[b]Azərbaycan sülhməramlılarını Kosovodan çıxarıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Kosovoda Sülhün Dəstəklənməsi Əməliyyatlarında (KFOR) xidmət edən sülhməramlı taqımı Vətənə qayıdıb. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu məlumat verib.
E. Sabiroğlunun sözlərinə görə, taqım Milli Məclisin qərarına əsasən geri çağırılıb.Qeyd edək ki, Azərbaycan sülhməramlı taqımı Türkiyə Silahlı Qüvvələrinin egidası altında Kosovonun Albaniya ilə həmsərhəd Draqaş bölgəsində sülhyaratma əməliyyatlarında iştirak edib. 33 hərbçidən ibarət olan taqım 1 sentyabr 1999-cu ildən etibarən KFOR-un tərkibində Kosovoda xidmət edib. Kosovo birtərəfli qaydada öz müstəqilliyini elan edəndən sonra Azərbaycan prezidentinin müraciəti əsasında Milli Məclis martın 4-də sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib. Azərbaycan sülhməramlılarının xidmət etdiyi ərazinin Gürcüstan sülhməramlılarına təhvil verildiyi bildirilir.
4610 sonuçtan 1.191 ile 1.200 arası

04-15-2008, 12:01 PM #1191Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans keçirilir
[b]Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans keçirilir[b]
APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın tarixindən danışıb. Nazir GUAM-a daxil olan ölkələrin Avropa və Avro-Atlantik qurumlara üzvlüyünü özünə öhdəlik götürdüyünü, hazırda quruma Azərbaycanın sədrlik etdiyini söyləyib. Onun sözlərinə görə, GUAM ölkələri geosiyasi, iqtisadi inkişafa üstünlük verir. Mövcud münaqişələr isə bu ölkələrin iqtisadi inkişafına maneçilik törədir: "GUAM ərazisindəki mövcud münaqişələrin hamısı aqressiv separatizm tətbiq edilməklə yaranıb. Həmin ərazilər legitim qurumların nəzarətindən çıxıb. Münaqişələr regionda müxtəlif növ cinayətlər üçün şərait yaradıb, təhlükə və risklər üçün münbit şərait var. İnanırıq ki, münaqişələrin həllinin sülh yolundan başqa alternativ yoxdur. Amma münaqişələrin həllində yaranmış durğunluq beynəlxalq ictimaiyyəti narahat etməlidir. Bu münaqişələrin həllində beynəlxalq prinsiplərinin tətbiq olunması təmin edilməlidir. Münaqişələrin həllində ikili standart yanaşması etimadsızlıq yaradır". Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski Ukraynanın dondurulmuş münaqişələrin həllinə böyük diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişələrin ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli dəstəkləyir. Ötən il Kiyevdə dondurulmuş münaqişələrə həsr olunmuş forumun keçirildiyini xatırladan səfir bu il də belə bir tədbirin planlaşdırıldığını bildirib. O, Kosovonun müstəqilliyini elan etməsi ilə yeni problemin ortaya çıxdığını söyləyib: "Separatçılar bu prosesdən istifadə etməyə başlayıblar. Ukrayna Kosovonu presedent saymır. Hər bir münaqişənin ayrıca həllini axtarmaq lazımdır". Gürcüstanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze ölkəsindəki mövcud vəziyyətdən danışıb. O bildirib ki, GUAM dövlətlərinin münaqişələrin həllində prioritetləri olmalıdır: "Mövcud vəziyyət dözülməzdir və dəyişilməlidir. Gürcüstandakı münaqişələr Gürcüstanın ərazi bütövlüyü və bütün etnik qrupların maraqlarına uyğun həllini tapacaq. Bu münaqişələrin həllində Rusiya amili var, istənilən xarici faktorun müdaxiləsi qəbuledilməzdir. Gürcüstanda münaqişələrlə bağlı heç bir danışıq getmir, prosesə sıfırdan başlamalıyıq. Avro-Atlantik cəmiyyət münaqişələrin həllinə kifayət qədər diqqət yetirmir". Moldovanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini İon Ptevila münaqişələrin həllinə beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət yetirmədiyini bildirib. Ciddi təhlükə və riskin ortaya çıxdığını deyən nazir müavini münaqişələrin yaranmasında və həllində oxşarlıqların olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, digərləri ilə müqayisədə Dnestryanı münaqişənin həlli daha asandır. GUAM-ın baş katibi Valeri Çeçalaşvili qurumun fəaliyyətindən danışıb, regional təşəbbüsün beynəlxalq təşkilata çevrildiyini deyib: "GUAM öz potensialı ilə yaranmış münaqişələrin həllinə nail ola bilər. Bu həll beynəlxalq hüquq prinsipləri çərçivəsində olmalıdır. Quruma üzv ölkələrdə separatçı rejimlərin gələcəyi yoxdur".

04-15-2008, 12:16 PM #1192Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan sülhməramlılarını Kosovodan çıxarıb

04-15-2008, 12:21 PM #1193Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xanlar rayonunun Göygöl adlandırılması parlamentin müzakirəsinə tövsiyə edilib
[b]Xanlar rayonunun Göygöl adlandırılması parlamentin müzakirəsinə tövsiyə edilib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycanın Xanlar rayonunun adının dəyişdirilməsi ilə bağlı məsələ yenidən müzakirəyə çıxarılıb. Rayonun Göygöl adlandırılması ilə bağlı təklif müzakirə edilib və məsələnin parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunub. Bundan başqa, Qobustan rayonunun Yekəxana kəndinin Qədirli adlandırılması təklifinə də baxılıb. Bu məsələnin də Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilib.

04-15-2008, 12:36 PM #1194Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etməyə razılıq verən iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək
[b]Azərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etməyə razılıq verən iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Yaşar Nuriyə donorluq etmək üçün iki nəfər aprelin 20-də Türkiyəyə gedəcək. Bu barədə APA-ya açıqlamasında xalq artisti özü məlumat verib.
Y. Nurinin yaxın qohumları olan donorlar, Türkiyənin İstanbul "Memorial" Xəstəxanasında analiz verəcəklər. Onların hansının analizinin nəticələri müsbət alınsa, Y. Nuriyə qaraciyərin köçürülməsi əməliyyatı aparılacaq. Qeyd edək ki, bu il fevralın 9-da İstanbul "Memorial" Xəstəxanasına yerləşdirilən Y. Nuri qaraciyər serrozundan əziyyət çəkir. Hazırda Bakıda olan aktyora donor axtarılır.

04-15-2008, 12:41 PM #1195Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moldova dövlət nazirinin müavini: "Moldova GUAM-dan çıxmaq niyyətində deyil"
[b]Moldova dövlət nazirinin müavini: "Moldova GUAM-dan çıxmaq niyyətində deyil"[b]
Bakı. Tamara Qriqoriyeva - APA. "Moldova GUAM-dan çıxmaq fikrində deyil. Sadəcə, biz təşkilatın fəaliyyətindən narazıyıq". APA-nın məlumatına görə, bunu Moldovanın Reinteqrasiya üzrə dövlət nazirinin müavini İon Ptevli bildirib.
Moldova prezidentinin bir müddət əvvəl ölkəsinin GUAM-dan çıxacağı ilə bağlı fikirlərinə aydınlıq gətirən nazir müavini indiyədək GUAM çərçivəsində heç bir konkret layihənin həyata keçirilməsinə nail olunmadığını qeyd edib: "Əminik ki, iqtisadi, energetika, kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün şanslar var. Bu layihələrin yaxın vaxtlarda həyata keçirilməsini istəyirik".

04-15-2008, 12:46 PM #1196Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Oruc Zalov: "Cinayətkar qruplar Cənubi Qafqazın nəzarətsiz əraziləri vasitəsilə Avropaya narkotik vasitələr ötürmək gücünə malikdirlər"
[b]Oruc Zalov: "Cinayətkar qruplar Cənubi Qafqazın nəzarətsiz əraziləri vasitəsilə Avropaya narkotik vasitələr ötürmək gücünə malikdirlər"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Bir sıra ölkələrdə, xüsusən Əfqanıstanda qanunsuz istehsal edilən narkotik vasitələrin qeyri-leqal daşınması zamanı Azərbaycan ərazilərindən də tranzit kimi istifadə edilir".
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov Avropa Birliyi, BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Cənubi Qafqazda narkotiklərə nəzarət" proqramının 5-ci mərhələsinin təqdimat mərasimindəki çıxışında deyib. Əfqanıstanda narkotik vasitələrin istehsalının ilbəil artdığına diqqət çəkən nazir müavini bildirib ki, 2006-cı ildə bu ölkədə 4600 ton heroin istehsal olunubsa, ötən il bu rəqəm 8 min tonu ötüb: "Sözsüz ki, cənubdakı bəzi ölkələrdə, Əfqanıstanın nəzarət olunmayan ərazilərində istehsal olunan narkotik maddələr imkanlı və inkişaf etməkdə olunan ölkələrə satış məqsədilə ötürülür. Bu məqsədlə Cənubi Qafqazın ərazindən də istifadə olunması da istisna deyil". O. Zalov Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin ilbəil genişləndiyini söyləyib. O, elə bu gün səhər aparılan əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik maddənin aşkarlandığını xəbər verib: "Nə qədər geniş mübarizə tədbirləri aparılsa da, belə hallar baş verir. Azərbaycanın 20 faiz ərazisi işğal altında olduğundan həmin ərazilərə nəzarət etmək mümkün deyil. Cinayətkar dəstələr Əfqanıstandan, İrandan Cənubi Qafqazın nəzarət olunmayan əraziləri vasitəsilə Avropa ölkələrinə narkotik vasitələr ötürmək gücünə malikdirlər". DİN rəsmisi Azərbaycanda narkotik maddələrdən istifadənin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı mühüm addımlar atıldığını qeyd edib. Bununla bağlı dövlət proqramının təsdiq olunduğunu xatırladan O. Zalov sənədin icra edilməkdə olduğunu vurğulayıb.

04-15-2008, 12:51 PM #1197Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xarici işlər naziri: "Ermənistanın yeni xarici işlər nazirini hətta üzdən belə tanımıram"
[b]Azərbaycanın xarici işlər naziri: "Ermənistanın yeni xarici işlər nazirini hətta üzdən belə tanımıram"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də beynəlxalq təşkilatlar anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənarda həll oluna bilməz".
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O, həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təkliflər irəli sürməli olduğunu deyib: "Ola bilsin ki, buna qədər xarici işlər nazirləri arasında tanışlıq xarakteri daşıyan görüş keçirilsin. Mən Ermənistanın xarici işlər naziri ilə görüşməyin əleyhinə deyiləm, onu hətta üzdən belə tanımıram. Amma bu görüşün nə vaxt və harada keçirilməsi məsələsini həmsədrlər müəyyənləşdirməlidir. Biz Dağlıq Qarabağ münaqişəsinin həll etməliyik, amma Ermənistan da gərək konstruktiv mövqedən çıxış etsin. Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu, bir o qədər bu ölkəyə və ümumilikdə regiona pozitiv təsir göstərəcək". Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin bir mənalı şəkildə dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həllini vacib sayıb: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə tam şəkildə bizim mövqeyimizi əks etdirir. Bizim mövqeyimiz dəyişməz qalır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdır. Bildiyiniz kimi, bu mövqe hərtərəfli dəstək qazanıb. O cümlədən NATO-nun Buxarest sammitinin yekin bəyannaməsində də bu mövqeyə tam dəstək verilib. Bəyannamədə Azərbaycanla yanaşı, Moldova, Ermənistan və Gürcüstanın da ərazi bütövlüyünün tanınması məsələsi də öz əksini tapıb". Elmar Məmmədyarov Ermənistan xarici siyasət idarəsinə yeni rəhbər təyin olunmasının danışıqlar prosesinin sıfır nöqtəsindən başlaması anlamı daşımadığını bildirib: "Hesab etmirəm ki, Ermənistan xarici işlər naziri postuna yeni təyinatla əlaqədar danışıqlar prosesi yenidən başlasın. Bu, əvvəlki danışıqların davamı olacaq. Biz artıq Praqa prosesi çərçivəsində çox məsələləri razılaşdırmışıq və bu prosesi davam etdirməliyik. Beynəlxalq ictimaiyyət artıq Ermənistanın bunu qəbul etmədiyini bilir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsini müzakirə edə bilərik". Elmar Məmmədyarov Bolqarıstana gözlənilən səfəri çərçivəsində bu ölkənin prezidenti, baş naziri, xarici işlər naziri ilə görüşlərinin planlaşdırıldığını bildirib: "Bu səfər Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı başlanan dialoqun davamı olacaq. Azərbaycanla Bolqarıstanın münasibətləri uğurla inkişaf edir. Bu əməkdaşlığın inkişafı xüsusilə iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə daha çox nəzərə çarpır. Biz həmçinin "Nabucco" layihəsi çərçivəsində də əməkdaşlıq edirik".

04-15-2008, 12:56 PM #1198Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisində Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında insident baş verib
[b]Azərbaycan Milli Məclisində Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında insident baş verib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında deputat Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında növbəti dəfə insident baş verib.
APA-nın məlumatına görə, iclas başlayan kimi millət vəkili Sabir Rüstəmxanlı parlamentdə deputatlar arasında ayrı-seçkilik qoyulduğunu deyib. O, millət vəkillərinin bir qisminin ayrıca liftlərdən və qapılardan istifadə etməsinə etirazını bildirib. Spiker O. Əsədov isə "danışığınıza fikir verin, bu, məndən əvvəl də belə olub, heç kim ayrı-seçkiliyə yol vermir", - deyə cavab verib. Bu vaxt P. Hüseyn yerindən qalxaraq, S. Rüstəmxanlının haqlı olduğunu söyləyib. Spiker isə əsəbi halda onu yerindən danışmamağa, söhbətə müdaxilə etməməyə çağırıb. Bundan sonra P. Hüseyn daha sərt reaksiya göstərib. O, spikeri etik normalara əməl etməyə dəvət edib. Mübahisəyə müdaxilə edən deputat Nizami İsgəndərov həmkarı P. Hüseynə sözlərinə və hərəkətlərinə diqqət etməyi məsləhət görüb. P. Hüseyn isə cavabında onun ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra O. Əsədov P. Hüseynə "Sən özündən çox razısan, amma buna heç bir səbəb yoxdur", - deyə bildirib.

04-15-2008, 01:01 PM #1199Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elsevər Ağayev: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatda olsa da, bu rəqəm reallığı əks etdirmir"
[b]Elsevər Ağayev: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatda olsa da, bu rəqəm reallığı əks etdirmir"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın regionlarında narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün həkim çatışmazlığı mövcuddur. Bu səbəbdən Səhiyyə Nazirliyinin tapşırığı ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu bölgələrdə narkologiya üzrə mütəxəssislərin hazırlanması üzrə səyyar kurslar keçirir". Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, regionlarda mövcud olan narkoloji dispanserlərin fəaliyyətinin və kadr potensialının gücləndirilməsi istiqamətində də müvafiq işlərin görülməsi nəzərdə tutulub. Nazir müavini narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün Respublika Narkoloji Dispanserində "Metodom" preparatından istifadə edildiyini söyləyib: "Paralel müalicə metodu olan bu üsulla hazırda 96 xəstə müalicə olunur. Xəstələrin bu üsulla müalicəsi dövlət hesabına həyata keçirilir". E. Ağayev narkomaniyadan əziyyət çəkən xəstələrin sayının müəyyənləşdirilməsi istiqamətində də işlərin görüldüyünü açıqlayıb: "Azərbaycanda narkomaniyadan əziyyət çəkən 21 mindən artıq xəstə qeydiyyatdadır. Amma bu rəqəm reallığı əks etdirmədiyindən dəqiq sayın araşdırılması istiqamətində işlər başlanıb".

04-15-2008, 01:06 PM #1200Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya mətbuatı: Vladimir Putin Alina Kabaeva ilə evlənməyə hazırlaşır
[b]Rusiya mətbuatı: Vladimir Putin Alina Kabaeva ilə evlənməyə hazırlaşır[b]
Moskva - APA. Fransa prezidenti Nikolya Sarkozinin ardınca Rusiya prezidenti Vladimir Putin də həyat yoldaşından boşanaraq məşhur bir xanımla evlənməyə qərar verib.
APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Putin tanınmış gimnast, Dövlət Dumasına "Vahid Rusiya"dan deputat seçilmiş Alina Kabaeva ilə evlənməyə hazırlaşır. Rusiya mətbuatı Vladimir Putinin həyat yoldaşı Lyudmila Putinadan iki ay əvvəl boşandığını vurğulayaraq bildirir ki, Moskvanın korporativ şənlik şirkətləri arasında yeni cütlüyün toyuna dair qapalı tender elan olunub. Toyun iyunun 15-də Sankt-Peterburqun Konstantinov sarayında keçiriləcəyi gözlənilir.Qeyd edək ki, Rusiyanın ən gözəl qadınlarından sayılan 1983-cü il təvəllüdlü Alina Kabaeva idmançı ailəsində dünyaya gəlib. Atası Marat Kabaev 1980-ci illərdə Daşkəndin "Paxtakor" komandasının hücumçusu, anası Lyubov Kabaeva isə Özbəkistanın basketbol üzrə yığma komandasının oyunçusu olub. Alina Kabaeva gimnastika üzrə Avropa və Olimpiya çempionu, Rusiya Dövlət Dumasının gənclər siyasəti komissiyasının sədr müavini, Putinin dostu Yuri Kovalçuka məxsus "Milli Mediaqrup"un şurasının sədridir.Kreml Putin-Kabaeva sevgisinə dair xəbərlərə hələ ki, münasibət bildirməyib. Alina Kabaevanın mətbuat katibi xəbərləri təkzib etsə də, atası daha çox irəli gedib. Marat Kabaev "qızınızın prezident xanımı olmasına münasibətiniz necədir?" sualına sevincək olubmuş kimi "Putin yoxsa Medvedev" sualı ilə cavab verib. "Putin" cavabını eşidən keçmiş futbolçu səlahiyyət müddəti başa çatmaqda olan prezidentə məsləhət verməkdən də çəkinməyib: "Əgər qızım belə bir kişiyə ərə getsə, bundan yalnız şad olaram. Putin həqiqətən mənə oxşayır. Ancaq Vladimir Vladimiroviç bilməlidir ki, Alina ilə çox ehtiyatlı davranmaq lazımdır. Axı o, çox zərifdir".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
E. Sabiroğlunun sözlərinə görə, taqım Milli Məclisin qərarına əsasən geri çağırılıb.Qeyd edək ki, Azərbaycan sülhməramlı taqımı Türkiyə Silahlı Qüvvələrinin egidası altında Kosovonun Albaniya ilə həmsərhəd Draqaş bölgəsində sülhyaratma əməliyyatlarında iştirak edib. 33 hərbçidən ibarət olan taqım 1 sentyabr 1999-cu ildən etibarən KFOR-un tərkibində Kosovoda xidmət edib. Kosovo birtərəfli qaydada öz müstəqilliyini elan edəndən sonra Azərbaycan prezidentinin müraciəti əsasında Milli Məclis martın 4-də sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib. Azərbaycan sülhməramlılarının xidmət etdiyi ərazinin Gürcüstan sülhməramlılarına təhvil verildiyi bildirilir.

Yer imleri