Əsas məzmuna keç
Sayfa 130/461 İlkİlk ... 3080120128129130131132140180230 ... SonSon
4610 sonuçtan 1.291 ile 1.300 arası

Azərbaycan Xəbərləri

1. #1291
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İranda dövlət əleyhinə çıxış etməkdə ittiham olunan sabiq bələdiyyə sədri 3 il müddətinə azadlıqdan məhrum edilib

[b]İranda dövlət əleyhinə çıxış etməkdə ittiham olunan sabiq bələdiyyə sədri 3 il müddətinə azadlıqdan məhrum edilib[b]

Bakı. Ramil Məmmədli-APA. İranın Maku vilayətinin Şot şəhər Şurasının (bələdiyyə) keçmiş sədri Əkbər Ləkistani məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətidən APA-ya verilən məlumata görə, Maku İnqilab Məhkəməsi tərəfindən irəli sürülən ittihamda Ə. Ləkistaninin şəhərin Cümə məscidindəki çıxışı zaman İranın dövlət quruluşu və siyasətinin əleyhinə fikirlər söylədiyi bildirilib. Məhkəmənin qərarında Ə. Ləkistaninin Türkiyədə olduğu zaman ABŞ səfirliyi ilə əlaqə qurduğu və "Amerikanın səsi" radiosuna İran əleyhinə müsahibə verdiyi də qeyd olunub. Qeyd edək ki, Ə. Ləkistani ötən il 1 ay müddətinə həbsdə olub.

2. #1292
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq

[b]28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq[b]

Bakı. Elnur Məmmədli - APA. 28 May - Respublika Günü münasibətilə həmin gün Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncamına uyğun olaraq bu barədə qərarı qəbul edib. Şəhər rəhbərliyinin qərarına görə, bayram günü saat 21.00-da Milli Parkda incəsənət ustalarının iştirakı ilə başlayacaq konsert proqramı saat 23.00-da atəşfəşanlıqla yekunlaşacaq.

3. #1293
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Böyük Britaniyada Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib

[b]Böyük Britaniyada Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Oksford şəhərində Oksford-Azərbaycan Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Oksford şəhərinin meri S. Pressel, burada təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib. Səfir F. Qurbanov çıxış edərək, Britaniyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində belə bir cəmiyyətin yaradılmasının Azərbaycan həqiqətlərin çatdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Oksford meri S.Pressler, öz növbəsində, şəhər rəhbərliyinin gənclərin bu addımını dəstəklədiyini bildirib.

4. #1294
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda məhkəmə müxalifət partiyası sədrinin şikayətini təmin etməyib

[b]Azərbaycanda məhkəmə müxalifət partiyası sədrinin şikayətini təmin etməyib[b]

Bakı. Elnur Məmmədli - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayəti üzrə qərar qəbul edilib.

Ə. Kərimlinin vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, AXCP sədrinin 1994-cü ildə barəsində başlanan cinayət işinin ləğv olunması ilə bağlı şikayəti təmin olunmayıb. Qərarda məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətinin olmadığı göstərilib. Vəkil qərardan apellyasiya şikayəti veriləcəyini deyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində 1994-cü ildə başlanan cinayət işinin ləğv olunmadığını əsas gətirərək, ona ümumvətəndaş pasportu verməkdən imtina edib.

5. #1295
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq

[b]Gürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq[b]

Tiflis - APA. Gürcüstanın birləşmiş müxalifətinin Rustaveli prospektində, parlamentin binası qarşısında keçirdiyi kütləvi aksiya başa çatıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, birləşmiş müxalifətin liderlərindən olan Levan Qaçeçiladze kütləni dağılışmağa və yeni qanunverici orqanın ilk iclasının keçiriləcəyi 10 iyunda yenidən meydana toplaşaraq parlament binasını mühasirəyə almağa çağırıb. O bildirib ki, telekanallar müxalifətə yer verməsələr də, müxalifət gələcək planları haqqında xalqı məlumatlandırmaq üçün imkan tapacaq.

6. #1296
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb

[b]Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb. "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" prezidentin 12 mart 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı Maliyyə Nazirliyi göstərilən vəsaitin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmasını təmin etməlidir.

7. #1297
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilər Ağdamın işğal altında olan daha iki kəndini yandırıblar

[b]Ermənilər Ağdamın işğal altında olan daha iki kəndini yandırıblar[b]

Ağdam. Teymur Zahidoğlu-APA. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərinə od vurmaqda davam edirlər. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər Ağdamın cənubunda yerləşən Novruzlu və İsmayılbəyli kəndlərinin ərazilərinə od vurublar.

Alov 30 metr hündürlüyünə qədər qalxıb. Yanğınla bərabər qatı tüstü qatı da ətrafı bürüyüb. Ağdamın Şıxlar kəndinin ərazilərində ötən gündən başlayan yanğınların miqyası bu gün daha da genişlənib. Buna görə də yaxınlıqdakı boş ərazilərdəki həşəratlar və gəmiricilər cəbhəyanı kəndlərə axışırlar.

8. #1298
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağıstanda nəşr olunan qəzetin baş redaktoru məhkum edilib

[b]Dağıstanda nəşr olunan qəzetin baş redaktoru məhkum edilib[b]

Mahaçqala. İslam Kərimov - APA. Dağıstanda nəşr olunan "Mnenie naroda" qəzetinin keçmiş baş redaktoru Nabiqula Cavatxanov Mahaçqala şəhəri Sovetski rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. APA-nın Dağıstan bürosunun məlumata görə, jurnalistin məhkum edilməsinin səbəbi sözügedən qəzetdə 2005-ci ilin yanvarında Mahaçqala şəhər sakini Aydın Balabekovun imzası ilə "Sionistlərə cavab" başlıqlı yazısının dərc olunmasıdır. Yazıda milli və dini qarşıdurmanı gücləndirən, yəhudi xalqına qarşı nifrət yarada bilən məqamların olduğu müəyyənləşdirilib.

9. #1299
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Amerika azərbaycanlıları konqresmen Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər

[b]Amerika azərbaycanlıları konqresmen Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər[b]

Nyu-York. Hüsniyyə Həsənova-APA. Azərbaycan diasporunun üzvləri Ohayo ştatını Konqresdə təmsil edən Jean Şmidtin seçkiqabağı maliyyə toplantı mərasimində iştirak ediblər.

APA-nın ABŞ bürosunun məlumatına görə, Manhettendə baş tutan mərasimə Azərbaycan Amerika Şurasının prezidenti Tomris Azəri, Amerika Azərbaycanlıları şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və çoxlu sayda fəal azərbaycanlı qatılıblar. Mərasimdə Tomris Azəri konqresmeni Azərbaycan və Türk icmalarının artan siyasi aktivliyi və icmaların təkmilləşməsi barədə məlumatlandırıb. Adil Bağırov isə ABŞ-la Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının əhəmiyyəti, türk mənşəli icmaların icra və qanunvericilik səviyyəsində apardığı işdən söhbət açıb. Qeyd edək ki, xanım Şmidt Konqresin Türkiyə üzrə İşçi Qrupunun üzvüdür.

10. #1300
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Brüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib

[b]Brüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib[b]

Bakı. Laçın Sultanova - APA. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi və NATO yanında nümayəndəliyi Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 26-da Brüsselin "Volubilis" salonunda konsert və sərgi keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər 28 May - Respublika Gününə və ADR-in 90 illiyinə həsr olunub. Salonun foyesində azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş etdirilib. Azərbaycan Gənclər Simfonik Orkestri və Uşaq Kapellası "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramı ilə çıxış edib. Proqrama Azərbaycan və dünya klassiklərinin əsərləri daxil edilib. Yüksək səviyyədə keçən konsert proqramı iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə Belçikanın rəsmi qurumlarının və ictimaiyyət nümayəndələri, xarici ölkələrin səfirləri və təmsilçiləri, beynəlxalq məktəblərin şagirdləri, müxtəlif Avropa qurumlarının nümayəndələri, eləcə də Belçikada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.