Əsas məzmuna keç
Sayfa 255/461 İlkİlk ... 155205245253254255256257265305355 ... SonSon
4610 sonuçtan 2.541 ile 2.550 arası

Azərbaycan Xəbərləri

1. #2541
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib

[b]Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib[b]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) iyulun 11-dən 15-dək keçirdiyi dövlət nəzarəti tədbirləri zamanı bir sıra müəssisələrdə nöqsanlar aşkar edilib. Agentliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, süd məhsulları istehsal edən bir və çörək istehsal edən iki müəssisədə dövlət standartının tələblərinin pozulduğu müəyyənləşdirilib. Yoxlanılan məhsulun istehsalı və satışı qadağan edilib, nöqsanların aradan qaldırılması üçün müəssisəyə iradnamə verilib və inzibati xəta haqqında qərar qəbul olunub. Çörək istehsal edən müəssisəyə istismar edilən ölçmə vasıtələrinin istismardan çıxarılması barədə tələbnamə də verilib. Agentlik tərəfindən qənd istehsal edən bir müəssisədə də standartın tələblərinin pozulduğu aşkarlanıb. Dövlət nəzarətinin nəticələrinə görə, yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan edilib.

2. #2542
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan bədii filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanıb

[b]Azərbaycan bədii filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanıb[b]

Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun təşəbbüsü ilə Azərbaycan filmlərinin fotoşəkillərinin elektron vesiyası hazırlanıb. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, elektron versiyanın təqdimatı payızda keçiriləcək. C. Quliyev elektron versiyada 110 il ərzində Azərbaycanda çəkilmiş 252 bədii filmindən 5628 foto yerləşdirilib: "Bu elektron format Azərbaycan filmlərinin fotolarının uzun illər xalqımıza xidmət etməsinə və uzun illər qorunub saxlanmağa imkan yaradacaq. Bu elektron versiyada yer alan fotoların əksəriyyəti yenidən bərpa olunub".

3. #2543
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb

[b]Bakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün yekunlaşıb. APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin F. Əliyev, R. Əliyev və digər şəxslərlə bağlı hökmünün qüvvədə saxlanması barədə qərar çıxarıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

4. #2544
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ulyanovsk şəhərində Heydər Əliyevə abidə ucaldılıb

[b]Ulyanovsk şəhərində Heydər Əliyevə abidə ucaldılıb[b]

Bakı. Zaur Nurməmmədov - APA. Rusiyanın Ulyanovsk şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Ulyanovskda H. Əliyevin abidəsi ucaldılması və onun adına park salınması təşəbbüsü ilə Ümumrusiya Azərbaycan Konqresinin yerli şöbəsinin sədri İslam Hüseynov çıxış edib. Təşəbbüs vilayətin qubernatoru Serqey Morozov və şəhərin meri Sergey Yermakov tərəfindən dəstəklənib. Abidənin müəllifi məşhur memar Sergey Bobrakovdur.

5. #2545
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gəncə Musiqi Texnikumunun kollektivi "Arşın mal alan" operettasını səhnələşdirib

[b]Gəncə Musiqi Texnikumunun kollektivi "Arşın mal alan" operettasını səhnələşdirib[b]

Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə Musiqi Texnikumunun müəllim və tələbə heyəti "Arşın mal alan" operettasını səhnələşdirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının Gəncə Dövlət Kukla Teatrının baş rejisoru Fərmail Paşayev səhnələşdirib. Onun sözlərinə görə, dahi bəstəkarın operettasını səhnələşdirmək təklifi Musiqi Texnikumunun pedaqoji kollektivinin üzvlərindən gəlib. Qeyd edək ki, bu, Gəncə teatrlarında operettanın sənhələşdirilməsinə dair ilk faktdır.

6. #2546
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ANS plagiatdan əl çəkmir

[b]ANS plagiatdan əl çəkmir[b]

Bakı. Elbrus Seyfullayev-APA. Azəri-Press İnformasiya Agentliyi (APA) dəfələrlə bəzi media qurumlarına plagiatla bağlı müraciətlər edib. Bu yerdə həmişə öncül yerlərdən birini ANS Şirkətlər Qrupuna daxil olan təşkilatlar (ANS TV və ANSPRESS saytı) tutduğu üçün bu qurumun son iki ayda APA-dan etdiyi plagiatla bağlı kiçik monitorinq keçirdik.

Monitorinq yalnız ayın bəzi günlərində keçirildi və ortaya çox utandırıcı mənzərə çıxdı. Belə ki, hamını obyektivliyə, qərəzsizliyə və vicdanlılığa çağıran, hamıya hər zaman peşəkarlıq dərsi keçməyə çalışan ANS öz "peşəkarlığını" "yüksək səviyyədə" ortaya qoyub. Şirkətin əməkdaşlarının yüksək plagiatlıq "qabiliyyətinə" əhsən deməmək olmur. "Başqa sahələrdə olduğu kimi jurnalistikada da plagiatlıq var. Bununla bağlı Mətbuat Şurasına qəzet və informasiya agentlikləri tərəfindən şikayətlər gəlir. Hesab edirik ki, bu sahədə mövcud olan hərc-mərcliyi aradan qaldırmaq lazımdır". Bunu isə plagiatlıqla bağlı məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri qəzetlərin həm bir-birlərindən həm də informasiya agentliklərindən xəbərlər oğurladığını deyib. Ə. Amaşov deyib ki, Mətbuat Şurasının keçirdiyi monitorinqlərin nəticəsində qəzetlərdəki materialların üçdə iki hissəsinin informasiya agentliklərinə məxsus olduğu üzə çıxıb: "Qəzetlərdə xəbər hazırlamaq praktikası ya yaddan çıxıb ya da ki, həmin redaksiyaların əməkdaşları xəbər toplamaqda çətinlik çəkirlər. Çox ehtimal ki, qəzetlərdə informasiyaların çoxluğunu görərək xəbərin kimə məxsus olduğunu göstərən hissəni çıxarıb öz əməkdaşının adını yazırlar. Bu isə plagiatlığın bariz nümunəsidir". MŞ sədri televiziya verilişlərində, əsasən də xəbərlər proqramlarında informasiya agentliklərinin xəbərlərinin istinad olunmadan səsləndirildiyini bildirib: "Bu da plagiatlığın bir formasıdır. Keçirdiyimiz monitorinqlərdə bu halları özümüz üçün də müəyyənləşdiririk". Ə. Amaşov deyib ki, MŞ yaxın gələcəkdə plagiatlıqla bağlı geniş bir tədbir keçirəcək. ANS-in APA-dan etdiyi plagiatlığın kiçik nümunələrini təqdim edirik:[ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [

7. #2547
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hüquqşünas Musa Hacıöməroğlu: "Vətəndaşlarımızın çoxu "Ergenekon" ittihamnaməsinin montaj olmasından şübhələnir"

[b]Hüquqşünas Musa Hacıöməroğlu: "Vətəndaşlarımızın çoxu "Ergenekon" ittihamnaməsinin montaj olmasından şübhələnir"[b]

Ankara. Mayis Əlizadə - APA. "Adətən ittihamnamələr prokurorluq tərəfindən məhkəməyə təqdim ediləndən sonra məhkəmə iclasında oxunaraq açıqlanır. İstanbul cümhuriyyət baş prokuroru ittihamnamənin məzmununu elan etmədən onun formal tərəfləri barədə qısa məlumat verib. Bunu ittihamnamənin açıqlanması kimi dəyərləndirmək doğru deyil. Məhkəmə 15 gün ərzində ittihamnaməni analiz edəcək, əgər çatışmazlıqlar varsa, prokurorluğa geri göndərəcək. Hər şey qaydalara uyğundursa, məhkəmə iclasında ittihamnamə elan ediləcək". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında hüquqşünas Musa Hacıöməroğlu deyib. O, ittihamnamənin istintaqın başlamasından 13 ay sonra açıqlanmasının normal olmadığını bildirib: "Əgər bir cinayətdən söhbət gedirsə, araşdırılmalı və ciddi dəlillərlə məhkəməyə təqdim edilməlidir. Bunun üçün əlbəttə, zamana ehtiyac var. Ancaq bu, uzun olmamalıdır. Uzun müddət davam edən istintaqlar normal sayıla bilməz. Ona görə də vətəndaşlar şübhələnməyə başlayıblar ki, əcaba, istintaq üzərində kənar təsirlər varmı? Açıqlanan ittihamnaməyə baxanda görürük ki, vətəndaşlarımız gözləniləndən fərqli məlumatlarla qarşılaşıb. Bu səbəblə insanlarımızın bir çoxu montaj bir ittihamnamə ilə qarşılaşdığı duyğusuna qapılıb. İstintaqı aparanlar və ittihamnaməni hazırlayanlar bütün dəlilləri toplayıb mühafizə etmək məcbriyyətindədirlər. Bu baxımdan 12 iyun 2007-ci ildə ələ keçirilən və "Ergenekon" ittihamnaməsinin fəqərə sütununu təşkil edən 27 ədəd qumbaranın bir gün sonra partladılması normal hadisə deyil". Hüquqşünas bu günə qədər ictimaiyyəti məşğul edən "Ergenekon" istintaqında nələrin olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini söyləyib: "Daha təfərrüatlı bilgilər ittihamnamənin məhkəmədə açıqlanmasından sonra ortaya çıxacaq".

8. #2548
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan mətbuatında müəlliflik hüququnun qorunması beynəlxalq seminarda müzakirə olunacaq

[b]Azərbaycan mətbuatında müəlliflik hüququnun qorunması beynəlxalq seminarda müzakirə olunacaq[b]

Bakı. Laura Cəbrayıllı - APA. Bu ilin oktyabrında Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə "Müəlliflik hüququ və yayım təşkilatları" mövzusunda beynəlxalq seminar keçiriləcək. Azərbaycan Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirak edəcəyi seminarda kollektiv idarəetmə təşkilatlarının üzləşdiyi problemlər müzakirə ediləcək. Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrində (KİV) müəlliflik hüququnun qorunması, qonorar yığımı ilə bağlı məsələlər seminarın əsas mövzusu olacaq.

9. #2549
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib

[b]Elçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib[b]

Bakı-APA. Daxili İşlər Nazirliyinin mətbuat xidməti İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus "Tofaş" markalı maşının şüşəsinin sındırılması və orada olan pulun aparılması barədə yayılan məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 14-də Elçin Tofiq oğlu Behbudovun Yasamal rayonu ərazisindəki Ə. Hüseynzadə küçəsində saxlanılan "Tofaş" markalı maşınının şüşəsi sındırılıb və orada olan 30 min manat oğurlanıb. Məlumata görə, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hüquq müdafiəçisi Elçin Behbudov isə APA-ya açıqlamasında iyulun 14-də maşınının şüşəsinin sındırılması faktını təsdiqləyib. O, maşınından 50 min manatın oğurlanması barədə "Yeni Müsavat" qəzetində dərc olunan informasiyanın şişirdildiyini bildirib. Komitə sədri məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini deyib.

10. #2550
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ağdam istiqamətində qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb

[b]Ağdam istiqamətində qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb[b]

Bakı. Teymur Zahidoğlu-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle keçiriblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.