Əsas məzmuna keç
Sayfa 238/461 İlkİlk ... 138188228236237238239240248288338 ... SonSon
4610 sonuçtan 2.371 ile 2.380 arası

Azərbaycan Xəbərləri

1. #2371
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebi Gürcüstandadır

[b]Piter Semnebi Gürcüstandadır[b]

Tiflis - APA. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstana səfər edib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, üç günlük səfər zamanı P. Semnebi Gürcüstan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə əsas müzakirə mövzusu Abxaziya və Cənubi Osetiya problemlərinin həlli olacaq.

2. #2372
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Valideynləri Eynulla Fətullayevlə görüşüb

[b]Valideynləri Eynulla Fətullayevlə görüşüb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayev bu gün valideynləri ilə görüşüb. Bu barədə APA-ya məhbusun atası Emin Fətullayev bildirib. Oğlunun durumunun normal olduğunu bildirən Emin Fətullayev onun saxlanma şəraiti ilə bağlı hər hansı narazılıq etmədiyini bildirib. Qeyd edək ki, E. Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə ötən ilin oktyabr ayında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham edilib.

3. #2373
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub

[b]Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub[b]

Bakı. Ramil Məmmədli-APA. Ərdəbil Universitetinin tələbəsi Hüseyn Hüseyni Sulduz şəhərində İran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərməkdə ittiham olunur. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərdəbil həbsxanasında saxlanılan H. Hüseyni cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalıb və canilərlə bir kameraya salınıb. Ailə üzvləri ilə görüşə icazə verilməyən H. Hüseyninin səhhətində problemlərin olduğu bildirilir.

4. #2374
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistanın baş naziri Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baxış keçirəcək

[b]Ermənistanın baş naziri Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baxış keçirəcək[b]

İrəvan - APA. Ermənistanın baş naziri Tiqran Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və digər hökumət üzvləri Azərbaycanla sərhəddə olacaqlar.

APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan baş nazirin və nazirlərin ölkənin şimal-şərq sərhədlərinin (Tavuş vilayəti, İcevan) təhlükəsizliyini təmin edən yerləşən hərbi hissələrə və döyüş mövqelərinə baxış keçirəcəklərini deyib. O bildirib ki, hökumət nümayəndələri hərbçilərlə görüşəcək, onların sosial-məişət şəraiti ilə tanış olacaqlar. Sərhəd kəndlərinin əhalisi ilə də görüşlər keçiriləcək.

5. #2375
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çexiya ərazisində ABŞ radar qurğusunun yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb

[b]Çexiya ərazisində ABŞ radar qurğusunun yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb[b]

Praqa - APA. ABŞ dövlət katibi Kondoliza Rays və Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Çexiya ərazisində ABŞ radar qurğusunun tikintisi ilə bağlı müqavilə imzalayıblar. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müqaviləni şərh edən Çexiyanın baş naziri Marek Topolanek keçmişdə ABŞ-ın təklif etdiyi Marşall planını qəbul etməyərək səhvə yol verdiklərini bildirib: "Bu cür səhvləri təkrarlamağa haqqımız yoxdur". Qeyd edək ki, ABŞ raket hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq radar Praqanın 90 kilometrliyində yerləşən Brda qəsəbəsi ərazisində quraşdırılacaq. Sistemin digər elementi - 10 antiraket qurğusu isə Polşa ərazisində yerləşdiriləcək.

6. #2376
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Jurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər

[b]Jurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər[b]

Ankara - APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan, ancaq daha sonra məhkəmə tərəfindən azadlığa buraxılan şəxslər yenidən həbs edilə bilər. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, istintaqı aparan prokuror Zəkəriyyə Öz İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin qərarından protest verib. O, yalnız özü tərəfindən sərbəst buraxılan publisist Erol Mütərcimlər istisna olmaqla, digər şəxslər haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyib. Həmin şəxslər aşağıdakılardır: Mustafa Balbay, Üfüq Böyükçələbi, İlkər Güvən, Nəriman Aydın, Tunc Akkoç, Murad Avar, Həmzə Dəmir və Siyami Yalçın.

7. #2377
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aramsız yağışlar Göygöl rayonunda daşqın təhlükəsi yaradıb

[b]Aramsız yağışlar Göygöl rayonunda daşqın təhlükəsi yaradıb[b]

Göygöl-APA. İki gün aramsız yağan yağışlar Gəncəçayın Göygöl rayonundan keçən hissəsində daşqınlara səbəb olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, çayda suyun səviyyəsinin qalxması rayonun Topalhəsənli kəndində 20 evin su altında qalması təhlükəsi yaradıb. Hazırda Göygöl rayon fövqəladə hallar komissiyası təhlükənin aradan qaldırılması üçün çayın sahilində sahil-bərkitmə işləri aparır. Təhlükə davam edəcəyi təqdirdə, həmin evlərin sakinlərinin evakuasiya olunacağı gözlənilir. Daşqınlar eyni zamanda Gəncəçayın Topalhəsənli kəndindən keçən hissəsində 3 körpünü yuyaraq aparıb. Aramsız yağışların yaratdığı sel və daşqınlar kəndə təsərrüfatına ciddi ziyan vurub.

8. #2378
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

YAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub

[b]YAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub[b]

Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. YAP mətbuat xidmətidən APA-ya verilən məlumata görə, Ə. Əhmədov ölkələr arasında əlaqələrin və əməkdaşlıq münasibətlərinin tarixi köklərə malik olduğunu nəzərə çatdıraraq, Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllində də Azərbaycanın mövqeyini dəstəkləyir. Ə. Əhmədov Azərbaycanın da Pakistanda sabitliyə və inkişafa dəstək olduğunu, beynəlxalq aləmdə rəsmi İslamabadın mövqeyini müdafiə etdiyini deyib. M. H. Səid isə ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edib. Hə iki ölkənin oxşar problemlərlə üz-üzə qaldığını qeyd edən komitə sədrinin sözlərinə görə, Pakistanın Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirir. O bildirib ki, Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır və bu günə kimi bu ölkə ilə hər hansı əlaqə yaratmayıb.

9. #2379
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Oğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb

[b]Oğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb[b]

Oğuz. Hafiz Heydərov - APA. Oğuz polisi rayon sakini, 35 yaşlı Nərminə Babayevanı ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxsi yaxalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasov məlumat verib. Polis rəisi bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti Nərminə Babayevanın yaxın qohumu, 1952-ci il təvəllüdlü Hüseyn Mənsur oğlu Qədirovun törətdiyi müəyyən edilib və o, saxlanılıb. H. Qədirov ilkin dindirmə zamanı N. Babayevanı ov tüfəngi ilə vurduğunu və cinayət əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. Faktla bağlı Oğuz Polis Şöbəsində Cinayət Məcəlləsinin 29-cu (cinayətə cəhd etmə), 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah və onun ehtiyat hissələrini əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.Qeyd edək ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1973-cü il təvəllüdlü N. Babayeva iyulun 8-nə keçən gecə öz həyətində "Toz-8" tipli ov silahından açılan atəş nəticəsində bel nahiyəsindən ağır yaralanıb. Zərərçəkən Bakı şəhərinə aparılıb və hazırda onun vəziyyəti ağır olaraq qalır.

10. #2380
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aramsız leysan Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub

[b]Aramsız leysan Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub[b]

Xaçmaz. Solmaz Mehdiyeva - APA. Aramsız yağan leysan yağışları və dolu Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub. APA-nın şimal bürosunun xəbərinə görə, Qubada Şuşayqışlaq körpüsünü sel aparıb.

Xaçmazın Xaçpoladoba, Hacıqurbanoba və Mürşüdoba kəndlərini sel basıb və evlərin həyətləri su ilə dolub. Qusarın Ləzə kəndində selin gətirdiyi palçıq, lil və daşlar yolların kəsilməsinə səbəb olub. Yerli hakimiyyət orqanları selin qarşısını almaq və yolları təmizləmək üçün kəndlərə traktorlar, yük avtomobilləri göndərib. Güclü külək bəzi yerlərdə elektrik dirəklərini aşırıb və kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Akif Mərdanov vəziyyəti nəzarətdə saxlamaq üçün bütün imkanları səfərbər etdiklərini deyib. Hər üç rayonun polis şöbələri gücləndirilmiş iş rejiminə keçib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.