Əsas məzmuna keç
Sayfa 191/461 İlkİlk ... 91141181189190191192193201241291 ... SonSon
4610 sonuçtan 1.901 ile 1.910 arası

Azərbaycan Xəbərləri

1. #1901
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın sabiq millət vəkili "Bizim yol" qəzetinə qarşı iddiasını geri götürüb

[b]Azərbaycanın sabiq millət vəkili "Bizim yol" qəzetinə qarşı iddiasını geri götürüb[b]

Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə sabiq millət vəkili Hüseyn Abdullayevin "Bizim Yol" qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə iddiaçı tərəf apellyasiya şikayətini geri götürdüyü bildirib və tərəflər razılığa gəlib. Məhkəmə Xətai rayon Məhkəməsinin qərarının ləğv olunması barədə qətnamə qəbul edib. Qeyd edək ki, H. Abdullayevin iddiası əsasında Xətai rayon Məhkəməsi "Bizim yol" qəzetinin təkzib verməsi və 1000 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

2. #1902
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Erməni deputatın qardaşı oğlu öldürülüb

[b]Erməni deputatın qardaşı oğlu öldürülüb[b]

İrəvan - APA. Ermənistan paytaxtındakı "Lusastx" restoranında atışma baş verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, atışmada restoranın sahibi, deputat Samvel Aleksanyanın qardaşı oğlu, 21 yaşlı Levon Aleksanyan öldürülüb. O, başından güllə yaraları alıb. Ermənistan polisinin operativ-istintaq qrupu hadisə yerindən 3 güllə, 3 giliz, "Çezet" markalı tapança və güllə darağı aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır.

3. #1903
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalan

[b]Azərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalanıb[b]

APA-nın məlumatına görə, sazişi Azərbaycan tərəfdən Misir Mərdanov, ABŞ tərəfdən isə dövlət katibinin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi Qoli Ameri imzalayıblar. Proqram beş il müddətinə nəzərdə tutulub, gələcəkdə tərəflərin istəyi ilə bu onun icra müddəti artırıla bilər. İmzalanmış sənədə çərçivəsində magistr dərəcəsi almış tələbələr Fullbrayt proqramı çərçivəsində ABŞ-a təhsil almağa yollanacaqlar. Hələlik bu proqram çərçivəsində Birləşmiş Ştatlara nə qədər tələbə göndəriləcəyi məlum deyil. Göndəriləcək tələbələri seçmək üçün xüsusi komissiya yaradılacaq. İmzalanma mərasimindən sonra Qoli Ameri bildirib ki, Fullbrayt proqramı hər kəs qarşısında bərabər hüquqlar yaradır. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-da təqribən 4 min azərbaycanlı tələbə təhsil alıb. Qeyd edək ki, azərbaycanlı şagird və tələbələr Maski, Junior Public, Apqreyd proqramları, həmçinin dövlət proqramı çərçivəsində ABŞ-a təhsil almağa göndərilirlər.

4. #1904
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda 12 yaşlı rəssamın fərdi sərgisi açılıb

[b]Bakıda 12 yaşlı rəssamın fərdi sərgisi açılıb[b]

Bakı. Turan Hüseynova - APA. Bakıdakı Müasir İncəsənət Mərkəzində 12 yaşlı Heydər Əlibəylinin sərgisi keçirilir. APA-nın məlumatına görə, 132 rəsm əsərinin nümayiş olunduğu sərginin açılış mərasiminə Bakıda fəaliyyət göstərən diplomatik korpus və neft şirkətlərin nümayəndələri də qatılıblar. Xeyriyyəçilik məqsədi ilə keçirilən sərgidən əldə olunan vəsait əlil uşaqlara yardım məqsədilə sərf olunacaq. Bunun ilk fərdi sərgisi olduğunu bildirən H. Əlibəyli gələcəkdə belə sərgilərin davam olmasını istədiyini vurğulayıb. Qeyd edək ki, H. Əlibəyli 160 saylı orta məktəbin şagirdidir. 4 yaşından rəsm çəkməyə başlayan gənc rəssam respublika və beynəlxalq sərgilər laureatıdır.

5. #1905
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar

[b]Rusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar[b]

Bakı. Laçın Sultanova - APA. İyunun 24-də Rusiya Federal Şurasının komissiyalarının birgə iclasında miqrantların rus dilini öyrənməsi və testdən keçməsi barədə qanun layihəsinə baxılacaq. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hazırda rus dilindən imtahan vermək şərti yalnız öz gələcəklərini Rusiya ilə bağlayan xarici vətəndaşlara şamil olunur. Layihənin müəllifləri Rusiyada digər statusla yaşayan xaricilərin də rus dili testindən keçməsini təklif edirlər. Qazanc üçün Rusiyaya gələnlərə testdən keçmək təklif olunmasa da, könüllü surətdə testdən keçən əmək miqrantları işləmək üçün icazə alarkən müəyyən imtiyazlardan istifadə edəcək.

6. #1906
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib

[b]Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan parlamentinin sədri, xanım Akya Nurberdiyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub.

7. #1907
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İslam Konfransı Təşkilatı daxilində Kosovonun müstəqilliyinin tanınması ilə bağlı fikir ayrılığı yaranıb

[b]İslam Konfransı Təşkilatı daxilində Kosovonun müstəqilliyinin tanınması ilə bağlı fikir ayrılığı yaranıb[b]

Uqanda - APA. İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Uqandada keçirilən 35-ci toplantısında Kosovo məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.

APA-nın məlumatına görə, Azərbaycan, Misir, İndoneziya və Əlcəzair Kosovonun müstəqil dövlət kimi tanınmasının əleyhinə çıxıblar. Bakı öz mövqeyini Dağlıq Qarabağın işğal olunması və ermənilərin orada referendum keçirərək Azərbaycanın bu bölgəsini müstəqil dövlət elan etməsi ilə əsaslandırır. Misir isə Rusiya və Serbiya ilə ikitərəfli münasibətlərinin pozulmasından ehtiyatlanaraq Kosovonu tanımaqdan imtina edir. Türkiyə mənbələri Ankaranın Azərbaycan və Misirin mövqeyini dəyişmək üçün cəhd göstərdiyini xəbər verirlər.

8. #1908
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib

[b]Azərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Dövlət Duması sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Tərəflər, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulayıb, bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

9. #1909
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UNESCO-nun mənzil-qərargahında "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək

[b]UNESCO-nun mənzil-qərargahında "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək[b]

Bakı. Ülkər Qasımova-APA. İyunun 24-də UNESCO-nun mənzil-qərargahında Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, iyunun 25-də isə Luvr Muzeyinin "Auditorium" konsert salonunda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Sözügedən tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Opera və Balet Teatrının aktyorları, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru və aktyorları, Azərbaycan Dövlət Simli alətlər kvarteti və digər məşhur musiqiçilər təmsil olunacaqlar.

10. #1910
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946

Yüzdən artıq hərəkatçı işgəncə altındadır

Yüzdən artıq hərəkatçı işgəncə altındadır

Son bir ayda Güney Azərbaycanda minlərlə soydaşımız həbs edilərək təhlükəsizlik və polis idarələrində sorğu-sual edilib. Onlardan kütləvi aksiyalarda iştirak etməmək barədə yazılı iltizam alınıb. Bunu azərbaycanlıların hüquqlarını müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib. Onun sözlərinə görə, müvəqqəti azadlığa buraxılanlarla yanaşı hələ də həbsxanalarda və təhlükəsizlik idarələrində yüzdən artıq hərəkat fəalı işgəncələrə məruz qalmaqdadır. Heç bir məhkəmə qərarı olmadan onlara qarşı işgəncələr təbiq edilir, bir çox hərəkatçının səhhətində ciddi problemlər yaranıb. Tibbi yardıma ehtiyacı olan məhbuslar təkadamlıq kameralarda saxlanılır və şübhəli ölümlərin sayı artır. Xanım hüquq müdafiəçisi beynəlxalq təşkilatları İranda insan haqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb.

Menbe: 'OLAYLAR'
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.