Əsas məzmuna keç
Sayfa 118/461 İlkİlk ... 1868108116117118119120128168218 ... SonSon
4610 sonuçtan 1.171 ile 1.180 arası

Azərbaycan Xəbərləri

1. #1171
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın plenar iclasında Ermənistanla bağlı müzakirələr başlayıb

[b]AŞ PA-nın plenar iclasında Ermənistanla bağlı müzakirələr başlayıb[b]

Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının plenar iclasında Ermənistanda demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr başlayıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurasının Ermənistanda səfərdə olmuş missiyasının rəhbəri Con Preskott bu ölkədə yaranmış vəziyyətə dair məruzə ilə çıxış edəcək. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun da çıxışı gözlənilir.

2. #1172
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət Komissiyanın katibi: "4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

[b]Dövlət Komissiyanın katibi: "4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) ötən il keçirilən son iclasından indiyədək əsirlikdə olan 5 Azərbaycan vətəndaşı azad edilib, 2 erməni qarşı tərəfə qaytarılıb. APA-nın xəbərinə görə, bu barədə DK katibi Şahin Sayılov bildirib. Ş. Sayılov hazırda DK-da və Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı mövcud siyahılarda dəqiqləşmə işinə ciddi diqqət yetirildiyini və fərqin aradan qaldırılması istiqamətində zəruri işlər görüldüyünü söyləyib. O, 1062 şəxs barədə dəqiqləşdirilən məlumatların BQXK-ə göndərildiyini, itkin düşmüş şəxs kimi qeydiyyatda olan 231 nəfərin taleyinə aydınlıq gətirildiyini bildirib, 18 nəfərin isə itkin düşməsi faktının aşkarlanaraq qeydiyyata götürüldüyünü, barələrində zəruri işlərin aparıldığını qeyd edib. Komissiya katibi hazırda 4360 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, onlardan 783 nəfərinin Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri olduğunu diqqətə çatdırıb. Komissiyanın katibi son illər aparılan araşdırmalar nəticəsində 97 Azərbaycan vətəndaşının hərbi əməliyyatlar zamanı sağ olaraq işğal edilən ərazilərdə qaldığının təsdiq edildiyini açıqlayıb.

3. #1173
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın Ermənistan üzrə xüsusi məruzəçisi bu ölkədə keçirilən prezident seçkilərindən sonrakı hadisələrdə 28 nəfərin öldüyünü bildirib

[b]AŞ PA-nın Ermənistan üzrə xüsusi məruzəçisi bu ölkədə keçirilən prezident seçkilərindən sonrakı hadisələrdə 28 nəfərin öldüyünü bildirib[b]

Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının Bürosunda Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirə olunub.

APA-nın məlumatına görə, Ermənistan üzrə xüsusi məruzəçi Con Preskot çıxış edərək araşdırmalar və yoxlamalar nəticəsində Ermənistanda prezident seçkiləri zamanı qarşıdurmada, əvvəllər bəyan olunduğu kimi, 8 nəfərin deyil, 28 nəfərin öldüyünü bildirib. Onlardan 8-i meydanlarda, qalan 20 nəfər isə sonradan xəstəxanada dünyalarını dəyişiblər. C. Preskot onu da deyib ki, nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən, hətta döyüş qumbaralarından da istifadə olunub. Büro müzakirələrin nəticəsi olaraq aprelin 17-də AŞ PA-nın plenar iclasında Ermənistanda baş vermiş hadisələrin xüsusi müzakirəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Məsələnin müzakirəsi zamanı deputatlar Ermənistana qarşı bir neçə sanksiyanın tətbiq edilməsini, hətta Ermənistanın AŞ PA-da səs hüququnun dondurulmasını təklif ediblər. Ermənistanla bağlı qərarın AŞ PA plenar iclasında veriləcəyi gözlənilir.

4. #1174
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Luis Mariya de Puç: "AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq"

[b]Luis Mariya de Puç: "AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq"[b]

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində qurumun yeni prezidenti Luis Maria de Puç mətbuat konfransı keçirib.

APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA prezidenti Ermənistanda baş verən son hadisələrə münasibət bildirib: "AŞ PA və şəxsən mən özüm qurumun rəhbəri kimi Ermənistandakı vəziyyətdən çox narahatıq. Biz bu istiqamətdə artıq müəyyən işlər aparmışıq və indi də vəziyyəti yaxşılaşdırmaq uçun yol tapmağa çalışırıq. Mən Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla Sankt-Peterburqdakı görüşüm zamanı Avropa Şurasının standartlarını ona bir daha anlatmağa çalışdım, qurumun bir çox prinsip və standartlarının Ermənistan tərəfindən pozulduğunu bildirdim. Əgər Ermənistan rəhbərliyi həqiqətən də Avropa Şurasının prinsiplərinin tərəfdarlarıdırsa və götürdüyü öhdəliklərə əməl etməyi düşünürsə, biz bu ölkənin pozulmuş bəzi elementləri bərpa etməsinə və standartlara uyğunlaşdırmasına çalışmalıyıq". Ermənistanda baş verən hadisələrin sessiyada müzakirəyə çıxarılacağını qeyd edən AŞ PA prezidenti müzakirələrdən sonra tövsiyə xarakterli sənədin qəbul ediləcəyini, bununla da AŞ PA-nın öz mövqeyini ortaya qoyacağını vurğulayıb: "Biz inanırıq ki, Ermənistan qurumun prinsiplərini qəbul edir və yerinə yetirməyə çalışır. Lakin problemlərin olduğu halda, biz bütün digər dövlətlərə nümayiş etdirdiyimiz münasibəti Ermənistana da qarşı göstərəcək, rəsmi İrəvanın Avropa Şurasının standartlarını qəbul etməsində təkid edəcəyik". Gələn həftə Ermənistana səfər etməyi planlaşdırdığını diqqətə çatdıran Luis Mariya de Puç Azərbaycana da səfər edəcəyini deyib. Lakin o, Azərbaycana səfərinin dəqiq tarixinin hələlik məlum olmadığını söyləyib.

5. #1175
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər

[b]AŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər[b]

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində bu gün Rusiya, Serbiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələr keçirilir.

Ermənistanda keçirilmiş seçkilərdən sonra yaranmış vəziyyətlə bağlı çıxış edən Avropa Xalq Partiyasının üzvü, macarıstanlı deputat Nemet Zsolt kəskin danışıb. APA-nın Avropa bürosunun məlumatına görə, seçkilərdən sonrakı dövrdə dinc nümayişçilərə atəş açıldığını deyən N. Zsolt 9 nəfərin həlak olduğunu, 200 nəfərin siyasi motivlərlə həbs edildiyini bildirib: "Bundan sonra fövqəladə vəziyyət elan olundu. Ən pisi isə odur ki, Ermənistan hakimiyyəti Avropa Şurasının, Venesiya Komissiyasının rəyini almadan, onlara müraciət etmədən "Sərbəst toplaşma azadlığı haqqında" qanuna dəyişikliklər edib. Bu gün Ermənistan müxalifəti təkrar seçkilərin keçirilməsinin tələb edir və indiki prezidentin legitimliyini tanımır. Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq, məsələni araşdırmaq ucun müxalifət nümayəndələrinin iştirakı ilə müstəqil araşdırma aparmalıdır. Ermənistan bunu etməsə, AŞ PA bunu edəcək. Ermənistandakı son seçkilər onu göstərdi ki, bu ölkənin Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməlidir". AŞ PA-nın Ermənistanda prezident seçkilərini işləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi qrupa rəhbərlik etmiş məruzəçi Con Preskot də çıxışında Ermənistanda prezident seçkiləri zamanı baş verən qarşıdurmada ölən və yaralananların olduğunu bildirib. O, dinc nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən istifadə olunduğunu deyib. Qeyd edək ki, fasilədən sonra Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Ermənistandakı prezident seçkiləri ilə bağlı çıxış edəcək.

6. #1176
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyası mayın 3-nə mitinq təyin edib

[b]Müsavat Partiyası mayın 3-nə mitinq təyin edib[b]

Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Divanı mayın 3-də mitinq keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiya ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalini mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata təzyiqlərin dayandırılması tələbləri ilə keçiriləcək. Mitinqin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə üç yer - keçmiş "Qələbə" kinoteatrının qarşısındakı meydan, "Nərimanov" kinoteatrının qarşısındakı meydan və Ukrayna meydanı təklif olunacaq. Şəhər rəhbərliyi hansı varianta razılaşsa, aksiya orada keçiriləcək. Divanın toplantısında mayın 3-də partiya Məclisinin növbəti iclasının keçirilməsi qərara alınıb və Azərbaycan Xalq Cümhuriyyətinin 90, Əbülfəz Elçibəyin 70 illik yubileylərinin qeyd olunması üçün İsa Qəmbərin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Komitəyə təntənəli tədbirlər planı hazırlamaq həvalə edilib.

7. #1177
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ədliyyə Nazirliyi Penitensiar Xidməti: "Eynulla Fətullayev intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına köçürülüb"

[b]Ədliyyə Nazirliyi Penitensiar Xidməti: "Eynulla Fətullayev intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına köçürülüb"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev rejim pozuntusu halına yol verdiyi üçün cərimə təcridxanasına köçürülüb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, daxili intizam qaydalarını pozduğu üçün aprelin 10-da məhkumun barəsində 10 sutkalıq cəza müddəti seçilib.

8. #1178
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İrəvanda martın 1-2-də baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a çatıb

[b]İrəvanda martın 1-2-də baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a çatıb[b]

İrəvan - APA. Ermənistanın paytaxtı İrəvanda martın 1-2-də hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında baş vermiş qarşıdurmada ölənlərin sayı 10-a yüksəlib.

APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, hadisələr zamanı ağır yaralanmış Ararat vilayətinin sakini, 29 yaşlı Samvel Arutunyan aprelin 11-də keçinib. Səhiyyə nazirinin müşaviri Ruslana Gevorkyan bildirib ki, bir neçə gün əvvəl S. Arutunyanın vəziyyəti yaxşılaşıb, hətta həkimlər onu süni nəfəsalma aparatından ayırıblar: "Ancaq aprelin 11-də onun vəziyyəti pisləşdi və xəstə yenidən süni nəfəsalma aparatına qoşuldu, axşam saat 19-da isə keçindi". R. Gevorkyan hazırda xəstəxanalarda 1-2 mart hadisələri zamanı xəsarət almış 3 nəfərin müalicəsinin davam etdirildiyini, onların hamısının səhhətinin qənaətbəxş olduğunu söyləyib.

9. #1179
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub

[b]Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub[b]

Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin iclasında birliyin üzvü Əsəd Cahangirlə bağlı şikayətlərə baxılıb və ona sonuncu xəbərdarlıq olunub. APA-nın məlumatına görə, birlik üzvləri Ə. Cahangirin etik normalara riayət etmədiyini əsas gətirərək, onun AYB-dən uzaqlaşdırılması xahişi ilə katibliyə müraciət ediblər. Ə. Cahangir katibliyin iclasında üzr istəyərək, bundan sonra daha diqqətli olacağını bildirib. Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib: "İclasda Əsəd Cahangirə etimad göstərilib. Bildirilib ki, davranışında etik normaları gözləməsə, o, müzakirəsiz AYB-dən xaric olunacaq".

10. #1180
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında baş verən yol qəzasında iki nəfər ölüb

[b]Azərbaycan paytaxtında baş verən yol qəzasında iki nəfər ölüb[b]

Bakı. Samir Kazımlı- APA. Bu gün saat 17.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-qəzası baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub, nəticədə "VAZ-2106"-ın sürücüsü və bir sərnişini aldığı xəsarətdən hadisə yerində ölüb, dörd nəfər isə ağır yaralanıb. Yaralılar Eyvazlı Günel Rafiq Qızı, Ələsgərli Sara Mirmahmud qızı, Ələsgərli Almaz Əmir qızı, Hidayətli Seymur Sabir oğlu 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. İlkin versiyaya görə, "Mersedes"in sürücüsü hərbçidir. Hadisəyə səbəb isə "VAZ-2106" markalı avtomobilin "Mersedes"in yoluna çıxması olub. Faktla bağlı araşdırma aparılır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.