[b]Əbülfəs Qarayev "Eurovision-2008"də Azərbaycanın əldə etdiyi nəticəni uğur hesab edir[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Yüksək səviyyədə təşkil olunmuş "Eurovision-2008" müsabiqəsində Azərbaycan təmsilçiləri öz istedadlarını nümayiş etdirməklə yanaşı, həm də müasir şou nümunəsinin təqdimatına nail oldular. İlk çıxışımızda adımızın "onluğa" düşməsi kifayət qədər uğurlu nəticədir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir müsabiqə çərçivəsində keçirilən səsvermənin daha çox qonşuluq münasibətlərini əks etdirdiyini bildirib: "Ona görə də daha yüksək nəticə əldə edə bilmədiyimizə görə təəssüflənmək lazım deyil. Biz bu müsabiqəyə yeni daxil oluruq. Səs aldığımız ölkələrin coğrafiyasına baxdıqda da görürük ki, həqiqətən də daha çox bizə yaxın olan ölkələrin əhalisindən səs toplamışıq". Ə. Qarayev Azərbaycan təmsilçilərinin ifa etdiyi mahnının birinci yerə layiq olduğunu söyləməkdə çətinlik çəkib: "İdmandan fərqli olaraq, sənətdə konkret göstəricilər yoxdur. Ona görə də incəsənətdə birmənalı "ən yaxşı" və "ən pis" anlayışları qəbul olunmur. Hər mahnının özünəməxsus gözəlliyi, özünəməxsus məzmunu var. Hər halda, bizim mahnımız uğurlu təqdimatların sırasında idi". Nazir gələcəkdə daha uğurlu nəticələrin əldə olunması üçün müsabiqəyə hazırlığı davam etdirməyin zəruriliyini vurğulayıb.
4610 sonuçtan 1.271 ile 1.280 arası

05-26-2008, 02:41 PM #1271Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda NATO həftəsi keçiriləcək
[b]Bakıda NATO həftəsi keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. İyunun 16-27-də Bakıda NATO həftəsi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, həftə çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İlk tədbir NATO-nun Yay Məktəbinin təşkilidir. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən olan 60-a yaxın gənc iştirak edəcək. İyunun 26-27-də isə NATO Etimad Fondunun seminarı keçiriləcək. Seminara Avroatlantik Tərəfdaşlıq Şurası, Aralıq Dənizi Dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünün iştirakçısı olan ölkələrin nümayəndələri qatılacaqlar. X. İbrahim bu seminarı çox mühüm tədbir adlandırıb: "Bu günə qədər NATO-nun heç bir tərəfdaş ölkəsində belə tədbir keçirilməyib". NATO həftəsində alyansın mətbuat üzrə eksperti Simon de Manso da iştirak edəcək.

05-26-2008, 02:51 PM #1272Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Əbülfəs Qarayev "Eurovision-2008"də Azərbaycanın əldə etdiyi nəticəni uğur hesab edir

05-26-2008, 03:01 PM #1273Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
[b]Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb[b]
Bakı. Şəhriyar Əlizadə-APA. Nəsimi rayonunun Neftçilər prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bakı şəhər sakini Razi Aslanov idarə etdiyi "Opel-Vectra" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə R. Aslanov və sərnişini, iş yoldaşı Elman Nəzərəliyev hadisə yerində ölüblər. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

05-26-2008, 03:11 PM #1274Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Bakcell" şirkətinin meneceri olan Makedoniya vətəndaşının apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib
[b]"Bakcell" şirkətinin meneceri olan Makedoniya vətəndaşının apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən "Bakcell" şirkətinin meneceri, Makedoniya vətəndaşı Saşka Todorovskinin apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Samir İsayev S. Todorovski barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb, məhkəmə baxışı mayın 30-na təyin olunub. İş üzrə proses məhkəmə istintaqı aparılmadan keçiriləcək. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda törədilməklə rüşvət alma) maddəsi ilə ittiham olunan S. Todorovski apellyasiya şikayətində sözügedən maddənin 312.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə tövsif olunmasını istəyib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

05-26-2008, 03:21 PM #1275Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
[b]Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib[b]
Bakl. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev bu gün Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petri Salonun etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Finlandiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkələr arasında fəal siyasi dialoqun aparıldığı qeyd olunub.Səfir Petri Salo Azərbaycanda diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

05-26-2008, 03:31 PM #1276Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezidentlərin Sankt-Peterburq görüşündə Azərbaycan Ermənistandan konstruktiv mövqe gözləyir
[b]Prezidentlərin Sankt-Peterburq görüşündə Azərbaycan Ermənistandan konstruktiv mövqe gözləyir[b]
Bakı. Laçın Sultanova-APA. "Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün şərait yetişib və bu görüş keçiriləcək".
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərin suallarını cavablandıraraq deyib: "Biz bu görüşdə Ermənistan tərəfinin konstruktiv mövqe tutmasını gözləyirik. Xatırladıram ki, xarici işlər nazirlərinin Strasburq görüşündən sonra nazir Elmar Məmmədyarov da bu görüş üçün imkanların olduğunu bildirib. Əgər Ermənistan tərəfi iradəsini ortaya qoysa, o zaman danışıqlarda irəliləyiş əldə oluna bilər. Bu görüşdə Ermənistanın reallığı başa düşərək, real addımlar atmasını gözləyirik".

05-26-2008, 03:41 PM #1277Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
[b]AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib[b]
APA-nın məlumatına görə, AMEA ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi konfransda cümhuriyyət dövrünü əks etdirən məruzələr dinlənilib. Konfransda giriş sözü ilə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bu dövrə aid sənədlərin hələ də yetərincə araşdırılmadığını bildirib: "Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ayda gördüyü işlər müasir milli dövlətçiliyimizin bərpasında siyasi və mənəvi dəstək oldu". Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərqdə ilk opera və ilk teatrla yanaşı, ilk parlament respublikasının da Azərbaycanda yaranmasını mühüm tarixi hadisə kimi qiymətləndirib: "Bu demokratik respublika isə Şərqdə ilk dəfə qadınların səsvermə hüququnu təmin edib". Konfransda AMEA-nın muxbir üzvi Yaqub Mahmudov "Azərbaycan xalqının ilk demokratik respublikası", iqtisad elmləri namizədi Xosrov Kərimov "Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması", professor İsrafil İsrafilov "Azərbaycan Xalq Cümhuriyyəti dövri və milli mədəniyyətimiz", professor Alxan Məmmədli isə "Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyat məsələləri" mövzusunda məruzələrlə çıxış ediblər.

05-26-2008, 03:51 PM #1278Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb
[b]Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb[b]
Tiflis - APA. Parlament seçkilərinin rəsmi nəticələrini tanımayan Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər Tiflisdəki İdman Sarayının qarşısına toplaşan "Birləşmiş müxalifət" bloku və Leyborist Partiyasının tərəfdarları bir qədər sonra parlament binasının yerləşdiyi Rustaveli prospektinə doğru yürüşə başlayıblar.
Yürüşçülər Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş hərbi paradın başa çatmasından bir neçə dəqiqə sonra parlament binasının qarşısındakı meydana daxil olublar. Rustaveli prospektinə giriş-çıxışları nəzarətdə saxlayan xüsusi təyinatlılar kütlənin qarşısını kəsməyiblər və ərazidən uzaqlaşıblar. Birləşmiş müxalifətin liderlərindən biri Levan Qaçeçiladze ABŞ-a qarşı sərt ittihamlarla çıxış edib. O bildirib ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr ABŞ-ın sifarişidir: "Heç bir müxalif qüvvə bu parlamentdə fəaliyyət göstərməyəcək. Məni Amerika və Avropanın nə düşündüyü maraqlandırmır, biz öz xalqımızın maraqları naminə mübarizə aparmalıyıq. Bu mübarizə Amerika və digər dövlətlərin yalana əsaslanan siyasətinə, dünya geopolitikasına qarşı yönəlib". "Birləşmiş müxalifət"ə daxil olan "Yeni sağlar" Partiyasının lideri David Qamkrelidze xüsusi Memorandum imzalayaraq parlament seçkilərinin nəticələrinin tanımadıqlarını, qanunverici orqanda təmsil olunmayacaqlarını və yeni seçkilərin keçirilməsi tələbini irəli sürdüklərini açıqlayıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu, "Azadlıq" Hərəkatının lideri Konstantin Qamsaxurdiya Mixail Saakaşvilinin Metyu Brayzanın ssenarisi əsasında səhnələşdirdiyi tamaşada oynamaq fikrində olmadıqlarını bildirib. Leyborist Partiyasının lideri Şalva Natelaşvili isə birləşmiş müxalifətə qoşulduqlarını elan edib: "Bizim birliyimiz Saakaşvili rejiminin iflasına gətirib çıxaracaq. Gürcüstanda heç vaxt bu cür seçki keçirilməmişdi. Gürcü xalqı bunu heç kimə bağışlamayacaq". Sonra çıxış edən birləşmiş müxalifətin liderlərindən biri Koba Davitaşvili prezidentə ultimatum verib. Onun sözlərinə görə, Mixail Saakaşvili iki saat ərzində xalqın qarşısına çıxaraq parlament seçkilərinin saxtalaşdırıldığını etiraf etməlidir: "Əgər bu tələb yerinə yetirilməsə, xalq onun oturduğu yerə doğru irəliləyəcək və ondan cavab tələb edəcək". K. Davitaşvili MSK-nı seçkilərin yekun nəticələrini elan etməməyə çağırıb. O, İctimai Televiziyanı müxalifətin mitinqini canlı yayımlamağa da səsləyərək əks təqdirdə televiziya binasına doğru yürüşə başlayacaqlarını söyləyib.Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində birləşmiş müxalifət 16, digər müxalifət partiyaları - Leyboristlər və Xristian-Demokratik Hərəkat isə hərəyə 6 mandat əldə ediblər.

05-26-2008, 04:01 PM #1279Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İyunun 1-7-də Bakıda keçiriləcək X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının proqramı açıqlanıb
[b]İyunun 1-7-də Bakıda keçiriləcək X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının proqramı açıqlanıb[b]
Bakı. Ülkər Qasımova - APA. İyunun 1-7-də X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya bildirilib ki, festivalın açılışı iyunun 1-də Dövlət Musiqili Komediya Teatrında baş tutacaq.
İyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayişi etdiriləcək. Festivalın bağlanış mərasimində - iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr. Nevski döyüşü" (Rusiya) filmləri nümayiş olunacaq. Festivalın bağlanış mərasimində mükafatlar da təqdim olunacaq. Festival çərçivəsində Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin retrospektivi təşkil olunacaq. İttifaqdan verilən məlumata görə, mayın 29-da saat 15:00-da festivala həsr olunmuş mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı Azərbaycan Kinematoqrafçılar İttifaqında gerçəkləşəcək. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

05-26-2008, 04:11 PM #1280Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər
[b]BQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaş Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla görüşüblər.
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, fiziki durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşlarına yaxınları ilə məktub mübadiləsi aparmağa şərait yaradılıb. Bu, BQXK nümayəndələrinin adı çəkilən şəxslərlə ilk görüşüdür. Qeyd edək ki, bir qədər əvvəl Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyindən onların Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləri, Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqları bildirilib. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri