Əsas məzmuna keç
Sayfa 170/461 İlkİlk ... 70120160168169170171172180220270 ... SonSon
4610 sonuçtan 1.691 ile 1.700 arası

Azərbaycan Xəbərləri

1. #1691
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

[b]Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib[b]

Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, arxada qalan illər hər iki ölkənin müstəqil dövlətlər ailəsinə daxil olmaq və dünya səhnəsində layiqli yer tutmaq istiqamətində fəal səyləri ilə yadda qalıb: "Qəti əminəm ki, xalqlarımızın zamanın sınağından keçmiş dostluğu qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da zəmin yaradacaq".

2. #1692
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sərdar Cəlaloğlu: "Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil"

[b]Sərdar Cəlaloğlu: "Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil"[b]

Bakı. Elnur Məmmədli - APA. "Bu il keçiriləcək prezident seçkilərinə qatılacağını elan etmiş digər müxalifət partiyalarının bizim yaradacağımız namizədlər blokuna daxil olması mümkün deyil". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda Demokrat, Müsavat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" İctimai Forum "beşlər" formatı çərçivəsində fəaliyyət göstərir və bu formatı namizədlər blokuna çevirmək niyyətindədirlər. Digər namizədlərin bura daxil olmasının qeyri-mümkünlüyünə gəldikdə, S. Cəlaloğlu bunun konkret səbəblərinin olduğunu bildirib: "Azərbaycanda konstruktiv, loyal və radikal müxalifət var. Təbii ki, radikal müxalifət seçkini boykot edir, onlarla bir yerdə olmağımız mümkün deyil. "Beşlər"də olanlar loyal müxalifətlə birliyə də tərəfdar deyillər. Həmin loyallar iqtidarın işində, idarəetmədə iştirak etmir, amma iqtidarın apardığı siyasətə də tolerant yanaşırlar. Bu düşərgədə təmsil olunanların bir çoxu namizəd irəli sürüb. Biz isə həmişə konstruktiv təkliflərlə çıxış edən təşkilatlar olaraq bir yerdəyik". S. Cəlaloğlu bildirib ki, loyal müxalifətlə bir yerdə olmaqla bağlı bir neçə dəfə məsələ qaldırıb: "Beşlər"ə daxil olan partiyalar bu məsələdə ehtiyatlı mövqe tutur. Seçkilər zamanı mümkün qədər sərhədi genişləndirmək, çərçivəni böyütmək lazımdır ki, daha çox qüvvə bir yerdə olsun. Amma bizim də acı təcrübəmiz var ki, adətən seçkilərdə yaradılan birliklər məhz loyal müxalifətdən böyük zərbələr alıb. Onlar hökumətlə sazişə giriblər, digər müxalifət partiyaları ilə bağlanmış müqavilələrə əməl etməyiblər".

3. #1693
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans davam edir

[b]Azərbaycan paytaxtında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans davam edir[b]

Bakı. Turan Hüseynova-APA. Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans davam edir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mərakeşin mədəniyyət naziri xanım Turiyyə Cəbran konfransın Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. İslamda qadının hüquqlarını diqqətə çatdıran nazir qadınların problemlərindən də danışıb. Macarıstan Təhsil və Mədəniyyət Nazirliyinin dövlət katibi Katalin Bodyai mədəniyyətlərarası dialoqda qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, tədbirdə müzakirə olunan məsələlərin həllini tapacağına ümid etdiyini bildirib. Tədbirdə müzakirələr davam etdirilir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul ediləcəyi gözlənilir.Qeyd edək ki, Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans iyunun 10-da başlayıb. Tədbirdə dünyanın bir çox ölkəsinin birinci xanımı, yüksək vəzifədə işləyən qadınlar, o cümlədən, Polşa prezidentinin xanımı Mariya Kaçinska, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Anqolanın birinci xanımı Anna Paula Duş Santuş, Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova və digərləri iştirak edirlər.

4. #1694
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həkim Qəni vəfat edib

[b]Həkim Qəni vəfat edib[b]

Bakı. Ülkər Qasımova-APA. İyunun 10-da səhər saatlarında füzulişünas, şair, qəzəlxan Həkim Qəni dünyasını dəyişib.

Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev APA-ya deyib ki, Həkim Qəni kimi tanınan Qəni Hüseynov 91 yaşında ürək çatışmazlığından vəfat edib. Həkim Qəni bu gün öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunacaq. Ş. Verdiyevin sözlərinə görə, Həkim Qəni bir neçə il əvvəl həmin qəbiristanlıqda özünə məzar yeri alıbmış.

5. #1695
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Arif Hacılı: "AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi"

[b]Arif Hacılı: "AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi"[b]

Bakı. Elnur Məmmədli - APA. "Bu gün Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi və Müsavat partiyalarının siyasəti fərqlidir. Ona görə də bu partiyaların birliyini real görmürəm". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu üç partiyanın birliyi ilə bağlı təklifinə münasibət bildirən A. Hacılının sözlərinə görə, bunun üçün Müsavat Partiyası tərəfindən heç bir problem yoxdur: "Amma Rauf Arifoğlunun bu təklifi şəxsən məni təəccübləndirdi. Çünki bu təklifi məhz AXCP ilə bizim münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rol oynayan şəxslərdən biri səsləndirdi". A. Hacılı Azərbaycanda real strukturlara malik olan siyasi partiyaların birgə fəaliyyət göstərməsini arzu etdiyini qeyd edib. İlk növbədə AXCP-ni belə partiyalardan biri hesab edən Müsavat funksioneri bildirib ki, bu, cəmiyyətə yalnız xeyir verə bilər. AXCP sədrinin müavini Həsən Kərimov da belə birliyi mümkün variant hesab etdiyini qeyd edib: "Çünki vaxtilə KXCP AXCP-dən ayrılıb, Müsavat Partiyasının aparıcı simalarının hamısı AXCP-də olublar. Sonradan müəyyən səbəblər üzündən ayrılmalar baş verib, bu gün də fəaliyyətimizdə və hakimiyyətə münasibətdə fikir ayrılıqları var. Ona görə də üç partiyanın birliyi qeyri-mümkündür". H. Kərimovun sözlərinə görə, ümumilikdə müxalifətin birliyi yaradılarsa, bu zaman müəyyən uğurlara nail olmaq mümkündür. Sədr müavini R, Arifoğlunun təklifinin arxasında müəyyən məqsədlərin olduğunu da qeyd edib: "Mən həmin məqsədləri açıqlamaq istəmirəm, amma burada yaxşılığa doğru heç nə görmürəm". KXCP sədri Mirmahmud Mirəlioğlu isə təklifə münasibət bildirmək istəməyib. Partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli bu təklifi ilk irəli sürən insanlardan olduğunu qeyd edib. Onun sözlərinə görə, strukturlaşmış, xalq hərəkatından çıxmış təşkilatların bugünkü ağır situasiyada birləşməsinə ehtiyac var. O, bir araya gəlmək üçün hər hansı əngəlin olmadığını qeyd edib: "Ayırıcı faktorlar o qədər cüzidir ki, böyük siyasətlə məşğul olan ciddi insanlar bunu nəzərə almamalıdırlar. Ən azı strukturları, siyasi təcrübəsi olan təşkilatların bir araya gəlməsi qələbə formuludur. Onların ayrı olması isə müxalifət düşərgəsini dağıdan faktordur. Biz bu oyunu pozmalıyıq. Burada da müdriklik İsa Qəmbər, Əli Kərimli və Mirmahmud Mirəlioğludan asılıdır. Bu məsələdə daha çox liderlərin şəxsi mövqeləri önəm daşıyır, onların gəldiyi qənaət partiyanın qəbul edəcəyi qərara çevrilir".

6. #1696
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfa Mirzəyev: "Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz"

[b]Səfa Mirzəyev: "Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

Aparat rəhbəri bildirib ki, Venesiya Komissiyasının sabah başlayacaq plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qəbul edilən qanun müzakirə olunacaq və rəy veriləcək. S. Mirzəyevin sözlərinə görə, müzakirələrdə səslənəcək fikirlərin prosesə heç bir təsiri olmayacaq: "Onlar bəzi məsələləri qeyd edə bilərlər. Ancaq qanun artıq qəbul olunub". S. Mirzəyev Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsovun sənədlə bağlı səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: "Kuznetsov sənədə edilən bəzi düzəlişlərin onlarla razılaşdırılmadığını söyləyib. Bu da təbiidir. Elə texniki xarakterli dəyişikliklər var idi ki, onları müzakirə etməyə ehtiyac görməmişik".

7. #1697
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabatı açıqlayıb

[b]Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabatı açıqlayıb[b]

Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitədən (ÜST-PSSQV) istifadə olunmaqla Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabat hazırlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ÜST-nin Azərbaycan ofisi tərəfindən hazırlanan bu nəşrdəki məlumatlar 2006-cı ilin informasiyası əsasında 2007-ci ildə toplanıb. Hesabatda göstərilir ki, psixi sağlamlıq sahəsində ölkədə adambaşına düşən illik dövlət xərcləri 0,34 dollar təşkil edir. Azərbaycanda zəif və orta dərəcəli depressiya və ya həyəcan kimi bəzi psixiatrik pozğunluqlar ciddi emosional problem kimi qəbul olunmur, "psixi xəstəlik" anlayışı yalnız ağır psixiatrik pozğunluqlara şamil edilir. Psixiatriya müəssisələrinin kifayət sayda olmaması ilə yanaşı, onların şəraiti və texniki təchizatı tibbi xidmətlərin müasir standartlarına cavab vermir. Bu müəssisələrin əksəriyyəti çox köhnə, sınıq-salxaq, yetərli su və istilik təchizatı olmayan binalarda yerləşir. Hər 100 min nəfər əhali üçün xəstəxanaların ümumi çarpayı sayı 829-a bərabərdir, onların təqribən 2 faizi özəl sektordadır. Ölkədə 6041 ümumi praktika həkimi-terapevt var. İlkin səhiyyə xidmətlərinə gəldikdə, ölkədə həkim ştatları ilə təmin olunmuş 1595 ilkin səhiyyə klinikası fəaliyyət göstərir. Səhiyyə Nazirliyi tərəfindən səhiyyə xərclərinin 3 faizi psixi sağlamlıq xidmətlərinə sərf edilir. Psixi sağlamlığa ayrılan bütün vəsaitlərin 85 faizi psixiatriya xəstəxanalarının payına düşür. Hesabatda bildirilir ki, "psixi xəstə" damğası almaqdan ehtiyat edənlər qeydiyyata durmaqdan çəkinirlər, ona görə də pulsuz psixotrop preparatlardan istifadə hüququndan məhrumdur, dərmanları isə öz vəsaitləri hesabına almaq məcburiyyətindədirlər. Hesabatda daha sonra qeyd edilir ki, Azərbaycanda psixi sağlamlıq sahəsində səlahiyyətli qurum yoxdur. Ölkədə 11 ambulator psixiatriya müəssisəsi (PND) var ki, onlardan da yalnız biri uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Ambulator psixiatriya müəssisələrində müalicə alan bütün şəxslərin təqribən 25%-i qadınlar, təxminən 16%-i uşaq və yeniyetmələr təşkil edir. Mədəni xüsusiyyətlərlə əlaqədar olaraq, Azərbaycanda qadınlar tibbi yardım üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və onlar daha çox öz ailələri və qohumları tərəfindən dəstək alırlar. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur. Psixi və davranış pozğunluqları ilə əlaqədar ambulator psixiatriya müəssisələrində müalicə alan şəxslərin ilkin diaqnozu nevrotik, stresslə bağlı olan, somatik formalı xəstəliklər (25%) və şizofreniya, şizofreniyaya bənzər və sayıqlama ilə müşayiət edilən xəstəliklər (19%) olur. Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr resurslarının ümumi sayı hər 100 000 nəfər əhali üçün 22,2-yə bərabərdir. Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir. ÜST-nin hesabatında qeyd edilir ki, ölkədə Milli Psixi Sağlamlıq Siyasəti və Psixi Sağlamlıq üzrə Strateji Plan tərtib edilməyib. Buna görə də bu sənəd hazırlanmalıdır.

8. #1698
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib

[b]Bakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib[b]

Bakı.Laçın Sultanova-APA. Bu gün Bakıda məhşur polşalı memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, lövhəni Polşa prezidentinin xanımı Mariya Kaçinska açıb. Polşanın birinci xanımı dərin bilik və böyük istedada malik Y. Qoslavskinin Bakınin qurulmasında böyük rolunun olduğunu, 19-cu əsrin sonlarında Bakının baş memarı olaraq bir neçə əzəmətli binanın müəllifi olduğunu qeyd edib. O, həmin binaların Azərbaycan hökuməti tərəfindən qorunduğuna görə ölkə başçısına minnətdarlığını bildirib. Elmi-tədqiqat "Azərbərpa" Layihə İnstitunun direktoru Cəfər Qiyasi böyük neft bumu ilə bağlı Bakının inkişaf edərək, gözəl özünəməxsus memarlığa malik bir şəhərə çevrilməsindən danışıb. O bu prosesdə xarici memarların rolunu, xüsusəndə cəmisi 39 il yaşamış və Bakıda 12 möhtəşəm binanın müəllifi olmuş Qoslavskinin böyük rolunu qeyd edib. Cəfər Qiyasi bildirib ki, Qoslavski öz layihələrində islam memarlıq ənənələrindən də də çox böyük ustalıqla istifadə edib. Qeyd edək ki, Qoslavskinin yaşadığı evdə hazırda onun bacısının nəticəsi İrina Trafimova yaşayır. O, qonaqları memarın yaşadığı evlə tanış edib.

9. #1699
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib

[b]Elmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa Şurasının Siyasi məsələlər üzrə Baş Direktoratının Siyasi Məsləhət və Əməkdaşlıq üzrə direktoru Klaudia Luçianini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Veronika Koteki qəbul edib.

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müsbət ruhda inkişaf etdiyini bildirən E. Məmmədyarov Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərə ciddi yanaşdığını, bu öhdəliklər çərçivəsində ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hər şeydən əvvəl inkişafa və rifaha yönəldiyini diqqətə çatdırıb. Nazir Ermənistanla müharibə vəziyyətində olduğu halda Azərbaycanın bu demokratik prosesdən geridə qalmadığını, bu sahədə mövcud problemlərin həllinə AŞ ilə əməkdaşlıq daxilində səy göstərdiyini bildirib.AŞ rəsmisi Azərbaycanın bu istiqamətdə fəaliyyətini dəyərləndirərək, AŞ ilə ölkəmiz arasında əməkdaşlığın daha da mühüm və səmərəli olmasında maraqlı olduğunu, bunun üçün müxtəlif birgə proqramlar həyata keçirməyin, jurnalistika və məhkəmə sahələrində treninqlər təşkilinin faydalı olacağını qeyd edib. Görüşdə həmçinin prezident seçkilərinə hazırlıq, hakimiyyətin müxtəlif seqmentləri ilə əməkdaşlıq, ölkədə demokratik dəyərlərin daha da gücləndirilməsi yolları müzakirə olunub.

10. #1700
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb

[b]Bakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb və politoloqlar, siyasətçilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında fikirlərini bildiriblər. APA-nın məlumatına görə, videokörpüdə Azərbaycan tərəfdən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, politoloqlar Eldar İsmayılov və Fikrət Sadıxov, Ermənistan tərəfdən Qafqaz KİV İnstitutunun direktoru Aleksandr İsgəndəryan və Milli Demokrat Partiyasının sədri Şavarş Köçəryan, Rusiyadan isə Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Sergey Markedonov və politoloq Aleksandr Skakov iştirak ediblər. S. Markedonov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün münaqişənin həllində irəliləyişə səbəb olmadığına diqqət çəkib: "Əsas nəticə görüşün özünün baş tutmasıdır". A. Mollazadə isə görüşün tanışlıq xarakteri daşıdığını və münaqişənin həlli ilə bağlı bədbin olduğunu söyləyib: "Danışıqlar Ermənistan üçün imitasiya xarakteri daşıyır. Amma biz hesab edirik ki, hətta minimal şansdan belə istifadə edilməlidir". A. İsgəndəryan da deyib ki, Sankt-Peterburq görüşündə heç bir ciddi nəticə əldə olunmayıb və oluna da bilməzdi. Onun fikrincə, beynəlxalq ictimaiyyət olmasaydı, heç danışıqlar da aparılmazdı. F. Sadıxov hesab edir ki, prezidentlərin görüşünün keçirilməsində öz siyasi imicini reanimasiya etmək istəyən Serj Sarkisyan daha çox maraqlı olub. E. İsmayılov isə S. Sarkisyanla danışıqlarda pozitiv məqamların da olduğunu vurğulayıb: "O, bizim keçmiş partiya işçimizdir, dilimizi bilir". A. Skakov prezidentlərin görüşünün yaxşı fakt olduğunu desə də, bunu az olduğunu əlavə edib: "Müəyyən mərhələdən sonra bu görüşlər adi reallığa çevrilir".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.