[b]ABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub[b]
[Vaşinqton - APA. Konqresmen Dennis Kusiniç Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti (vəzifədən kənarlaşdırılması) tələbi ilə qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, prezidentliyə keçmiş namizəd, demokrat D. Kusiniç 35 maddədən ibarət ittihamnaməni 5 saat ərzində Nümayəndələr Palatasının tribunasından oxuyub. Yerli vaxtla saat 19.12-də çıxışa başlayan konqresmen əvvəlcə hansı niyyətlə bu sənədi hazırladığını izah edib, sonra 4 saat 39 dəqiqə layihəni oxuyub və saat 23.51-də tribunadan enib. D. Kusiniç prezidentin öz səlahiyyət həddini aşdığını və Amerika xalqını aldatdığını bildirib: "Prezident qanunun aliliyi və insan haqlarına hörmət sahəsində nümunə olan Birləşmiş Ştatları bütün dünyanın gözündə beynəlxalq qanunlara əməl olunmayan bir dövlətə çevirib". Çıxışdan sonra iclasın sədri sənədin baxılmaq üçün qəbul olunub-olunmayacağına daha sonra qərar veriləcəyini açıqlayıb.
Azərbaycan Xəbərləri
Printable View

06-10-2008, 12:41 PMAPAABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub

06-10-2008, 12:51 PMAPAUkraynada bir azərbaycanlı öldürülüb
[b]Ukraynada bir azərbaycanlı öldürülüb[b]
[Kiyev - APA. Ukraynanın Çerniqov şəhərinin Privokzalnı bazarında 37 yaşlı azərbaycanlı Niyaz Nuriyev qətlə yetirilib. APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, milis qətllə bağlı 22 yaşlı İlkin Hüseynovu saxlayıb. N. Nuriyevin qohumları isə onu İlkin Hüseynovun atası İbrahim Hüseynovun öldürdüyünü bildiriblər. Onlar İbrahim Hüseynovun Niyaz Nuriyevlə mübahisə etdiyini və bıçaqla ürək nahiyəsindən zərbə endirdiyini deyiblər. Atanın cinayətini oğulun öz boynuna götürdüyünü iddia edən azərbaycanlılar əsl qatilin həbs olunmasını tələb ediblər. Ancaq İbrahim Hüseynov istintaqdan yayınır. N. Nuriyevin cənazəsi isə doğulduğu Kürdəmir rayonuna gətirilərək dəf edilib. -
06-10-2008, 01:01 PMAPAAzərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq
[b]Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq[b]
Bakı. Turan Hüseynova-APA. 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdiriləcək.
[APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. İmtahanın nəticələrindən razı qaldığını deyən nazir imtahanın gələn bütün respublikanı əhatə edəcəyini söyləyib. M. Mərdanov bu imtahanın gələn ildən 9-cu sinif şagirdlərinə tətbiq olunacağını da bildirib. O, attestat qiymətlərinin 4 gün sonra Təhsil Nazirliyi tərəfindən qiymətləndiriləcəyini və internet səhifəsinə yerləşdiriləcəyini deyib. Nazir "Loğman" Tibb Məktəbinin tələbələrinin aqibəti ilə bağlı sualı da cavablandırıb: "Bu tələbələrin aqibətinin nə olacağı məlum deyil. Biz əvvəldən xəbərdarlıq etmişdik ki, məktəb qanunsuz fəaliyyət göstərir". -
06-10-2008, 01:11 PMAPA"Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur
[b]"Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Milli Məclisin yaz sessiyası başa çatana qədər "Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur". Bu barədə APA-ya Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. O, qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı heç bir problemin olmadığını söyləyib. -
06-10-2008, 01:21 PMAPAAzərbaycanda sabiq müstəntiqə hökm oxunub
[b]Azərbaycanda sabiq müstəntiqə hökm oxunub[b]
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevə hökm oxunub.
[APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. Nağıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, M. Nağıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. -
06-10-2008, 01:31 PMAPAKrımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb
[b]Krımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Krımda keçirilən "Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində" konfransda Azərbaycanın kitabxana mütəxəssisləri də iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, "Krım 2008" XV Beynəlxalq yubiley konfransına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə şəhər kitabxanası və Astara rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktorları, Prezident Kitabxanasının, Xəzər və Qafqaz universitetlərini kitabxanalarının mütəxəssisləri qatılıblar. Konfransın birinci iclas günü Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğinə, habelə ölkəmizin kitabxana sahəsinə və elektron kitabxanaların inkişafına həsr olunub. Bu ilki konfransı "Kitabxanalar, informasiya və təhsil texnologiyaları vətəndaş cəmiyyətində" mövzusunda keçirilir. "Krım" konfransı kitabxana, nəşriyyat, informasiya mərkəzləri, muzey və arxivlər, elm, mədəniyyət və təhsil müəssisələrinin rəhbər və mütəxəssislərinin, habelə kompüter və İnternet-kompaniyalarının dünya peşəkar forumudur. Konfrans "İnternational Federation of Library Association" (İFLA) himayəsi ilə keçirilir. -
06-10-2008, 03:41 PMAPAAzərbaycanın müdafiə naziri ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının Komandanını qəbul edib
[b]Azərbaycanın müdafiə naziri ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının Komandanını qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının və Birgə Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Kevin Kosqrifi qəbul edib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq məsələlərinin mövcud inkişaf səviyyəsinin və regionda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış gərgin vəziyyəti qonağın diqqətinə çatdırıb. Görüşdə ABŞ və Azərbaycan Hərbi Dəniz qüvvələrinin əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. -
06-10-2008, 03:51 PMAPABakıda avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb
[b]Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi RPİ əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər (10-u qadın, 6-sı kişi, 1-i azyaşlı) saxlayıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Saxlanılan şəxslər Bakı şəhər BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər. -
06-10-2008, 04:01 PMAPAGəncə Yol Polisi Şöbəsinin sabiq rəisinin ölümü ilə bağlı zərərçəkən tərəf kasasiya şikayətindən imtina edib
[b]Gəncə Yol Polisi Şöbəsinin sabiq rəisinin ölümü ilə bağlı zərərçəkən tərəf kasasiya şikayətindən imtina edib[b]
[Bakı. Hacı Zeyanlov-APA. Bu gün Ali Məhkəmədə hakim Müzəffər Ağazadənin sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin sabiq rəisi İkram Xəlilovun ölümündə zərərçəkən tərəfin kasasiya şikayətinə baxılıb. Bu barədə APA-ya məlumat verən təqsirləndirilən Zabit Kazımovun vəkili Nərminə Məmmədova zərərçəkmiş tərəfin nümayəndəsinin prosesdə iştirak etmədiyini bildirib. Hakim prosesdə zərərçəkmiş tərəfin məhkəməyə müraciət edərək kasasiya şikayətindən imtina etdiyini bildirib. Məsələnin aydınlaşdırılması üçün proses 17-dək təxirə salınıb. Qeyd edək ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə iş üzrə təqsirləndirilən şəxslər Zabit Kazımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Pərviz Məmmədov isə 2 il şərti azadlıqdan məhrum olunub. -
06-10-2008, 04:11 PMAPABAXCP və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır
[b]BAXCP və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır. Partiyadan APA-ya verilən məlumata görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) partiya və qəzetlə icarə müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
[DƏİEDK-dən partiya rəhbərliyinə bildirilib ki, qərargahın yerləşdiyi bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindədir. Komitə DƏİEDK-ə məktubla müraciət edərək, binada təmir işləri aparılacağını, buna görə də partiya və qəzetlə icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Dövlət Komitəsi də bunu əsas gətirərək, partiya və qəzetlə yeni müqavilə bağlamayıb və binanın tərk edilməsinin vacibliyini bildirib. Partiyadan bildiriblər ki, yalnız rəsmi müraciətdən sonra partiyaya və qəzetə qərargahı tərk etmək üçün bir ay vaxt verilib. BAXCP-dən onu da qeyd ediblər ki, DƏİEDK hələ partiyaya yeni qərargah təklif etməyib. Qeyd edək ki, partiyanın Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır. Partiya hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşir.