Əsas məzmuna keç
Sayfa 193/461 İlkİlk ... 93143183191192193194195203243293 ... SonSon
4610 sonuçtan 1.921 ile 1.930 arası

Azərbaycan Xəbərləri

1. #1921
Senior Member
Üyelik tarihi
Apr 2008
Yer
Türkiye / İstanbul
Mesajlar
111

Re: Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib

Alıntı APA Nickli Üyeden Alıntı
[b]Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan parlamentinin sədri, xanım Akya Nurberdiyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub.

Gözel xeber,Türk devletleri artık birlikte işler yapmalı

2. #1922
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Ülkər Qasımova-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 19-da saat 07:20-dən 11:50-dək və saat 22:00-dan 22:35-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 14:50-dən 15:10-dək və saat 23:15-dən 23:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:00-dan 16:15-dək, iyunun 20-si 00:40-dan 00:56-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 05:40-dan 07:10-dək ara-sıra Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 07:07-dən 07:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

3. #1923
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xarici işlər nazirinin müavininin evi qarət olunub

[b]Xarici işlər nazirinin müavininin evi qarət olunub[b]

Bakı. Laçın Sultanova - APA. Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyakın mənzili qarət olunub.

APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, milisə müraciət edən nazir müavini bildirib ki, Miçurinsk prospektində yerləşən mənzildən xeyli pul, qadın kürkü və zərgərlik məlumatları oğurlanıb. Zərərçəkən dəymiş ziyanı 300 min rubl (təqribən 10 min 380 manat) dəyərində qiymətləndirib. Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların mənzilə açar-seçmə yolu ilə daxil olduqlarını müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi başlanıb.

4. #1924
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Havaylı konqresmen Jene Vard: "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir"

[b]Havaylı konqresmen Jene Vard: "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir"[b]

Havay. Hüsniyyə Həsənova-APA. "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir".

APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirlər Havay ştatının Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Jene Vardın yerli "Hanolulu Advertiser" qəzetində dərc olunan məqaləsində öz əksini tapıb. Konqresmen qeyd edib ki, iyunun 10-11-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun artması" forumu 50 ölkədən 250 qonağı bir araya yığıb. Konqresmen sivilizasiyaların toqquşma sərhədində yerləşən Azərbaycan paytaxtına 6 ölkənin birinci xanımı ilə yanaşı qadınlara sürücülük sənədi verilməyən Səudiyyə Ərəbistanından və digər ölkələrdən nümayəndələrin qatıldığını bildirib. Müəllif bildirib ki, Mərakeşdə hələ də qadınlara seçmək və seçilmək hüququ verilməyib. Müəllif Azərbaycanı ABŞ-ın Havay ştatı ilə müqayisə edərək onun çoxmillətli, müsəlman, yəhudi və xristianların birgə yaşadığı ölkə olduğunu vurğulayıb. O, ölkənin birinci xanımı Mehriban Əliyevanı misal gətirərək ölkədə müsəlman qadınların geniş hüquqlarının olduğunu, qadınlara ABŞ-dan öncə səsvermə hüquqlarının verildiyini yazıb.

5. #1925
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əflatun Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib

[b]Əflatun Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanda həbsdə olan jurnalistlər var. Hesab edirəm ki, onlar yaxın vaxtlarda azadlığa çıxacaqlar".

APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin V qurultayında hesabat məruzəsi ilə çıxış edərkən bildirib. Ə. Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib: "Prezidentdən xahiş edirəm ki, jurnalistlərin azadlığa çıxmasında bizə yardımçı olsun. Jurnalistlərin azadlığa buraxılması Azərbaycanın imicinə müsbət təsir göstərəcək".

6. #1926
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rəsmi Dehli Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə Hindistan-MDB formatında görüş planlaşdırır

[b]Rəsmi Dehli Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə Hindistan-MDB formatında görüş planlaşdırır[b]

Bakı. Tamara Qriqoryeva - APA. Hindistan Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək fikrindədir. APA-nın "NewDeli Times"a istinadən verdiyi məlumata görə, bu il noyabrın 21-də Nyu-Dehlidə adları çəkilən ölkələrin rəsmi şəxslərinin iştirakı ilə Hindistan-MDB formatında görüş keçirilməsi planlaşdırılır. Görüş zamanı bir sıra enerji və nəqliyyat layihələrinin müzakirəsi gözlənilir.

7. #1927
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstan prezidentinin azərbaycanlı müşaviri: "Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam"

[b]Gürcüstan prezidentinin azərbaycanlı müşaviri: "Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam"[b]

Bakı. Laçın Sultanova - APA. "Gürcüstanda yaşayan azsaylı millətlərin problemləri çoxdur. Bu problemlər həm də dövlətin problemidir. Bacardığım qədər dövlətin arxasında dayanıb, bu problemləri, o cümlədən azərbaycanlıların problemlərini həll etməyə çalışacağam".

Bu eksklüziv açıqlamanı APA-ya Gürcüstan prezidentinin milli məsələlər üzrə yeni təyin etdiyi müşaviri, soydaşımız Mübariz Qarayev deyib. M. Qarayevin sözlərinə görə, prezident milli məsələlər üzrə özünə 5 müşavir təyin edib: "Onlardan biri də mənəm". Təyinatın onun üçün gözlənilməz olduğunu deyən M. Qarayev bu barədə sərəncamın mayın 18-də imzalandığını bildirib. O, prezident Mixail Saakaşvili ilə bu günlərdə görüşəcəyini söyləyib.Qeyd edək ki, M. Qarayev 1970 il mayın 15-də Tiflisdə anadan olub, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müşavir təyin olunana qədər M. Qarayev qeyri-hökumət təşkilatı olan Torpaq Sahibkarlarının Səlahiyyətli Müdafiə Assosiasiyasının rəhbəri olub. Azərbaycan, gürcü və rus dillərini sərbəst bilir.

8. #1928
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib

[b]ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib[b]

Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Marie Yovanoviçin Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyi müzakirə edilib.

APA-nın ABŞ bürosunun məlumatına görə, komitə üzvlərindən ermənilərin kompakt yaşadığı Nyu-Cersi ştatından olan senator Robert Menendez namizəd Yovanoviçə 1915-ci ildə baş verənlər hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı sual ünvanlayıb. Xanım diplomat bu suala mənfi cavab verib: "Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar". Qeyd edək ki, ermənipərəst Robert Menendez bundan əvvəl Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyini irəli sürdüyü Riçard Xoqlandın təyinatına veto qoyub. Bu səbəbdən iki ilə yaxındır ki, ABŞ-ın Ermənistanda səfiri yoxdur.

9. #1929
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı 60 faiz artacaq

[b]2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı 60 faiz artacaq[b]

Bakı. Ülviyyə Əliyeva - APA. 2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı indikindən 60 faiz çox olacaq. APA-nın məlumatına görə, bu bəyanatla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktor müavini Yuri Sokolov Cənubi Koreyada atom enerjisi istehsalının 30 illiyi ilə bağlı mərasimdə çıxış edib. Y. Sokolov qeyd edib ki, bu gün dünyada 440 atom elektrik stansiyası mövcuddur ki, onlardan 103-ü ABŞ-da, 59-u Fransada, 55-i Yaponiyada, 31-i isə Rusiyada fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə hazırda 30 reaktor tikilməkdədir. Qeyd edək ki, müasir dövrdə dünyada hasil olan enerjinin 16 faizi AES-lərin payına düşür. Fransada bu göstərici 78, Yaponiyada isə cəmi 2 faiz təşkil edir. AEBA nümayəndəsi bildirib ki, enerji asılılığının artması ilə bağlı Asiya ölkələri hazırda alternativ enerji axtarışı ilə daha çox maraqlanırlar. Məhz bu səbəbdən də AES-lərin tikintisinə daha çox meyl edirlər: "Lakin ölkələr bunu təhlükəsiz yolla etməlidirlər. Nüvə qurğuları təhlükəsiz istismar olmalı, nüvə materialları isə etibarlı saxlanılmalıdır".

10. #1930
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq

[b]AŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq[b]

Bakı. Laçın Sultanova-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün bu gecə Strasburqa yola düşəcək.

Bu barədə APA-ya nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. İyunun 23-27-də keçiriləcək sessiyanın gündəliyinə "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatın müzakirəsi də daxil edilib. Hesabatla bağlı qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən qətnamə layihəsi hazırlanıb. Qətnamə layihəsinə münasibət bildirən Səməd Seyidov deyib ki, Azərbaycan müzakirəyə çıxarılacaq qətnamə layihəsini diqqətlə öyrənib: "Bizim bu sənədə əlavələrimiz var, bəzi məsələlərə dəyişikliklər etməyə ehtiyac duyulur". Xatırladaq ki, AŞ PA Monitorinq Komitəsinin mayın 26-da Kiyevdə keçirilmiş iclasında "Azərbaycanda demokratik institutların vəziyyəti" barədə qəbul edilmiş qətnamə layihəsində bildirilir ki, Azərbaycanda seçkilər ərəfəsində insan haqları ilə bağlı vəziyyət pisləşib. Komitə həbsdə olan jurnalistlər Qənimət Zahidov, Sakit Zahidov və Eynulla Fətullayevin, o cümlədən siyasi məhbus adlanan 5 şəxsin təcili surətdə azadlığa buraxılmağı tələb edib. Sessiyada Türkiyədə demokratik institutlarının vəziyyəti məsələsi də müzakirə olunacaq, müzakirələrə Türkiyənin xarici işlər naziri Əli Babacan dəvət olunub. Sessiyanın gündəliyində həmçinin Çində vəziyyət, Avropada demokratiyanın vəziyyəti, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə mübarizə, müasir müxtəlif mədəniyyətlərə malik cəmiyyətlərdə qadınların rolunun artırılması, valideynlərin yeni doğulan uşaqlardan imtina edilməsi və s. məsələlər müzakirə ediləcək. Ermənistanda demokratiyanın vəziyyəti məsələsi sessiyanın gündəliyinə o zaman salına bilər ki, bu ölkəyə səfər etmiş həmməruzəçilər orada keçirilmiş prezident seçkilərindən sonra AŞPA tərəfindən qəbul edilmiş qətnamənin yerinə yetirilməsində irəliləyiş olmadığını bildirsinlər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.