonuncu turunda şagirdlər sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomat silahın sökülməsi və yığılması, sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi, hədəfə atəşin açılması, maskalanma və s. mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər. Oyun zamanı toplanan balların sayına görə, Lənkəran rayonunun 9 saylı orta məktəbinin «Xəzər» komandası birinci, Füzuli rayonun Horadiz şəhər 1 saylı orta məktəbin «ƏrgünəşÂ» komandası ikinci, İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin «Qızılkənd» komandası isə üçüncü yeri tutub. Sonda qaliblərə fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Xəbərləri
Printable View

06-09-2008, 04:31 PMAPA«Sərhəd» hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub

06-09-2008, 04:41 PMAPAEtibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının Con Makkeynin prezidentliyə namizədliyinin rəsmən irəli sürüləcəyi qurultayına dəvət alıb
[b]Etibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının Con Makkeynin prezidentliyə namizədliyinin rəsmən irəli sürüləcəyi qurultayına dəvət alıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sözügedən qurultayda Con Makkeynin prezidentliyə namizədliyi rəsmən irəli sürüləcək. Qurultay 31 avqust - 4 sentyabr tarixində Minneapolis - Saint Paul şəhərində keçiriləcək. AMİP lideri tədbir proqramı çərçivəsində Respublikaçılar Partiyasının rəsmiləri və qurultayda iştirak edəcək digər ölkələrin partiya rəhbərləri ilə görüşlər keçirəcək. -
06-09-2008, 04:51 PMAPAYavər Hüseyn: "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir"
[b]Yavər Hüseyn: "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi haqda deyilənlər reallığı əks etdirmir. Partiyada bu ideyanı dəstəkləyənlər yoxdur". AMDP-nin sədr müavini Yavər Hüseyn APA-ya bildirib ki, təmsil etdiyi partiyanın sədri İsgəndər Həmidov təşkilatın rəhbərliyindən könüllü şəkildə istefa verdikdən sonra bu vəzifə Oqtay Xəlilli tərəfindən icra olunur. Onun sözlərinə görə, AMDP-də hansısa partiya ilə birləşməklə bağlı müzakirələr aparılmır: "Partiyanın Təşkilat Komitəsi var və bu qurum qurultaya hazırlaşır. Ola bilər ki, Əhməd Orucun sədr olduğu partiyada belə bir məsələ müzakirə olunsun. Amma bizdə belə müzakirələr aparılmır". O, partiyanın sədri postuna iddia etmədiyini də eyib. -
06-09-2008, 05:01 PMAPAMüsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib
[b]Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb partiyanın bundan əvvəl təyin etdiyi iki aksiyanın müəyyən olunmuş yerdə deyil, Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirilməsinə razılıq verməsidir. A. Hacılı bildirib ki, şəhər rəhbərliyi qeyri-qanuni olaraq kütləvi tədbirlərə qadağalar qoyur. O, aksiya ilə bağlı şəhər rəhbərliyinə bu günlərdə müraciət ediləcəyini bildirib. -
06-09-2008, 05:11 PMAPAAğdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
[b]Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib[b]
[Ağdaş-APA. Ağdaş rayonunun Qəsil kəndində iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir şəhər sakini Zirəddin Camalovun idarə etdiyi "Kamaz" markalı, Ağdaş rayon sakinləri Elçin Məmmədovun idarə etdiyi "Tofaş" markalı və Nizami Əzizovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Məmmədov və sərnişini, Ağdaş rayon sakini Tehran Qədirov hadisə yerində ölüblər. Faktla Ağdaş RPŞ tərəfindən araşdırma aparılır. -
06-09-2008, 05:21 PMAPA13 yaşlı məktəbli qətlə yetirilib
[b]13 yaşlı məktəbli qətlə yetirilib[b]
Moskva-APA. Moskvaətrafı vilayətdə yerləşən Dmitrov şəhərində 13 yaşlı məktəblinin cəsədi tapılıb.
[APA-nın məlumatına görə, məhkəm-tibbi ekspertləri qızın boğularaq öldürüldüyü qənaətinə gəliblər. Cinayətin motivləri məlum deyil, ilkin araşdırmalar zamanı qızın zorlanmadığı və qarət edilmədiyi müəyyənləşib. Sərbəst həyat tərzi sürən qızın dostluq etdiyi şəxslər şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. -
06-09-2008, 05:31 PMAPAValeri Qazzayevin oğlu adam öldürmək faktı ilə bağlı istintaqa cəlb olunub
[b]Valeri Qazzayevin oğlu adam öldürmək faktı ilə bağlı istintaqa cəlb olunub[b]
[Moskva-APA. Rusiyanın ÇSKA futbol klubunun baş məşqçisi Valeri Qazzayevin oğlu Aslan Qazzayev qətl işində şahid qismində istintaqa cəlb olunub. APA-nın məlumatına görə, Aslan Qazzayev Odinçovo rayonu ərazisində ov tüfəngi ilə şərti hədəflərə atəş açırmış. Bu zaman təsadüfən onun atdığı güllələrdən biri Moldova vətəndaşına dəyib. Hüquq-mühafizə orqanları Aslan Qazzayevin hələlik istintaqa şahid qismində cəlb olunduğunu bildiriblər. Hazırda faktla bağlı araşdırmalar aparılır. -
06-09-2008, 05:41 PMAPA1 saylı psixiatriya xəstəxanasında məhkum dustaq yoldaşını bıçaqlayıb
[b]1 saylı psixiatriya xəstəxanasında məhkum dustaq yoldaşını bıçaqlayıb[b]
[Bakı. Samir Kazımlı-APA. Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasında müalicə olunan məhkumlardan biri digərini bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlovun APA-ya verdiyi məlumata görə, iyulun 6-dan 7-ə keçən gecə xəstəxananın 5 saylı ümumi şöbəsində məcburi müalicə olunan, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) və 237-ci (qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə) maddələri ilə təqsirli bilinərək məhkum olunan, Bakı sakini, 25 yaşlı Kamran Nəsibov münaqişə zəminində orada müalicə olunan və Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək məhkum edilən, Balakən sakini 35 yaşlı Etibar Əhmədova bıçaqla xəsarət yetirib. Hadisədən sonra zərərçəkən 3 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. -
06-09-2008, 05:51 PMAPAAzərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb
[b]Azərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasına 450 mininci şəxs üzv qəbul edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla YAP nəinki Azərbaycanın, həm də regionun ən qüdrətli, güclü və kütləvi siyasi təşkilatı olduğunu göstərib. Təkcə 2008-ci ilin 5 ayı ərzində partiya sıralarına 16 mindən artıq yeni şəxsin üzv qəbul olunduğu bildirilib. Partiyanın mətbuat xidmətindən bu faktın xüsusilə prezident seçkiləri ərəfəsində ölkənin həyatında çox mühüm siyasi əhəmiyyət daşıyacaq qədər önəmli olduğu vurğulanıb: "Bu fakt bir daha sübut edir ki, YAP sıralarına qoşulan hər bir vətəndaş, eyni zamanda bir seçici kimi qarşıdan gələn prezident seçkilərində artıq öz seçimini edib". -
06-09-2008, 06:01 PMAPAZaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər
[b]Zaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər[b]
[Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada orta məktəb məzunlarından attestat üçün qanunsuz olaraq pul tələb edilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna şagirdlərin valideynləri məlumat veriblər. Valideynlər bildiriblər ki, şəhərin 3 saylı, həmçinin 1 saylı Aşağı Tala kənd və Bəhmədli kənd orta məktəblərinin rəhbərliyi ali təhsil almaq arzusunda olan məzunlardan mərkəzləşmiş test imtahanından uğurla keçmələri üçün 100 manat istəyib. Əks təqdirdə, məzunlara attestat verilməyəcəyi deyilib. Zaqatala şəhərindəki 3 saylı orta məktəbin direktoru Məmməd Osmanov isə bu iddiaları təkzib edib. O, heç bir şagirddən imtahan üçün pul tələb olunmadığını söyləyib. Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov da yayılmış söz-söhbəti eşitdiyini desə də, bunun həqiqətə uyğun olmadığını vurğulayıb. Rayonda keçiriləcək ilk mərkəzləşmiş test imtahanlarının Təhsil Nazirliyinin xətti ilə təşkil olunduğunu bildirən T. Məmmədovun sözlərinə görə, proses 240 müşahidəçi tərəfindən izlənəcək və cavablar 60 nəfərdən ibarət xüsusi komissiya tərəfindən yoxlanılacaq. Şöbə müdiri belə olan halda hansısa məktəb direktorunun şagirddən rüşvət tələb etməsini ağılsızlıq adlandırıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə bəyan edib ki, Zaqatalada keçirilən test imtahanı nazirlik tərəfindən təşkil olunmadığı üçün mərkəzləşdirilmiş hesab oluna bilməz. O, təhsilin bitirilməsi barədə sənədlərin şagirdlərə pulsuz verilməli olduğunu xatırladıb: "Əgər hər hansı şagird və ya valideyndən attestatın əvəzində pul tələb olunursa, həmin şəxs ərizə ilə nazirliyə və ya "Qaynar xətt"ə müraciət etsin. Bircə müraciət də daxil olarsa, biz onu dərhal araşdırmağa başlayacağıq. Ancaq çox təəssüf ki, ictimaiyyət belə məsələlərdə aktivlik göstərmir və hər hansı məsələnin araşdırılması üçün müraciət etmir".