Sayfa 20/461 İlkİlk ... 1018192021223070120 ... SonSon
4610 sonuçtan 191 ile 200 arası

Azərbaycan Xəbərləri

1. #191
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Robert Simmons: "İPAP çərçivəsində nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycan hələ xeyli səy göstərməlidir"

[b]Robert Simmons: "İPAP çərçivəsində nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycan hələ xeyli səy göstərməlidir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi əsasən əvvəlki sənədin bazasında hazırlanıb. Plan demokratik institutların qurulması, keyfiyyətli idarəçilik, hərbi islahatlar, sərhədlərin mühafizəsi, vətəndaş cəmiyyətinin müdafiəsi və ictimai informasiyanın inkişafı sahələrini əhatə edir.

Bu, çox ambisioz proqramdır və təhlükəsizlik sferasında islahatların, modernləşdirmənin aparılması, demokratik institutların və demokratik nəzarətin gücləndirilməsi sahəsində Azərbaycan hökumətinin planlarını əks etdirir". Bu sözləri APA-ya açıqlamasında NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. O, İPAP-ın yerinə yetirilməsi üzrə hər il qiymətləndirmə apardıqlarını və bununla bağlı Azərbaycan hökuməti ilə NATO arasında ətraflı müzakirələr olduğunu, növbəti bu cür müzakirənin apreldə keçiriləcəyini bildirib: "İPAP-ın bir çox aspekti uğurla yerinə yetirilib. Ancaq bəzi məsələlər qalıb ki, bunlar üzərində ciddi işləmək lazımdır. İPAP çox iddialı proqramdır və nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycanın rəsmi şəxsləri hələ xeyli səy göstərməlidir".

2. #192
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şair Ağalar Mirzə vəfat edib

[b]Şair Ağalar Mirzə vəfat edib[b]

Bakı. Laura Cəbrayıllı-APA. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ədəbi-dram redaksiyasının baş redaktor müavini, şair Ağalar Mirzə martın 5-də vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Azərbaycanın Dəvəçi rayonunda anadan olub. Şair şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olub. Ağalar Mirzənin bir neçə kitabı çap edilib. Az.TV-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, səhhətindən şikayət etməyən Ağalar Mirzə dünən işdə olub, növbəti verilişini efirə hazırlayıb.

3. #193
Member
Üyelik tarihi
Feb 2008
Yer
Baki
Mesajlar
87
Azərbaycanın Əfv komissiyası 200-dən artıq müraciətə baxacaq
07.03.08 10:25

Azərbaycan, Bakı, 06 mart / « Trend News», müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti yanında Əfv komissiyasının sabah növbəti iclası keçiriləcək. “Komissiya növbəti əfv fərmanı üçün daxil olan 200-dən artıq müraciətə baxacaq” cümə axşamı “Trend”ə Əfv komissiyasının üzvü Vaqif Səmədoğlu bildirib.

Azərbaycan prezidenti tərəfindən sonuncu Əfv fərmanı dekabrın 31-i Yeni il bayramı ərəfəsində imzalanıb. Bu Əfv fərmanı 117 məhbusa şamil olunub. 2-sinin cəza müddəti azaldılıb, 115 nəfər isə azadlığa çıxıb.

1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 Əfv fərmanı imzalanıb. Bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunub.

Səmədoğlu deyib ki, komissiya iclasda müraciətlərə peşə münasibətlərinə görə yox, törətdiyi cinayətlərə görə baxır. Əfv komissiyasının üzvü həbsdə olan jurnalistlərin də müraciətinə baxılmasının mümkün olduğunu bildirib.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Növbəti Əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilir. Əfv komissiyası son bir həftədə iki iclasını keçirib.
Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.

4. #194
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əfv Komissiyasının iclası davam etdirilib

[b]Əfv Komissiyasının iclası davam etdirilib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Komissiyadan APA-ya verilən məlumata görə, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılıb.

Komissiyadan bildirilib ki, əfv ərizələri çox olduğundan komissiya üzvləri iclasları ardıcıl keçirəcəklər. Yaxın on gündə komissiyada digər müraciətlərlə yanaşı, jurnalistlərin də əfv olunması ilə bağlı məsələ müzakirə olunacaq. Novruz bayramına qədər iclaslar yekunlaşacaq və müraciətlər ümumiləşdirilərək Prezident Aparatına təqdim ediləcək.

5. #195
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya Abxaziyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib

[b]Rusiya Abxaziyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib[b]

Moskva - APA. Rusiya 1996-cı ildə Abxaziyaya qarşı ticarət-iqtisadi, maliyyə və nəqliyyat sahələrində tətbiq olunmuş sanksiyaları ləğv edib və digər MDB ölkələrini də analoji addım atmağa çağırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi MDB İcraiyyə Komitəsinə rəsmi nota göndərərək 1996-cı il yanvarın 19-da "Abxaziyada münaqişənin həlli üzrə tədbirlər" haqqında MDB Dövlət Başçıları Şurasında qəbul olunmuş qərardan çıxdığını elan edib. XİN-dən bildiriblər ki, sanksiyaların tətbiqi barədə qərar 1992-1993-cü ildə baş verən müharibədən sonra tərəflərin kəskin qarşıdurması şəraitində qəbul olunub. Məqsəd Abxaziyanı münaqişənin həlli, xüsusən qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtması məsələsində daha yumşaq mövqe tutmağa sövq etmək olub: "Bu gün isə vəziyyət kökündən dəyişib. Abxaziyanın Qal rayonunda yaşamış gürcülərin əksəriyyəti oraya qayıdıb. Münaqişənin həllinə gəldikdə isə, abxaz tərəfi bu sahədəki öhdəliklərini yerinə yetirir".

6. #196
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Pekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq

[b]Pekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq[b]

Bakı. Laçın Sultanova-APA. Yayda Pekində keçiriləcək Olimpiadada iştirak etmək üçün velosipedlə Çinə getmək istəyən Gürcüstan vətəndaşı Cumber Lejava bu gün Tiflisdən yola düşüb. Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cumber Lejava martın 8-də Laqodexi-Balakən keçid məntəqəsindən Azərbaycana keçəcək. İdmançı iki həftə burada qalandan sonra Astara keçid məntəqəsindən keçərək İrana gedəcək. Qeyd edək ki, dəfələrlə Ginnes rekordçusu olan C. Lejava 1999-cu ildə YUNESKO tərəfindən dünya idmançısı və vətəndaşı adına layiq görülüb. 11 il ərzində dünyanın bütün kontinentlərinə səyahət edən idmançı 234 ölkə ərazisindən keçib. O, 1996-cı ildə Atlanta və 2004-cü ildə Afina Olimpiadalarına da velosipedlə gedib.

7. #197
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 11.20-dən martın 7-si saat 04.25-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan, Aşağı Veysəlli, Qərvənd və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 12.00-dan 12.40-dək və saat 23.25-dən 23.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 22.45-dən martın 7-si saat 02.15-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 23.15-dən 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

8. #198
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və NATO arasında imzalanmış İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq

[b]Azərbaycan və NATO arasında imzalanmış İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq[b]

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) ikinci mərhələsində həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənəd layihəsi NATO tərəfindən təsdiq olunub.

Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev bildirib. K. Xasıyevin sözlərinə görə, İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq.K. Xasıyev onu da bildirib ki, NATO Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda aparılan hərbi islahatları daim izləyir, rəsmi Bakı ilə müntəzəm müzakirələr aparır.

9. #199
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub

[b]Azərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub[b]

Bakı. Laçın Sultanova-APA. BMT-nin qadınların vəziyyətinə dair komissiyasının 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti girov götürülmüş qadın və uşaqların azad olunması haqqında qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəna Salayeva deyib ki, bu problemə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirmir. Qətnamə layihəsində quruma üzv dövlətlər hərbi cinayətlər törətmiş cinayətkarların cəzasız qalmaması üçün tədbirlər görməyə çağırılıb. Sessiyada bu layihə ilə yanaşı, daha üç qətnamə qəbul edilib.

10. #200
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yerusəlimdəki yəhudi dini məktəbində törədilən terror aksiyasında xeyli adam ölüb və yaralanıb

[b]Yerusəlimdəki yəhudi dini məktəbində törədilən terror aksiyasında xeyli adam ölüb və yaralanıb[b]

Yerusəlim - APA. Yerusəlimin "Merkaz xa-Rav" dini məktəbində (yeşiva) qanlı insident baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, martın 6-da yerli vaxtla saat təxminən 20.45-də yeşivanın geyim formasında təhsil müəssisəsinə daxil olan terrorçu ikinci mərtəbədə yerləşən və insanlarla dolu olan kitabxanaya qalxıb.

Burada o, əlindəki korton qutudan "Kalaşnikov" avtomatını çıxararaq atəş açmağa başlayıb. Şahidlər terrorçunun təxminən 10 dəqiqə ərzində atəş açdığını və 500-600 patrondan istifadə etdiyini bildirirlər. İlkin məlumatlara əsasən 10 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaxınlıqda yaşayan və atəş səslərini eşidərək özünü hadisə yerinə çatdıran İsrail Müdafiə Nazirliyinin zabiti terrorçunu zərərsizləşdirib. Terrorçunun Yerusəlimin şərqindəki ərəb kəndinin sakini olduğu müəyyənləşdirilib. Qanlı olaydan sonra BMT Təhlükəsizlik Şurası fövqəladə toplantıya çağırılıb. Ancaq TŞ terror aksiyasını pisləyən qətnamə qəbul edə bilməyib. Çünki Liviya qətnamədə İsrail ordusunun Qəzza sektorunda keçirdiyi hərbi əməliyyatların da qınanmasını istəyib, ABŞ isə buna qarşı çıxıb, nəticədə konsensus əldə etmək mümkün olmayıb. Olay barədə informasiyalar Fələstində və Livanda sevinclə qarşılanıb. Qəzza sakinləri terror aktını İsrail ordusunun həyata keçirdiyi və 120 fələstinlinin ölümü ilə nəticələnən əməliyyata cavab kimi qiymətləndiriblər. HAMAS qruplaşması isə dini məktəbə hücumu qəhrəmanlıq adlandırıb. Hazırda İsraildə təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət qisas aksiyasına hazırlaşır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.